|
Windows 7 əməliyyat sistemində standart
|
bet | 47/54 | Sana | 04.12.2023 | Hajmi | 1,95 Mb. | | #110636 | Turi | Mühazirə |
Bog'liq Əməliyyat sistemləri muhazire konspekti (1)Windows 7 əməliyyat sistemində standart
proqramlar (Windows Accessories)
Windows 7 əməliyyat sisteminin tərkibində kompüterlə iş prosesində üzə çıxan bir çox məsələlərin həlli üçün nəzərdə tutulmuş çoxlu sayda nisbətən sadə kiçik həcmli proqramlar vardır. Bunlar standart proqramlardır və sistemin tərkibinə məcburi komponent kimi daxil edilir. Bu proqramlara Start (Пуск /Başlat ) menyusundan All Proqrams (Все программы /Bütün Proqramlar ) alt menyusundakı Accesories ( Стандартные/Aksessuarlar) qovluğundan daxil olmaq mümkündür.
Accesories ( Стандартные/Aksessuarlar) qovluğunda yerləşən standart proqramlara Calculator (Калькулятор/Kalkulyator), Command Prompt (Kомандная строка/Əmr sətri), Connect to a Network Projector (Подключение к сетевому проектору/Şəbəkə proyektoruna Bağlan), Connect to a Projector (Подключить к проектору/Proyektora bağlan), Notepad (Блокнот/Bloknot), Paint (Paint/Boyama), Remote Desktop Connection (Подключение к удаленному рабочему столу/uzaq iş masası bağlantısı), Snipping Tool (Ножницы/Hissə aləti), Sound Recorder (Звукозапись/Səsyazan), StickyNotes (Записки/Yapışqanlı etiketlər), WordPad, Windows Explorer
(Проводник/ Windows Bələdçi), SystemTools (Служебные/Sistem alətləri), Tablet PC(Планшетный ПК) və s. aiddir.
Calculator (Калькулятор/Kalkulyator) proqramı klaviaturadan daxil edilən verilənlər üzərində sadə riyazi hesablamaların aparılması üçün nəzərdə tutulur. Windows 7 əməliyyat sistemində kalkulyator proqramı bir neçə formalarla və əlavə funksiyalarla təchiz edilmişdir.
Command Prompt (Kомандная строка /Əmr sətri) proqramı Windows 7 əməliyyat sistemində MS DOS əməlıyyat sisteminin pəncərəsini təmin edir.
Notepad (Блокнот/Bloknot) ən sadə mətn redaktorudur. Başqa sözlə bu proqram kiçik qeydlər yaratmaq və *.txt formatlı elektron sənədləri redaktə etmək üçün nəzərdə tutulan sadələşmiş redaktordur. Bu proqram yalnız mətnin sadə redaktə rejimlərindən istifadə etməyə imkan verir. Elə ona görə də bu proqram sadə sənədlər və veb-səhifələrin yaradılmasında istifadə edilir.
Paint (Paint/Boyama) proqramından qrafik təsvirlər yaratmaq və onları redaktə etmək üçün istifadə edilir. Windows 7 əməliyyat sistemində olan Paint proqramı tamamilə yenilışdirilmişdir. Belə ki, bu proqramda istifadə edilən bütün alətlər Paint pəncərəsinin yuxarı hissəsində Ribbon (Лент/Lent) interfeysi üzərində yerləşir. Yəni artıq Paint proqramı lent interfeysinə malikdir. Həmçinin proqramın standart alətlər sırasına əlavə fiqurlar, fırçalar və s. daxil edilmişdir.
Word Pad proqramı sənədlərin yaradılması, redaktəsi və formatlaşdırılması üçün nəzərdə tutulan Notepad (Блокнот/Bloknot) proqramına nisbətən daha geniş imkanlara malik olan *.rtf (Rich Text Format) formatlı elektron sənədləri hazırlamaq üçün nəzərdə tutulan sadə mətn prosessorudur. Bu proqram Microsoft Word proqramının qısaldılmış variantıdır.
Sticky Notes (Записки/Yapışqanlı etiketler) proqramı bilavasitə iş masasında mətndən ibarət kiçik qeydlər yaratmaq üçün nəzərdə tutulan sadə və əlverişli bir proqramdır. Bu proqrama sadəcə olaraq üzərində müəyyən qeydlər, xatırlamalar və s.yazılmış sarı rəngli yapışqanlı stikerlərin elektron variantı kimi baxmaq olar.
|
| |