|
24 Planlaşdırma kriteriləri və alqoritmlərə qarşı irəli sürülən tələblər
|
Sana | 15.05.2024 | Hajmi | 247,18 Kb. | | #234246 |
Bog'liq ƏS cavablar 2
24)Planlaşdırma kriteriləri və alqoritmlərə qarşı irəli sürülən tələblər
Proseslər planlaşdırmanın hər bir səviyyəsi üçün çoxlu sayda müxtəlif alqoritmlər təklif etmək olar. Konkret alqo-ritmin seçimi hesablama sistemi tərəfindən həll olunan məsə-lələr sinfi və planlaşdırmadan istifadə edərək, bizim əldə etmək istədiyimiz məqsədlərlə təyin olunur. Bu cür məqsədlərə aşağı-dakıları aid etmək olar: -Ədalətlilik – hər bir tapşırığa və ya prosesə kompüter sistemində prosessordan istifadə olunma vaxtının müəyyən bir hissəsinə zəmanət vermək, elə bir vəziyyətin əmələ gəlməsini buraxmamağa çalışmaq lazımdır ki, bir istifadəçinin prosesi daima prosessoru məşğul etməmiş olsun, halbuki, həmin vaxtda faktiki olaraq, digər istifadəçinin prosesinin yerinə yetirilməsi baş verməmişdir. - Effektivlik – prosessoru bütün iş vaxtının 100%-nə qədər məşğul etməyə səy göstərmək lazımdır və ona, icra olunmaq üçün hazır olan prosesləri gözləməklə, boş dayanmamağa imkan verməmək. Real hesablama sistemlərində prosessorun yüklənməsi 40%-dən 90%-ə qədər olur. -Yerinə yetirmənin tam vaxtının qısaldılması (turn around time ) – prosesin startı və ya yüklənilmə üçün tapşırığın növbəyə qoyulması və onun bitirilməsi arasında minimal vaxtı təmin etmək. -Gözləmə vaxtının qısaldılması (waiting time ) – proseslərin “hazır olma” vəziyyətində və yüklənilmə üçün tapşırığın növbəyə qoyulmasında keçirtdikləri vaxtın qısaldılması. -Cavab vermə vaxtının qısaldılması (response time ) – istifadəçinin sorğusuna cavab vermək üçün interaktiv sistemlərdə prosesə tələb olunan vaxtın minimallaşdırılması. Planlaşdırma məqsədlərinin qoyulmasından asılı olma-yaraq, həmçinin, arzu olunur ki, alqoritmlər aşağıdakı xassələrə malik olsunlar: -Gələcəyi qabaqcadan bildirə bilsinlər. Eyni bir tapşırıq təxminən eyni bir vaxt ərzində yerinə yetirilməlidir. Planlaş-dırma alqoritminin tətbiqi 4 ədədinin kvadrat kökünün hesablanması kimi misalda bir işə salma zamanı saniyənin yüzdə bir vaxtında və ikinci işə salınma isə - bir neçə sutkalar ərzində olmalıdır; -Minimal qaimə xərcləri ilə əlaqəli olmalıdır. Prosessordan istifadə üçün ayrılmış prosesə hər bir 100 millisaniyəyə proses-sorun öz sərəncamına hansı prosesin götürülməsinin təyin olunmasının və kontekstin bir vəziyyətdən digərinə keçməsinə 200 millisaniyə düşərsə, o zaman bu cür alqoritmi, aydındır ki, tətbiq etmək olmaz; -Hesablama sisteminin resursları bərabər ölçüdə yüklənməlidir. O proseslərə üstünlük verilməlidir ki, onlar az istifadə olunan resursları tutmuş olsunlar. -Miqyaslanmaya malik olmalıdırlar, yəni, yük artdıqda, öz işləmə qabiliyyətini o dəqiqə itirməsinlər. Məsələn, sistemdə proseslərin sayının 2 dəfə artması, proseslərin yerinə yetirilməsinin tam vaxtının 10 dəfələrlə artımına gətirib çıxartmasın. Yuxarıda göstərdiyimiz məqsədlər və xassələr bir-birinə zidd gəlirlər. Bir kriteri nöqteyinəzərdən alqoritmin işini yaxşılaşdırmaqla, biz digərinin nöqteyi-nəzərindən onu pisləş-diririk. Alqoritmi bir sinif məsələlər üçün uyğunlaşdırmaqla, biz onunla bərabər, digər sinif məsələlərin hüquqlarını məhdudlaşdırırıq. Heç nə etmək mümkün deyildir. Həyat belədir.
25)Planlaşdırma parametrləri
Qoyulmuş məqsədlərin həyata keçirilməsi üçün planlaşdırmanın ağıllı alqoritmləri sistemdəki proseslərin hər hansı bir xarakteristikalarına, növbədəki tapşırıqların yüklə-nilməsinə, hesablama sisteminin özünün vəziyyətlərinə, başqa sözlərlə desək, planlaşdırma parametrlərinə söykənməlidirlər. Planlaşdırmanın bütün parametrlərini iki böyük qrupa bölmək olar: statiki parametrlər və dinamiki parametrlər. Statiki parametrlər hesablama sisteminin işləmə gedişatında dəyişmirlər, dinamiki parametrlər isə, əksinə, daimi dəyişikliyə məruz qalırlar. Hesablama sisteminin statiki parametrlərinə onun resurslarının son qiymətlərini aid etmək olar (əməli yaddaşın ölçüsü, svopingin həyata keçirilməsi üçün diskdəki yaddaşın maksimal miqdarı, giriş-çıxışın qoşulmuş qurğularının sayı və i.a.). Sistemin dinamiki parametrləri həmin anda boş resursların miqdarını təsvir edirlər. Proseslərin statiki parametrlərinə, bir qayda olaraq, ar-tıq yüklənilmə mərhələsində tapşırııqlara xas olan xarakteristi-kalar aid olunurlar: -Hansı istifadəçi tərəfindən proses işə salınmış və ya tapşırıq formalaşmışdır? -Qoyulmuş məsələ nə qədər vacibdir, yəni, onun yerinə yetirilmə üstünlüyü nədən ibarətdir? -Məsələnin həlli üçün istifadəçi tərəfindən nə qədər prosesssor vaxtı sorğu olunmuşdur? -Prosessor vaxtı ilə giriş-çıxış əməliyytlarının həyata keçirilməsi üçün zəruri olan vaxt arasında hansı nisbət vardır? -Hesablama sisteminin hansı resursları (əməli yaddaş, giriş-çıxış qurğuları, xüsusi kitabxanalar və sistem proqramları və i.a.) və hansı miqdarda tapşırığa lazımdır? Uzun müddətli planlaşdırma alqoritmləri öz işində hesablama sisteminin statiki və dinamiki parametrlərindən və proseslərin statiki parametrlərindən (tapşırıqların yüklənilmə mərhələsində proseslərin dinamiki parametrləri hələ məlum deyildir) istifadə edirlər. Qısa müddətli və orta müddətli planlaşdırma alqoritmləri əlavə olaraq, proseslərin də dinami-ki xarakteristikalarını nəzərə alırlar. Orta müddətli planlaş-dırma üçün bu cür xarakteristikalar kimi aşağıdakı informasiyadan istifadə etmək olar: -prosesin diskə yüklənilməsi anından və ya onun əməli yadda-şa yüklnilməsindən nə qədər vaxt keçmişdir; -proses nə qədər əməli yaddaş tutmuşdur; -nə qədər prosessor vaxtı artıq prosesə təqdim olunmuşdur. Qısa müdətli planlaşdırma üçün bizə daha iki dinamiki parametrləri daxil etmək lazım olacaqdır. İstənilən prosesin fəaliyyətini prosessordan istifadə olunmanın tsikllər ardıcıllığı və giriş-çıxış əməliyyatları bitməsinin gözlənilməsi kimi təsvir etmək olar. Prosessordan fasiləsiz istifadənin vaxt müddəti CPU burst, giriş-çıxışın fasiləsiz gözləmə vaxtı isə I/O burst adını daşıyır. Şək.3.1-də göstərilən vaxt müddəti ayrılmaqla, proqramlaşdırmanın psevdodilində müəyyən bir proses fəaliy-yətinin fraqmenti göstərilmişdirr. Qısa olmaq üçün tərcümə etmədən biz CPU burst və I/O burst terminlərindən istifadə edəcəyik. Sonuncu-ların və növbədə olanların CPU burst və I/O burst vaxt müddəti qiymətləri prosesin vacib dinamiki parametrlərini təşkil edirlər.
22)Bir dəfəlik əməliyyatlar. Çox dəfəli əməliyyatlar
Bir dəfəlik əməliyyatlar və Çox dəfəli əməliyyatlar Kompüterdə prosesin mürəkkəb həyat yolu onun həyata gəlməsindən başlayır. Proseslər konsepsiyasını dəstəkləyən istənilən əməliyyat sistemi onların yaradılması üçün vasitələrə malik olmalıdır. Çox sadə sistemlərdə (məsələn, yalnız bir konkret əlavənin işi üçün layihələndirilmiş sistemlərdə) bütün proseslər sistemin start mərhələsində törənə bilərlər. Daha mürəkkəb əməliyyat sistemləri lazım gəldikcə, prosesləri dinamiki yaradırlar. Əməliyyat sisteminin startından sonra yeni prosesin törənmə təşəbbüskarı kimi ya xüsusi sistem çağrışını təşkil edən istifadəçinin prosesi, ya da əməliyyat sisteminin özü, yəni son nəticədə, yenə də müəyyən bir proses çıxış edə bilər. Yeni prosesin yaradılma təşəbbüskarı olan prosesi proses-valideyn (parent process), yeni yaradılmış prosesi isə - proses-uşaq (child process) adlandırmaq qəbul olunmuşdur. Proses-uşaqlar öz növbəsində yeni uşaqları törədə bilərlər və i.a., ümumi halda, sistem daxilində proseslərin genealoji ağaclar məcmusu – genealoji meşə təşkil olunur. Genealoji meşəyə aid misal şək.2.4-də verilmişdir. Qeyd etmək lazımdır ki, bütün istifadəçi prosesləri əməliyyat sisteminin bəzi prosesləri ilə birlikdə eyni bir meşə ağacına məxsusdurlar. Bir sıra hesablama sistemlərində meşə ümumiyyətlə, bu cür bir ağac kimi törənir.
Çox dəfəli əməliyyatlar Bir dəfəlik əməliyyatlar əməliyyat sisteminin idarəsi altında yerləşən proseslər sayının dəyişilməsinə gətirib çıxa-rırlar və həmişə müəyyən resursların ayrılması və ya azad edilməsi ilə əlaqəli olurlar. Çox dəfəli əməliyyatlar isə, əksinə, əməliyyat sistemindəki proseslər sayının dəyişilməsinə gətirib çıxarmırlar və resuraların ayrılması və ya azad edilməsi ilə əlaqəli olmağa borclu olmurlar. Bu bölmədə biz proseslər üzərində əməliyyat sisteminin çox dəfəlik əməliyyatlarının yerinə yetirilməsindəki hərəkətləri qısaca təsvir edəcəyik. Prosesim işə salınması. “Hazır olma” vəziyyətində yerləşən proseslərdən əməliyyat sistemi sonrakı icra edilmək üçün bir proses seçir. Seçilmiş proses üçün əməliyyat sistemi onun sonrakı yerinə yetirilməsi üçün zəruri olan informa-siyanın əməli yaddaşda olmasını təmin edir. Bundan sonra, prosesin vəziyyəti “icra olunma”-ya dəyişir, həmin proses üçün registrlərin qiyməti bərpa olunurlar və prosesin əmrlər sayğacının göstərdiyi əmrə idarə ötürülür. Kontekstin bərpası üçün lazım olan bütün verilənlər əməliyyatın aparıldığı pro-sesin PCB-dən götürülürlər. Prosesin dayandırılması. “İcra olunma” vəziyyətində olan prosesin işi hər hansı bir kəsilmənin nəticəsində dayandırılır. Prosessor avtomatik olaraq, əmrlər sayğacını və mümkün ola bilər ki, icra olunan prosesin stekindəki bir neçə regisrləri saxlayır, sonra isə həmin kəsilmənin emal olunmasının xüsusi ünvanı üzrə idarəni ötürür. Bununla da kəsilmənin emalı üzrə hardwarenın fəaliyyəti bitir. Göstərilən ünvan üzrə adətən, əməliyyat sisteminin hissələrindən biri yerləşir. O, onun PCB-də yerləşən prosesin sistem və registr kontekstlərinin dinamiki hissəsini saxlayır, prosesi “hazır olma” vəziyyətinə keçirir və kəsilmənin emalına, yəni, əmələ gəlmiş kəsilmə ilə əlaqəli olan müəyyən hərəkətlərin yerinə yetirilməsinə başlayır. Prosesin təcrid olunması. Hesablama sistemindəki hər hansı bir hadisənin əmələ gəlməsini gözləmədən, işini davam etdirə bilmədikdə, proses təcrid olunur. Bu məqsədlə o, müəyyən sistem çağrışının köməkliyi ilə əməliyyat sisteminə müraciət edir. Əməliyyat sistemi sistem çağrışını emal edir (giriş-çıxış əməliyyatını inisialladırır, prosesi, qurğuların boşalmasını və ya hadisələrin əmələ gəlməsini gözləyən proseslər növbəsinə əlavə edir) və lazm gəldikdə, proses kontekstinin lazım olan hissəsini onun PCB-də saxlayaraq, prosesi “icra olunma” vəziyyətindən “gözləmə” vəziyyətinə keçirir. Prosesin tədricdən azad olunması. Sistemdə hər hansı bir hadisə əmələ gəldikdən sonra, əməliyyat sistemi məhz hansı hadisənin baş verməsini dəqiq təyin etməlidir. Sonra əməliyyat sistemi həmin hadisə üçün müəyyən bir prosesin “gözləmə” vəziyyətində olmasını yoxlayır və müsbət cavab olduqda, bu hadisənin əmələ gəlməsi ilə əlaqəli olan lazımi hərəkətləri (gözləyən növbəti proses üçün giriş-çıxış əməliyyatlarını inisiallaşdırır) yerinə yetirərək, onu “hazır olma” vəziyyətinə keçirir.
23)Proseslərin planlaşdırılması. Planlaşdırma səviyyələri
Proseslərin planlaşdırılması Bu fəsildə əməliyyat sistemlərində proseslər planlaşdırmasının müxtəlif səviyyələri ilə əlaqəli olan məsə-lələr nəzərdən keçirilirlər. Planlaşdırmanın əsas məqsədləri və kriteriləri, həmçinin, onun əsaslandığı parametrlər təsvir olunurlar. Planlaşdırmanın müxtəlif alqoritmləri verilir. Hər dəfə, biz resurslar miqdarının məhdudiyyəti və əmək kollektivində əmək haqqı fondu və ya tələbə əyləncə gecələrində bir neşə yeşik pepsi-kola kimi onların bir neçə istehlakçıları ilə rastlaşdıqda, biz məcbur oluruq ki, əldə olan resursları istehlakçılar arasında bölüşdürmə və ya digər sözlərlə desək, resurslardan istifadə olunmasının planlaşdırılması ilə məşğul olmağa məcburuq. Bu cür planlaşdırma dəqiq qoyul-muş məqsədlərə (resursların bölüşdürülməsi ilə biz nə istəyirik) və məqsədlərə uyğun gələn və istehlakçıların parametrlərinə söykənən alqoritmlərə malik olmalıdır. Yalnız kriteriləri və alqoritmləri düzgün seçdikdə, aşağıdakı suallardan xilas olmaq olar: “Niyə görə mən, mənim rəisimdən 10 dəfə az əmək haqqı alıram?” və ya “ Bəs mənim pepsi-kolam hanı?” Bu mühazirə multiproqramlı hesablama sistemlərində proseslər icrasının planlaşdırmasına və ya, başqa cür desək, proseslər planlaşdı-rılmasına həsr olunmuşdur.
