• Prosesim işə salınması.
  • Prosesin dayandırılması
  • Prosesin təcrid olunması.
  • Prosesin tədricdən azad olunması
  • 1. Mühazirə Əməliyyat sistemi anlayışı




    Download 1,95 Mb.
    bet15/54
    Sana04.12.2023
    Hajmi1,95 Mb.
    #110636
    TuriMühazirə
    1   ...   11   12   13   14   15   16   17   18   ...   54
    Bog'liq
    Əməliyyat sistemləri muhazire konspekti (1)

    Çox dəfəli əməliyyatlar


    Bir dəfəlik əməliyyatlar əməliyyat sisteminin idarəsi altında yerləşən proseslər sayının dəyişilməsinə gətirib çıxa-rırlar və həmişə müəyyən resursların ayrılması və ya azad edilməsi ilə əlaqəli olurlar. Çox dəfəli əməliyyatlar isə, əksinə, əməliyyat sistemindəki proseslər sayının dəyişilməsinə gətirib çıxarmırlar və resuraların ayrılması və ya azad edilməsi ilə əlaqəli olmağa borclu olmurlar.
    Bu bölmədə biz proseslər üzərində əməliyyat sisteminin çox dəfəlik əməliyyatlarının yerinə yetirilməsindəki hərəkətləri qısaca təsvir edəcəyik.
    Prosesim işə salınması. “Hazır olma” vəziyyətində yerləşən proseslərdən əməliyyat sistemi sonrakı icra edilmək üçün bir proses seçir. Seçilmiş proses üçün əməliyyat sistemi onun sonrakı yerinə yetirilməsi üçün zəruri olan informa-siyanın əməli yaddaşda olmasını təmin edir. Bundan sonra, prosesin vəziyyəti “icra olunma”-ya dəyişir, həmin proses üçün registrlərin qiyməti bərpa olunurlar və prosesin əmrlər sayğacının göstərdiyi əmrə idarə ötürülür. Kontekstin bərpası üçün lazım olan bütün verilənlər əməliyyatın aparıldığı pro-sesin PCB-dən götürülürlər.
    Prosesin dayandırılması. “İcra olunma” vəziyyətində olan prosesin işi hər hansı bir kəsilmənin nəticəsində dayandırılır. Prosessor avtomatik olaraq, əmrlər sayğacını və mümkün ola bilər ki, icra olunan prosesin stekindəki bir neçə regisrləri saxlayır, sonra isə həmin kəsilmənin emal olunmasının xüsusi ünvanı üzrə idarəni ötürür. Bununla da kəsilmənin emalı üzrə hardware-nın fəaliyyəti bitir. Göstərilən ünvan üzrə adətən, əməliyyat sisteminin hissələrindən biri yerləşir. O, onun PCB-də yerləşən prosesin sistem və registr kontekstlərinin dinamiki hissəsini saxlayır, prosesi “hazır olma” vəziyyətinə keçirir və kəsilmənin emalına, yəni, əmələ gəlmiş kəsilmə ilə əlaqəli olan müəyyən hərəkətlərin yerinə yetirilməsinə başlayır.
    Prosesin təcrid olunması. Hesablama sistemindəki hər hansı bir hadisənin əmələ gəlməsini gözləmədən, işini davam etdirə bilmədikdə, proses təcrid olunur. Bu məqsədlə o, müəyyən sistem çağrışının köməkliyi ilə əməliyyat sisteminə müraciət edir. Əməliyyat sistemi sistem çağrışını emal edir (giriş-çıxış əməliyyatını inisialladırır, prosesi, qurğuların boşalmasını və ya hadisələrin əmələ gəlməsini gözləyən proseslər növbəsinə əlavə edir) və lazm gəldikdə, proses kontekstinin lazım olan hissəsini onun PCB-də saxlayaraq, prosesi “icra olunma” vəziyyətindən “gözləmə” vəziyyətinə keçirir.
    Prosesin tədricdən azad olunması. Sistemdə hər hansı bir hadisə əmələ gəldikdən sonra, əməliyyat sistemi məhz hansı hadisənin baş verməsini dəqiq təyin etməlidir. Sonra əməliyyat sistemi həmin hadisə üçün müəyyən bir prosesin “gözləmə” vəziyyətində olmasını yoxlayır və müsbət cavab olduqda, bu hadisənin əmələ gəlməsi ilə əlaqəli olan lazımi hərəkətləri (gözləyən növbəti proses üçün giriş-çıxış əməliyyatlarını inisiallaşdırır) yerinə yetirərək, onu “hazır olma” vəziyyətinə keçirir.

    Download 1,95 Mb.
    1   ...   11   12   13   14   15   16   17   18   ...   54




    Download 1,95 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    1. Mühazirə Əməliyyat sistemi anlayışı

    Download 1,95 Mb.