• Windows 7 əməliyyat sistemində idarəetmə paneli (Control Panel) və onunla iş prinsipləri Control Panel
  • Start (Пуск /Başlat
  • System and Security
  • Network and Internet
  • Hardvare and Sound
  • User Accounts and Family Safety
  • Appearance and Personalization
  • Clock , Language and Region
  • Ease of Acess
  • 1. Mühazirə Əməliyyat sistemi anlayışı




    Download 1,95 Mb.
    bet46/54
    Sana04.12.2023
    Hajmi1,95 Mb.
    #110636
    TuriMühazirə
    1   ...   42   43   44   45   46   47   48   49   ...   54
    Bog'liq
    Əməliyyat sistemləri muhazire konspekti (1)

    Məsələlər dispetçeri. Windows 7 əməliyyat sistemində məsələlər dispetçerini yükləmək üçün Məsələlər panelində istənilən boş yerdə siçanın sağ düyməsini sıxmaq və açılan kontekst menyusundan Запустить диспетчер задач (Start Task Manager (Tapşırıq Menecerini Başlat)) əmrini seçmək lazımdır.
    Məsələlər dispetçeri əməliyyat sistemində işə salınmış bütün proqramların tam siyahısını verir. Onlardan hər hansı birində səhv olduqda «не отвечает» (Not responding) yazısı görsənir. Lakin məsələlər dispetçer sadəcə səhvləri aşkar etmək üçün deyil, həm də inadçı (adi qaydada bağlanmayan) proqramı onun adını siçanı klikləməklə seçir və Снять задачу (End Task (Tapşırığı sona çatdır)) düyməsini sıxmaqla bağlamağa imkan verir.
    Bundan başqa, Процессы (Processes (Proseslər)) bölməsində hər bir proqramın nə qədər prosessorun vaxtını və operativ yaddaşı “zəbt” etdiyini görmək olar. Bununla da kompüterin resurslarının haraya xərcləndiyini görmək olar.
    Windows əməliyyat sisteminin operativ yaddaşını indiki anda da lazımsız məsələlərdən təmizləmək lazım gəldikdə Məsələlər dispetçerinin köməyinə müraciət edirlər.
    Windows 7 əməliyyat sistemində idarəetmə paneli (Control Panel)
    və onunla iş prinsipləri
    Control Panel (Панель управления/İdarəetmə paneli) ümumilikdə Windows 7 əməliyyat sisteminin ən mühüm komponentlərindən biridir və əməliyyat sistemində əsas sazlama əməliyyatlarına giriş bu panelin pəncərəsindən başlanır. İdarəetmə panelinin pəncərəsini açmaq üçün Start (Пуск /Başlat ) menyusundan Control Panel (Панель управления/İdarəetmə paneli) əmrini icra etmək lazımdır. Bu zaman ekranda eyni adlı sistem pəncərəsi əks olunur.
    Windows 7 əməliyyat sistemində sazlama əməliyyatları üçün nəzərdə tutulmuş bütün elementlər öz funksiyalarına görə müəyyən kateqoriyalar üzrə qruplara bölünmüşdür. Bu elementlər vasitəsilə yeni qurğular əlavə etmək və sazlamaq, proqramları quraşdırmaq və ya ləğv etmək, istifadəçinin qeydiyyat yazısını yaratmaq,
    redaktə etmək və ya ləğv etmək, iş masasının tərtibatını dəyişmək və ümumiyyətlə sistemin sistemin sazlanması ilə bağlı istənilən əməliyyatı yerinə yetirmək olar .
    Windows 7 əməliyyat sistemində İdarəetmə panelinin əsas kateqoriyaları və onların tərkibinə daxil olan elementlər bunlardır:
    - System and Security (Система и безопасность/Sistem və Təhlükəsizlik). Bu kateqoriyaya administrator səlahiyyətlərinə aid olan bütün elementlər, əməliyyat sisteminin idarə olunması və sistemin təhlükəsizlik vasitələri daxildir. Belə ki bu elementlər sistemin təhlükəsizlik parametrlərinə baxmaq və redaktə etmək , sistem haqqında məlumata və kompüterin xarakteristikalarına baxmaq, enerji seçimlərini sazlamaq, verilənlərin ehtiyyat nüsxələrini yaratmaq və bərpa etmək, sistemin yenilənməsi və sistem xidmətlərini həyata keçirmək üçün nəzərdə tutulur.
