|
WINDOWS-un əmr sətrinin interfeysi
|
bet | 45/54 | Sana | 04.12.2023 | Hajmi | 1,95 Mb. | | #110636 | Turi | Mühazirə |
Bog'liq Əməliyyat sistemləri muhazire konspekti (1)WINDOWS-un əmr sətrinin interfeysi
Bir neçə il bundan əvvəl kompüterlə əsas işləmə rejimi “əmr sətri” rejimi idi. Burada əmrlər kompüterə klaviatura ilə daxil edilirdi. Məsələn, hal hazırda mətn prosessoru olan MS Word proqramını yükləmək üçün Windows əməliyyat sisteminin İşçi masasında bu proqramın nişanına siçanı sıxmaq kifayyətdir. Əvvəllər isə DOS əməliyyat sistemlərində isləyəndə bunun üçün C:\ WORD\ word.exe C:\doc\mybook.doc tipli əmr daxil etmək lazım gəlirdi.
Hal hazırda əmr sətri rejimindən demək olar ki, istifadə olunmur. Lakin əmr sətri rejimi bütün müasir əməliyyat sistemlərində məsələn, Mac OS və Linux-dan başlayaraq Windows əməliyyat sisteminə qədər hamsında qalmışdır. Bu rejim əsasən mütəxəsislərə “gizlin” xidməti proqramları işə salmaq üçün lazımdır.
Regedit reestr redaktorunu və Windows Msconfig tənzimləmə proqramını işə salmaq üçün lazım gəlir, ona görə ki, bunları heç bir standart proqram menyusunda tapmaq olmur.
Windows 7- də axtarış sətri əmr sətrini nisbətən əvəzləmışdır, lakin bəzi hallarda o kömək edə bilmir. Məsələn, müəyyən proqramı hansısa əlavə açarla yükləmək lazım gələndə axtarış sətri kömək edə bilmir. Misal kimi Ping əmrini göstərmək olar. Bu əmrin
köməyilə İnternetdə lazım olan qovşağa daxil olma imkanını yoxlayır, həmçinin ona qədər siqnalın keçmə vaxtını yoxlayır. Bu əmr aşağıdakı kimi görünür:
Ping ya.ru və ya Ping-t 213.180.206.1
Ping proqramını axtarış sətri ilə asanlıqla tapmaq olur, lakin onu əlavə açarla yükləmək olmur. Belə məsələləri həll etmək üçün Windows- da “əmr sətri” (Выполнить (Run (İcra et))) vasitəsi vardır. Windows 7- də bunu çağırmaq üçün Win və R klavişlərini birgə sıxmaq lazımdır. Bu zaman ekrana Выполнить (Run (İcra et)) adlı pəncərə çıxır. Bu pəncərədə isə əmr sətri rejiminin bütün imkanlarını istifadə etmək olur.
Qurğuların dispetçeri. Qurğuların dispetçeri kompüterin bütün qurğuları haqqında informasiyanın toplandığı əsas verilənlər bazasıdır. Bu dispetçerin köməyilə praktik olaraq istənilən qurğunu idarə etmək olur. Kompüterdə qurğuların dispetçerini açmaq üçün İdarəetmə panelinin (Панель управления (Control panel)) Система и безопасность (Sistem və təhlükəsizlik) bölməsinin Система (Sistem) bölməsindən Диспетчер устройств (Device Manager (Qurğu menecerı)) bölməsini seçmək lazımdır. Bu zaman ekrana Диспетчер устройств (Device Manager) adlanan pəncərə çıxacaqdır.
Bu meneceri açdıqda budaqlanmış bır struktur açılır. Burada hər bir qurğu üçün xüsusi bir sətr ayırılmışdır.
Əğər hansısa bir qurğu qeyri korrekt işləyərsə (bu əsas hallarda drayverlər də çatışmamazlıq, qüsur olduqda olur), onda onun adının sol hissəsində təhlükə bildirən nida işarəsi görsənəcəkdir. Əgər belə işarə yoxdursa, onda həmin qurğu tam qaydasında işləyir.
Əgər nida işarəsi varsa, onda müəyyən tədbirlər görmək lazımdır, məsələn, drayveri yenidən quraşdırmağa çalışmaq və ya onu tamamilə əvəzləmək lazımdır.
Nida işarəsindən başqa, Windows- da qurğunun təyinat mexanizminin qeyri korrektliyini göstərən digər məlumatı da görmək olar. Məsələn, müəyyən formalı (bəzədilmiş) sual işarəsi ilə birlikdə Неизвестное устройство yazısı görmək olar. Bu məlumat isə uyğun drayveri olmayan qurğunu göstərir.
Sistem plata, video karta və bir sıra qurğular üçün drayverləri onlarla birlikdə verilən, satılan kompakt diskdən tapmaq olar. Lakin ən yaxşısı həmin qurğuların istehsalçılarının saytlarından yenilənmiş versiyalarını yükləmək lazımdır. Sistem plata üçün dərhal bir neçə drayverlər paketi, məsələn, platanın özü üçün, daxili səs və şəbəkə üçün drayverləri yükləmək lazımdır.
Əgər lazım olan bütün drayverləri yüklədikdən sonra siyahıda nida işarəsi ilə nişanlanmış qurğu qalarsa, onu yox edib (onu yox etmək üçün onun adının üzərində siçanı sıxıb və Del klavişasını sıxmaq lazımdır), sonra isə kompyuteri yenidən yükləmək lazımdır.
|
| |