|
Xəbərdarlıq etmə paneli (tray) -
|
bet | 36/54 | Sana | 04.12.2023 | Hajmi | 1,95 Mb. | | #110636 | Turi | Mühazirə |
Bog'liq Əməliyyat sistemləri muhazire konspekti (1)Xəbərdarlıq etmə paneli (tray) - Işçi masada ekranın sağ aşağı küncündə daha bir xəbərdarlıq etmə və ya «trey» adlanan panel yerləşir. Burada kompüter işə salınan zaman
kompüterin yaddaşına avtomatik yüklənən və fon rejimində gözə görünmədən işləyən proqramların nişanları yerləşir. Məsələlər panelinin adi «lövhəsindən» onlar təkcə öz ölçülərilə deyil, həm də funksionallıqları ilə də fərqlənirlər, məsələn, istənilən nişanı sağ düymə ilə sıxdıqda bu proqramın çoxsaylı sazlanma menyularına giriş əldə etmək olur. Həmin nişanların üzərinə sol düymə ilə silkdikdə uyğun proqram pəncərəsi ekrana çıxır.
Windows Explorer proqramı
Fayl sistemi ilə işləmək üçün ən çox istifadə olunan vasitələrdən biri Windows Explorer (Проводник-Bələdçi) proqramıdır. Bu proqram fayl strukturu üzrə müxtəlif əməliyyatların yerinə yetirilməsinə imkan verir. İstənilən qovluq pəncərəsi bu proqramın köməyi ilə açılır.
Windows Explorer-i işlətməyin bir neçə yolları vardır:
Start menyusundan All Proqrams alt menyusundan Accessories-i, sonra da Windows Explorer-i seçmək lazımdır.
Win+R klavişlərin kombinasiyasını seçməklə açılan Run (Выполнить/İcra et) pəncərəyə «explorer.exe» əmri daxil etmək lazımdır
Win+E klavişlərin kombinasiyasını seçmək lazımdır
WINDOWS 7 əməliyyat sistemində WINDOWS Explorer proqramı icra olunarkən ekranda xüsusi pəncərə açılır və bu pəncərədə WINDOWS əməliyyat sisteminin bir sıra standart idarəetmə elementləri əks olunur. Bu proqram WINDOWS qovluğunda yerləşir və onun icra olunan modulu explorer.exe adlanır. İstənilən qovluq pəncərəsi kimi Bələdçi proqramının pəncərəsi də ekranda açılarkən onun əsas hissəsi müxtəlif fayl obyektləri üzərində mümkün olan əməliyyatlar siyahısı əks olunmuş Navigation pane (Hərəkət paneli) sol panel və sol paneldə seçilmiş qovluğun məzmunu əks olunmuş Work area (İşçi sahə) sağ paneldən ibarət olmaqla iki hissəyə bölünmüş olur. Bununla yanaşı, ehtiyac olan kimi istifadəçi çox asanlıqla sol panelin yerində disk və qovluqların ağacşəkilli (iyerarxik) strukturunu əks etdirə bilər.
|
| |