Planlaşdırma səviyyələri
Birinci mühazirədə, kompüter sistemlərinin evolyusiya-sını nəzərdən keçirərək, biz hesablama sistemlərində planlaş-dırmanın iki növü barəsində danışmışdıq: tapşırıqların planlaşdırması və prosessordan istifadə olunmanın planlaşdırma-sı. Tapşırıqların planlaşdırması, tapşırıqların formalaşmış pa-ketlərinin saxlanılması üçün maqnit disklərindən istifadə olun-mağa başladıqdan sonra, paket sistemlərində əmələ gəlmişdi. Maqnit diskləri, bir başa müraciət qurğuları olaraq, tapşırıqları kompüterə, təkcə onların diskə yazıldığı qaydada deyil, ixtiyari qaydada yükləməyə imkan verirlər. Hesablama sisteminə tapşırıqların yüklənmə qaydasını dəyişdirərək, ondan istifadə olunma effektivliyini artırmaq olar. Maşına yükləmək üçün növbəti tapşırığın seçilmə prosedurunu, yəni, uyğun prosesin törənməsi üçün biz onu tapşırıqlar planlaşdırması adlandırdıq. Prosessordan istifadənin planlaşdırması ilk dəfə olaraq, bir neçə proseslərin eyni zamanda hazır olma vəziyyətində ol-duğu multiproqramlı hesablama sistemlərində əmələ gəlmişdir. Məhz, prosessorun öz sərəncamına əldə etdyi, yəni, “icra olunma” vəziyyətə keçirildiyi onlardan bir prosesin seçim olunma proseduru üçün biz bu söz birləşməsindən istifadə etdik. İndi, hesablama sistemlərindəki proseslər konsepsiyası ilə tanış olduqdan sonra, planlaşdırmanın hər iki növünü biz proseslər planlaşdırmasının müxtəlif səviyyələri kimi nəzərdən keçirəcəyik. Tapşırıqların planlaşdırması proseslərin uzun müddətli planlaşdırması kimi istifadə olunur. O, sistemin multiproqram-laşdırma dərəcəsini, yəni, orada eyni zamanda yerləşən proses-lər sayını təyin edərək, sistemdə yeni proseslərin törənməsinə cavabdehlik daşıyır. Əgər sistemin multiproqramlaşdırma dərəcəsi daimi olaraq dəstəklənirsə, yəni, kompüterdəki proseslərin orta miqdarı dəyişmirsə, o zaman yeni proseslər yalnız əvvəllər yüklənilmiş proseslər bitdikdən sonra, əmələ gələ bilərlər. Buna görə də, uzun müddətli planlaşdırma kifayət qədər nadir hallarda həyata keçirilirlər, yeni proseslərin əmələ gəlmələri arasında dəqiqələr və hətta on dəqiqələr vaxt ola bilər. İşə salmaq üçün bu və ya digər prosesin seçimi barəsində qərar kifayət qədər uzun vaxt müddətində hesablama sistemi-nin işləməsinə təsir göstərir. Buradan da planlaşdırmanın bu səviyyəsinin adı götürülmüşdür- uzun müddətli. Bəzi əməliyyat sistemlərində uzun müddətli proqramlaşdırma minimuma endirilmiş və ya tamamilə yoxdur. Belə ki, bir çox interaktiv sistemlərdə proses törənməsinin vaxta görə bölünməsi uyğun sorğu əmələ gəldikdən dərhal sonra, baş verir. Multiproqram-laşdırmanın ağıllı dərəcəsinin dəstəklənməsi sistemdə işləyə biləcək istifadəçilərin sayının məhdudlaşması və insan psixolo-giyasının xüsusiyyətləri hesabına həyata keçirilir. Əgər klavia-turada düymənin sıxılması ilə simvolun ekranda görünməsi 20-30 saniyə vaxt ərzində baş verirsə, o zaman bir çox istifadəçilər işi dayandırmağa üstünlük verirlər və sistem daha az yüklənmiş olduqda, həmin işi davam etdirirlər. Prosessordan istifadə olunmanın planlaşdırması proses-lərin qısa müddətli planlaşdırmasında tətbiq olunur. O, misal üçün, icra olunan prosesin giriş-çıxış qurğularına müraciəti zamanı və ya sadəcə olaraq, müəyən vaxt intervalı bitdikdə aparılır. Buna görə də, qısa müddətli planlaşdırma bir qayda olaraq, 100 millisaniyədə 1 dəfədən az olmayaraq, həyata keçirilir. İcra olunmaq üçün yeni prosesin seçimi növbəti analoji hadisə başlayana qədər, yəni, qısa vaxt müddətində sistemin işləməsinə təsir göstərir ki, bununla da planlaşmanın bu səviyyəsinin adı – qısa müddətli adlandırılmışdır. Bəzi hesablama sistemlərində faydalı olur ki, məhsul-darlığın artırılması üçün hər hansı bir qismən yerinə yetirilmiş proses əməli yaddaşdan diskə müvəqqəti olaraq ləğv olunmuş olsun, sonradan isə, onu sonrakı yerinə yetirilməsi üçün geri qaytarmaq lazımdır. Bu cür prosedur ingilis dilli ədəbiyytda “swapping” adını almışdı ki, bunu da “çəkib vurma” kimi tərcümə etmək olar, baxmayaraq ki, o tərcüməsiz istifadə olunur – “svopinq”. Nə vaxt və proseslərin hansından diskə çəkib vurmaq və əksinə etmək proseslər planlaşdırmasının əlavə aralıq səviyyəsi ilə - orta müddətli ilə həll olunur.
30)Əks əlaqəli çox səviyyəli növbələr proseslərin planlaşdırması
Əks əlaqəli çox səviyyəli növbələr proseslərin planlaşdırmasında, bizim nəzərdən keçirtdiyimiz yanaşmaların içərisindən ən ümumi yanaşmadan istifadə etmişdir. Onlar həyata keçirilmədə ən çətin olur, eyni zamanda da, ən böyük çevikliyiə malik olur. Aydındır ki, bu cür planlaşdırmanın, yuxarıda göstərdiyimiz variantdan başqa, çoxlu sayda digər müxtəlif növləri də mövcuddur. Onların konkret cəmləşdirilməsinin tam şəkildə təsviri üçün aşağıdakıları göstərmək lazımdır: -“Hazır olma” vəziyyətində yerləşən proseslər üçün növbələrin sayı; -Növbələr arasında işləyə bilən planlaşdırma alqoritmi; -Növbələr daxilində işləyə bilən planlaşdırma alqoritmləri; -Törənən prosesin növbələrdən birinə yerləşdirilmə qaydaları; -Proseslərin bir növbədən digərinə keçirilmə qaydaları; Bu göstərdiyimiz bəndlərdən hər hansı birini dəyişdirməklə, biz hesablama sisteminin davranışını əhəmiyyətli dərəcədə dəyişdirə bilərik.
31)Şəbəkə əməliyyat sistemləri.
Şəbəkə ƏS – verilənlərin şəbəkədə emalını, ötürülməsini və saxlanılmasını təmin edən proqramlar toplusudur. Şəbəkə ƏS istifadəçilərə müxtəlif növ şəbəkə xidmətləri (faylların idarəedilməsi, elektron poçt, audio-video konfrans, paylanmış hesablama, şəbəkədə idarəetmə prosesi və s.) təqdim edir. Şəbəkə ƏS lokal və qlobal şəbəkələrin meydana gəlməsi ilə əlaqədardır və şəbəkənin bütün resurslarına istifadəçinin müraciətini təmin edir. Şəbəkə ƏS-ləri kliyent-server və ya birranqlı arxitekturadan istifadə edir. Şəbəkə ƏS-nin kliyent hissəsi uzaqdakı resurs və xidmətlərə müraciət üçün sorğular vasitəsidir, server hissəsi isə lokal resurs və xidmətlərdən ümumi istifadə vasitəsidir. Şəbəkə ƏS-nin nəqliyyat vasitəsi də mövcuddur ki, bu da kompüter sisteminin kommunikasiya sistemi ilə birlikdə kompüter şəbəkələri arası məlumatın ötürülməsini təmin edir. Şəbəkə ƏS-nin kliyent, server hissələri və nəqliyyat vasitələri birlikdə şəbəkə vasitələri adlanır. Bu ƏS-ə Novell NetWare, Windows Server, IBM LAN, UNIX, Solaris, Linux və s. misal göstərmək olar.
32)UNİX əməliyyat sistemi. UNIX Əməliyyat Sisteminin funksiyaları
UNİX əməliyyat sistemi 1969-cu ildə Ken Tompson və Denis Riçi tərəfindən , AT&T şirkətinin Bell Laboratoriyalarında yaradılmış olan çox istifadəçili və çox vəzifəli quruluşu dəstəkləyən bir əməliyyat sistemidir. Lakin, AT&T şirkətinin planında bu əməliyyat sisteminin yayılması yox idi və şirkət onu ABŞ elmi müəssisələrinə simvolik qiymətə verdi. Bütün universitetlərin hesablama mərkəzlərinin nümayəndələri bu əməliyyat sistemindən istifadə edirdilər və bir-birləri ilə bu əməliyyat sistemi vasitəsilə əməkdaşlıq edirdilər. Onlar özləri səhvlər yaradır, faydalı proqram və utilitlər yaradır və onları istifadə edirdilər. Onların işinin nəticəsi - Unix ƏS-nin tam versiyası oldu (1990- cı ildə). Bu versiyanın adı Unix System V Release 4 – SVR4 idi. Unix istifadəçi qruplarından biri Berklidə Kaliforniya universitetində idi. 1977-ci ildə bu elmi müəssisənin mütəxəssisləri Unix tarixində növbəti addımı atdılar. Belə ki, onlar 2BSD (Berkeley Software Distribution) ƏS ilə maqnit lentlərin yayılmasına başladılar. Onun 75 nüsxəsi satıldı. Unix və Unix-əsaslı sistemlərin çoxlu növləri var. Unix əməliyyat sistemlərinə GNU/Linux, FreeBsd, Solaris, AİX, HPUX və s. misal göstərmək olar. Bu sistemlər hansısa məsələlərdə bir-birindən müəyyən fərqə malik olsalar da, ümumi Unix standartlarına hamısı cavab verir. Unix sisteminin digər sistemlərdən fərqləndirən bir çox üstün və çatışmayan cəhətləri vardır. Belə bir anlayış mövcuddur ki, Unix proqramçılar üçün yaratdığı sistemdir, yəni Unix adi istifadəçilər üçün yox, proqramçılar üçün nəzərdə tutulmuş bir sistemdir. Unix sistemlərindən istifadənin çətinliyi və proqramçılara bu sistemlərin bir çoxunda nüvədən tutmuş (kernel), istifadəçi proqramları, kompiyatorlar, kitabxanalar və s. proqram kodlarında istənilən dəyişikliyi edə bilmə imkanının verilməsi bunu deməyə əsas verir. Unix sistemlərinin bir çoxu, o cümlədən, GNU/Linux, FreeBsd, OpenSolaris və s. tam açıq kodlu sistemlərdir. Yəni proqramçı istənilən qurğunun drayverində, nüvə kodunda, kompilyatorda və s. istənilən dəyişikliyi edib, yenidən kompilyasiya edib, sistemdəki öz yeni dəyişikliklərindən istiadə edə bilər. Bu səbəbdən Unix sistemlərini əsasən sistem proqramçıları işlədir. Unix sistemləri mövcud sistemlər arasında ən təhlükəsiz, etibarlı və sürətli olduqlarına görə, bir qayda olaraq, ancaq imkanlı şirkətlər Unixdən istifadə edir və bu sistemlər daha çox inkişaf etmiş ölkələrdə yayılıb. Səbəb Unix sistemlərinin texniki xidmətinin həddən artıq baha olmasıdır. Bizim ölkədə də tədricən bir çox banklar, internet provayderlər, mobil operatorlar təhlükəsizlik və s. məsələlərə görə Unix-ə keçirlər.
1. *Multiuser və Multitasking:* Birdən çox istifadəçinin eyni anda sistemi istifadə etməsi və bir neçə təsəvvürü eyni anda icra etmək mümkündür.3. *Konsol interfeys:* Sistemi idarə etmək üçün konsol və ya terminal interfeysi ilə işləmək imkanı.4. *Fayl hierarxiası:* Fayllar və qovluqların təşkil olunduğu hierarxik struktura.5. *İxtisaslaşdırılmış fayl sistemi:* UNIX və Linux fayl sistemləri, faylları və qovluqları effektiv şəkildə idarə etmək üçün təşkil edilmişdir.6. *Şəbəkə funksiyaları:* Şəbəkə ilə əlaqə qurmaq, fayl paylaşmaq və şəbəkə üzərində fərqli sənədlərə giriş etmək kimi şəbəkə əməliyyatlarını dəstəkləmək.8. *Kataloq və fayl təhlükəsizliyi:* İstifadəçilər arasında fayl təhlükəsizliyini təmin etmək üçün əlavə imkanlar.9. *Texniki xidmətlər və protokolların dəstəklənməsi:* Çeşitli texniki xidmətlər və şəbəkə protokollarının dəstəklənməsi, buna daxil olmaqla HTTP, FTP, SSH kimi protokollar.10. *Müstəqil proqramların dəstəklənməsi:* UNIX və Linux, müstəqil proqramların inkişafını dəstəkləyir və istifadəçilərə öz proqramlarını yaratmaq üçün geniş imkanlar verir.Bu funksiyalar, UNIX və Linux əməliyyat sistemlərinin geniş istifadə sahələrində, server tətbiqlərindən təhsil müəssisələrinə qədər bir çox sahədə tərəfdaş olmasını təmin edir.
UNIX və Linux-da proqramların idarəedilməsi, paket idarəetmə sistemləri vasitəsilə asanlaşdırılır. Bu sistemlər, proqramların yüklənməsi, yenilənməsi və çıxarılmasını effektiv şəkildə tənzimləməyə imkan verir.
UNIX və Linux, təhlükəsizlik üçün müxtəlif tədbirlər təklif edir. Bu tədbirlər, istifadəçi hakimiyyətinin effektiv idarə edilməsindən, fayl icazələrinin düzgün tənzimlənməsinə qədər geniş bir spektrumu əhatə edir. UNIX, əlavə təhlükəsizlik layihələri və audit sistemləri ilə tanınır. Linux isə faydalı təhlükəsizlik alətləri və istifadəçi hakimiyyəti tədbirləri ilə tanınır.
28)Çox səviyyəli növbələr
Proseslərin müxtəlif qruplar üzrə çox yüngül bir şəkildə çeşidləndiyi sistemlər üçün planlaşdırma alqorimlərinin digər sinfi işlənilmişdir. Proseslərin hər bir qrupu üçün hazırlıq vəziyyətində yerləşən proseslərin öz növbələri yaradılır (şək.3.5).
Bu növbələrə qeyd olunmuş üstünlüklər əlavə olunurlar. Məsələn, sistem prosesləri növbəsinin üstünlüyü istifadəçi proseslər növbəsinin üstünlüyündən yüksək quraşdırılır. Tələbələr tərəfindən işə salınan proseslərin üstünlüyü isə, müəllimlər tərəfindən işə salınan proseslər növbəsi üstünlüyündən aşağı olur. Bu o deməkdir ki, hələ, nə qədər ki, bir hazır sistem prosesi varsa, istifadəçilər prosesinin heç biri icra olunmaq üçün seçilməyəcək, hələ nə qədər ki, icra olunmağa hazır olan müəllimlər prosesi varsa, tələbə prosesinin heç biri prosessoru öz sərəncamına ala bilməyəcəkdir. Bu növbələrin daxilində planlaşdırmaq üçün ən müxtəlif alqoritm-lər tətbiq oluna bilərlər. Belə ki, məsələn, istifadəçi ilə qarşılıqlı əlaqəni tələb etməyən (fon prosesləri) böyük hesablama prosesləri üçün FCFS alqoritmindən, interaktiv proseslər üçün isə - RR alqoritmindən istifadə etmək olar. Çox səviyyəli növbələr adını alan bu cür yanaşma planlaşdırmanın çevikliyini artırır: müxtəlif xarakteristikalı proseslər üçün onlara ən çox uyğun gələn alqoritm tətbiq olunur.
