• II. Fənnin məqsəd və vəzifələri 2.1. Fənnin məqsədi
  • 2.2. Fənnin mənimsənilməsinin vəzifəsi
  • Mühazirə Giriş. Fənnin tədrisinin məqsədi və əsas məsələləri




    Download 27,09 Kb.
    bet3/4
    Sana13.06.2024
    Hajmi27,09 Kb.
    #263435
    TuriMühazirə
    1   2   3   4
    Bog'liq
    Mühazirə 1

    I. Fənnin təsviri

    “Optik gücləndiricilər və tətbiq sahələri” fənni 060627-“Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan magistrantlar üçün tədris olunan ixtisaslaşmanın seçmə fənninə aiddir.


    “Optik gücləndiricilər və tətbiq sahələri” fənni optik telekommunikasiya sistemlərinin qurulma prinsipləri, onun əsas komponentləri və xarakteristikaları, optik siqnalın optik lif üzrə yayılması prosesi, təkkvantlı optik şüa mənbəyi və optik şüa qəbulediciləri, optik liflərin təsnifatı və xarakteristikaları, optik gücləndirici qurğuların iş prinsipləri və xüsusiyyətləri, optik gücləndiricinin enerji səviyyələri, EDFA optik gücləndiricilərinin tətbiqi, optik qəbuledicilərdə səs-küy yaradan mənbələrə aid materiallar ətraflı şəkildə əhatə edilmişdir.


    II. Fənnin məqsəd və vəzifələri


    2.1. Fənnin məqsədi

    “Optik gücləndiricilər və tətbiq sahələri” fənninin tədris olunmasında məqsəd 060627 - “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisası üzrə magistratura səviyyəsində təhsilalanlarda sahə üzrə dialektik dünyagörüşünü inkişaf etdirmək, optik telekommunikasiya sistemlərinin qurulma prinsipləri, optik şüanın optik lif üzrə yayılması prosesi, optik gücləndiricilər və onların tətbiq sahələri, optik gücləndirici qurğuların iş prinsipləri və xüsusiyyətləri, optik gücləndiricinin enerji səviyyələri, EDFA optik gücləndiricilərinin tətbiqi və bunlara uyğun olaraq müvafiq normativ-hüquqi ba­zası haq­qın­da peşəkar biliklər formalaşdırmaq, sistemli bilik və bacarıqlar aşı­lamaq, aka­­de­mik və sosial-fərdi kompetensiyaları inkişaf etdirmək və möhkəm­lən­dir­mək­dən iba­rətdir.


    2.2. Fənnin mənimsənilməsinin vəzifəsi

    “Optik gücləndiricilər və tətbiq sahələri” fənninin tədrisinin əsas vəzifəsi 060627 - “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ix­tisası üzrə təhsil alan magistrantlara müasir optik gücləndiricilər, onların tətbiq sahələri, iş prinsipləri və xüsusiyyətləri və onların müvafiq standartlar bazasında qurulması, istismarı və idarə olunması sahəsində davamlı biliklərin formalaşdırılması üzrə la­zım olan bilik və bacarıqların aşılanmasından ibarətdir.





    Download 27,09 Kb.
    1   2   3   4




    Download 27,09 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mühazirə Giriş. Fənnin tədrisinin məqsədi və əsas məsələləri

    Download 27,09 Kb.