|
Qazın İstİlİk tutumları nİsbətİnİn təyİnİ İşin məqsədi
|
bet | 1/7 | Sana | 25.11.2023 | Hajmi | 255,24 Kb. | | #105539 |
Bog'liq QAZIN İSTİLİK TUTUMLARI
Qazın İstİlİk tutumları
nİsbətİnİn təyİnİ
İşin məqsədi: Qazlarda termodinamiki proseslərin öyrənilməsi, hava üçün adiabatik prosesin tədqiqi və adiabatik əmsalın təyinidir.
Ləvazimat: istilik maşını, 45sm uzunluğunda polad çubuq, təzyiq sensoru, interfeys, kompüter və kompüterdə «Date Studio» proqram təminatı
Termodinamik sistem. Öz aralarında və xarici mühitlə qarşılıqlı təsirdə olan, bir-birilə enerji mübadiləsi edə bilən makroskopik cisimlər toplusuna termodinamik sistem deyilir. Xarici mühitlə maddə və enerji mübadiləsində olmayan termodinamik sistem qapalı və yaxud izolə edilmiş sistem adlanır. Termodinamik sistemin halını xarakterizə edən fiziki kəmiyyətlərə termodinamin parametrlər (yaxud hal parametrləri) deyilir. Adətən hal parametrləri olaraq temperatur (T), təzyiq (p) və həcm (V) götürülür.
Sistemin hal parametrlərini əlaqələndirən asılılıqlar hal tənlikləri adlanır. Termodinamik sistemin hal tənliyi ümumi şəkildə f(p,V,T)=0 kimi yazılır. Bu tənliyi istənilən parametrə görə həll etmək olar. Sistemin hal parametrləri dəyişə bilər. Hal parametrlərinin hər hansı birinin dəyişməsi ilə əlaqədar termodinamik sistemdə baş verən istənilən dəyişmə termodinamik proses adlanır. Termodinamik proseslər iki cür olur: tarazlıqda olan proseslər və tarazlıqda olmayan proseslər.
Termodinamik tarazlıq halında sistemin hal parametrləri müəyyən konkret bir qiymət alır və bu qiymət sistem bu haldan çıxana kimi sabit qalır. Termodinamik proseslərə misal olaraq izotermik, izoxorik, izobarik və adiabatik prosesləri göstərmək olar.
İzotermik proses (T=const). Bu proses zamanı sistemin temperaturu dəyişməz qalır.
Izoxorik proses (V=const). Bu proses zamanı sistemin həcmi dəyişmir.
Izobarik proses (p=const)- sabit təzyiqdə baş verən prosesə deyilir.
Adiabatik proses (Q=0). Adiabatik prosesdə sistem xarici mühitlə istilik mübadiləsində olmur.
Termodinamikanın əsas anlayışları daxili enerji, istilik miqdarı və işdir.
|
| |