29)Əks əlaqəli çox səviyyəli növbələr
Çox səviyyəli növbələr alqoritminin sonrakı inkişafı onlara əks əlaqə mexanizminin əlavə edilməsi olmuşdu. Burada proses müəyyən növbəyə daimi qeyd olunmamış, özünün davranışından asılı olaraq, bir növbədən digərinə miqrasiya oluna bilər. Sadəlik üçün elə bir vəziyyəti nəzərdən keçirək ki, orada proseslər şək.3.6-da göstərilən kimi, “hazır olma” vəziyyətində 4 növbədə təşkil olunmuşlar. Növbələr arasında proseslərin planlaşdırılması sıxışdırılıb çıxarılan üstünlüklü mexanizm əsasında həyata keçirilir. Şəkildə növbə nə qədər yuxarıda yerləşirsə, onun üstünlüyü də o qədər yüksək olur. Əgər 0 növbəsində heç olmasa bir proses olmuş olsa, növbə 1-dəki proseslər icra oluna bilməzlər. Əgər 0 və 1 növbələrində heç olmasa bir proses olmuş olarsa, növbə 2-dəki proseslər yerinə yetirilmək üçün seçilə bilməzlər. Və, nəhayət, 3 növbəsində prosessor öz sərəncamına yalnız o vaxt götürə bilər ki, 0, 1 və 2 növbələri boş olmuş olsunlar. Əgər prosesin işləməsi zamanı hər hansı bir daha üstünlü növbədə digər proses əmələ gələrsə, icra olunan proses yenisi ilə sıxlaşdırılıb çıxarılacaqdır. 0-2 növbələri daxilində proseslərin planlaşdırılması RR alqoritmindən istifadə etməklə, həyata keçirilir, növbə 3-də proseslərin planlaşdırması FCFS alqoritminə əsaslanmışdır.
Törənən proses 0 növbəsinə daxil olur. İcra olunmaq üçün seçimdə o, öz sərəncamına 8 vahid ölçüdə kvant vaxtını əldə edir. Əgər onun CPU burst vaxt müddəti bu kvant vaxtından kiçik olarsa, proses 0 növbəsində qalır. Əks təqdirdə, o, növbə 1-ə keçir. Növbə 1-dəki proseslər üçün 1 kvant vaxtı 16 qiymətinə malikdir. Əgər proses bu vaxta yerləşmirsə, o, növbə 2-yə keçir. Əgər yerləşirsə, onda növbə 1-də qalır. Növbə 2-də kvant vaxtının qiyməti 32 vahid təşkil edir. Əgər prosesin fasiləsiz işi üçün bu da az olarsa, proses, kvant vaxtının tətbiq olunmadığı növbə 3-ə daxil olur və digər növbələrdə hazır proseslər olmadığı halda, özünün CPU burst qurtarana qədər icra oluna bilər. CPU burst vaxt müddətinin qiyməti nə qədər böyük olarsa, o zaman proses daha aşağı üstünlüklü növbəyə düşür, amma, o, böyük prosessor vaxtını nəzərdə tuta bilər. Beləliklə, bir qədər müddətdən sonra prosessor işinin az vaxtını tələb edən bütün proseslər yüksək üstünlüklü növbələrdə yerləşmiş olacaqlar, böyük prosessor vaxtını tələb edən və cavab vaxtına alçaq sorğulu olan bütün proseslər aşağı üstünlüklü növbələrdə yerləşmiş olacaqlar. Əks istiqamətdə proseslərin miqrasiyası müxtəlif prinsiplər üzrə həyata keçirilə bilərlər. Məsələn, klaviaturadan daxil olunmanı gözlədikdən sonra, növbə 1,2 və 3-də olan proseslər 0 növbəsinə yerləşdirilə bilərlər; giriş-çıxışın disk əməliyyatları bitəndən sonra, növbə 2 və 3–də olan proseslər növbə 1-ə yerləşdirilə bilərlər; bütün digər hadisələrin bitməsindən sonra, proseslər növbə 3-dən götürülüb növbə 2-də yerləşəcəklər. Aşağı üstünlüklü növbələrdən yüksək üstünlüklü növbələrə proseslərin yerdəyişməsi müəyyən vaxt müddətində proseslər davranışının dəyişilməsini tam şəkildə nəzərə almağa imkan verir.
26)Sıxışdırılıb çıxarılma və sıxışdırılıb çıxarılmama planlaşdırması
Planlaşdırma prosesi planlaşdırıcı adlanan əməliyyat sisteminin bir hissəsi tərəfindən həyata keçirilir. Planlaşdırıcı “hazır olma” vəziyyətində olanlar arasından yeni prosesin icrası üçün seçim barəsində qərar qəbul etdikdə, aşağıdakı 4 halları nəzərə almalıdır: 1.Proses “icra olunma”vəziyyətindən “icranı bitirdi” vəziyyə-tinə keçirildiy halda; 2. Proses “icra olunma” vəziyyətindən “gözləmə” vəziyyətinə keçirildiyi halda; 3. Proses “icra olunma” vəziyyətindən “hazır olma” vəziyyətinə keçirildiyi halda (məsələn, taymerdən kəsilmədən sonra); 4. Proses “gözləmə vəziyyətindən “hazır olma” vəziyyətinə ke-çirildiyi halda (giriş-çıxış əməliyyatı bitmiş və ya digər hadisə baş vermişdir). Bu cür keçirilmə proseduru fəsil 2-də nəzərdən keçirilmişdir. 1 və 2 hadisələrində “icra olunma” vəziyyətində yerləşən proses bundan sonra icra oluna bilmir və əməliyyat sistemi yerinə yetirilmək üçün yeni proses seçərək, planlaş-dırmanı ye-rinə yetirməyə məcbur olur. 3 və 4 hadisələrində planlaşdırma həm aparıla bilər, həm də aparılmaya bilməz, planlaşdırıcı yerinə yetirmək üçün prosesin seçilməsi barəsində qərar qəbul etməyə məcbur deyildir, “icra olunma” vəziy-yətində olan proses sadəcə olaraq, öz işini davam etdirə bilər. Əgər əməliyyat sistemində planlaşdırma məcbur olan hallarda həyata keçirilirsə, o zaman deyirlər ki, sıxışdırılıb çıxarılmama planlaşdırması (nonpreemptive) vardır. Əgər ki, planlaşdırıcı həm məcburi, həm də məcbur olmayan qərarlar qəbul edirsə, onda deyirlər ki, sıxışdırılıb çıxarma planlaşdırması (preemptive) vardır. “Sıxışdırılıb çıxarma planlaşdırma” termini ona görə baş tutmuşdur ki, icra olunan proses özündən asılı olmayaraq, digər proses tərəfindən “icra olunma” vəziyyətindən sıxışdırılıb çıxarıla bilər. Sıxışdırılıb çıxarılmama planlaşdırması, məsələn, MS Windows və Apple Macintosh əməliyyat sistemlərində istifadə olunur. Planlaşdırmanın bu cür rejimində proses özü üçün lazım olan qədər prosessor vaxtını məşğul edir. Belə olan halda, proseslərin dəyişdirilməsi yalnız icra olunan prosesin özü tərəfindən idarəni ötürmək istədikdə, baş verir (giriş-çıxış əməliyyatının bitməsini gözləmək üçün və ya işin sonunda). Planlaşdırmanın bu üsulu nisbətən sadə şəkildə həyata keçirilə bilər və kifayət qədər effektiv olur, çünki, proseslərin özlərinin işi üçün prosessor vaxtının böyük bir hissəsini ayırmağa və kontekstlərin dəyişdirilməsinə sərf olunan xərcləri minimuma qədər qısaltmağa imkan verir. Lakin, sıxışdırılıb çıxarılmama planlaşdırmada elə bir problem əmələ gələ bilər ki, bir proses prosessoru tam şəkildə ələ keçirir və bu da hər hansı bir səbəbdən (məsələn, proqramdakı səhvlərdən) təkrar olundu-ğundan, idarəni digər prosesə ötürə bilmir. Bu cür vəziyyətdə bütün hesablama sistemini yenidən yükləmək lazım gəlir. Sıxışdırılıb çıxarılma planlaşdırması adətən, vaxta görə bölünmə sistemlərində istifadə olunur. Planlaşdırmanın bu rejimində proses icra olunmanın istənilən anında dayandırıla bilər. Əməliyyat sistemi, müəyyən vaxt intervalı - kvantın bit-məsi üzrə kəsilmə siqnalının generasiya olunması üçün xüsusi taymeri quraşdırır. Kəsilmədən sonra prosessor növbəti pro-sesin sərəncamına verilir. Vaxta görə kəsilmələr dialoq reji-mində işləyən istifadəçilər üçün proseslərə cavab verilməsinin uyğun olan vaxtına zəmanət verməyə kömək edirlər və hər hansı bir proqramın təkrarən istifadə olunması səbəbindən kompüter sisteminin “asılı” vəziyyətdə olmasının qabağını alırlar.
27)Planlaşdırma alqoritmləri
Müxtəlif məqsədlərə nail olmaq və müxtəlif məsələlər sinfi üçün effektiv olmaq üçün, təyin olunan planlaşdırmanın müxtəlif cür alqoritmlərinin böyük toplusu mövcuddur. Onlardan bir çoxusu planlaşdırmanın bir neçə səviyyələrində istifadə oluna bilərlər. Bu bölmədə biz qısa müddətli planlaşdırma prosesinə aid olan və ən çox istifadə olunan alqoritmləri nəzərdən keçirəcəyik. First-Come, First-Served (FCFS) Planlaşdırmanın ən sadə alqoritmi First-Come, First-Served (FCFS) olub, birinci gələn, birinci xidmət olunur deməkdir. Fərz edək ki, “hazır olma” vəziyyətində olan proseslər növbəyə düzülmüşlər. Proses “hazır olma” vəziyyətinə keçdikdə, o, daha dəqiq desək, onun PCB-nə istinad, həmin növbənin sonuna yerləşdirilir. İcra olunmaq üçün yeni prosesin seçimi onun PSB-nə istinadı oradan ləğv etməklə, növbənin əvvəllindən həyata keçirilir. Bu tip növbə proqramlaşdırmada xüsusi ada malik olur – FİFO (First In, First Out - birinci gələn, birinci çıxır). Proses seçiminin bu cür alqoritmi sıxışdırılıb çıxarıl-mama planlaşdırmanı həyata keçirir. Prosessoru öz sərən-camına almış proses cari “CPU burst” bitənə qədər onu məşğul edir. Bundan sonra yerinə yetirmək üçün, növbənin əvvəllindən yeni proses seçilir. FSFC alqoritminin üstünlüyü onun həyata keçiril-məsinin yüngüllüyündədir, amma, eyni zamanda da o, bir çox mənfi cəhətlərə də malik olur. Aşağıdakı misalı nəzərdən keçirək. Tutaq ki, “hazır olma” vəziyyətində p0, p1 və p2 kimi üç proses yerləşir və onlar üçün onların CPU burst vaxtları məlumdur.
Sadəlik üçün belə hesab edəcəyik ki, proseslərin bütün fəaliyyəti yalnız bir CPU burst vaxtından istifadə etməklə, məhdudlaşacaq, proseslər giriş-çıxış əməliyyatlarını yerinə yetirmirlər və kontekstin dəyişdirilmə vaxtı o qədər kiçikdir ki, onları nəzərə almamaq da olar. Əgər proseslər, proseslərin “hazır olma” növbəsinə p0, p1, p2 qaydasında yerləşmişsə, o zaman onların yerinə yetirilmə mənzərəsi şək.3.2-də göstərilən kimi olacaqdır
Birinci yerinə yetirilmək üçün p0 prosesi seçilir və prosessor özünün CPU burst-in bütün vaxtı ərzində, yəni, vaxtın 13 vahidi ərzində onu əldə edur. O, bitdikdən sonra, “icra olunma” vəziyyətinə p1 keçirilir, o, prosessory 4 vaxt vahidi ərzində məşğul edir. Və, nəhayət, p2 prosesi işləmək imkanı əldə edir. p0 prosesi üçün gözləmə vaxtı 0 vaxt vahidi olur, p1 prosesi üçün -13 vahid, p2 prosesi üçün isə 13+4=17 vahid olur. Beləliklə, bu halda orta gözləmə vaxtı – (0+13+17)/3 = 10 vaxt vahidi olacaqdır. p0 prosesi üçün yerinə yetirilmənin tam vaxtı 13 vaxt vahidi, p1 prosesi üçün 13+4=17 vahid, p2 prosesi üçün 13+4+1=18 vahid təşkil edəcəkdir. Yerinə yetirilmənin orta tam vaxtı – (13+17+18)/3=16 vaxt vahidinə bərabər olacaqdır. Əgər, həmin proseslər p2, p1, p0 qaydasında yerləşmiş olsaydılar, onda onların mənzərəsi şək.3.3-ə uyğun gələcəkdir. Proses p0 üçün gözləmə vaxtı 5 vaxt vahidinə, p1 prosesi üçün -1 vahidinə, p2 prosesi üçün isə - 0 vahidinə bərabər olacaqdır. Orta gözləmə vaxtı (5+1+0)/3=2 vaxt vahidi olacaqdır. Bu əvvəlki hadisə ilə müqayisədə 5 (!) dəfə azdır. Proses p0 üçün yerinə yetirilmənin tam vaxtı 18 vaxt vahidinə, p1 prosesi üçün -5 vahidə, p2 prosesi üçün isə - 1 vahidə bərabər olacaqdır. Yerinə yetirilmənin orta tam vaxtı (18+5+1)/3=8 vahidi olur ki, bu da proseslərin yerləşdirilməsinin birinci variantına nəzərən, 2 dəfə azdır.
38)WINDOWS əməliyyat sistemində pəncərələrin növləri və onlarla iş prinsipləri
İstifadəçinin qrafiki interfeysinin əsasını yaxşı düşünülmüş pəncərələr sistemi və digər qrafik obyektləri təşkil edir. Pəncərə-ekranın monitorunda haşiyələnmiş düzbucaqlı sahədir. Burada proqram, sənəd, məlumat təsvir edilir. Pəncərə o zaman aktiv olur ki, onunla həmin anda istifadəçi işləyir. Pəncərələrin bir neçə növü mövcuddur ki, onların görünüşü təsvir olunan informasiyadan asılıdır. Bu pəncərələrin strukturu işlənmiş standartlara uyğun təşkil edilmişdir. Belə tipik pəncərələrə tətbiqi proqramlar pəncərəsi, sənəd pəncərəsi, dialoq pəncərəsini misal göstərmək olar. “WINDOWS” sözünün azərbaycan dilinə tərcüməsi “pəncərədir”. Burada işləyən proqram və ya sənəd əks olunur. Pəncərə ölçülərinin idarə düymələri aşağıdakılardır: 1. Свернуть (Minimize) pəncərəni bükərək, onu məsələlər panelində yerləşdirir; 2. Развернуть (Maximize) pəncərəni ekran boyu açır; 3. Восстановить обратно (Restore Down) pəncərənin əvvəlki ölçülərini bərpa edir və bu düymə Развернуть düyməsinə çevrilir. 4. Закрыть (Close) pəncərəni bağlayaraq, proqramın işini sona çatdırır. Alətlər paneli tez-tez istifadə olunan əməliyyatları yerinə yetirmək üçün əmərlər düyməsini özündə saxlayır. Buradan düymələri istifadəçi özü təyin edə bilər. Pəncərənin aşağı hissəsində yerləşən vəziyyət sətrini ekranda əks etdirmək üçün Вид (View) menyusundan Строка состояния (Status Bar) əmri seçilir. Vəziyyət sətri qovluqdakı obyektlərin sayı, disk sahəsində tutduğu yerin ölçüsü, istifadəçinin cari əməliyyatı ilə bağlı məlumatları və s. informasiyadan ibarət sahələrdən ibarət olur. Şaquli (Vertical scroll bar) və üfuqi (Horizontal scroll bar) fırlatma zolağı pəncərənin tərkibi ekranda tam əks olunmadıqda, pəncərənin sağ və aşağı hissəsində avtomatik olaraq görünür. Tətbiqi proqramlar və sənədlər pəncərələri. Istənilən tətbiqi proqram pəncərəsinin standart elementləri bunlardır: Işçi sahə. Burada yaradılan sənəd yerləşir. Ondan aşağıdakı menyuların adlarını göstərən idarə (əsas) menyu. Funksional təyinatına görə birləşdirilmiş qrup əmrlərindən ibarət əsas menyudan aşağıda yerləşən menyu. Alətlər paneli. Bu tez-tez istifadə olunan əmrləri daha tez seçmək üçün əmrlər düymələrindən təşkil olunur. Tətbiqi proqramın adını göstərən pəncərənin sərlövhəsi. Sistem menyusunun düyməsi. Bunun vasitəsilə pəncərələrin ölçüsünü və onun yerini dəyişdirən əmrləri çağırmaq olar. , , , düymələrinin funksiyaları əlavə pəncərəsində olan funksiyalar kimidir. Əgər bir neçə sənədlər pəncərələri açılmışsa, istifadəçi yalnız onlardan biri ilə işləyə bilər. Dialoq pəncərəsi. Dialoq pəncərəsi vasitəsilə əməliyyat sistemi və ya tətbiqi proqramların parametrləri sazlanır,həmçinin iş prosesi zamanı lazım olan məlumatlar ekrana çıxarılır. İstifadəçi öz seçdiyi əməliyyatları dəqiqləşdirmək istədikdə, bu məlumat ya tətbiqi proqram vasitəsilə, ya da WINDOWS əməliyyat sistemi vasitəsilə ekrana çıxarılır. Dialoq pəncərəsi idarəetmə məqsədilə istifadə edilən tipik obyektlərin (elementlırin) toplusundan ibarətdir. Bunlara aşağıdakıları aid etmək olar: - Əmrlər düymələri. Bunlar düzbucaq formasında olub, onlar üzərində yazılan əmrləri yerinə yetirmək üçündür. Bunun üçün həmin əmrin düyməsi üzərində mausun düyməsini basmaq lazımdır: - Seçmə düyməsi. Bu dairə formasında olur və onun vasitəsilə mümkün olan variantlardan biri seçilir. Bunun üçün həmin düymənin üzərində mausun düyməsini basmaq lazımdır. - Çeviricilər (bayraqlar). Bunlar kvadrat formada olub, istənilən rejimi qoşmaq və ya qoşmamaq üçündür. Həmin çeviricinin üzərində mausun düyməsini basdıqda onun sahəsində xüsusi işarə ya əmələ gəlir, ya da tamamilə yox olur. - Siyahılar sahəsi. Verilmiş siyahıdan müəyyən bir variantı seçməyə imkan verir. Siyahı oxu üzərində mausun düyməsini basmaqla, siyahının elementlərini pəncərədə görmək olar. - Mətn sahələri. Buraya mətn və ya rəqəm verilənləri daxildir. - Əvvəlcədən baxış keçirmək pəncərəsi. Burada obyekt-sənəd təsvir edilir.
