• Yoxlama suallar
  • İşin gedişi: Təcrübi qurğunun işə hazırlanması




    Download 255,24 Kb.
    bet6/7
    Sana25.11.2023
    Hajmi255,24 Kb.
    #105539
    1   2   3   4   5   6   7
    Bog'liq
    QAZIN İSTİLİK TUTUMLARI

    İşin gedişi: Təcrübi qurğunun işə hazırlanması.
    Laboratoriya işində istifadə olunan qurğu şəkildə göstərilmişdir. Təzyiq sensoru istilik maşınının hava çıxışlarından birinə bağlanır. Porşen şkala üzrə 9 sm hündürlüyə qaldırılaraq qurğunun yuxarı hissəsindəki vintin köməyi ilə bərkidilir. İstilik maşınının açıq hava çıxışındakı borucuğun sıxacı bağlanılır. Porşenin bərkidildiyi vinti bir az boşaltdıqda porşen 9 sm hündürlükdə qalır. Təzyiq sensoru interfeysə qoşulur. Kompüterdə «Data Studio» da «İstilik tutumları nisbəti» faylı açılır.

    1. Qurğu üzərindəki məlumatlara əsasən porşenin kütləsi və en kəsiyinin sahəsini təyin edin.

    2. Kompüter proqramında “Start” düyməsini basın.

    3. Kursordan istifadə edərək təzyiqin rəqslərinin periodunun zamandan asılılığını qrafikdən təyin edin. Asılılığı göstərən qrafikin sahəsini genişləndirmək olar. Bir neçə pikə sərf olunan zamanı ölçərək, onu piklərin sayına bölməklə periodu təyin edin. Periodun və porşenin hündürlüyünün uyğun qiymətlərini kompüter proqramındakı cədvəldə qeyd edin.

    4. Porşeni şkala üzrə 8 sm hündürlüyə gətirərək təcrübəni təkrar edin. Hər dəfə porşenin qaldırılma hündürlüyünü 1 sm azaltmaqla bu işi 1 sm hündürlük qalana qədər təkrarlayın.

    5. Barometr vasitəsilə atmosfer təzyiqini təyin edin.

    6. Sonra h=f(T2) asılılığın qurun. Alınan qrafikin meyl bucağının tangensini, yəni qrafikin meylliyini tapın. tg -nın qiymətini (30) düsturunda yazaraq Cp/Cv nisbətini hesablayın. Alınan nəticəni ideal qiymətlərlə müqayisə edin.



    Yoxlama suallar


    1. Termodinamikanın I qanunu necə ifadə olunur?

    2. Termodinamikanın I qanununu müxtəlif proseslərə tətbiq edin.

    3. Daxili enerji nəyə deyilir və o nədən asılıdır?

    4. Daxili enerjini necə dəyişmək olar?

    5. İstilikvermə nəyə deyilir?

    6. Termodinamikada iş hansı düsturlarla hesablanır?

    7. Xüsusi və molyar istilik tutumu nəyə deyilir?

    8. Sabit təzyiqdə və sabit həcmdə molyar istilik tutumları hansı düsturla hesablanır və bu istilik tutumları arasında hansı əlaqə var?

    9. Adiabatik prosesin hal tənliyini çıxarın.

    10. Adiabatik əmsal nəyə deyilir.

    11. Sərbəstlik dərəcəsi nədir? İki və üçatomlu molekul necə sərbəstlik dərəcəsinə malikdir?

    12. Havanın əsasən ikiatomlu qazlardan təşkil olunduğunu qəbul edərək onun üçün adiabatik əmsalın nəzəri qiymətini tapın.

    13. Termodinamikanın II qanunu necə ifadə olunur?

    14. Sərbəst enerji nəyə deyilir?

    15. Sərbəst enerji ilə daxili enerji arasında necə əlaqə var?


    Download 255,24 Kb.
    1   2   3   4   5   6   7




    Download 255,24 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    İşin gedişi: Təcrübi qurğunun işə hazırlanması

    Download 255,24 Kb.