|
Sistemin əvvəlki vəziyyətinə bərpası (System Restore, Восстановление системы) –
|
bet | 50/54 | Sana | 04.12.2023 | Hajmi | 1,95 Mb. | | #110636 | Turi | Mühazirə |
Bog'liq Əməliyyat sistemləri muhazire konspekti (1)Sistemin əvvəlki vəziyyətinə bərpası (System Restore, Восстановление системы) – Bu əmr verildikdən sonra yeni açılan pəncərənin sağ hissəsində iki rejim
verilir. Bunlardan biri kompüter tərəfindən qeyd olunmuş və hansısa dəyişikliyə və ya proqram təminatının əlavəsinə uyğun bərpa nöqtələrinə keçidə imkan verir. İkinci isə istifadəçinin özü tərəfindən bərpa nöqtəsinin yaradılması imkanını yaradır. Birinci imkan seçildikdə növbəti addımda ekrana təqvim verilir. Həmin təqvimdə xüsusi rənglənmiş xanada olan tarix bərpa tarixləridir. Təqvim pəncərəsinin başlığında verilən hərəkətetdiricilərlə daha əvvəlki bərpa nöqtələrinə keçmək mümkündür. Bu nöqtə seçildikdən sonra kompüter sistemi həmin tarixdəki vəziyyətə qaytarır.
Diskin təmizlənməsi (Disk Cleanup, Очистка диска) – Lazımsız faylların pozulmasına xidmət edir.
Sistem haqqında məlumat (System İnformation) – Sistem haqqında məlumatları verir. Bu əmrin köməyi ilə kompüterin aparat resursları, müxtəlif komponentlər, qurğular, proqramlar haqqında məlumat və onların mövcud vəziyyətlərinin səviyyəsini əldə etmək olar.
Təyin olunmuş tapşırıqlar (Sheduled Tasks, Назначенные задания) – Avtomatik yerinə yetirilən xidməti proqramların siyahısına baxmağa, yerinə yetirilmə vaxtını dəyişməyə və yeni tapşırıq müəyyənləşdirməyə xidmət edir. Əmr verildikdən sonra açılan pəncərədən Add Tasks (Добавить задания) rejiminin üzərində düyməni sıxaraq yeni pəncərəyə keçib lazımi proqram seçmək lazımdır. Növbəti addıma keçilir. Bu addımda tapşırığa ad verilir. Bu ad proqramın öz adı da ola bilər. Həmin pəncərədə tapşırığın yerinə yetirilməsi və ya proqramın işə salınması parametri seçilir (hər gün, hər həftə, kompüter yüklənən kimi və s.) sonra «Готовo» düyməsi ilə prosesin başa çatdığı bildirilir. Sonrakı mərhələlərdə tapşırıqla əlaqədar parametrlər sorğulara cavab şəklində müəyyənləşdirilir.
WINDOWS əməliyyat sisteminin xüsusiyyətlərinin dəyişdirilməsi
WINDOWS-un xüsusiyyətlərini dəyişdirmək üçün Start (Пуск/Başla) menyusundan Control Panel (Панель управления/İdarəetmə Paneli) əmrini seçmək lazımdır. Control Panel (Панель управления/İdarəetmə Paneli) qurğuların xüsusiyyətlərini dəyişdirmək və ya WINDOWS-un qrafik xüsusiyyətlərini istədiyimizə uyğun qurmaq üçündür.
Tarix və zamanı dəyişdirmək. Tarix və zamanı dəyişdirmək lazımdırsa, Control Panel (Панель управления/İdarəetmə Paneli)ndən Date and Time (Дата и Время/Tarix və Zaman) parametrlərini seçmək lazımdır. Eyniadlı dialoq pəncərəsi açılacaqdır. Month (Месяц/Ay) sahəsindən cari ayı, Year (Год/İl) sahəsindən cari ili, təqvimdən günü seçmək lazımdır. Time (Дата/Zaman) sahəsinin sağındakı ox düyməsini və ya sahə üzərində sıxaraq cari saatı daxil etmək lazımdır.
