|
Windows əməliyyat sistemləri. WINDOWS əməliyyat
|
bet | 28/54 | Sana | 04.12.2023 | Hajmi | 1,95 Mb. | | #110636 | Turi | Mühazirə |
Bog'liq Əməliyyat sistemləri muhazire konspekti (1)Windows əməliyyat sistemləri. WINDOWS əməliyyat
sistemində tətbiq olunan yeni texnologiyalar
Windows əməliyyat sistemi ilk dəfə 1985-ci ildə Microsoft firması tərəfindən yaradılmışdır. Dünyada ən çox istifadə edilən əməliyyat sistemidir. Microsoft-un ilk əməliyyat sistemi olan MS-DOS-dan fərqli olaraq Windows-da eyni anda bir çox əməliyyatı yerinə yetirmək mümkündür. 1987-1989 illərdə Windows sistemində işləyən çoxlu sayda güclü və rahat proqramlar yaradıldı. 1990-cı ildə yaradılmış Windows 3.0
versiyasından başlayaraq Windows müasir kompüterlər üçün standarta çevrildi. Windows – müasir kompüterlərin istifadəsində yeni imkanlar açan bir sistemdir, proqramın yerinə yetirilməsi üçün rahat şərait yaradır.
IBM PC tipli kompüterlər üçün 1981-ci ildən 1995-ci ilə qədər əsas MS-DOS olmuşdur. Sonralar əməliyyat sistemi ilə işləməyi asanlaşdırmaq və avtomatlaşdırmaq məqsədi ilə klaviaturanın köməyilə əmrləri yerinə yetirən ilk proqram örtüyü – NORTON COMMANDER (NC) yaradıldı. 1985-ci ildə Windows 1.0, 1990, 1992, 1993-cü illərdə Windows 3.0, 3.1, 3.11 qrafiki proqram örtükləri yaradıldı. Sadə, vahid istifadə interfeysi; çoxməsələlik; öz qurğularını diaqnostika; informasiyanı qoruma qabiliyyəti və s. keyfiyyətli Windows-95 əməliyyat sistemi “elektron informasiya dünyasına pəncərə” açdı. Windows-95 əməliyyat sistemi özündə MS-DOS və Windows örtüyünü birləşdirmişdi. MS-DOS-dan əsas fərqi onun xarici qurğularla birgə işləməsidir. Windows-95 IBM PC tipli kompüterlər üçün ilk 32 mərtəbəli əməliyyat sistemidir. 1998-ci ildə Windows sisteminin təkmilləşdirilmiş və bir sıra yeni imkanlar əlavə edilmiş versiyası – Windows-98, sonralar isə Windows-2000, Windows XP, Windows Vista, Windows-NT, və s. yaradılmışdır.
WINDOWS əməliyyat sistemində tətbiq olunan yeni texnologiyalar.
WINDOWS əməliyyat sistemi aşağıdakı əsas xüsusiyyətlərə malikdir:
a) Təkmilləşdirilmiş yeni vasitələr kimi çıxış edən Start (Başlat) düyməsi və Taskbar (tapşırıq paneli) köməyi ilə lazım olan proqramları və sənədləri daha tez açmaq, açılmış proqram pəncərələri arasında asanlıqla keçmək, faylları axtarmaq mümkündür.
b) WINDOWS Explorer (Bələdçi) – proqramından istifadə etməklə diskdəki kataloqlar siyahısına baxmaq, kataloqlardakı fayl sistemini idarə etmək, fayl və kataloqların atributlarını dəyişmək olar.
c) WINDOWS əməliyyat sistemində çeşidləmə və axtarma əməliyyatları asanlaşmışdır, çünki fayl adında 256-dək simvoldan istifadə etmək mümkün idi.
d) CD-ROM – da təkmilləşdirilmiş AutoPlay (avtomatik səsləndir) və AutoRun (avtomatik icra et) texnologiyasının köməyilə diskə yazılmış multimediya və proqram vasitələrini avtomatik açmaq və işə salmaq mümkün olmuşdur.
e) Yüksək keyfiyyətli 3D – texnologiyasının köməyilə xüsusi 3D qrafikalı oyunların və proqramların yaradılması və geniş yayılması mümkün olmuşdur.
f) Plug and Play (qoş və işlə) xüsusiyyətini dəstəkləyən qurğuları kompüterə qoşmaq və avtomatik sazlamaq imkanı əldə edilmiş və bununla da istifadəçi zəhmət tələb edən işdən azad edilmişdir.
g) Kompüter şəbəkələrinin dəstəklənməsi online-informasiya mübadiləsi aparmaqla yaranan problemləri canlı online-rejimdə müzakirə etməyə və aradan qaldırmağa imkan vermişdir.
h) WINDOWS İnstaller müxtəlif qurğuların və proqram məhsullarının sazlanması, iş konfiqurasiyasının təyini üçün istifadə edilən xidməti texnologiyadır.
|
| |