39)WINDOWS-da proqram və faylların axtarılması
Windows 7əməliyyat sistemində kompüterin xarici yaddaş qurğularında olan fayl, qovluq və proqramların axtarışı Start (Başlat) menyusundan həyata keçirilir . Start menyusunun axtarış sətri kompüterdə ən rahat axtarış vasitələrindən biridir. Axtarış əməliyyatı Start düyməsini basdıqda açılan menyunun sol panelin aşağı hissəsindəki Search programs and files (Proqramlar və faylları axtar) sətrinə axtarılan fayl, qovluq və ya proqramın adının daxil edilməsi ilə aparılır. Məsələn, kompüterdə qrafik redaktor olan Paint proqramını tapmaq tələb olunarsa, axtarış sətrinə axtarılan proqramın adının ilk hərfi yəni, “P” hərfi klaviaturadan daxil edilir. Bu zaman adında “P” hərfi olan bütün fayl, qovluq və proqram piktoqramları qruplar şəklində tapılır. Hərflər ardıcıl olaraq daxil edildikcə əməliyyat sistemi axtarış üçün ən uyğun nəticələri siyahı şəklində ekranda əks etdirir. Odur ki, axtarılan proqramın adı və işarəsini bu siyahıda tapmaq və onun üzərində mausun sol düyməsini klikləmək kifayətdir. Əgər axtarış əməliyyatını Windoẃs Explorer proqramında qovluq pəncərəsinin axtarış sətrində aparsaq, bu zaman cari qovluqda daxil olunmuş simvola uyğun axtarış prosesi yerinə yetiriləcəkdir. Tapılmış sənəd və ya proqram pəncərənin iş oblastında sarı fonla işarələnmiş formada əks olunacaqdır. Faylların axtarışında adlarında “*”və “?”simvollarından istifadə etməklə müəyyən əlamətə görə ayrılmış fayllar qrupunu tapmaq olar “*”simvolu faylın adında və ya adın genişlənməsində istənilən sayda ixtiyari simvolun olduğunu göstərir Məsələn *.com- genişlənməsi “com”olan bütün faylları; *.txt- genişlənməsi”txt”olan bütün faylları ; infor.*- infor adlı bütün mümkün genişlənməyə malik olan fayllar qrupunu (infor.txt.; infor.docx; infor.exe;infor .com; infor.xlsx; infor .bas və. s ); in*.* - adı in ilə başlayan bütün faylları; *or.*- adlarının sonluğu “or” hərf birləşməsi ilə qurtaran bütün mümkün genişlənməyə malik olan fayllar qrupunu (infor.txt ; işıqfor.docx; doktor.exe; fosfor.com ; motor.xlsx və s. ); *.*-bütün faylları göstərir. Faylın adında və ya genişlənməsində “?” işarəsinin olması onu göstərir ki bu mövqedə ixtiyari bir simvol dura bilər. Məs al?.txt yazılışı al1.txt; al2.txt; alı.txt; alo.txt; als.txt və s. faylları əvəz edir . ???.com yazılışı adı 3 simvoldan ibarət olan “com”genişlənməli faylların hamısını əhatə edir. va???.txt - yazılışı isə adları va ilə başlayan 5 simvoldan ibarət və”txt” genişlənməyə malik olan fayllar qrupunu göstərir. Məs vahid .txt; valeh .txt; vaqif.txt.; vasif .txt və s. Faylların adlarının “*” və “?” işarələrindən istifadə etməklə ümumiləşdirilmiş yazılışına adların şablon və ya maska ilə verilməsi də deyilir.
35)Windows 10 əməliyyat sistemində Start (Пуск (Başlat)) menyusunun strukturu və istifadəsi
Windows əməliyyat sisteminin əvvəlki versiyalarında da ən əsas obyektlərdən biri də Start (Пуск (Başlat)) düyməsidir. Windows 7 əməliyyat sistemində bu düymənin daxilində adı yazılmır, formasıda dəyişdirilmişdir və dairəvi şəklə salınmışdır, lakin öz funksiyasını saxlamışdır. Windows 7- də Start (Пуск (Başlat)) menyusu iki sütundan ibarətdir. Sol sütunda tez-tez istifadə edilən proqramların nişanları, həmçinin Windows-un bir sıra xidməti proqramlarının (Kalkulyator, ekranın çəkilişlərini yaratmaq üçün Ножницы (Shipping Tool (Qayçılar)), Paint (Boyama) qrafiki redaktoru, Windows Media Player ifaedicisi) nişanları yerləşir. Bu sütundakı nişanların altında Все программы (All Programs (Bütün proqramlar)) yazısı yerləşir. Bu bölmə kiçik oxla təhciz olunmuşdur. Burada kompüterdə quraşdırılmış bütün proqramların nişanları yerləşir. Bu bölmənin aşağısında isə həmçinin axtarış sətri də yerləşir. Bunun vasitəsilə kompüterdə açar sözlər əsasında istənilən sənədi asanlıqla tapmaq olur. Sağ sütunda isə ən faydalı qovluqlara istinadlar və Windows əməliyyat sisteminin idarəedici modulları yerləşir. Sağ sütunun bölmələri aşağıdakılardır: ❖ All Proqrams (Все программы/Bütün Proqramlar) - proqram qruplarını saxlayan qovluqlara daxil olmaqla müxtəlif proqramların adlarını daxil edən menyunu açır. ❖ Documents (Документы /Sənədlər) – Windows-da sənədlərin saxlanması üçün nəzərdə tutulan sənədlər kitabxanasıdır (Documents library/Библиотека). Bu əmr istifadəçinin sənədləri saxlanan qovluğu tez açmağa imkan verir. ❖ Pictures (Изображения/Şəkillər)-müxtəlif qrafiki faylları saxlamaq üçün şəkillər kitabxanasıdır (Pictures libraries /Библиотека “Изображения”). ❖ Music (Музыка/Musiqi) musiqi faylları saxlanılan kitabxanadır. ❖ Games (Игры-Oyunlar) sistemdə quraşdırılmış oyunlar saxlanılan qovluğu açır. ❖ Computer (Компьютер/Kompüter) mühüm sistem qovluqlarından biridir. Bu qovluğun pəncərəsində kompüterdə olan bütün disklər və digər qurğuların işarələri əks olunur. ❖ Network (Сеть-Şəbəkə) lokal şəbəkəyə qoşulmuş kompyuterlərin əks olunmasını təşkil edir. ❖ Control Panel (Панель управления/İdarəetmə paneli) mühüm qovluqlarından biridir. Kompüterdə müxtəlif sazlama işləri ilə bağlı nəzərdə tutulan bütün elementlər bu qovluqda yerləşir. ❖ Devices and printers (Устройства и принтеры/Qurğular və pirinterlər) sistem qovluğudur. Kompüterə qoşulmuş xarici qurğular: printerlər, skanerlər, kameralar və s. bu qovluğun pəncərəsində əks olunur. ❖ Default Programs (Программы по умолчанию/Susmaya görə proqramlar) əmri icra olunan kimi müxtəlif tipli faylların emalı üçün susmaya görə nəzərdə tutulan proqramların seçim pəncərəsi açılır. ❖ Help and Support (Справка и поддержка/Kömək və dəstək) əmri icra olunarkən eyni adlı dialoq pəncərəsi açılır. Bu pəncərə cürbəcür sorgu məlumatlarının tapılmasına imkan verir. ❖ Run (Выполнить/İcra et) - Start menyusunda olmayan hər hansı bir proqramı işlətmək və ya sənədləri (faylları) açmaq üçün bu əmrdən istifadə olunur. ❖ Shut down (Завершение работы/Söndür) əmrini seçdikdə Windows əməliyyat sisteminin özü ilə bərabər bütün açıq pəncərələr bağlanır və kompüter sönür.
36)Windows Explorer proqramı
Fayl sistemi ilə işləmək üçün ən çox istifadə olunan vasitələrdən biri Windows Explorer (Проводник-Bələdçi) proqramıdır. Bu proqram fayl strukturu üzrə müxtəlif əməliyyatların yerinə yetirilməsinə imkan verir. İstənilən qovluq pəncərəsi bu proqramın köməyi ilə açılır. Windows Explorer-i işlətməyin bir neçə yolları vardır: ➢ Start menyusundan All Proqrams alt menyusundan Accessories-i, sonra da Windows Explorer-i seçmək lazımdır. ➢ Win+R klavişlərin kombinasiyasını seçməklə açılan Run (Выполнить/İcra et) pəncərəyə «explorer.exe» əmri daxil etmək lazımdır ➢ Win+E klavişlərin kombinasiyasını seçmək lazımdır WINDOWS 7 əməliyyat sistemində WINDOWS Explorer proqramı icra olunarkən ekranda xüsusi pəncərə açılır və bu pəncərədə WINDOWS əməliyyat sisteminin bir sıra standart idarəetmə elementləri əks olunur. Bu proqram WINDOWS qovluğunda yerləşir və onun icra olunan modulu explorer.exe adlanır. İstənilən qovluq pəncərəsi kimi Bələdçi proqramının pəncərəsi də ekranda açılarkən onun əsas hissəsi müxtəlif fayl obyektləri üzərində mümkün olan əməliyyatlar siyahısı əks olunmuş Navigation pane (Hərəkət paneli) sol panel və sol paneldə seçilmiş qovluğun məzmunu əks olunmuş Work area (İşçi sahə) sağ paneldən ibarət olmaqla iki hissəyə bölünmüş olur. Bununla yanaşı, ehtiyac olan kimi istifadəçi çox asanlıqla sol panelin yerində disk və qovluqların ağacşəkilli (iyerarxik) strukturunu əks etdirə bilər.
37)Windows Explorer proqramının komponentləri
Windows Explorer proqramının komponentləri aşağıdakı kimidir: 1. Title bar (Başlıq sətri) 2. Adres bar (Ünvan sətri) 3. Search bar (Axtarış sətri) 4. Menu bar (Menyu sətri) 5. Toolbars (Alətlər paneli) 6. Navigation pane (Hərəkət paneli) 7. Work area (İşçi sahə) 8. Preview pane (Önbaxış paneli) 9. Details pane (Detallar paneli) 10. Status bar (Vəziyyət sətri) Başlıq sətrində proqramın işarəsi, adı yazılır. Başlıq sətrindən tutmaqla pəncərəni o tərəf bu tərəfə aparmaq olar. Başlıq sətrinin asağı tərəfində 3 düymə var. Bu düymələr uyğun olaraq pəncərəni aşağı yığır, böyüdür, kiçildir və bağlayır. Qovluğunun pəncərəsinin yuxarı hissəsində ünvan sətri və axtarış sətri yerləşir. Ünvan sətri bizə lazım olan faylı və ya qovluğu tez tapmağa kömək edir, eyni zamanda həmçinin kompüterdə onların harada yerləşməsini də göstərir. Bu paneldə cari qovluğa gedən yol da gostərilir. Həmin yolda bir-birindən kiçik “►” üçbucaqlarla ayrılan qovluqlar ardıcıllığı əks olunur. Bu ardıcıllığa daxil olan istənilən qovluğu açmaq olar. Bunun üçün qovluq üzərində mausun sol düyməsini klikləmək kifayətdir. Həmçinin ünvan panelindəki ikiçik üçbucaq işarələri vasitəsilə müəyyən qovluqlar siyahısını açmaq olar. Əgər “►” işarələri üzərində mausun düyməsini klikləsək, onda burada əks olunan kişik üçbucaq işarələri aşağı istiqamətlənmiş üçbucaq “▼” formasını alacaq və cari qovluqdakı alt qovluqlar siyahısı göstəriləcək. Проводник (Windows Explorer (Windows Bələdçisi)- də qovluqlar üzərində hərəkət edən zaman ünvan sətrinin yanında yerləşən iki Назад (Geri) və Вперед (İrəli) naviqasiya düymələri yaxşı yardım edir. Birinci düymənin sayəsində sizin əvvəl açdığınız qovluğa tez keçmək olur, sonra isə əksinə qayıtmaq olur. Windows Explorer proqramında özünə məxsus əsas obyektlərdən biridə axtarış sətridir. Bu Windows 7 əməliyyat sisteminin ən maraqlı yeni imkanlarından biridir. Bu daxili axtarış vasitəsi sənədləri və faylları təkcə onların adlarının bir hissəsinə görə deyil, həm də açar sözlərə görə də axtara bilir, məsələn, mətnlər üçün bu orada istifadə olunan müəyyən söz və söz birləşməsi, musiqi üçün cığırın, albomun adı, ifa edənin adı, poçt üçünsə göndərənin adı ola bilər. Menu bar (Menyu sətri) çox vaxt gizlədilmiş olsa da, ALT və ya F10 düyməsinin köməyi ilə görünür. Bu sətirdə File, Edit, View, Tools, Help menyu tabları var. Toolbars (Alətlər paneli) menyu sətrinin altında yerləşir. Menyu sətrində ən çox işlənən əməliyyatları istifadəçini işini asanlaşdırmaq məqsədilə göz önündə olmasını təmin edir. Navigation Pane (Hərəkət Paneli) – bu panel vasitəsilə yaddaş qurğuları və qovluqlar arasında keçid etmək olar. Work Area ( İşçi Sahə ) – Açılmış fayl və qovluqların tərkibini göstərir. Preview Pane (Ön baxış paneli) – işçi sahənin sağ hissəsində olur və fayla daxil olmadan onun məzmununa baxmağa icazə verir. Details Pane (Təfərrüatlar Paneli) – Windows Explorer pəncərəsinin aşağı hissəsində Status bar (Vəziyyət sətri) ın yuxarı hissəsində olub, cari qovluqda olan obyektlərin sayını və ya işarələnmiş obyektlərin xüsusiyyətlərini özündə əks etdirir. Status Bar (Vəziyyət sətri) - qovluq pəncərəsinin aşağı hissəndə yerləşir. Burada qovluqda olan obyektlərin sayı, diskin boş hissəsinin həcmi və s məlumatlar əks olunur.
