• PROGMAN.INI
  • Диспетчер служебных программ
  • Control Panel, Program Manager, File Manager və Windows Setup
  • COLORS və FONTS
  • WINFILE. INI
  • CTRL+TAB
  • WIN.INI faylında Windows əməliyyat sisteminin şriftlərinin xarakteristikaları, TRUE TYPE




    Download 1,95 Mb.
    bet43/54
    Sana04.12.2023
    Hajmi1,95 Mb.
    #110636
    TuriMühazirə
    1   ...   39   40   41   42   43   44   45   46   ...   54
    Bog'liq
    Əməliyyat sistemləri muhazire konspekti (1)

    WIN.INI faylında Windows əməliyyat sisteminin şriftlərinin xarakteristikaları, TRUE TYPE şriflərinin xüsusiyyətləri və əməliyyat sisteminin digər opsiyalarını idarə edən əmrlər saxlanır.
    SYSTEM.INI faylında əməliyyat sistemi ilə kompüterin aparat təminatının qarşılıqlı əlaqəsini idarə edən əmrlər yerləşir.
    CONTROL.INI faylında Windows mühiti pəncərələrində və dialoq panellərində məxsus olan müxtəlif elementlərin rəngləri, kompüterə qoşulmuş printerin və digər qurğuların parametrlərini təyin edir.
    PROGMAN.INI faylında PROGRAM MANAGER yəni Proqramlar Dispeçerinin işini idarə edən əmrlər saxlanılır. Məlumdur ki, Xidməti Proqramlar Dispeçerini işə salmaq üçün kombinasiyasını basmaq kifayətdir. Xidməti Proqramlara «Ekran böyüdücüsü» «Ekran klaviaturası» aiddirlər.
    Bu proqramları işə salmaq üçün Windows + U kobinasiyasını basdıqdan sonra ekrana çıxan Диспетчер служебных программ pəncərəsində lazım olan xidməti proqramın adını seçib Запустить düyməsini, dayandırmaq üçün Остановить düyməsini basmaq lazımdır.
    WINFILE.INI faylında File Manager, yəni Fayllar Dispeçeri proqramın işini idarə edən direktivlər öz əksini tapır.
    Əksər hallarda istifadəçi bu faylların tərkibini korreksiya etmir və lazım olan dəyişiklikləri Control Panel, Program Manager, File Manager və Windows Setup proqram pəncərələri vasitəsilə yerinə yetirir. Lakin elə düzəlişlər var ki, onları bu proqramlar vasitəsilə aparmaq mümkün olmur və bu hallarda konfiqurasiya faylının tərkibini mətn redaktorunda açıb lazımi korreksiyalar etmək tələb olunur. Düzəlişləri aparıb qurtardıqdan sonra konfiqurasiya faylını yenə də adi mətn formatında saxlamaq lazımdır. Konfiqurasiya fayllarının redaktəsi üçün ən əlverişli redaktor kimi NOTEPAD çıxış edir. NOTEPAD redaktoru yalnız adi mətn formatında sənədləri yadda saxlamaqla yanaşı çox sadədir və ixtiyari konfiqurasiya faylının redaktəsi üçün yararlıdır.
    Bütün konfiqurasiya fayllarının formatı eynidir. Konfiqurasiya fayllarının sətirləri bölmələr adlanan qruplar şəklində birləşirlər. Faylın tərkibində bölmələrin ardıcıl gəlmə nizamının heç bir əhəmiyyəti yoxdur. Hər bölmənin əvvəlində kvadrat mötərizə daxilində həmin bölmənin adı qeyd edilir. Bölmənin adından sonra xidmət sözləri siyahısı alt-alta düzülür. Hər xidmət sözündən sonra birqayda olaraq «=» münasibəti və uyğun parametrlər sətri yazılır. Konfiqurasiya faylının tərkibinə qeyd daxil etmək üçün həmin qeyd sətrinin əvvəlində «;» simvolunu yazmaq lazımdır. Məsələn, aşağıda faylının COLORS FONTS bölmələrindən ibarət fraqmenti verilir:
    COLORS bölməsində Windows əməliyyat sisteminin müxtəlif obyektlərinin (Background-fon, AppWorspace-işçi oblast, Window-pəncərə, WindowText-pəncərədəki mətn) üç ardıcıl ədəddən ibarət olan rəng kodları yazılır. Bu kodlar uyğun olaraq qırmızı, yaşıl, mavi rənglərin intensivliyini müəyyən edirlər.
    FONTS bölməsində Windows əməliyyat sisteminin müxtəlif sənəd və əlavələrin tərkibində istifadə üçün nəzərdə tutulmuş şriftlər siyahısı sadalanır. Parametrlər sətrində isə uyğun şrifti təmsil edən faylın adı yazılır. Müasir əməliyyat sisteminin WINFILE. INI faylında multimedia fayllarının ad genişlənmələrindən və onların hansı formata məxsus olmasını göstərən xüsusi [MCI Extensions.BAK] bölməsi iştirak edir.
    Konfiqurasiya fayllarını başqa qayda ilə redaktə etmək üçün Пуск-Выполнить (Start-Run) menyusuna daxil olub SYSEDİT yazıb OK basmaq lazımdır.
    Nəticədə ekrana Редактор файлов настройки pəncərəsi çıxacaq.
    Redaktorun əsas pəncərəsinin daxilində kaskad şəklində dörd əsas konfiqurasiya faylına (AUTOEXEC.BAT, CONFİG.SYS, WIN.INI, SYSTEM.INI) məxsus olan pəncərələr açılır. Pəncərələr arası hərəkət etmək üçün CTRL+TAB kombinasiyasından istifadə etmək olar. Əfsuslar olsun ki, Редактор файлов настройки pəncərəsi vasitəsilə WINSTART.BAT, WINFILE.INI, CONTROL.INI fayllarını redaktə etmək mümkün deyil və bu halda NOTEPAD proqramına müraciət etmək lazım gəlir. NOTEPAD proqramı standart proqram olaraq menyusunda yerləşir.

    Download 1,95 Mb.
    1   ...   39   40   41   42   43   44   45   46   ...   54




    Download 1,95 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    WIN.INI faylında Windows əməliyyat sisteminin şriftlərinin xarakteristikaları, TRUE TYPE

    Download 1,95 Mb.