|
Mühazirə Giriş. Fənnin tədrisinin məqsədi və əsas məsələləri
|
bet | 1/4 | Sana | 13.06.2024 | Hajmi | 27,09 Kb. | | #263435 | Turi | Mühazirə |
Bog'liq Mühazirə 1
Mühazirə 1. Giriş. Fənnin tədrisinin məqsədi və əsas məsələləri.
G İ R İ Ş
Optik telekommunikasiya şəbəkələrində (OTŞ) optik telekommunikasiya sistemlərinin (OTS) tətbiq edilməsi cəmiyyətin müxtəlif növ qlobal informasiya mübadiləsi ilə təmin olunması ilə bağlıdır. Bu problemin həlli bütün Yer kürəsini əhatə edən rabitənin təşkili yeni texnologiyalı OTŞ-lərin qurulmasını və məlumatların ötürülməsini tələb edir. Bu problemin həlli zamanı kosmik, yerüstü efir, o cümlədən, sürətlə inkişaf edən mobil və kabel şəbəkələrinin bütün telekommunikasiya vasitələrindən istifadə edilir. OTŞ-lərin qurulmasının əsası artıq qoyulmuş və onun əsas təşkiledicilərindən biri də veriliş mühiti kimi istifadə olunan optik-lifli rabitə xətləridir (OLRX). OTŞ-lərdə OLRX-lərinin istifadə olunması və optik lif (OL) üzrə informasiyanın ötürülməsinin bir sıra üstünlükləri vardır:
geniş buraxma zolağı - son dərəcə yüksək daşıyıcı tezliyi 1014Hs-dir. Bu bir OL üzrə saniyədə bir neçə Terabit informasiya selini ötürmək üçün potensial imkan verir. Böyük buraxma zolağı mis naqilli və ya digər informasiya veriliş mühiti ilə müqayisədə OL-in ən vacib üstünlüklərindən biridir;
OL üzrə veriliş zamanı optik siqnalın (OS) sönməsinin kiçik olması. Hazırda xarici istehsalçıların istehsal etdiyi OL üzrə veriliş zamanı dalğa uzunluğu 1,55 mkm olduqda kilometrik sönmə 0,2...0,3 dB-dir. Zəifləmə və dispersiyanın kiçik olması regeneratorlardan istifadə edilmədən uzunluğu 100 km və daha çox olan xətt traktını qurulmasına imkan verir;
yüksək maneəyədavamlılığı. OL dielektrik materialdan hazırlandığına görə onu əhatə edən ətrafdakı mis kabelli dövrələr üzrə işləyən sistemlər və elektromaqnit şüalanması (yüksək gərginlik elektrik veriliş xətləri, elektrik mühərrikləri, elektrikləşdirilmiş dəmir yolu xətlərinin və s.) induksiyalaşdıra bilən elektrik avadanlıqları tərəfindən elektromaqnit təsirlərinə məruz qalmır. Çox OL-li kabellərdə də çoxcütlüklü mis kabellərə xas olan elektromaqnit şüalanmasının çarpaz təsiri problemi yaranmır;
kiçik çəkiyə və həcmə malik olması. Optik rabitə kabelləri (ORK) eyni buraxma qabiliyyətinə malik mis kabellərlə müqayisədə daha az çəkiyə və həcmə malikdir;
icazəsiz mübadixələdən yüksək mühafizə olunması. ORK demək olar ki, elektromaqnit sahəsi yaratmadığına görə ötürülən informasiyanı qəbul-veriliş prosesini pozmadan əldə etmək çox çətindir. Bu cür ORK-ləri yüksək tələblər irəli sürən inzibati, bank və digər bəzi xüsusi xidmətlərdə rabitə xətlərinin qurulması zamanı istifadə oluna bilər;
|
| |