• Səsli media.
  • WINDOWS əməliyyat sisteminin multimediya vasitələri




    Download 1,95 Mb.
    bet51/54
    Sana04.12.2023
    Hajmi1,95 Mb.
    #110636
    TuriMühazirə
    1   ...   46   47   48   49   50   51   52   53   54
    Bog'liq
    Əməliyyat sistemləri muhazire konspekti (1)

    WINDOWS əməliyyat sisteminin multimediya vasitələri
    WINDOWS əməliyyat sistemi xüsusi aparat və proqram vasitələrinin köməyi ilə yüksək keyfiyyətli səs və video interaktiv işini təmin edə bilir. Multimediyanın əsas vəzifəsi səs siqnalını rəqəm şəklinə və ya əksinə çevirmək; ikinci element isə - videoplatadır ki, onun vasitəsilə videoinformasiya rəqəm şəklinə və əksinə çevrilir. Səs platasına müxtəlif akustik sistemlər qoşulurlar. Səs və video ilə kompüterdə işləmək üçün çoxlu sayda proqram vasitələri mövcuddur. Bu cür proqramların minimal toplusu WINDOWS-un tərkibində vardır. Bu proqramlar vasitəsilə audikompakt diskləri oxutdurmaq, onlara informasiyanı yazmaq və səs fayllarını redaktə etmək, həmçinin videokliplərə baxmaq olar. Multimediya informasiyası (yəni cizgi, audio və video informasiya) çox böyük yer tutur. Buna görə də belə informasiya kompakt – disklərdə yerləşdirilir və həmin disklərdəki informasiyanı oxumaq üçün kompüterlərdə “CD-ROM” disk qurğusu olmalıdır.
    Səsli media. Səs iki şəkildə yazılır, səsdalğası (waveform) və MIDI formatında. Səsdalğası formatındakı faylların çoxu diskdə daha çox yer tutur, ancaq səs kartı olan hər kəs bu faylları işlədə bilər. MIDI faylları isə daha az yeri tutur, ancaq bunlar yalnız MIDI
    uygunluqlu avadanlıqlarla işləyə bilirlər. Artıq bir çox səs kartlarında MIDI sintezləyisi olur, bunun sahəsində bir çox multimedia sistemləri MIDI fayllarını işlədə bilirlər.
    Waveform Audio (Audio Səs Dalğası) - Audio səs dalğası, səs dalğalarının rəqəm görünüşüdür. Kompüterdə analoq-rəqəm və rəqəm-analoq çeviricisi olan bir adapter varsa, səs yazmaq və səsləndirmək olar.
    MIDI Audio (Musical Instrument Digital Interface - Musiqi Alətləri Rəqəm İnterfeysi) faylları səslərin rəqəm kodlarından deyil, əmrlərdən təşkil olunur. Bir MIDI əmri sintezləyiciyə hansı notu nə qədər müddətə səsləndirməsini bildirir.
    CD Audio – WINDOWS adətən musiqi CD-lərinin kompüterin CD-ROM sürücüsündə səslənməsini təmin edən bir sürücü ilə birlikdə gəlir.

    Download 1,95 Mb.
    1   ...   46   47   48   49   50   51   52   53   54




    Download 1,95 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    WINDOWS əməliyyat sisteminin multimediya vasitələri

    Download 1,95 Mb.