Time Zone (Часовой Пояс/Vaxt bölgəsi) səhifəsinə keçib, dünya xəritəsini görmək olar. Mətn sahəsinin sağındakı ox düyməsini sıxaraq açılan menyudan olduğumuz yeri seçmək lazımdır. Uyğun parametrləri seçdikdən sonra OK düyməsini sıxaraq onları aktivləşdirmək olar.
Mausun xüsusiyyətlərini dəyişdirmək. Mausun xüsusiyyətlərini dəyişdirmək üçün Control Panel-dən (Панель управления/İdarəetmə Paneli) Mouse (Мышь/Maus Qurğusu) seçərək Mouse Properties (Свойства: Мышь/Maus Qurğusu Xüsusiyyətləri) dialoq pəncərəsi açılacaqdır.
Solaxay istifadəçilər üçün Buttons (Кнопки/Düymələr) səhifəsindən istifadə edərək maus düymələrinin funksiyalarını Button configuration (Конфигурация кнопки/Düymə konfiqurasiyası) sahəsində Switch primary and secondary buttons (Основная кнопка и
дополнительная кнопка/Əsas və köməkçi düyməyə çevir) parametrləri seçməklə dəyişdirmək olar.
Ikiqat sıxma sürətini Double-click speed (Скорость двойного нажатия/Ikiqat sıxma sürəti) sahəsindəki Slow (Медленно/Asta) və Fast (Быстро/Cəld) arasındakı düyməsini uyğun istiqamətdə hərəkət etdirməklə artırıb azaltmaq olar.
Pointers (Указатели/Göstəricilər) səhifəni seçdikdə WINDOWS-da istifadə olunan müxtəlif mausun işarələrini görmək olar. Mausunun göstəricilərini xüsusi göstəriciləri olan faylları açaraq dəyişdirmək olar. Mausunun göstəricilərini dəyişdirmək üçün altdakı siyahı pəncərəsindən dəyişdirmək istədiyimiz göstərici üzərində sıxmaq lazımdır. Browse (Обзор/Gözdən keçir) düyməsini sıxaraq yeni göstəricini axtarmaq olar. Göstərici siyahısı tərtib etdikdən sonra Save As (Сохранить как/Yeni adla yaddaşa yaz) düyməsini sıxaraq və bir ad verərək bunu sonrakı istifadələr üçün də yaddaşda saxlamaq olar. Standart Windows göstəricilərindən istifadə etmək üçün Use Default (Восстановить исходную/Standart İşlət) düyməsini sıxmaq lazımdır.
Mausun göstəricisinin hərəkət xüsusiyyətlərini Pointers Options (Параметры указателя/Göstərici xüsusiyyətləri) səhifəsində dəyişdirmək olar. Bu səhifədə Motion (Перемещение/Hərəkət) sahəsindəki Slow (Медленно/Asta) və Fast (Быстро/Cəld) düyməsini sürüyərək, mausu hərəkət etdirdikcə, göstəricinin hansı sürətlə hərəkət edəcəyini təyin etmək olar. Apply (Применить/Tətbiq et) düyməsini sıxaraq seçdiyimiz parametrləri saxlamaq olar.
Dil xüsusiyyətlərini dəyişdirmək. Sistemin dil xüsusiyyətlərini dəyişdirmək üçün Control Panel-dən (Панель управления/İdarəetmə Paneli) Region and Language (Язык и региональные стандарты/Bölgə və Dil standartları) seçmək lazımdır. Bu zaman eyniadlı dialoq pəncərəsi açılacaqdır. Administrative (Дополнительно/Əlavələr) sahəsinə keçib Change System language (Изменить язык системы/Sistem dilini dəyişmək) düyməsinə basıb açılan siyahıda lazım olan dili seçib OK düyməsinə basmaq lazımdır.
|
| |