• Display.sys
  • Ansi.sys yazıb Enter
  • Мой компьютер
  • Обновить
  • Windows əməliyyat sistemində drayverlərlə iş




    Download 1,95 Mb.
    bet44/54
    Sana04.12.2023
    Hajmi1,95 Mb.
    #110636
    TuriMühazirə
    1   ...   40   41   42   43   44   45   46   47   ...   54
    Bog'liq
    Əməliyyat sistemləri muhazire konspekti (1)

    Windows əməliyyat sistemində drayverlərlə iş. Konfiqurasiya fayllarının tərkibinə çoxlu sayda drayverlər daxildir. Windows əməliyyat sistemində fəaliyyət göstərən drayverlər Drspace.sys və Dblspace.sys. Bu drayverlər sıxlaşdırılmış
    disklərdəki informasiya ilə işləməyə imkan verirlər. Kompüter yüklənərkən bu drayverlər Config.sys və Autoexec.bat fayllarındakı əmrlərdən əvvəl yüklənirlər və bu zaman yaddaşda hər biri 110 Kbayt yer tuturlar.
    Display.sys drayveri rusifikasiya edilmiş şriftləri ekrana çıxarır.
    RamDrive.sys drayveri proqramların yüklənməsinin tezləşdirmək üçün əməli yaddaşda virtual disk yaradır. Bu drayveri istifadə etmək üçün tələb olunan proqramları yaradılmış virtual diskə köçürüb həmin proqramların yerləşməsini Path əmrində göstərmək lazımdır.
    Mause.sys drayveri mausun işini idarə edir. HiMem.sys drayveri isə MS DOS istifadəsində 64 Kbayt həcmindən yuxarı yaddaşda yer ayırır. Bu drayveri işə salmaq üçün Пуск-Программы-Стандартные-Командная строка seçib ekrana çıxan MS DOS sətrində himem.sys yazıb Enter basmaq lazımdır.
    Ansi.sys drayveri MS DOS-un rəng təqdimatını dəyişməyə imkan verir. Bu drayver displeyin rəng rejimlərini dəyişir, kursorun displey üzərində hərəkətini tənzimləyir. Bu binar drayveri də MS DOS-un əmr sətrində Ansi.sys yazıb Enter-i basmaqla ekrana çıxarmaq olar.
    Setver.exe drayveri vasitəsilə MS DOS-a məxsus olan proqramların versiyalar cədvəlinə baxmaq olur. Bu proqram vasitəsilə cədvəldə göstərilən proqram faylları üçün saxta versiya nömrələri təyin etmək olur.
    Kompüterin daxili və xarici qurğuların drayverləri haqda məlumat almaq üçün Мой компьютер üzərində mausun sağ düyməsini “klik” edib Свойства seçilir, sonra isə ekrana çıxan Свойства системы pəncərəsində Оборудование səhifəsini açıb, Диспетчер устройств düyməsini basmaq lazımdır. Bu zaman ekrana Диспетчер устройств pəncərəsi çıxır və onun daxilində qurğuların və drayverlərin adları, versiyaları, həmin drayverlərin yararlıq dərəcələri göstərilir. Drayveri yeniləmək üçün Обновить драйвер seçmək lazımdır. Əgər hər hansı drayver istifadə edilmirsə, onda Отключить düyməsini basmaqla, onu söndürmək, Удалить düyməsini basmaqla isə tamamilə silmək olur.

    Download 1,95 Mb.
    1   ...   40   41   42   43   44   45   46   47   ...   54




    Download 1,95 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Windows əməliyyat sistemində drayverlərlə iş

    Download 1,95 Mb.