Periferiya qurğuları ilə qarşılıqlı əlaqə




Download 1,95 Mb.
bet10/54
Sana04.12.2023
Hajmi1,95 Mb.
#110636
TuriMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   54
Bog'liq
Əməliyyat sistemləri muhazire konspekti (1)

Periferiya qurğuları ilə qarşılıqlı əlaqə



Periferiya qurğuları informasiyanın daxil edilməsi və çıxışa verilməsi üçün təyin olunmuşdur. Hər bir qurğu, adətən, öz tərkibində kontroller və ya adapter adlanan xüsusiləşdirilmiş kompüterə malik olur. Kontroller ana platasındakı kontaktlar sisteminə salındıqda, o, şinə qoşulur və unikal nömrə (ünvan) əldə edir. Bundan sonra, kontroller şin üzrə gedən siqnalları müşahidə edir və ona ünvanlanan siqnallara cavab verir.
Giriş-çıxışın istənilən əməliyyatı mərkəzi prosessor ilə kontrolller qurğusu arasında dialoqu nəzərdə tutur. Hər hansı bir proqramın tərkibinə daxil olan və giriş-çıxışla əlaqəli olan əmr ilə prosessor rastlaşdıqda, o, kontroller qurğusuna siqnalları göndərərək, onu yerinə yetirir. Bu, proqramlaşdırılan giriş-çıxış adlanır.
Öz növbəsində, xarici qurğulardakı istənilən dəyişik-liklər siqnalın qurğudan mərkəzi prosessora ötürülməsi nəticə-sində baş verir. Mərkəzi prosessorun nöqteyi-nəzərindən, bu asinxron hadisədir və onun reaksiyasını tələb edir. Bu cür hadisəni aşkarlamaqdan ötrü, prosessor, maşın tsiklləri arasında siqnalı generasiya edən qurğunun tipi barəsində informasiyaya malik olan xüsusi registri sorğu edir. Əgər siqnal baş vermişsə, o zaman mərkəzi prosessor həmin qurğu üçün spesifik olan proqramı yerinə yetirir ki, o da bu hadisəyə lazım olduğu kimi reaksiya verir (məsələn, klaviaturadan daxil olunan simvolu xüsusi buferə daxil edir). Bu cür proqram, kəsilmələrin emal olunma proqramı adlanır, hadisənin özü isə kəsilmə adlanır, çünki, o, prosessorun planlaşdırılmış işini pozur. Kəsilmələrin emalını bitirdikdən sonra, prosessor proqramın yerinə yetirilməsinə qayıdır. Kompüterin bu hərəkətləri kəsilmələrdən istifadə etməklə, giriş-çıxış adlanır.
Müasir kompüterlərdə, həmçinin, mərkəzi prosessordan yan keçərək, kontroller ilə əsas yaddaş arasında bilavasitə qarşılıqlı əlaqə imkanı olur ki, o da yaddaşa bir başa müraciət mexanizmi adlanır.
Mühazirə 5
Proseslər

Fəsildə prosesin əsasını təşkil edən anlayışlar təsvir olunur, onun vəziyyəti, əməliyyat sistemində prosesin təsvir olunma modeli və əməliyyat sistemi tərəfindən proseslər üzərində yerinə yetirilə biləcək əməliyyatlar nəzərdən keçiri-lirlər.


Bu mühazirədən başlayaraq, biz əməliyyat sistemlərinin daxili quruluşu və hərəkətlər mexanizmləri ilə tanış olacaq, onların funksiyalarını həm ayrı-ayrılıqda, həm də qarşılıqlı əlaqədə bir - bir araşdıracayıq. Əməliyyat sisteminin işini öy-rənmək üçün fundamental anlayış proseslərini, sistemlərin müəyyən hərəkətlərinin yerinə yetirdiyi əsas dinamiki obyektlər kimi başa düşməkdir. Bu mühazirə bu cür obyektlərin, onların vəziyyətlər və xassələrinin təsvirinə, he-sablama sistemlərində onların təqdim olunmasına, həmçinin də, onlar üzərində aparıla bilən əməliyyatlara həsr olunmuşdur.

Download 1,95 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Download 1,95 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Periferiya qurğuları ilə qarşılıqlı əlaqə

Download 1,95 Mb.