|
Planlaşdırma kriteriləri və alqoritmlərə qarşı irəli sürülən tələblər
|
bet | 18/54 | Sana | 04.12.2023 | Hajmi | 1,95 Mb. | | #110636 | Turi | Mühazirə |
Bog'liq Əməliyyat sistemləri muhazire konspekti (1) Planlaşdırma kriteriləri və alqoritmlərə qarşı irəli sürülən tələblər
Proseslər planlaşdırmanın hər bir səviyyəsi üçün çoxlu sayda müxtəlif alqoritmlər təklif etmək olar. Konkret alqo-ritmin seçimi hesablama sistemi tərəfindən həll olunan məsə-lələr sinfi və planlaşdırmadan istifadə edərək, bizim əldə etmək istədiyimiz məqsədlərlə təyin olunur. Bu cür məqsədlərə aşağı-dakıları aid etmək olar:
-Ədalətlilik – hər bir tapşırığa və ya prosesə kompüter sistemində prosessordan istifadə olunma vaxtının müəyyən bir hissəsinə zəmanət vermək, elə bir vəziyyətin əmələ gəlməsini buraxmamağa çalışmaq lazımdır ki, bir istifadəçinin prosesi daima prosessoru məşğul etməmiş olsun, halbuki, həmin vaxtda faktiki olaraq, digər istifadəçinin prosesinin yerinə yetirilməsi baş verməmişdir.
- Effektivlik – prosessoru bütün iş vaxtının 100%-nə qədər məşğul etməyə səy göstərmək lazımdır və ona, icra olunmaq üçün hazır olan prosesləri gözləməklə, boş dayanmamağa imkan verməmək. Real hesablama sistemlərində prosessorun yüklənməsi 40%-dən 90%-ə qədər olur.
-Yerinə yetirmənin tam vaxtının qısaldılması (turn around time ) – prosesin startı və ya yüklənilmə üçün tapşırığın növbəyə qoyulması və onun bitirilməsi arasında minimal vaxtı təmin etmək.
-Gözləmə vaxtının qısaldılması (waiting time ) – proseslərin “hazır olma” vəziyyətində və yüklənilmə üçün tapşırığın növbəyə qoyulmasında keçirtdikləri vaxtın qısaldılması.
-Cavab vermə vaxtının qısaldılması (response time ) – istifadəçinin sorğusuna cavab vermək üçün interaktiv sistemlərdə prosesə tələb olunan vaxtın minimallaşdırılması.
Planlaşdırma məqsədlərinin qoyulmasından asılı olma-yaraq, həmçinin, arzu olunur ki, alqoritmlər aşağıdakı xassələrə malik olsunlar:
-Gələcəyi qabaqcadan bildirə bilsinlər. Eyni bir tapşırıq təxminən eyni bir vaxt ərzində yerinə yetirilməlidir. Planlaş-dırma alqoritminin tətbiqi 4 ədədinin kvadrat kökünün hesablanması kimi misalda bir işə salma zamanı saniyənin yüzdə bir vaxtında və ikinci işə salınma isə - bir neçə sutkalar ərzində olmalıdır;
-Minimal qaimə xərcləri ilə əlaqəli olmalıdır. Prosessordan istifadə üçün ayrılmış prosesə hər bir 100 millisaniyəyə proses-sorun öz sərəncamına hansı prosesin götürülməsinin təyin olunmasının və kontekstin bir vəziyyətdən digərinə keçməsinə 200 millisaniyə düşərsə, o zaman bu cür alqoritmi, aydındır ki, tətbiq etmək olmaz;
-Hesablama sisteminin resursları bərabər ölçüdə yüklənməlidir. O proseslərə üstünlük verilməlidir ki, onlar az istifadə olunan resursları tutmuş olsunlar.
-Miqyaslanmaya malik olmalıdırlar, yəni, yük artdıqda, öz işləmə qabiliyyətini o dəqiqə itirməsinlər. Məsələn, sistemdə proseslərin sayının 2 dəfə artması, proseslərin yerinə yetiril-məsinin tam vaxtının 10 dəfələrlə artımına gətirib çıxartmasın.
Yuxarıda göstərdiyimiz məqsədlər və xassələr bir-birinə zidd gəlirlər. Bir kriteri nöqteyi-nəzərdən alqoritmin işini yaxşılaşdırmaqla, biz digərinin nöqteyi-nəzərindən onu pisləş-diririk. Alqoritmi bir sinif məsələlər üçün uyğunlaşdırmaqla, biz onunla bərabər, digər sinif məsələlərin hüquqlarını məhdudlaşdırırıq. Heç nə etmək mümkün deyildir. Həyat belədir.
|
| |