|
N edilib ki, layih
|
Sana | 18.01.2024 | Hajmi | 21,89 Kb. | | #140652 |
Bog'liq noqsanlar
Müəyyən edilib ki, layihə təklifləri verilməzdən əvvəl tikinti layihələrinin əsaslandırılması, ilkin strukturunu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanmayıb
mövcud qaydaların tələbinə uyğun istismara qəbulu və çəkilən məsrəflərin müvafiq qaydada uçota alınması təmin edilməyib. Obyektlər üzrə daxili və xarici su, kanalizasiya və istilik xətlərinin quraşdırılması işlərinə sınaq aktları tərtib olunmayıb.
Məlumata görə, söhbət Həziabad kənd 360, Soltankənd kənd 180, Cəfərli kənd 180, Məmmədrzalı kənd 220 və İncilli kənd 180 şagird yerlik tam orta məktəblərindən, eləcə də Cəlilabad-Hamarqışlaq-Sadatlı, Qarazəncir-Qarakazımlı-Boyxanlı, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd, Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yollarından gedir. Audit nəticəsində məlum olub ki, 4 kənddə məktəb tikilərək istismara verilib, Cəlilabad şəhəri ilə 5 kəndi və 8 yaşayış məntəqəsini birləşdirən kəndlər arası avtomobil yollarının tikintisi aparılıb, rayonun mərkəzində abadlıq-quruculuq işləri həyata keçirilsə də bəzi nöqsanlarada yol verilib.
Belə ki, Cəlilabad rayon İcra Hakimiyyəti (RİH) ölkə prezidentinin 17 mart 2010-cu il tarixli tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl etməyərək layihə təklifləri verilməzdən əvvəl tikinti layihələrinin əsaslandırılması, ilkin strukturu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlamayıb, akt və idman zallarının, fizika, kimya laboratoriyalarının və kitabxananın sahəsini təsdiq olunan normalardan az layihələndirib.
Qüvvədə olan qaydaların tələbinə əməl olunmayaraq sökülən köhnə məktəblərin yerində inşa olunsa da, yararsız hala düşmüş əsas vəsaitlərin yararsızlığını, təmirinin mümkünsüzlüyünü müəyyənləşdirmək, həmçinin onların müəyyən olunmuş qaydada balansdan silmək üçün müvafiq ləğvetmə komissiyası yaradılmayıb, avtomobil yolların istismara verilməsi haqqında tərtib edilmiş Dövlət Qəbul Komissiyasının tərkibinə aidiyyəti qurumların nümayəndələri daxil edilməyib.
Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yolunun tikintisi zamanı trassanın keçdiyi yerlərə təbii-iqlim amillərinin təsiri öyrənilməyib, sürüşmə zonaları müəyyənləşdirilib geoloji müayinə işləri aparılmayıb, layihə-smeta sənədlərində avtomobillərin yol üzrə təhlükəsiz hərəkətini təmin etmək üçün xüsusi mühəndisi tədbirlərin işlənməsi nəzərdə tutulmamış Cəlilabad rayonunun su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması çərçivəsində Cəlilabad-Hamarqışlaq-Sadatlı avtomobil yolunun başlanğıcında su və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar yolun 3 km-lik hissəsində (Məhəmməd Hadi küçəsi) asfalt beton örtüyü dağılıb, istismara qəbul edilən avtomobil yolları “Cəlilabad 56 saylı Yol İstismarı” MMC-nin balansına təhvil verilib.
Qarazəncir-Qarakazımlı-Boyxanlı avtomobil yolunun tikintisi üzrə yol layihələndirilərkən yol tikilən ərazilərdə yaşayan insanların təsərrüfat fəaliyyəti, yaxınlıqda yerləşən müəssisələrin fəaliyyət növü, bazalara yük daşıyan nəqliyyat vasitələrinin tərkibi və yükgötürmə qabiliyyəti nəzərə alınmayıb, həmin ərazidə hərəkətin həcmi, tərkibi, yolun yük gərginliyi IV texniki dərəcəyə uyğun göstəricilərdən dəfələrlə yüksək olduğu üçün istismara verilməsindən az müddət keçməsinə baxmayaraq yol örtüyünün bəzi hissələrində dağılmalar, deformasiyalar əmələ gəlmiş, yolda nəqliyyat işinin əsas göstəricisi olan nəqlolunma surəti aşağı düşüb.
Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi üzrə satınalmanın yekun protokolunda tender təkliflərinin müqayisəsi və qiymətləndirilməsinin nəticələri üzrə məlumat göstərilməyib, texniki təminat müddəti nəzərə alınmadan son ödəmə həyata keçirilib, obyektin tikintisi 2014-cü ilin avqust ayında başa çatmasına baxmayaraq istismara verilməsi haqqında tərtib olunan aktın aidiyyəti təşkilatlar tərəfindən imzalanması başa çatdırılmayıb.
