|
WINDOWS əməliyyat sisteminin fayl sistemi
|
bet | 40/54 | Sana | 04.12.2023 | Hajmi | 1,95 Mb. | | #110636 | Turi | Mühazirə |
Bog'liq Əməliyyat sistemləri muhazire konspekti (1)WINDOWS əməliyyat sisteminin fayl sistemi
WINDOWS–un fayl sistemi qovluqlar üzərində qurulmuşdur. Bu iyerarxik bir quruluşdur, ağacvari quruluş da demək olar. Sürücünü bir ağacın gövdəsi kimi təsvir etsək, qovluqları bu gövdəyə birləşmiş budaqlar hesab etmək olar. Qovluqların daxilində başqa qovluqlar (budağa birləşən nazik budaqlar kimi) və fayllar da (budaqlardakı yarpaqlar kimi) ola bilər.
Fayl tipləri. Bir çox fayl tipi vardır. Fayllar, içərilərində saxlanılan məlumatın tipinə görə sinifləndirilir:
Proqram faylları - proqram fayllarında kompüterin oxuya bildiyi kodlar saxlanılır. Bir proqram faylının içərisinə baxdıqda, anlaşılmaz simvollar yığını görmək olar,
ancaq bu simvollar kompüter üçün anlaşılandır. Proqram fayllarının genişləndirməsi .com və ya .exe olur.
Köməkçi fayllar - bəzi proqramlar məlumatları köməkçi yardım faylı şəklində saxlayır, ancaq bu faylları işlətmək olmur. Ən çox məlum olan dəstək faylı genişləndirməsi bunlardır: .OVL (Overlay), .SYS (System), .DRV (Driver) və DLL (Dinamik link library).
Mətn faylları - mətn faylları ASCİİ formatına uyğun hərf-rəqəm simvollar saxlayır. Bu fayllarda müxtəlif mətn redaktorlarında yazılmış mətnlər saxlanılır. Onların genişləndirmələri .bat, .İNİ, .doc, .txt.
Qrafik fayllar - qrafik fayllarda müxtəlif rəsmlər və ya qrafik məlumatlar saxlanılır. Windows-un Paint proqramı bitmap fayyları yaradır və onları .BMP genişləndirməsi ilə yaddaşa yazır.
Multimediya faylları - səs və video məlumatlarını rəqəmlər şəklində saxlayırlar. Onların genişləndirilməsi .mid, .avi, . wav
Yazı tipi faylları - yazı tipləri haqqında məlumatların saxlandığı fayllardır. Bu fayllar adətən Windows qovluğundakı FONTS alt qovluğunda yerləşir. Genişləndirməsi .TTF olan fayllar TrueType yazı tipləri, genişləndirməsi .FON olan fayllar isə bitmap yazı tipləridir.
WINDOWS-da proqram və faylların axtarılması. Windows 7əməliyyat sistemində kompüterin xarici yaddaş qurğularında olan fayl, qovluq və proqramların axtarışı Start (Başlat) menyusundan həyata keçirilir . Start menyusunun axtarış sətri kompüterdə ən rahat axtarış vasitələrindən biridir. Axtarış əməliyyatı Start düyməsini basdıqda açılan menyunun sol panelin aşağı hissəsindəki Search programs and files (Proqramlar və faylları axtar) sətrinə axtarılan fayl, qovluq və ya proqramın adının daxil edilməsi ilə aparılır. Məsələn, kompüterdə qrafik redaktor olan Paint proqramını tapmaq tələb olunarsa, axtarış sətrinə axtarılan proqramın adının ilk hərfi yəni, “P” hərfi klaviaturadan daxil edilir. Bu zaman adında “P” hərfi olan bütün fayl, qovluq və proqram piktoqramları qruplar şəklində tapılır. Hərflər ardıcıl olaraq daxil edildikcə əməliyyat sistemi axtarış üçün ən uyğun nəticələri siyahı şəklində ekranda əks etdirir. Odur ki, axtarılan proqramın adı və işarəsini bu siyahıda tapmaq və onun üzərində mausun sol düyməsini klikləmək kifayətdir. Əgər axtarış əməliyyatını Windoẃs Explorer proqramında qovluq pəncərəsinin axtarış sətrində aparsaq, bu zaman cari qovluqda daxil olunmuş simvola uyğun axtarış prosesi yerinə yetiriləcəkdir. Tapılmış sənəd və ya proqram pəncərənin iş oblastında sarı fonla işarələnmiş formada əks olunacaqdır. Faylların axtarışında adlarında “*”və “?”simvollarından istifadə etməklə müəyyən əlamətə görə ayrılmış fayllar qrupunu tapmaq olar
“*”simvolu faylın adında və ya adın genişlənməsində istənilən sayda ixtiyari simvolun olduğunu göstərir
Məsələn
*.com- genişlənməsi “com”olan bütün faylları;
*.txt- genişlənməsi”txt”olan bütün faylları ;
infor.*- infor adlı bütün mümkün genişlənməyə malik olan fayllar qrupunu (infor.txt.; infor.docx; infor.exe;infor .com; infor.xlsx; infor .bas və. s );
in*.* - adı in ilə başlayan bütün faylları;
*or.*- adlarının sonluğu “or” hərf birləşməsi ilə qurtaran bütün mümkün genişlənməyə malik olan fayllar qrupunu (infor.txt ; işıqfor.docx; doktor.exe; fosfor.com ; motor.xlsx və s. );
*.*-bütün faylları göstərir.
Faylın adında və ya genişlənməsində “?” işarəsinin olması onu göstərir ki bu mövqedə ixtiyari bir simvol dura bilər. Məs al?.txt yazılışı al1.txt; al2.txt; alı.txt; alo.txt; als.txt və s. faylları əvəz edir .
|
| |