Hörmətli xanımlar və cənablar!
Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyası (Azerbaijan Project Management Association-AzPMA) mart ayı üçün keçiriləcək treninqlər üzrə yeni qrup formalaşdırır. Treninqlər dünyada qəbul edilmiş İnternational Project Managemet Association (IPMA) vahid standartları əsasında aşağıdakı istiqamətlər üzrə keçiriləcəkdir:
-
Texniki elementlər üzrə kompetensiya.
-
Davranış elementlər üzrə kompetensiya.
-
Kontekstual elementlər üzrə kompetensiya.
Treninqi müvəffəqiyyətlə başa vuran mütəxəssislərə dünyanın 45 ölkəsi tərəfindən tanınan beynəlxalq dərəcəli sertifikat verilir və beynəlxalq assosiasiyanın reyestrində (www.ipma.ch, bölmə Certificate), eləcə də milli reyestrdə (www.ipma.az) qeydiyyatdan keçir.
Sertifikatlaşdırma proqramı IPMA-nın 4 dərəcəli sistemi (4 L-C) əsasında aparılır və tələblər aşağıdakı kimidir:
-
Layihə Direktoru (Project Director, IPMA Level А) – sertifikatlaşdırma predmeti sayılan müvafiq resurslardan, metodologiyalardan və alətlərdən istifadə etməklə proqramları, eləcə də portfel layihələri idarə etməyi bacarır. Bu səviyyəni alan şəxsdən tələb olunur: son 5 ildə proqramların, portfel layihələrin və ya multi layihələrin idarə edilməsində iştirak etməli, lakin onun 3 ili layihənin rəhbəri vəzifəsini icra etməlidir.
-
Aparıcı Layihə Meneceri (Senior Project Manager, IPMA Level B) – mürəkkəb layihələri idarə etməyi bacarır. Alt layihələrin idarə edilməsi bacarığına da malikdir, belə ki alt layihələrin menecerlərini idarə etməklə layihə meneceri vəzifəsini icra edir, lakin bütün layihə tərkibinin başçısı kimi fəaliyyət göstərə bilməz. Bu səviyyəni alan şəxsdən tələb olunur: son 5 ildə mürəkkəb layihələrin idarə edilməsi prosesində iştirak etməli, lakin onun 3 ili mürəkkəb layihələrin rəhbəri funksiyalarını yerinə yetirməlidir.
-
Layihə meneceri (Project Manager, IPMA Level C) – müəyyən dərəcədə mürəkkəb olan layihələri apara bilər. Bu da onu bildirir ki, layihələrin idarə edilməsində öz biliklərini tətbiq etməklə yanaşı, müvafiq təcrübə səviyyəsini nümayiş etdirir. Bu səviyyəni alan şəxsdən tələb olunur: son 3 ildə mürəkkəb layihələrin idarə edilməsi prosesində layihə meneceri kimi iştirak etməlidir.
-
Layihələrin İdarə Edilməsi üzrə Mütəxəssis (Project Manager Associate, IPMA Level D) – layihələrin idarə edilməsi sahəsində öz biliklərini tətbiq etməyə malikdir. Layihə tərkibindən bir nümayəndə kimi iştiraka cəlb oluna bilər, lakin ümumi bilikləri daha mürəkkəb layihələrin yerinə yetirilməsi üçün kifayət deyildir. Təcrübə tələb olunmur.
Əlaqə üçün məlumat:
Tel: 418 58 28
Faks: 492 44 18
http: www.ipma.az
e-mail: info@ipma.az, f.ismayilova@gmail.com
“GÖZ” MODELİ ƏSASINDA KEÇİRİLƏN TƏDRİS PROQRAMI
I. Texniki elementlər üzrə kompetensiya
1.01 Layihənin idarə edilməsinin müvəffəqiyyəti
1.02 Marağı olan tərəflər
1.03 Layihədə tələblər və vəzifələr
1.04 Layihədə risk və imkanlar
1.05 Keyfiyyət
1.06 Layihə təşkilatı
1.07 Komandanın işi
1.08 Problemlərin həlli
1.09 Layihənin strukturu
1.10 Layihənin mahiyyəti və məhsulu
1.11 Vaxt və layihədə mərhələlər (fazalar)
1.12 Resurslar
1.13 Xərclər və maliyyə
1.14 Təchizatlar və müqavilələr
1.15 Dəyişikliklər
1.16 Nəzarət və hesabat
1.17 İnformasiya və sənədləşmə
1.18 Kommunikasiya
1.19 Layihənin işə salınması
1.20 Layihənin bağlanması
II. Davranış elementləri üzrə kompetensiya
2.01 Liderlik
2.02 İştiraketmə və motivasiya
2.03 Özünənəzarət
2.04 Özünəgüvənmə
2.05 Gərginliyin azaldılması
2.06 Səmimiyyətlik
2.07 Yaradıcılıq
2.08 Nəticə yönümlü prinsip
2.09 Səmərəlilik
2.10 Razılaşdırılma
2.11 Danışıqlar
2.12 Münaqişələr və böhranlar
2.13 Etibarlıq
2.14 Dəyərlər anlayışı
2.15 Etika
III. Kontekstual elementlər üzrə kompetensiya
3.01 Layihə yönümlü idarə etmə
3.02 Proqram yönümlü idarə etmə
3.03 Portfel yönümlü idarə etmə
3.04 Layihələrin, proqramların və portfellərin icrası
3.05 Daimi təşkilat
3.06 Sahibkarlıq fəaliiyəti
3.07 Sistemlər, məhsullar və texnologiyalar
3.08 Heyətin idarə edilməsi
3.09 Sağlamlıq, təhlükəsizlik, əməyin və ətraf mühitin qorunması
|