• Process Control Block və prosesin konteksti
  • Proseslər üzərində əməliyyatlar və onlarla əlaqəli olan anlayışlar




    Download 1,95 Mb.
    bet13/54
    Sana04.12.2023
    Hajmi1,95 Mb.
    #110636
    TuriMühazirə
    1   ...   9   10   11   12   13   14   15   16   ...   54
    Bog'liq
    Əməliyyat sistemləri muhazire konspekti (1)

    Mühazirə 6

    Proseslər üzərində əməliyyatlar və onlarla əlaqəli olan anlayışlar

    Əməliyyatlar toplusu


    Proses müstəqil olaraq, bir vəziyyətdən digərinə keçə bilməz. Prosesin vəziyyətinin dəyişdirilməsi ilə əməliyyat sistemi məşğul olur və onlar üzərində əməliyyatları yerinə yetirir. Bizim modeldə bu cür əməliyyatların sayı vəziyyətlər diaqramındakı oxların sayı ilə hələlik üst-üstə düşür. Rahat olardı ki, onları 3 cütlükdə birləşdirək:
    -prosesin yaradılması – prosesin bitməsi;
    -prosesin dayandırılması (“icra” vəziyyətindən “hazır olma” vəziyyətinə çevirmək) – prosesin yüklənilməsi (“hazır olma” vəziyyətindən “icra” vəziyyətinə çevirmək);
    -prosesin təcrid edilməsi (“icra” vəziyyətindən “gözləmə” vəziyyətinə çevirmək ) – prosesin təcriddən azad edilməsi (“gözləmə” vəziyyətindən “hazır olma” vəziyyətinə çevirmək).
    Planlaşdırma alqoritmlərindən gələcəkdə söhbət apar-dıqda, bizim modeldə cütlüyə malik olmayan daha bir əməliyyat əmələ gələcəkdir: proses üstünlüyünün dəyişilməsi.
    Prosesin yaradılma və bitmə əməliyyatları bir dəfəlik olurlar, çünki, onlar prosesə bir dəfədən çox tətbiq olunmurlar (bəzi sistem prosesləri hesablama sistemi işlədiyi zaman heç vaxt bitmirlər). Proseslərin vəziyyətlərinin dəyişilməsi ilə əlaqəli olan yüklənilmə və ya təcrid olunma kimi bütün yerdə qalan əməliyyatlar, bir qayda olaraq, çox dəfəli olurlar. Proseslər üzərində əməliyyat sisteminin əməliyyatları necə yerinə yetirilməsini daha ətraflı nəzərdən keçirək.

    Process Control Block və prosesin konteksti


    Əməliyyat sisteminin proseslər üzərində əməliyyatların yerinə yetirilməsi üçün hər bir proses orada müəyyən bir verilənlər strukturu kimi təsvir olunmalıdır. Bu struktur həmin proses üçün spesifik olan informasiyaya malik olur:
    -prosesin yerləşdiyi vəziyyət;
    -prosesin proqram sayğacı və ya digər sözlərlə desək, onun üçün növbəti yerinə yetirilməli olan əmrin ünvanı;
    -prosessor registrlərinin tərkibi;
    -prosessordan istifadə olunmanın planlaşdırılması üçün zəruri olan verilənlər və yaddaşın idarə olunması (prosessorun üstünlüyü, ünvan fəzasının ölçüsü və yerləşməsi və s.);
    -uçot verilənləri (prosesin identifikasiya nömrəsi, hansı istifadəçi onun işinin təşəbbüskarı olmuşdur, həmin proses tərəfindən prosessordan istifadənin ümumi vaxtı və s.);
    -proseslə əlaqəli olan giriş-çıxış qurğuları barəsində məlumat-lar (məsələn, proses üçün hansı qurğular təhkim olunmuşlar, açıq faylların cədvəli).
    Onun tərkibi və quruluşu, əlbəttə ki, konkret əməliyyat sistemindən asılı olurlar. Bir çox əməliyyat sistemlərində prosesi xarakterizə edən informasiya verilənlərin bir deyil, bir neçə əlaqələndirilmiş strukturlarında saxlanılır. Bu strukturlar müxtəlif adlara, əlavə informasiyaya malik ola bilərlər və ya əksinə, təsvir olunan informasiyanın bir hissəsi ola bilərlər. Bizim üçün bunun əhəmiyyəti yoxdur. Bizim üçün yalnız o vacibdir ki, hesablama sistemində olan istənilən proses üçün onun üzərində əməliyyatların aparılması üçün lazım olan bütün informasiyaya əməliyyat sistemi müraciət edə bilsin. Anlaşılmağın sadəliyi üçün belə hesab edəcəyik ki, o, verilənlərin bir strukturunda saxlanılır. Biz onu PCB (Process Control Block) və ya prosesin idarə olunma bloku adlandıracayıq. Prosesin idarə olunma bloku əməliyyat sistemi üçün proses modelidir. Proses üzərində əməliyyat sistemi tərəfindən yerinə yetirilən istənilən əməliyyat PCB-də müəyyən dəyişikliklərə səbəb olur. Qəbul olunmuş vəziyyətlər modeli çərçivəsində əməliyyatlar arasında PCB tərkibi daima qalır.
    Saxlanılması üçün prosesin idarə olunma blokunun təyin olunduğu informasiyanı sonrakı izahatların rahat olması üçün 2 hissəyə bölmək olar. Prosessorun bütün registrlərinin (proqram sayğacının qiyməti daxil olmaqla) tərkibini prosesin registr konteksti, bütün yerdə qalanlarını isə - prosesin sistem konteksti adlandıracayıq. Prosesin registr və sistem kontekst-lərini bilmək əməliyyat sistemində onun üzərində əməliyyatlar aparmaqla, onun işini idarə etmək üçün kifayət edir. Amma prosesi tam şəkildə xarakterizə etmək üçün bu kifayət deyildir. Məhz prosesin hansı hesablamalarla məşğul olması, yəni, onun ünvan fəzasında hansı kodun və hansı verilənlərin olması əməliyyat sistemini maraqlandırmır. İstifadəçi nöqteyi-nəzə-rindən, əksinə, ən böyük maraq doğuran prosesin ünvan fəzasının tərkibi hesab olunur, çünki, o, mümkün ola bilər ki, registr konteksti ilə birlikdə verilənlərin ardıcıl çevrilməsini və alınmış nəticələri təyin etmiş olsun. Prosesin ünvan fəzasında yerləşən kod və verilənləri istifadəçi konteksti adlandıracayıq. Prosesin registr, sistem və istifadəçi kontekstlərinin məcmusu qısa olmaq üçün sadəcə, proses konteksti adlandırmaq qəbul olunmuşdur. İstənilən vaxt anında proses tam şəkildə özünün konteksti ilə xarakterizə olunur.

    Download 1,95 Mb.
    1   ...   9   10   11   12   13   14   15   16   ...   54




    Download 1,95 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Proseslər üzərində əməliyyatlar və onlarla əlaqəli olan anlayışlar

    Download 1,95 Mb.