33) Windows əməliyyat sistemləri. WINDOWS əməliyyat sistemində tətbiq olunan yeni texnologiyalar
Windows əməliyyat sistemi ilk dəfə 1985-ci ildə Microsoft firması tərəfindən yaradılmışdır. Dünyada ən çox istifadə edilən əməliyyat sistemidir. Microsoft-un ilk əməliyyat sistemi olan MS-DOS-dan fərqli olaraq Windows-da eyni anda bir çox əməliyyatı yerinə yetirmək mümkündür. 1987-1989 illərdə Windows sistemində işləyən çoxlu sayda güclü və rahat proqramlar yaradıldı. 1990-cı ildə yaradılmış Windows 3.0 versiyasından başlayaraq Windows müasir kompüterlər üçün standarta çevrildi. Windows – müasir kompüterlərin istifadəsində yeni imkanlar açan bir sistemdir, proqramın yerinə yetirilməsi üçün rahat şərait yaradır. IBM PC tipli kompüterlər üçün 1981-ci ildən 1995-ci ilə qədər əsas MS-DOS olmuşdur. Sonralar əməliyyat sistemi ilə işləməyi asanlaşdırmaq və avtomatlaşdırmaq məqsədi ilə klaviaturanın köməyilə əmrləri yerinə yetirən ilk proqram örtüyü – NORTON COMMANDER (NC) yaradıldı. 1985-ci ildə Windows 1.0, 1990, 1992, 1993-cü illərdə Windows 3.0, 3.1, 3.11 qrafiki proqram örtükləri yaradıldı. Sadə, vahid istifadə interfeysi; çoxməsələlik; öz qurğularını diaqnostika; informasiyanı qoruma qabiliyyəti və s. keyfiyyətli Windows-95 əməliyyat sistemi “elektron informasiya dünyasına pəncərə” açdı. Windows-95 əməliyyat sistemi özündə MS-DOS və Windows örtüyünü birləşdirmişdi. MS-DOS-dan əsas fərqi onun xarici qurğularla birgə işləməsidir. Windows-95 IBM PC tipli kompüterlər üçün ilk 32 mərtəbəli əməliyyat sistemidir. 1998- ci ildə Windows sisteminin təkmilləşdirilmiş və bir sıra yeni imkanlar əlavə edilmiş versiyası – Windows-98, sonralar isə Windows-2000, Windows XP, Windows Vista, Windows-NT, və s. yaradılmışdır. WINDOWS əməliyyat sistemində tətbiq olunan yeni texnologiyalar. WINDOWS əməliyyat sistemi aşağıdakı əsas xüsusiyyətlərə malikdir: a) Təkmilləşdirilmiş yeni vasitələr kimi çıxış edən Start (Başlat) düyməsi və Taskbar (tapşırıq paneli) köməyi ilə lazım olan proqramları və sənədləri daha tez açmaq, açılmış proqram pəncərələri arasında asanlıqla keçmək, faylları axtarmaq mümkündür. b) WINDOWS Explorer (Bələdçi) – proqramından istifadə etməklə diskdəki kataloqlar siyahısına baxmaq, kataloqlardakı fayl sistemini idarə etmək, fayl və kataloqların atributlarını dəyişmək olar. c) WINDOWS əməliyyat sistemində çeşidləmə və axtarma əməliyyatları asanlaşmışdır, çünki fayl adında 256-dək simvoldan istifadə etmək mümkün idi. d) CD-ROM – da təkmilləşdirilmiş AutoPlay (avtomatik səsləndir) və AutoRun (avtomatik icra et) texnologiyasının köməyilə diskə yazılmış multimediya və proqram vasitələrini avtomatik açmaq və işə salmaq mümkün olmuşdur. e) Yüksək keyfiyyətli 3D – texnologiyasının köməyilə xüsusi 3D qrafikalı oyunların və proqramların yaradılması və geniş yayılması mümkün olmuşdur. f) Plug and Play (qoş və işlə) xüsusiyyətini dəstəkləyən qurğuları kompüterə qoşmaq və avtomatik sazlamaq imkanı əldə edilmiş və bununla da istifadəçi zəhmət tələb edən işdən azad edilmişdir. g) Kompüter şəbəkələrinin dəstəklənməsi online-informasiya mübadiləsi aparmaqla yaranan problemləri canlı online-rejimdə müzakirə etməyə və aradan qaldırmağa imkan vermişdir. h) WINDOWS İnstaller müxtəlif qurğuların və proqram məhsullarının sazlanması, iş konfiqurasiyasının təyini üçün istifadə edilən xidməti texnologiyadı
34)WINDOWS əməliyyat sisteminin istifadəçi interfeysinin elementləri
Kompüterdə informasiyanın emal olunma işləri ilə insan məşğul olduğu sahələrdə “interfeys” terminindən geniş istifadə edilir. Ingilis dilindən tərcümədə “İnterface” sözünün mənası “xarici sifət” deməkdir. Kompüter dünyasında interfeyslərin çoxlu sayda növləri vardır: - istifadəçinin interfeysi; - intelektual interfeys; - insan-maşın interfeysi; - proqram interfeysi və s. İnterfeys-vasitələr və qaydalar toplusu olub, qurğuların, proqramların və insanın bir-biri ilə qarşılıqlı əlaqəsini təmin edir. Interfeys ekranın tərtibatını və sistemlə istifadəçi arasında qarşılıqlı əlaqənin xarakterini təyin edir. WINDOWS qrafiki interfeysdən istifadə etməklə kompüterə əmr verir, proqramları yükləyir, müxtəlif işarə, düymə və simvollardan istifadə etməklə, faylların siyahısına baxır. Elementlərin seçilməsi maus və ya klaviatura ilə baş verir. Ən vacib interfeys istifadəçinin fərdi kompüterlə qarşılıqlı əlaqəsini təmin edir və ona istifadəçi interfeysi deyilir. İstifadəçi interfeysin 2 növü var: simvol və qrafik. Simvol interfeysi-videosistem mətn rejimində işləyən zaman istifadə olunur. Monitorun ekranına informasiya ardıcıl simvollar şəklində daxil edilir. Qrafiki interfeys-videosistem qrafik rejimdə işləyə bilən zaman meydana gəlir. Bu halda informasiya monitorun ekranına nöqtə-nöqtə şəklində çıxarılır. İstifadəçinin qrafik interfeysinə keçid fərdi kompüterin texniki xarakteristikalarının yaxşılaşdırılması sayəsində mümkün olmuşdur. Bu cür interfeys videosistemin cəld işləməsi üçün bir sıra tələblər irəli sürməsinə baxmayaraq, əsas məqsəd əldə ediliristifadəçi üçün rahat iş mühiti yaradılmış olur. Qrafik interfeys simvol interfeysinə nəzərən daha yaxşı başa düşülür və aydın hiss olunur. Istifadəçinin qrafik interfeysinə ən yaxşı misal kimi WINDOWS interfeysini göstərmək olar. İnterfeys – Windows əməliyyat sisteminin qrafiki «örtüyüdür», hansı ki, onun köməyilə istifadəçilər əməliyyat sistemi ilə ünsiyyət yaradırlar. Windows əməliyyat sistemində işləyən zaman ekranda nə görürüksə, hamısı interfeysə aiddir. İnterfeys– Windows əməliyyat sisteminin bütün daxili «idarəetmə vasitələrini» insana aydın olan qrafiki formaya çevirən məsələnin vasitəçisidir, tərcüməçisidir. Windows-un interfeysi sadə və asan istifadə olunandır. Demək olar ki, onun bütün sirlərini praktik olaraq hər bir kəs interfeysin köməyilə başa düşə bilər. Ekranın əsas sahəsini İşçi masa təşkil edir. Burada bütün işçi alətləri, məsələn, sənədləri, qovluqları, lazım olan proqramların nişanlarını və s. yerləşdirmək olar. İşçi masa – Windows əməliyyat sisteminin obyektləri və Windows-un idarəetmə elementləri əks olunan qrafiki mühitdir. Windows 7 əməliyyat sistemi yeni quraşdırıldıqda, başlanğıc vəziyyətdə işçi masada yalnız yüxarı sağ küncdə təkcə Корзина (Recycle Bin (Səbət)) nişanı yerləşir. Lakin qısa müddətdən sonra İşçi masa çoxlu nişanlar dəstəsi ilə dolur, məsələn, quraşdırılmış proqramların əksəriyyəti, həmin an İşçi masada öz xüsusi nişanlarını qeyd edirlər. İşçi masanın aşağı hissəsində Məsələlər paneli (buna bəzən “taskbar”- da deyirlər) adlı zolaq “lenta” yerləşir. Burada lazım olan proqramların, həm də ən vacib və zəruri proqramların nişanları yerləşir. Bu paneldə bəzi nişanlar artıq movcud olurlar, qalanlarını isə sonradan əlavə etmək olur. Məsələlər panelinin sol küncündə - Start (Пуск (Başlat)) adlı düymə yerləşir. Bu düymənin köməyilə kompüterdə quraşdırılmış bütün proqramların siyahısını, həmçinin, əsas tənzimləmə alətlərini əldə etmək olar. Məsələlər panelində sağda küncdə Xəbardarlıq etmə, bəzən isə sistem paneli və ya “trey” adlanan daha bir panel də yerləşmişdir. Burada da həmçinin işə salınmış proqramlara istinadlar əks olunur, lakin fərqi ondan ibarətdir ki, bunların hamısı kompüterdə daimi “fon” rejimində işləyirlər.
44)Mobil kompüterlər və smartfonlar üçün yaradılmış əməliyyat sistemləri
Android smartfonlar, planşetlər, kompüterlər, elektron kitablar, televizorlar və digər cihazlar üçün nəzərdə tutulmuş, Linux nüvəli açıq qaynaq kodlu əməliyyat sistemidir. Google və Open Handset Allience ortaqlığı ilə hazırlanmışdır. Android 2003-cü ildə Android Inc. şirkəti tərəfindən yaradılıb, daha sonralar Google tərəfindən alınmışdır. Google-un bu təşəbbüsü Open Handset Alliancenın yaranmasına səbəb olmuşdur və hal-hazırda platformanın sonrakı inkişafı ilə məşğuldur. Android, cihazların funkionallığını artıran proqramlar yazan böyük bir mühəndis (developer) qrupuna sahibdir. Android üçün hal-hazırda 1 milyondan çox proqram vardır. Android əməliyyat sitemi ilə işləyən proqramlar müxtəlif yüklənə bilməsiylə yanaşı, Google tərəfindən qurulan Google Play mağazasından da də yüklənə bilir. 2014-cü ilin ikinci yarısında satılan smartfonların 86%-i android əməliyyat sistemi ilə təchiz olunmuşdur. 2014-cil boyunca 1 milyarddan çox android cihaz satılmışdır. 2005-ci ilin iyulunda Google korporasiyası Android Inc şirkətini aldı. 5 noyabr 2007-ci il şirkət rəsmən Open Handset Alliance (OHA) yaradılmasını və Android açıq mobil platformasını elan etdi. 12 noyabr 2007-ci ildə isə İttifaq paketin birinci versiyası olan Android "Early Look" SDK və Android emulyatorunu təqdim etdi. 23 sentyabr 2008-ci il rəsmən əməliyyat sisteminin birinci versiyası və həmçinin ilk tam mühəndis paketi SDK 1.0 çıxdı. Platformanın birinci versiyasının çıxış anından etibarən sistemin bir neçə yeniləməsi oldu. Bu yeniləmələr, bir qayda olaraq, aşkar edilmiş səhvlərin düzəldilməsi və sistemə yeni funksionallığın əlavə edilməsi ilə əlaqədar idi. 2009-cu ildə platforma üçün 4 tam yeniləmə (update) təqdim olundu. Nəhayət fevral ayında müxtəlif səhvlərin aradan qaldırılması üçün 1.1 versiya versiya çıxdı. Aprel və sentyabr aylarında isə daha iki yeniləmə 1.5 «Cupcake»və 1.6 «Donut» təqdim edildi. «Cupcake» yeniləməsi əhəmiyyətli dəyişiklikləri əlavə etdi. Bunlar – virtual klaviatura, videoların oynadılması və qeydə alınması, brauzer və s. idi. «Donut»da isə ilk dəfə olaraq müxtəlif ölçülü və müxtəlif sıxlııqlı ekranların və CDMA şəbəkələrinin dəstəklənməsi mümkün oldu. Həmin ilin oktyabr ayında Android 2.0 «Eclair» versiyası təqdim olundu. Bu versiya bir neçə Google hesabının dəstəklənməsi, HTML5brauzerin dəstəklənməsi və həmçinin bir neçə yenilənmədən sonra canlı divar kağızlarının istifadəsi ilə əlamətdar oldu. 2010-cu ilin ortalarında Google, Android 2.2 versiyasını «Froyo», 2010-cu ilin sonlarında Android 2.3 versiyasını «Gingerbread» adları altında təqdim etdi. «Froyo» yeniləməsindən sonra smartfonu giriş nöqtəsi (acces point) kimi istifadə etmək, ekran kilidinin şifrəsini həm rəqəm həm də hərf-rəqəm kombinasiyaları ilə şifrələmək mümkün oldu. «Gingerbread» yeniləməsi isə kopyalama və yapışdırma üzərində tam nəzarət, cihazda bir-neçə kameranın dəstəklənməsi və s. digər yenilikləri özü ilə gətirdi. 22 fevral 2011-ci ildə Planşetlər üçün uyğunlaşdırılmış Android 3.0 «Honeycomb» rəsmən təqdim edildi. Android 4.0 «Ice Cream Sandwich» 19 oktyabr 2011ci ildə çıxan ilk universal platforma idi hansı ki həm planşetlər üçün həm də smartfonlar üçün nəzərdə tutulmuşdur. Həmçinin, bu versiya özü ilə yeni «Holo» interfeysini gətirmişdi. 2012-ci il iyun ayında yeni versiya olan Android 4.1 «Jelly Bean» təqdim olundu. Bu versiyaya həmin ilin oktyabr ayında 4.2 və 2013-cü ilin iyul ayında 4.3 yeniləmələri gəldi. 31 oktyabr 2013-cü ildə Google, əməliyyat sisteminin növbəti versiyası olan Android 4.4 təqdim etdi hansı ki, adını Nestle kompaniyası ilə olan müqailəyə əsasən «KitKat» şokoladından götürmüşdü. İlk olaraq Kitkat Nexus 5 cihazlarında görülmüşdür. 25 iyun 2014-cü ildə Google Android Lollipop-u mühəndislər üçün elan etdi. 2014-cü ildə geyilə bilən cihazlar üçün Android Wear əməliyyat sistemi təqdim olunmuşdur. Həmçinin maşınlar üçün Android Auto və televizorlar üçün Android TV təqdim olunmuşdur. Bununlada Android yalnız mobil cihazlar üçün əməliyyat sistem olmadığını sübut etmişdir. 15 oktyabr 2014-cü ildə rəsmi şəkildə Android 5.0 Lollipop versiyası təqdim olundu. Sistemin əsas yeniliyi yeni Material Design inerfeysi oldu.
42)Windows 10 əməliyyat sistemində standart proqramlar (Windows Accessories). WINDOWS-un xidməti proqramları
Windows 10 əməliyyat sistemi, kompüter iş prosesində müxtəlif məsələləri daha effektiv şəkildə həll etmək və istifadəçilərə geniş funksionallıq təklif etmək məqsədi ilə inkişaf etdirilmişdir. Bu əməliyyat sistemi tərəfindən təqdim olunan çoxsaylı standart proqramlar, Windows Accessories (WindowsAksessuarları) qovluğunda toplanmış və Start (Başlat) menyusundan əlçatan olunan bu proqramlar istifadəçilərə əlavə rahatlıq və effektivlik təmin edir.
**Windows Accessories** qovluğundakı proqramlar arasında özəl bir yer tutanlar:
1. **Character Map (Simvol Cədvəli):** Bu proqram əməliyyat sisteminə daxil olan simvollar cədvəlini təqdim edir və müxtəlif yazı simvollarına asanca çatmağa imkan verir.