Hesablama Palatasının Kollegiyası Cəlilabad RİH-in yol verdiyi nöqsanların əsasən audit zamanı aradan qaldırılması nəzərə alınmaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi və bu istiqamətdə görülmüş tədbirlər haqqında Hesablama Palatasına məlumat verilməsi barədə qərar qəbul edib.
regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarına uyğun olaraq son illərdə ölkəmizdə yol infrastrukturunun inkişafı istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra olunur.
Samuxun Gürcüstan ilə sərhəddə yerləşən beş kəndini rayon mərkəzi ilə birləşdirən Yenikənd-Poylu-Qarabağlı-Salahlı-Kəsəmən yolunun tikintisidir. Samux Rayon İcra Hakimiyyətindən bildirilib ki, keçən il rayonda Yenikənd-Köbər-Qaraağaclı yolu üzərində biraşırımlı körpünün tikintisinə başlanılıb və ümumi uzunluğu 24 metr, eni 8,4 metr olan körpünün tikintisi qısa müddətdə başa çatdırılaraq istifadəyə verilib. Həmçinin Samux şəhərində Şah İsmayıl Xətai, Şahlar Rüstəmov, Xəzər və Hacı Zeynalabdin Tağıyev küçələrinə yeni asfalt örtüyü salınıb və su keçidləri quraşdırılıb. Şəhərin bir sıra küçələrində cari təmir işləri aparılıb. Eyni zamanda, Molla Pənah Vaqif, 28 May və Arif Nəbiyev küçələrində su keçidləri quraşdırılıb və cari təmir işləri görülüb.
kəndarası yolların yenidən qurulması və əsaslı təmiri istiqamətində mühüm tədbirlər həyata keçirilir. Rayon Memarlıq və Tikinti şöbəsindən bildiriblər ki, yola saldığımız 2019-cu ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ayrılan vəsait hesabına 22 min əhalinin yaşadığı, 15 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 43 kilometr olan Dadaşbəyli-Çöl Ağaməmmədli-Xankeçən-Salmanlı avtomobil yolunun tikintisi başa çatdırılıb, Sabirabad-Muradbəyli avtomobil yolunun 3 kilometrlik hissəsinə asfalt döşənərək əsaslı təmir işləri aparılıb, əksər kəndlərdə kənddaxili və kəndarası yollar qrederlə hamarlanaraq çınqıl-qum döşənib. Şirvan-Axtacı Muğan-Sabirabad avtomobil yolunun 10-46-cı kilometr hissəsində, Cavad-Narlıq, Axısxa-Qaraqaşlı, Hacıbəbirli, Moranlı-Bala Həşimxanlı, Surra-Qarasu avtomobil yollarında cari təmir işləri aparılıb. Həmçinin Sabirabad şəhərinin 11 küçəsinə 62 min kvadratmetrdən çox asfalt-beton vurulub.
Yerli əhəmiyyətli Səfərli-Zəngişalı-Hacılar avtomobil yolu uzun illər istismar olunduğundan və təmirarası istismar müddəti keçdiyindən yol örtüyündə çalalar, çökmələr və qabarmalar əmələ gəlib, avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Üstəlik yolun səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə olduğundan yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalaraq yolun hərəkət hissəsi yuyulub. Qeyd olunanlar nəzərə alınaraq yolun dağılmış hissələrinin qazılaraq çıxarılması və yenidən təmir olunması, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq təmir olunması məqsədilə hazırlanmış layihəyə uyğun olaraq yenidənqurma işlərinə başlanılıb. Yenidənqurma işlərinin əhatə etdiyi ərazinin sahəsi 150 min kvadratmetrdir.
Tikinti norma və standartlarına uyğun olaraq hazırda yolboyu torpaq işləri aparılır, yolun mövcud dağılmış örtüyü sökülür, yol əsasının və yatağın deformasiyaya uğramış yararsız qruntunun qazılaraq çıxarılması, əvəzinə yararlı karxana çınqılı ilə əks-dolğu və kipləşdirmə işləri görülür. Layihə çərçivəsində yolboyu yol əsasın alt layının karxana çınqılı, üst layının isə optimal çınqıl qarışığı ilə salınması, çiyin hissələrin də eyni materialla təmiri nəzərdə tutulur. Bundan sonra 12 santimetr hündürlükdə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq.
Bundan başqa, avtomobil yolunun müxtəlif hissələrində yerləşən suötürücü borular istismar üçün yararsız vəziyyətə düşdüyündən müxtəlif diametrlərə malik boruların sökülərək çıxarılması, əvəzinə yeni metal və dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri də layihədə nəzərdə tutulub. Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları, hərəkətin normal təşkili üçün isə yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi planlaşdırılır.
|
| |