• R_069 Bakı, 20.04.2017
  • MƏtbuat üÇÜn məlumat




    Download 43,5 Kb.
    Sana29.03.2020
    Hajmi43,5 Kb.
    #9318



    R_069 Bakı, 20.04.2017

    MƏTBUAT ÜÇÜN MƏLUMAT



    BFB tərəfindən

    Azərbaycan Diplomatik Akademiyasının tələbələri üçün praktiki təlim təşkil etmişdir.

    20 aprel 2017-cı il tarixində Bakı Fond Birjası tərəfindən həyata keçirilən “Bilik mübadiləsi” layihəsi çərçivəsində Azərbaycan Diplomatik Akademiyasında təhsil alan və BFB-nin fəaliyyəti ilə yaxından maraqlanan bir qrup tələbələr üçün praktiki təlim təşkil edilmişdir.

    Təlim başlamadan öncə Bakı Fond Birjasında gündəlik ticarətin başlanmasını simvolizə edən zəng mərasimi təşkil olunmuşdur.

    Tədbirdə açılış nitqi ilə çıxış edən BFB-nin İdarə Heyətinin sədri vəzifələrini icra edən Vüqar Namazov birja və onun fəaliyyəti, müxtəlif layihələr o cümlədən birjanın “Bilik mübadiləsi” layihəsi çərçivəsində həyata keçirilən maarifləndirici tədbirlər haqqında təlim iştirakçılarına məlumat vermiş, Bakı Fond Birjasının qapısının bütün tələbələrin üzərinə hər zaman açıq olduğunu bildirmişdir.

    Daha sonra BFB-nin Biznesin İnkişafı qrupunun rəhbəri Abdulla İsayev “Şirkətlərin emissiya prosesi – istiqraz yerləşdirmələri” mövzusunda geniş təqdimatla çıxış etmişdir. Həmçinin Ticarət və Üzvlük qrupunun rəhbəri Rəxşəndə Əlili də öz növbəsində iştirakçılara BFB-də ticarət əməliyyatları barədə nəzəri və praktiki biliklərlə yanaşı, elektron simulyasiya platformasını təqdim etmişdir. Bu platforma təhsil sistemində innovativ və interaktiv tədris vasitəsi olmaqla, tələbələrə qiymətli kağızların kütləvi yerləşdirilməsi (IPO) və təkrar bazarının işləmə prinsiplərini öyrənmək, real maliyyə barlarında ticarət əməliyyatlarında iştirak etmək, analitik qərar qəbul etmə vərdişlərini öyrənməyə imkan verir.

    Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

    Qeyd edək ki, seminarın məqsədi qiymətli kağızlar bazarı üzrə mövcud bilik və təcrübənin tələblərə ötürülməsi və Azərbaycanda bu sahə üzrə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına tövhə verməkdir. Cari ilin sonanadək BFB tərəfindən elm və təhsilin inkişafı istiqamətində mütəmadi olaraq maarifləndirici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

    Tel: (99412) 4989820; Fax: (99412) 4937793; email: pr@bse.az ; http://www.bfb.az;



    Address: 11/31 Aladdin Guliyev, Babek Ave., Baku, Azerbaijan, AZ 1025

    Download 43,5 Kb.




    Download 43,5 Kb.