2. **Internet Explorer:** Windows 10-da mövcud olan öz veb-səyyahı olan Internet Explorer, istifadəçilərin internetdə sürətli və təhlükəsiz bir şəkildə dolaşmağını təmin edir. Ancaq, əməliyyat sistemi ilə birlikdə gələn Microsoft Edge brauzeri, daha yüksək sürət, gizlilik və məhsuldarlıq təklif edir.
3. **Quick Assist:** Uzaq Windows kompüterinə müvəqqəti şəkildə baxmaq və ya problemləri uzaqdan həll etmək üçün idarəetməyə imkan verir. Bu, iş prosesində problemlərin daha sürətli və effektiv şəkildə həll edilməsinə yardım edir.
4. **Math Input Panel:** Toxunma ekranı, rəqəmsal pillər və siçan kimi giriş cihazları ilə riyazi düsturların rahatlıqla yazılmasına imkan verir. Bu, müxtəlif riyazi əməllərin həyata keçirilməsini asanlaşdırır və sənədlərə düzgün şəkildə əlavə edilir.
5. **Notepad (Bloknot):** Sadə və kiçik mətn redaktoru olaraq, kiçik qeydlər yaratmaq və *.txt formatlı sənədləri redaktə etmək üçün təyin edilmişdir. Bu, istifadəçilərə sadə və sürətli bir mətn redaktoru təmin edir.
6. **Paint (Boyama):** Rastrlı qrafik təsvirlər yaratmaq və redaktə etmək üçün nəzərdə tutulmuşdur. Gələnəkdəki versiyalarda Paint, rastr qrafika üçün sadə və funksional bir alət olaraq qalmağa davam edir.
7. **Paint 3D (Boyama 3D):** Microsoft Paint-in yenilənmiş versiyası olaraq, rastr qrafika və 3D modelləşdirmə üçün funksionallıq təklif edir. 3D modelləşdirmə və yaradılmış təsvirlərin redaktəsi üçün ideal bir alətdir.
8. **Remote Desktop Connection (Masaüstü Bağlantısı):** Uzaq kompüterlərə qoşulmağa imkan verir və istifadəçilərin hər hansı bir yerdən işləməsini təmin edir.
9. **Snipping Tool (Qayçı):** Ekranın istənilən hissəsini şəklini çəkməyə imkan verir. Bu, istifadəçilərin şəkilləri rahatlıqla qeyd etməsini və paylaşmasını təmin edir.
10. **Steps Recorder (Səsyazma Fəaliyyət Aləti):** Səsyazma fəaliyyət aləti, istifadəçinin səsini mikrofondan yazaraq səs faylı kimi kompüterdə saxlamağa imkan verir. Bu, iş prosesində məlumatların daha effektiv şəkildə paylaşılmasını təmin edir.
11. **Windows Fax and Scan (Fakslar və Skanerlər):** Faks və skanerə qoşulmağa və müvafiq sahələrdə işləməyə imkan verir.
12. **Windows Media Player (Windows Media Ifaçı):** Multimedia fayllarının icrası üçün əlavə bir alətdir və ayrıca CD/DVD disklərinə köçürülməsini də təmin edir.
13. **WordPad:** Sadə mətn prosessoru olaraq nəzərdə tutulan WordPad, daha geniş funksionallıq təklif edir və *.rtf formatlı sənədlər hazırlamağa imkan verir. Şriftlər, rənglər, və görsəl obyektlər əlavə etmək üçün daha çox imkanlar təklif edir.
Bu proqramlar, istifadəçilərin hər gün üçün tələb olunan müxtəlif funksionallıqları təmin edir və Windows 10
43)LİNUX əməliyyat sistemi
UNIX ailəsinin əməliyyat sistemlərindən olan LINUX əməliy¬yat sistemi Finlandiyanın Helsinki Universitetinin tələbəsi Linus Torvalds tərəfindən yaradılmışdır. Linux çoxməsələli və çoxistifadəçili əməliyyvat sistemi olmaqla AT&T kodundan istifadə etmir. İlk versiya Minix adlanmaqla 1991-ci ilin avqustunda yaradıldı. 1991-ci ilin oktyabrında isə Linus Linux-in ilk 0.02 versiyası yaradıldığını rəsmən elan etdi. Linux-in 0.03 versiyasından sonra 0.10 nömrələməyə keçdi ki, bununla da onun layihəsində çoxlu insan iştirak etdi. Növbəti versiya 1992-ci ildə yaradıldı ki, bunun da nömrəsi 0.95 oldu. 1993-cü ilin dekabrında isə Linux 0.99 yaradıldı. Linux verilənlərin saxlanılması üçün müxtəlif tip fayl sistemlərini dəstəkləyir. Məsələn, msdos fayl sistemi MS DOS, həmçinin OS/2 və Windows əməliyyat sistemləri ilə uyuşanlığı təmin edir. Bu fayl sistemi MS DOS-un fayl sisteminin drayverlərinin Linux üçün imkanlarını genişləndirir. Linux şəbəkə ilə işi təmin etmək üçün TCP/IP protokollarına malikdir. Linux-un nüvəsi yalnız lazım olan səhifənin yüklənməsini təmin edir. Yəni diskdən yaddaşa həqiqətən istifadə olunan proqram seqmenti yüklənir. Mümkün yaddaşın həcmini artırmaq üçün Linux diskin səhifələrə bölünməsini həyata keçirir. Sistemə fiziki yaddaşdan çox yaddaş tələb olunarsa, “svopinq”in köməyi ilə qeyri-aktiv səhifəni diskə yerləşdirir. UNIX – də istənilən utilit Linux-də mövcuddur. Bura ls, awk, tr, sed, bc, more və s. baza əmrləri daxildir. Linux-da vi, ex, pico, cove və həmçinin GNU Emacs, Lucid Emacs və KWrite kimi mətn redaktorları mövcuddur. Linux-da həmçinin çoxlu sayda mətn prosessorları var. Bunlardan biri groff – GNU (Bell Labs tərəfindən yaradılıb), o biri isə Donald Knut tərəfindən yaradılan TeX mətn prosessorudur. TeX-in genişlənməsi isə texinfo-dur. Linux əməliyyat sistemi UNIX mühitində proqramlaş¬dırmanı tam təmin edir. Bura standart kitabxanalar, proqram vasitələri, kompilyatorlar və sazlayıcılar daxildir. UNIX – də bir çox tətbiqi proqramlar və sistem proqramlar C və C++ dilində tərtib olunur. Linux – da C və C++ üçün standart kompilyator GNU gcc-dir. C və C++ - dən başqa digər kompilyator və interpretatorlar Linux üçün yaradılıb. Bura Smalltalk, Fortran, Pascal, LISP, Scheme və Ada daxildir.
41.Windows 10 əməliyyat sistemində idarəetmə paneli (Control Panel) və onunla iş prinsipləri
Control Panel (Панель управления/İdarəetmə paneli) ümumilikdə Windows 10 əməliyyat sisteminin ən mühüm komponentlərindən biridir və əməliyyat sistemində əsas sazlama əməliyyatlarına giriş bu panelin pəncərəsindən başlanır. İdarəetmə panelinin pəncərəsini açmaq üçün Start (Пуск /Başlat ) menyusundan Control Panel (Панель управления/İdarəetmə paneli) əmrini icra etmək lazımdır. Bu zaman ekranda eyni adlı sistem pəncərəsi əks olunur. Windows 10 əməliyyat sistemində sazlama əməliyyatları üçün nəzərdə tutulmuş bütün elementlər öz funksiyalarına görə müəyyən kateqoriyalar üzrə qruplara bölünmüşdür. Bu elementlər vasitəsilə yeni qurğular əlavə etmək və sazlamaq, proqramları quraşdırmaq və ya ləğv etmək, istifadəçinin qeydiyyat yazısını yaratmaq, redaktə etmək və ya ləğv etmək, iş masasının tərtibatını dəyişmək və ümumiyyətlə sistemin sistemin sazlanması ilə bağlı istənilən əməliyyatı yerinə yetirmək olar . Windows 10 əməliyyat sistemində İdarəetmə panelinin əsas kateqoriyaları və onların tərkibinə daxil olan elementlər bunlardır: - System and Security (Система и безопасность/Sistem və Təhlükəsizlik). Bu kateqoriyaya administrator səlahiyyətlərinə aid olan bütün elementlər, əməliyyat sisteminin idarə olunması və sistemin təhlükəsizlik vasitələri daxildir. Belə ki bu elementlər sistemin təhlükəsizlik parametrlərinə baxmaq və redaktə etmək , sistem haqqında məlumata və kompüterin xarakteristikalarına baxmaq, enerji seçimlərini sazlamaq, verilənlərin ehtiyyat nüsxələrini yaratmaq və bərpa etmək, sistemin yenilənməsi və sistem xidmətlərini həyata keçirmək üçün nəzərdə tutulur. - Network and Internet (Сeть и Интернет/Şəbəkə və İnternet). Bu kateqoriya qrupuna şəbəkə qoşulmaları ilə işləmək üçün nəzərdə tutulan elementlər, internet brauzerinin xüsusiyyətləri və bir sıra digər parametrlər daxildir. Yəni bu qrupa daxil olan elementlər İnternetə qoşulmanın sazlanması, şəbəkə qovluqları və faylların ümumi girişinin sazlanması lokal şəbəkənin vəziyyətinin yoxlanması və sazlanması, İnternet Explorer brauzerinin sazlanma rejiminə keçid , şəbəkəyə kabelsiz qurğuların əlavə edilməsi və. s əməliyyatların icrasına imkan verir. - Hardvare and Sound (Оборудование и Звук/Avadanlıq və səs). Bu kateqoriya qrupundakı elementlər bütün mümkün qurğuların və kompüterin bütün komponentlərinin sazlanmasını təmin edir. O cümlədən, bu elementlər kompüterə qurğuların qoşulması, sistem hadisələrinin səs siqnalları ilə müşayiət edilməsinin sazlanması, kompakt disklərin avtomatik səsləndirilməsinin sazlanması, drayverlərin yenilənməsi, ekran parametrlərinin sazlanması, qurğuların işi və səs tərtibatı ilə bağlı digər parametrlərin sazlanması üçün nəzərdə tutulur. Eyni zamanda bu elementlərin köməyilə kompüter qurğuların o cümlədən printer, maus, monitor, videokart və səs platasının parametrlərinə baxmaq və onları tənzimləmək olar . - Proqrams (Программы /Proqramlar). Bu kateqoriya qrupundakı elementlər Windows 10 əməliyyat sistemində quraşdırılmış proqramları və Windows komponentlərini idarə etməyə imkan verir. Xüsusi halda bu elementlər quraşdırılmış proqramları ləğv etmək, susmaya görə istifadə olunan proqramları seçmək, Windows komponentlərini quraşdırmaq və ya ləğv etmək, iş stolunda mini-proqramlarla işləmək, konkret tipli faylların açılması üçün proqram təyin etmək və s. olar. - User Accounts and Family Safety (Учетные записи пользователей и семейная безопасность/İstifadəçi Hesabları və ailəvi təhlükəsizlik). Bu kateqoriya qrupuna qeydiyyat yazıları ilə bağlı bütün əməliyyatları yerinə yetirməyə və effektli valideyn nəzarəti yaratmağa imkan verən, həçmçinin digər elementlər daxildir. Belə ki, onlar istifadəçinin qeydiyyat yazısını yaratmaq və redaktə etmək, valideyn nəzarəti funksiyalarını sazlamaq, sistemə giriş parolunu dəyişmək və. s əməliyyatlar aparmağa imkan verir. - Appearance and Personalization (Оформление и персонализация/Görünüş və Fərdiləşdirmə). Bu kateqoriya qrupuna Windows 10 əməliyyat sisteminin interfeysinin istifadəçi istəyəninə uyğun əlverişli və gözəl şəkildə sazlanmasını təmin edən elementlər daxildir. O cümlədən, bu elementlər iş masasının və pəncərələrin xarici görünüşünün sazlanması, Başlat menyusu və tapşırıq panelinin sazlanması, şriftlərin idarə olunması, qovluq parametrlərinin sazlanması və.s əməliyyatlar üçün edilir. - Clock , Language and Region (Часы, язык и регион /Saat, dil və region). Bu kateqoriya qrupundakı elementlər kompüterdə tarix və vaxtın dəyişdirilməsi, saat qurşağının dəyişdirilməsi, yeni giriş dilinin daxil edilməsi, klaviaturadan giriş dilinin sazlanması və. s əməliyyatlar üçün nəzərdə tutulur. - Ease of Acess (Специальные возможности/Müraciətin asanlığı) Bu kateqoriya qrupuna daxil olan elementlər sistemi məhdud imkanlı insanların kompüterdə işləyə bilməsi üçün sazlamağa imkan verir.