    - Network and Internet (Сeть и Интернет/Şəbəkə və İnternet). Bu kateqoriya qrupuna şəbəkə qoşulmaları ilə işləmək üçün nəzərdə tutulan elementlər, internet brauzerinin xüsusiyyətləri və bir sıra digər parametrlər daxildir. Yəni bu qrupa daxil olan elementlər İnternetə qoşulmanın sazlanması, şəbəkə qovluqları və faylların ümumi girişinin sazlanması lokal şəbəkənin vəziyyətinin yoxlanması və sazlanması, İnternet Explorer brauzerinin sazlanma rejiminə keçid , şəbəkəyə kabelsiz qurğuların əlavə edilməsi və. s əməliyyatların icrasına imkan verir.
    - Hardvare and Sound (Оборудование и Звук/Avadanlıq və səs). Bu kateqoriya qrupundakı elementlər bütün mümkün qurğuların və kompüterin bütün komponentlərinin sazlanmasını təmin edir. O cümlədən, bu elementlər kompüterə qurğuların qoşulması, sistem hadisələrinin səs siqnalları ilə müşayiət edilməsinin sazlanması, kompakt disklərin avtomatik səsləndirilməsinin sazlanması, drayverlərin yenilənməsi, ekran parametrlərinin sazlanması, qurğuların işi və səs tərtibatı ilə bağlı digər parametrlərin sazlanması üçün nəzərdə tutulur. Eyni zamanda bu elementlərin köməyilə kompüter qurğuların o
    cümlədən printer, maus, monitor, videokart və səs platasının parametrlərinə baxmaq və onları tənzimləmək olar .
    - Proqrams (Программы /Proqramlar). Bu kateqoriya qrupundakı elementlər Windows 7 əməliyyat sistemində quraşdırılmış proqramları və Windows komponentlərini idarə etməyə imkan verir. Xüsusi halda bu elementlər quraşdırılmış proqramları ləğv etmək, susmaya görə istifadə olunan proqramları seçmək, Windows komponentlərini quraşdırmaq və ya ləğv etmək, iş stolunda mini-proqramlarla işləmək, konkret tipli faylların açılması üçün proqram təyin etmək və s. olar.
    - User Accounts and Family Safety (Учетные записи пользователей и семейная безопасность/İstifadəçi Hesabları və ailəvi təhlükəsizlik). Bu kateqoriya qrupuna qeydiyyat yazıları ilə bağlı bütün əməliyyatları yerinə yetirməyə və effektli valideyn nəzarəti yaratmağa imkan verən, həçmçinin digər elementlər daxildir. Belə ki, onlar istifadəçinin qeydiyyat yazısını yaratmaq və redaktə etmək, valideyn nəzarəti funksiyalarını sazlamaq, sistemə giriş parolunu dəyişmək və. s əməliyyatlar aparmağa imkan verir.
    - Appearance and Personalization (Оформление и персонализация/Görünüş və Fərdiləşdirmə). Bu kateqoriya qrupuna Windows 7əməliyyat sisteminin interfeysinin istifadəçi istəyəninə uyğun əlverişli və gözəl şəkildə sazlanmasını təmin edən elementlər daxildir. O cümlədən, bu elementlər iş masasının və pəncərələrin xarici görünüşünün sazlanması, Başlat menyusu və tapşırıq panelinin sazlanması, şriftlərin idarə olunması, qovluq parametrlərinin sazlanması və.s əməliyyatlar üçün edilir.
    - Clock , Language and Region (Часы, язык и регион /Saat, dil və region). Bu kateqoriya qrupundakı elementlər kompüterdə tarix və vaxtın dəyişdirilməsi, saat qurşağının dəyişdirilməsi, yeni giriş dilinin daxil edilməsi, klaviaturadan giriş dilinin sazlanması və. s əməliyyatlar üçün nəzərdə tutulur.
    - Ease of Acess (Специальные возможности/Müraciətin asanlığı) Bu kateqoriya qrupuna daxil olan elementlər sistemi məhdud imkanlı insanların kompüterdə işləyə bilməsi üçün sazlamağa imkan verir.

    Download 1,95 Mb.
    1   ...   42   43   44   45   46   47   48   49   ...   54




    Download 1,95 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    1. Mühazirə Əməliyyat sistemi anlayışı

    Download 1,95 Mb.