40)WINDOWS əməliyyat sistemindəkonfiqurasiya faylları və drayverlərlə iş
Windows əməliyyat sisteminin müxtəlif xarakteristikalarını idarə edən bir neçə konfiqurasiya faylları mövcuddur. Əsas konfiqurasiya faylları aşağıdakılardır: 1) SYSTEM.INI 2) WIN.INI 3) CONTROL.INI 4) PROGMAN.INI 5) WINFILE.INI Bu faylları Windows qovluğunda görmək olar. Windows mühitinin versiyasından asılı olaraq Windows qovluğunda başqa konfiqurasiya faylları da iştirak edə bilər və bu faylların da genişlənməsi .INI olacaq. Konfiqurasiya fayllarının əsas vəzifələri bunlardır: WIN.INI faylında Windows əməliyyat sisteminin şriftlərinin xarakteristikaları, TRUE TYPE şriflərinin xüsusiyyətləri və əməliyyat sisteminin digər opsiyalarını idarə edən əmrlər saxlanır. SYSTEM.INI faylında əməliyyat sistemi ilə kompüterin aparat təminatının qarşılıqlı əlaqəsini idarə edən əmrlər yerləşir. CONTROL.INI faylında Windows mühiti pəncərələrində və dialoq panellərində məxsus olan müxtəlif elementlərin rəngləri, kompüterə qoşulmuş printerin və digər qurğuların parametrlərini təyin edir. PROGMAN.INI faylında PROGRAM MANAGER yəni Proqramlar Dispeçerinin işini idarə edən əmrlər saxlanılır. Məlumdur ki, Xidməti Proqramlar Dispeçerini işə salmaq üçün kombinasiyasını basmaq kifayətdir. Xidməti Proqramlara «Ekran böyüdücüsü» və «Ekran klaviaturası» aiddirlər. Bu proqramları işə salmaq üçün Windows + U kobinasiyasını basdıqdan sonra ekrana çıxan Диспетчер служебных программ pəncərəsində lazım olan xidməti proqramın adını seçib Запустить düyməsini, dayandırmaq üçün Остановить düyməsini basmaq lazımdır. WINFILE.INI faylında File Manager, yəni Fayllar Dispeçeri proqramın işini idarə edən direktivlər öz əksini tapır. Əksər hallarda istifadəçi bu faylların tərkibini korreksiya etmir və lazım olan dəyişiklikləri Control Panel, Program Manager, File Manager və Windows Setup proqram pəncərələri vasitəsilə yerinə yetirir. Lakin elə düzəlişlər var ki, onları bu proqramlar vasitəsilə aparmaq mümkün olmur və bu hallarda konfiqurasiya faylının tərkibini mətn redaktorunda açıb lazımi korreksiyalar etmək tələb olunur. Düzəlişləri aparıb qurtardıqdan sonra konfiqurasiya faylını yenə də adi mətn formatında saxlamaq lazımdır. Konfiqurasiya fayllarının redaktəsi üçün ən əlverişli redaktor kimi NOTEPAD çıxış edir. NOTEPAD redaktoru yalnız adi mətn formatında sənədləri yadda saxlamaqla yanaşı çox sadədir və ixtiyari konfiqurasiya faylının redaktəsi üçün yararlıdır. Bütün konfiqurasiya fayllarının formatı eynidir. Konfiqurasiya fayllarının sətirləri bölmələr adlanan qruplar şəklində birləşirlər. Faylın tərkibində bölmələrin ardıcıl gəlmə nizamının heç bir əhəmiyyəti yoxdur. Hər bölmənin əvvəlində kvadrat mötərizə daxilində həmin bölmənin adı qeyd edilir. Bölmənin adından sonra xidmət sözləri siyahısı alt-alta düzülür. Hər xidmət sözündən sonra birqayda olaraq «=» münasibəti və uyğun parametrlər sətri yazılır. Konfiqurasiya faylının tərkibinə qeyd daxil etmək üçün həmin qeyd sətrinin əvvəlində «;» simvolunu yazmaq lazımdır. Məsələn, aşağıda faylının COLORS və FONTS bölmələrindən ibarət fraqmenti verilir: COLORS bölməsində Windows əməliyyat sisteminin müxtəlif obyektlərinin (Background-fon, AppWorspace-işçi oblast, Window-pəncərə, WindowText-pəncərədəki mətn) üç ardıcıl ədəddən ibarət olan rəng kodları yazılır. Bu kodlar uyğun olaraq qırmızı, yaşıl, mavi rənglərin intensivliyini müəyyən edirlər. FONTS bölməsində Windows əməliyyat sisteminin müxtəlif sənəd və əlavələrin tərkibində istifadə üçün nəzərdə tutulmuş şriftlər siyahısı sadalanır. Parametrlər sətrində isə uyğun şrifti təmsil edən faylın adı yazılır. Müasir əməliyyat sisteminin WINFILE. INI faylında multimedia fayllarının ad genişlənmələrindən və onların hansı formata məxsus olmasını göstərən xüsusi [MCI Extensions.BAK] bölməsi iştirak edir. Konfiqurasiya fayllarını başqa qayda ilə redaktə etmək üçün Пуск-Выполнить (Start-Run) menyusuna daxil olub SYSEDİT yazıb OK basmaq lazımdır. Nəticədə ekrana Редактор файлов настройки pəncərəsi çıxacaq. Redaktorun əsas pəncərəsinin daxilində kaskad şəklində dörd əsas konfiqurasiya faylına (AUTOEXEC.BAT, CONFİG.SYS, WIN.INI, SYSTEM.INI) məxsus olan pəncərələr açılır. Pəncərələr arası hərəkət etmək üçün CTRL+TAB kombinasiyasından istifadə etmək olar. Əfsuslar olsun ki, Редактор файлов настройки pəncərəsi vasitəsilə WINSTART.BAT, WINFILE.INI, CONTROL.INI fayllarını redaktə etmək mümkün deyil və bu halda NOTEPAD proqramına müraciət etmək lazım gəlir. NOTEPAD proqramı standart proqram olaraq menyusunda yerləşir. Windows əməliyyat sistemində drayverlərlə iş. Konfiqurasiya fayllarının tərkibinə çoxlu sayda drayverlər daxildir. Windows əməliyyat sistemində fəaliyyət göstərən drayverlər Drspace.sys və Dblspace.sys. Bu drayverlər sıxlaşdırılmış disklərdəki informasiya ilə işləməyə imkan verirlər. Kompüter yüklənərkən bu drayverlər Config.sys və Autoexec.bat fayllarındakı əmrlərdən əvvəl yüklənirlər və bu zaman yaddaşda hər biri 110 Kbayt yer tuturlar. Display.sys drayveri rusifikasiya edilmiş şriftləri ekrana çıxarır. RamDrive.sys drayveri proqramların yüklənməsinin tezləşdirmək üçün əməli yaddaşda virtual disk yaradır. Bu drayveri istifadə etmək üçün tələb olunan proqramları yaradılmış virtual diskə köçürüb həmin proqramların yerləşməsini Path əmrində göstərmək lazımdır. Mause.sys drayveri mausun işini idarə edir. HiMem.sys drayveri isə MS DOS istifadəsində 64 Kbayt həcmindən yuxarı yaddaşda yer ayırır. Bu drayveri işə salmaq üçün Пуск-ПрограммыСтандартные-Командная строка seçib ekrana çıxan MS DOS sətrində himem.sys yazıb Enter basmaq lazımdır. Ansi.sys drayveri MS DOS-un rəng təqdimatını dəyişməyə imkan verir. Bu drayver displeyin rəng rejimlərini dəyişir, kursorun displey üzərində hərəkətini tənzimləyir. Bu binar drayveri də MS DOS-un əmr sətrində Ansi.sys yazıb Enter-i basmaqla ekrana çıxarmaq olar. Setver.exe drayveri vasitəsilə MS DOS-a məxsus olan proqramların versiyalar cədvəlinə baxmaq olur. Bu proqram vasitəsilə cədvəldə göstərilən proqram faylları üçün saxta versiya nömrələri təyin etmək olur. Kompüterin daxili və xarici qurğuların drayverləri haqda məlumat almaq üçün Мой компьютер üzərində mausun sağ düyməsini “klik” edib Свойства seçilir, sonra isə ekrana çıxan Свойства системы pəncərəsində Оборудование səhifəsini açıb, Диспетчер устройств düyməsini basmaq lazımdır. Bu zaman ekrana Диспетчер устройств pəncərəsi çıxır və onun daxilində qurğuların və drayverlərin adları, versiyaları, həmin drayverlərin yararlıq dərəcələri göstərilir. Drayveri yeniləmək üçün Обновить драйвер seçmək lazımdır. Əgər hər hansı drayver istifadə edilmirsə, onda Отключить düyməsini basmaqla, onu söndürmək, Удалить düyməsini basmaqla isə tamamilə silmək olur.
45)Əməliyyat sisteminin təhlükəsizliyinin təmini
Əksər informasiyanın proqram müdafiə vasitələrinin çoxu tətbiqi proqramlardır. Onların yerinə yetirilməsi üçün mütləq əməliyyat sistemindən (ƏS) dəstək lazımdır. Əməliyyat sistemlərinə məxsus olan funksiyaların yerinə yetirilməsinin əhatə dairəsi etibarlı hesablama bazası (EHB) adlanır. Etibarlı hesablama bazası informasiya təhlükəsizliyini təmin edən elementlər toplumundan ibarətdir. Bura proqramlar, şəbəkə avadanlıqları, vəsaitlərin fiziki müdafiəsi və təşkilatı prosedurlar daxildir. Əmələ gələn piramidanın əsas müdafiəsi əməliyyat sistemidir. Əməliyyat sisteminin effektiv və etibarlı müdafiəsinin təşkili mümkün hədələrin və onların təhlükəsizliyinin öncədən təhlili olmadan mümkün deyil. Əməliyyat sistemlərinin hədələrdən təhlükəsizliyi sistemin istimar şərtlərindən, hansı informasiyanın yaddaşda saxlanılmasından, hansı informasiyanın sistemdə təhlil edilməsindən və buna bənzərlərdən hiss ediləcək dərəcədə asılıdır. Məsələn, əgər əməliyyat sistemi müəssisədə elektron sənəd dövriyyəsi üçün istifadə edilirsə, onda ən təhlükəli hədə qeyri-qanuni əlçatanlığın fayllara vurduğu ziyandır. Əgər əməliyyat sistemi İnternet-xidmətin provayder platformasında istifadə edilirsə, onda ən qorxulu hücumlar əməliyyat sisteminin şəbəkə proqram təminatına edilən hücumlardır. Əməliyyat sistemlərinin hədələrdən təhlükəsizliyini onların istifadə edilmə baxımından təsnifləşdirmək olar. 1. Hücumun məqsədinə görə: - İnformasiyanın qeyriqanuni oxunmasına görə; - İnformasiyanın qeyriqanuni dəyişdirilməsinə görə; - İnformasiyanın qeyriqanuni məhv edilməsinə görə; - Əməliyyat sisteminin tam və ya hissə-hissə dağılmasına görə. 2. Əməliyyat sisteminə təsir prinsipinə görə: - İnformasiyanın əldə edilməsi üçün məşhur (leqal) kanallardan istifadə edilməsi, məsələn, faylların qeyri-qanuni oxunmasına hədələr və s.; - İnformasiyanın əldə edilməsi üçün gizli kanalların istifadə olunması, məsələn, bədniyyətli insanın əməliyyat sisteminin sənədləşdirilməmiş imkanlarından istifadə etmək üçün hədələrdən istifadə etməsi; - Proqram əlavələrinin köməyilə informasiyanın əldə edilməsi üçün yeni kanalların yaradılması. 3. Bədniyyətli insan tərəfindən müdafiənin pis vəziyyətə salınması növünə görə: - Uyğun olmayan təhlükəsizlik siyasəti, o cümlədən sistem inzibatçısının səhvləri; - Əməliyyat sisteminin səhvi və proqram təminatı imkanlarının sənədləşdirilməməsi, o cümlədən sistemin müdafiəsini yan keçməyə imkan verən, təsadüfən və ya düşünülmüş şəkildə qurulan “xidməti giriş” (onu çox vaxt “lyuk – anbar ağzı” da adlandırırlar); - Əvvəllər istifadə olunan proqram əlavələri. 4. Əməliyyat sisteminə etdiyi təsirin xarakterinə görə: - Aktiv təsir – pisniyyətli insanın sistemə qeyriqanuni təsir göstərməsi; - Passiv təsir – sistemdə baş verən proseslərin qeyriqanuni şəkildə pisniyyətli insan tərəfindən müşahidə edilməsi. Əməliyyat sistemi aşağıdakı hücumlara məruz qala bilər: - Fayl sisteminin skanerə edilməsi. Bədniyyətli insan kompüterin fayl sisteminə nəzər salır və bütün faylları ardıcıl oxumağa (və ya surətini almağa) cəhd göstərir. Gec və ya tez inzibatçının heç olmasa bir səhvi aşkar olunur. Nəticədə pisniyyətli insan ona qadağa qoyulmuş informasiyaya əlçatanlıq edir; - Parolun seçilməsi. Parolun seçilməsində bir neçə üsuldan istifadə edilir: ➢ Ümumi izafə (izafə - normadan artıq alınmış (götürülmüş) şey anlamını verir); ➢ Statistikada rast gəlinən simvolların optimallaşdırılması və ya lüğətdan istifadə etməklə ümumi izafə; ➢ İstifadəçini tanımaqla parolun seçilməsi (onun adı, soyadı, doğum günü, telefon nömrəsi və s.); - Açar informasiyanın oğurlanması. Pisniyyətli insan istifadəçi tərəfindən yığılmış parola baxa bilər və yaxud da, istifadəçının klaviatura üzərində əlinin hərəkətini izləməklə onun yığdığı parolu bərpa edə bilər. Bununla yanaşı açar informasiya (smart-kart, Touch Memory və başqaları) pisniyyətli insan tərəfindən sadəcə oğurlana bilər; - “Zibil qutu”suna atılmışın toplanması. Bir çox əməliyyat sistemlərində istifadəçi tərəfindən ləğv edilmiş informasiya fiziki olaraq ləğv olunmur, sadəcə olaraq “Zibil qutusu” adlanan qutuya atılır. Bədniyyətli insan atılmış informasiyanı bərpa edir, ona baxış keçirir və ona lazım olan hissələrin (ola bilsin tam faylın) surətini alır; - Səlahiyyətini aşma. Bədniyyətli insan əməliyyat sistemində proqram təminatındakı səhvdən və təhlükəsizlik siyasətindən istifadə etməklə özü üçün səlahiyyət əldə edir. Adətən belə hallar proqramı işə salarkən başqa istifadəçinin adından istifadə etdikdə baş verir; - Proqrama qoşulma. Əməliyyat sistemlərində istifadə olunan proqrama qoşulma digər proqrama qoşulmalar sinifindən fərqlənmir; - Proqrama acgözlük. Bu proqram kompüterin bəzi resurslarını ələ keçirə bilir, nəticədə digər proqramlar ya yerinə yetirilə bilmirlər, ya da ki, ağır sürətlə yerinə yetirilirlər. Acgöz proqramın işə salınması məhvə gətirib çıxarır. Əməliyyat sistemi o vaxt müdafiə olunan sayılır ki, o kanardan edilən müxtəlif sinif hücumları dəff edə biləcək vasitələrdən istifadə edə bilsin. Müdafiə olunan əməliyyat sistemi mütləq şəkildə istifadəçinin onun resurslarına əlçatanlıq etməsinə məhdudiyyət qoyan vasitələrə malik olmalıdır. Bununla yanaşı əməliyyat sistemində istifadəçinin həqiqiliyini yoxlaya biləcək vəsaitdə olmalıdır. Əməliyyat sistemi təsadüfi təsirlərə və ya onun işini pozacaq (işdən çıxara biləcək) hallara da hazır olmalıdır. Bəzən elə olur ki, əməliyyat sistemi bütün baş verə biləcək hədələrdən deyil, onlardan bəzilərindən müdafiə olunur. Belə olan halda əməliyyat sistemi qismən müdafiə olunan əməliyyat sistemi adlandırılır. Windows Brandmouer - Microsoft Windows əməliyyat sisteminin təqdim etdiyi təhkükəsizlik xidmətidir. Brandmouer Windows komplektinə daxildir və sistem təzə yükləndikdə aktiv rejimdə olur. İlk dəfə Windows XP SP2 versiyasında buraxılmışdır. Brandmauer özündə kompleks şəkildə proqram təminatı cəmləşdirir ki, bu da kompüterə internetdən və lokal şəbəkədən daxil olan bütün məlumatları yoxlayır, proqramın parametrindən asılı olaraq bəzi məlumatları kompüterə buraxır, bəzilərinə isə qadağa qoyur. Brandmouer antivirus proqramlarından fərqli olaraq kompüterə müdaxiləni də bloklaşdırır. Brandmouer ilə yanaşı antivirus proqramlarının da olması zəruridir.
21)Proseslər üzərində əməliyyatlar vəonlarla əlaqəli olan anlayışlar
Əməliyyatlar toplusu Proses müstəqil olaraq, bir vəziyyətdən digərinə keçə bilməz. Prosesin vəziyyətinin dəyişdirilməsi ilə əməliyyat sistemi məşğul olur və onlar üzərində əməliyyatları yerinə yetirir. Bizim modeldə bu cür əməliyyatların sayı vəziyyətlər diaqramındakı oxların sayı ilə hələlik üstüstə düşür. Rahat olardı ki, onları 3 cütlükdə birləşdirək: -prosesin yaradılması – prosesin bitməsi; -prosesin dayandırılması (“icra” vəziyyətindən “hazır olma” vəziyyətinə çevirmək) - prosesin yüklənilməsi (“hazır olma” vəziyyətindən “icra” vəziyyətinə çevirmək); -prosesin təcrid edilməsi (“icra” vəziyyətindən “gözləmə” vəziyyətinə çevirmək ) – prosesin təcriddən azad edilməsi (“gözləmə” vəziyyətindən “hazır olma” vəziyyətinə çevirmək). Planlaşdırma alqoritmlərindən gələcəkdə söhbət apar-dıqda, bizim modeldə cütlüyə malik olmayan daha bir əməliyyat əmələ gələcəkdir: proses üstünlüyünün dəyişilməsi. Prosesin yaradılma və bitmə əməliyyatları bir dəfəlik olurlar, çünki, onlar prosesə bir dəfədən çox tətbiq olunmurlar (bəzi sistem prosesləri hesablama sistemi işlədiyi zaman heç vaxt bitmirlər). Proseslərin vəziyyətlərinin dəyişilməsi ilə əlaqəli olan yüklənilmə və ya təcrid olunma kimi bütün yerdə qalan əməliyyatlar, bir qayda olaraq, çox dəfəli olurlar. Proseslər üzərində əməliyyat sisteminin əməliyyatları necə yerinə yetirilməsini daha ətraflı nəzərdən keçirək.
Process Control Block və prosesin konteksti Əməliyyat sisteminin proseslər üzərində əməliyyatların yerinə yetirilməsi üçün hər bir proses orada müəyyən bir verilənlər strukturu kimi təsvir olunmalıdır. Bu struktur həmin proses üçün spesifik olan informasiyaya malik olur: -prosesin yerləşdiyi vəziyyət; -prosesin proqram sayğacı və ya digər sözlərlə desək, onun üçün növbəti yerinə yetirilməli olan əmrin ünvanı; -prosessor registrlərinin tərkibi; -prosessordan istifadə olunmanın planlaşdırılması üçün zəruri olan verilənlər və yaddaşın idarə olunması (prosessorun üstünlüyü, ünvan fəzasının ölçüsü və yerləşməsi və s.); -uçot verilənləri (prosesin identifikasiya nömrəsi, hansı istifadəçi onun işinin təşəbbüskarı olmuşdur, həmin proses tərəfindən prosessordan istifadənin ümumi vaxtı və s.); -proseslə əlaqəli olan giriş-çıxış qurğuları barəsində məlumat-lar (məsələn, proses üçün hansı qurğular təhkim olunmuşlar, açıq faylların cədvəli). Onun tərkibi və quruluşu, əlbəttə ki, konkret əməliyyat sistemindən asılı olurlar. Bir çox əməliyyat sistemlərində prosesi xarakterizə edən informasiya verilənlərin bir deyil, bir neçə əlaqələndirilmiş strukturlarında saxlanılır. Bu strukturlar müxtəlif adlara, əlavə informasiyaya malik ola bilərlər və ya əksinə, təsvir olunan informasiyanın bir hissəsi ola bilərlər. Bizim üçün bunun əhəmiyyəti yoxdur. Bizim üçün yalnız o vacibdir ki, hesablama sistemində olan istənilən proses üçün onun üzərində əməliyyatların aparılması üçün lazım olan bütün informasiyaya əməliyyat sistemi müraciət edə bilsin. Anlaşılmağın sadəliyi üçün belə hesab edəcəyik ki, o, verilənlərin bir strukturunda saxlanılır. Biz onu PCB (Process Control Block) və ya prosesin idarə olunma bloku adlandıracayıq. Prosesin idarə olunma bloku əməliyyat sistemi üçün proses modelidir. Proses üzərində əməliyyat sistemi tərəfindən yerinə yetirilən istənilən əməliyyat PCBdə müəyyən dəyişikliklərə səbəb olur. Qəbul olunmuş vəziyyətlər modeli çərçivəsində əməliyyatlar arasında PCB tərkibi daima qalır. Saxlanılması üçün prosesin idarə olunma blokunun təyin olunduğu informasiyanı sonrakı izahatların rahat olması üçün 2 hissəyə bölmək olar. Prosessorun bütün registrlərinin (proqram sayğacının qiyməti daxil olmaqla) tərkibini prosesin registr konteksti, bütün yerdə qalanlarını isə - prosesin sistem konteksti adlandıracayıq. Prosesin registr və sistem kontekst-lərini bilmək əməliyyat sistemində onun üzərində əməliyyatlar aparmaqla, onun işini idarə etmək üçün kifayət edir. Amma prosesi tam şəkildə xarakterizə etmək üçün bu kifayət deyildir. Məhz prosesin hansı hesablamalarla məşğul olması, yəni, onun ünvan fəzasında hansı kodun və hansı verilənlərin olması əməliyyat sistemini maraqlandırmır. İstifadəçi nöqteyi-nəzə-rindən, əksinə, ən böyük maraq doğuran prosesin ünvan fəzasının tərkibi hesab olunur, çünki, o, mümkün ola bilər ki, registr konteksti ilə birlikdə verilənlərin ardıcıl çevrilməsini və alınmış nəticələri təyin etmiş olsun. Prosesin ünvan fəzasında yerləşən kod və verilənləri istifadəçi konteksti adlandıracayıq. Prosesin registr, sistem və istifadəçi kontekstlərinin məcmusu qısa olmaq üçün sadəcə, proses konteksti adlandırmaq qəbul olunmuşdur. İstənilən vaxt anında proses tam şəkildə özünün konteksti ilə xarakterizə olunur.
20)Proseslər. Proses anlayışı. Prosesin vəziyyətləri
Proseslər Fəsildə prosesin əsasını təşkil edən anlayışlar təsvir olunur, onun vəziyyəti, əməliyyat sistemində prosesin təsvir olunma modeli və əməliyyat sistemi tərəfindən proseslər üzərində yerinə yetirilə biləcək əməliyyatlar nəzərdən keçirilirlər. Bu mühazirədən başlayaraq, biz əməliyyat sistemlərinin daxili quruluşu və hərəkətlər mexanizmləri ilə tanış olacaq, onların funksiyalarını həm ayrı-ayrılıqda, həm də qarşılıqlı əlaqədə bir - bir araşdıracayıq. Əməliyyat sisteminin işini öy-rənmək üçün fundamental anlayış proseslərini, sistemlərin müəyyən hərəkətlərinin yerinə yetirdiyi əsas dinamiki obyektlər kimi başa düşməkdir. Bu mühazirə bu cür obyektlərin, onların vəziyyətlər və xassələrinin təsvirinə, hesablama sistemlərində onların təqdim olunmasına, həmçinin də, onlar üzərində aparıla bilən əməliyyatlara həsr olunmuşdur.
Proses anlayışı Birinci mühazirədə , “əməliyyat sistemi” anlayışını izah edərək və əməliyyat sistemlərinin qurulma üsullarını təsvir edərək, biz çox vaxt “proqram” və “tapşırıq” sözlərindən istifadə etmişdik. Biz belə demişdik: hesablama sistemi bir və ya bir neçə proqramları icra edir, əməliyyat sistemi tapşırıqları planlaşdırır, proqramlar verilənlərlə mübadilə edə bilirlər və i.a. Biz bu terminləri müəyyən bir hamının işlətdiyi, gündəlik mənasında istifadə etmiş və belə nəzərdə tutmuşduq ki, bütün şəxslər hər bir konkret halda o sözlər altında eyni bir mənanı başa düşürlər. Bu halda eyni bir sözlər həm hesablama sistemi tərəfindən emal olunmayan statiki vəziyyətdəki obyektləri (məsələn, diskdəki fayllar toplusu) və həm də, icra prosesində yerləşən dinamik vəziyyətdəki obyektləri işarə edirdilər. Bu, yalnız, daxili quruluşlarına fikir vermədən, əməliyyat sistemlə-rinin ümumi xassələri barəsində danışdıqda; eyni zamanda birdən artıq proqram və ya birdən artıq tapşırığı emal edə bilməyən və mahiyyət etibarilə, əməliyyat sisteminə malik olmayan birinci və ikinci nəsil hesablama sistemlərinin işi barəsində danışdıqda mümkün idi. Amma indi biz müasir kompüter sistemlərinin işləmə detalları ilə tanış olmağa başlayırıq və ona görə də, terminologiyanı dəqiqləşdirmək lazımdır. Aşağıdakı misalı nəzərdən keçirək. Iki tələbə ədədin kvadrat kökünü tapmaq üçün proqramı yükləyirlər. Onlardan biri 4-ün, ikinci isə 1-in kvadrat kökünü hesablamaq istəyir. Tələbələrin nöqteyi-nəzərincə, eyni bir proqram yüklənilmiş-dir; kompüter sisteminin nöqteyi-nəzərincə, o, iki müxtəlif proseslərlə məşğul olmalıdır, çünki, müxtəlif ilkin verilənlər hesablamaların müxtəlif toplusuna gətirib çıxarırlar. Bu isə o deməkdir ki, baş verənlər səviyyəsində, hesablama sisteminin daxilində sözün istifadəçi mənasında “proqram” terminindən istifadə edə bilməyəcəyik.
Prosesin vəziyyətləri Bu cür abstraksiyadan istifadə etdikdə, hesablama sistemlərində yerinə yetirilən hər şey (yalnız istifadəçilər proqramları deyil, amma da, mümkün ola bilər ki, əməliyyat sistemlərinin müəyyən bir hissələri) proseslər toplusu kimi təşkil olunmuşdur. Başa düşüləndir ki, real olaraq, bir prosessorlu kompüter sistemində hər bir vaxt anında yalnız bir proses icra oluna bilər. Multiproqramlaşdırmalı hesablama sistemləri üçün bir neçə proseslərin psevdoparalel emalına prosessorun bir prosesdən digərinə keçirilmə köməkliyi ilə nail olunur. Prosesin biri yerinə yetirildikdə, yerdə qalanları öz növbəsini gözləyirlər. Gördüyümüz kimi, hər bir proses minimum 2 vəziy-yətlərdə ola bilər: proses icra olunur və proses icra olunmur. Bu cür modeldə proses vəziyyətinin diaqramı şək.2.1-də təsvir olunmuşdur. “Proses icra olunur” vəziyətində yerləşən proses müəyyən vaxtdan sonra əməliyyat sistemi tərəfindən bitirilə və ya dayandırıla bilər və yenidən “proses icra olunmur” vəziyyətinə keşirilə bilər.
19)Fayl sistemləri. Fayl sisteminin paylanması
Fayl sistemləri. Hər bir faylın xususi adı olur və fayl yaddaşda həmin adla saxlanılır. Kompüter faylın adından istifadə edərək onun harada yerləşdiyini, faylda hansı informasiyanın saxlanıldığını, onun hansı formatla yazıldığını və onu hansı proqramla emal etməyin mümkün olduğunu müəyyən edir. Kompüterlə iş prosesində diskin məzmunu hər an dəyişir. Yəni, yeni fayllar əlavə olunur, lazımsız fayllar silinir, faylların tutumu dəyişir və s. Adətən fayllar saxlanılarkən diskdəki boş yerlərə ayrı-ayrı fraqmentlər şəklində yazılır. Bunun da nəticəsində fayllar diskin bütöv bir sahəsində deyil, bir-biri ilə əlaqəsi olmayan tamamilə müxtəlif yaddaş hissələrində yerləşə bilər. Bu o deməkdir ki, yaddaşda saxlanılan sənədlər və eləcə də sistemdə quraşdırılan proqramlar verilənlərin klaster strukturu ilə diskə yazılaraq saxlanılır. İş ondadır ki, istifadə olunan disk oblastı əvvəlcədən hər biri yalnız müəyyən olunmuş həcmdə informasiya saxlaya bilən nömrələnmiş kiçik (minimum 512 bayt) hissələrə bölünür. Bu əməliyyata diskin formatlaşdırılması deyilir. Həmin kiçik hissələr isə xanalar - klasterlər adlanır. Klaster – bir faylın və ya onun hissələrinin bütövlükdə yerləşə bilməsi üçün ayrılan sektorlar qrupuna deyilir. Sektorun ölçüsü 512 bayt təşkil edir. Klasterlərin həcmi istifadə edilən sərt diskin həcmindən və verilənlərin yaddaşda yerləşdirilmə üsulundan - fayl sistemindən asılı olur. Sərt disklərin həcminin get-gedə ciddi şəkildə artması ilə əlaqədar olaraq klasterin həcmi də böyük sürətlə artır. Bu isə istifadə olunan disk sahəsinin itirilməsinə səbəb olur. Bir klasterdə onlarla sektor yerləşə bilər və fayl nə qədər kiçik həcmli olmasına baxmayaraq bütöv bir klasteri tutur. Klasterlər bir və ya bir neçə sektordan ibarət ola bilər. Sektor – verilənlərin oxunub/yazılmasında istifadə olunan ən kiçik vahiddir. Buna müvafiq olaraq hər bir fayl yaddaşa yazılma prosesində bütöv klasterlərdə yerləşməklə çoxlu sayda fraqmentlərə (hissələrə) bölünür.
Fayl sistemi – əməliyyat sisteminin bir hissəsi olub diskdə fayllara və kataloqlara girişi və onların yerləşməsini idarə edir. Fayl sistemi formatlaşdırma anlayışı ilə bağlıdır. Belə ki, fayl sistemi disklərin formatlaşdırılması prosesində yaradılır. Yuxarıda qeyd edildiyi kimi sərt disk formatlaşdırılarkən klasterlər adlanan nömrələnmiş kiçik hissələrə bölünür. Hər bir klaster isə müəyyən disk oblastını tutur. Fayllar diskə “bir klasterdə bir fayl” prinsipi ilə yazılaraq saxlanılır. Ona görə də faylın ölçüsü klasterin ölçüsündən kiçik olduqda həmin fayl klasterin yalnız müəyyən hissəsini tutur və qalan yaddaş hissəsi istifadəsiz qalır. Lakin faylın həcmi klasterin həcmindən böyük olduqda həmin faylın qalan hissəsi boş olan qonşu klasterə yerləşdirilir və s. Bu qayda ilə diskə yazılan fayl hissələrə bölünərək bir neçə klasterdə yerləşdirilir. Fayl sisteminin bu xüsusiyyəti və işi ilə bağlı istifadəçinin heç bir müdaxiləsi olmur. Belə ki, fayllar diskə yazılarkən onları fayl sisteminin özü müstəqil olaraq fraqmentlərə (hissələrə) bölür və eləcə də oxunma zamanı onları hissə-hissə toplayaraq bütövləşdirir və ekranda əks etdirir. Fraqmentasiya diskdəki verilənlərə müraciət vaxtının artmasına səbəb olur. Fraqmentasiyanın aradan qaldırılması defraqmentasiya adlanır. Yükləyici yazı (Boot Record) hər bir məntiqi diskin sıfır nömrəli sektorunda yerləşir. Burada diskin formatı haqqında verilənlər və əməliyyat sisteminin başlanğıc yüklənmə prosedurunu yerinə yetirən qısa proqram yerləşir
FAT32 fayl sistemi. İnformasiya daşıyıcılarında saxlanılan verilənlərin həcminin artması, həmçinin texnologiyanın inkişafı və 4Gb-dan böyük həcmli disklərin buraxılması ilə əlaqədar olaraq FAT16 fayl sisteminin təkmilləşdirilmiş yeni versiyası olan 32 mərtəbəli FAT32 fayl sistemi yaradıldı. Əməliyyat sisteminin Windows 95 OS/2-dən sonrakı bütün versiyalarında FAT32 fayl sistemindən istifadə edilmişdir. Yeni fayl sisteminin adından göründüyü kimi bu sistemdə faylın ünvanı iki baytla yox, dörd baytla (və ya 32 bitlə) yazılır. Bu halda ünvanların sayı artır və buna uyğun olaraq da klasterlərin həcmi xeyli azalır. Doğrudan da 16 mərtəbəli FAT16 fayl sisteminə uyğun formatlaşdırılmış diskdə ən çoxu 216 sayda müxtəlif ünvan, yəni yalnız 216 sayda klaster ola bilər. Bundan fərqli olaraq 32 mərtəbəli FAT32 fayl sisteminə uyğun formatlaşdırılmış diskdə isə maksimum 232 sayda ünvan və deməli, 232 sayda klaster ola bilir. Ona görə də eyni disk üçün birinci halda hesablanan klasterlərin həcmi böyük, ikinci halda isə kiçik olur. Buna müvafiq olaraq da kiçik həcmli klasterlərdə istifadəsiz qalan boş yerlərin həcmi xeyli azalır.
FAT32 fayl sisteminin əsas üstünlüyü əvvəlki fayl sistemləri ilə müqayisədə böyük həcmli məntiqi diskləri dəstəkləməsidir. NTFS fayl sistemi. Bu fayl sistemi Microsoft Windows NT ailəsindən olan əməliyyat sistemləri üçün nəzərdə tutulmuş standart fayl sistemidir. Burada NTFS yazılışı New Technology File System (Файловая Система Новой Технологии/Yeni Texnologiya Fayl sistemi) sözlərinin baş hərflərindən yaranmışdır. NTFS fayl sistemi indiyə qədər Windows NT, Windows 2000, Windows Vista sistemlərində istifadə edilmiş və hazırda Windows XP və Windows 7 əməliyyat sistemləri ilə işləyən bütün müasir kompüterlərdə əsas fayl sistemi kimi tətbiq edilir. Bu fayl sistemi FAT–la müqayisədə yüksək sürətli xarakteristikası, etibarlılığı və uyuşanlığı ilə fərqlənir. NTFS – də verilənlərin strukturu Active Directory xidmətinin reallaşmasına imkan verir. NTFS – ə həmçinin korporotiv fayl-serverlər və yuxarı sinifli fərdi kompüterlər üçün mühafizə funksiyaları daxil edilib. NTFS fayl sistemi fayllar haqqında məlumatları “MFT” Master File Table (Главная файловая таблица/Əsas fayl cədvəli) cədvəlində saxlayır. Bu cədvəldə adətən diskdə saxlanılan faylların sayı qədər sətir olur və hər sətrdə konkret fayl haqqında məlumatlar (ünvan, ad, ölçü və s.) yerləşir.
|
| |