Ən mühüm metodlardan biri




Download 164,33 Kb.
bet4/39
Sana09.03.2021
Hajmi164,33 Kb.
#13199
1   2   3   4   5   6   7   8   9   ...   39
Ən mühüm metodlardan biri qərarın qəbul edilməsi metodudur. Buna aiddir: qərarın qəbul edildiyi mərkəz (siyasi fəaliyyət subyekti); qərarın qəbul edilməsi prosesi; siyasi qərar; siyasi qərarın reallaşdırılması. Politologiyanın cəmiyyət həyatında oynadığı rol onun yerinə yetirdiyi funksiyalarda öz əksini tapır. Bunlar aşağıdakılardır: təsvir, izahetmə, gələcəyi görmə, idraki, idarəetmə, tərbiyə və s. Təsvir funksiyası siyasi reallıqda mövçud olan problemlərin qeydə alınmasını nəzərdə tutur. Lakin o, təkcə bununla bitmir, belə ki, siyasi problemləri qeydə alan tədqiqatçı bu zaman dəqiq normativ qiymət standartlarından istifadə etmək əsasında müvafiq tövsiyələr verir. Beləliklə, siyasi prosesləri qeydə almaqla, politoloq siyasi reallığın xarakterini müəyyən edir və bununla da politoloji təhlilin əsasını qoymuş olur. Aydındır ki, politoloji təhlil yalnız təsvirdən ibarət deyildir. Siyasi reallığın elə problemləri olur ki, onların mənası hamı üçün (və
yaxud, əksəriyyət üçün) aydın olur. Əksər hallarda isə siyasi proseslər çox mürəkkəb və ziddiyyətli olur. Onların mənasını açmaq və həlli yollarını göstərmək dərin nəzəri təhlil tələb edir. Həmin vəzifəni politologiyanın izahetmə (interpretasiya) funksiyası yerinə yetirir. Bu funksiya əsas etibarilə siyasi problemlərin yaranma səbəblərini və nəyə görə məhz o cür olduğunu izah edir.
Politoloqun adi kənar müşahidəçidən fərqi(üstünlüyü) məhz burada aşkar olur. Politoloqların fikrincə, siyasi həyatda birmənalı, birdəfəlik və həmişəlik bərqərar olmuş qanunauyğunluqlar deyil, cəmiyyətin, siyasi sistemlərin ümumi inkişaf meylləri, dəyişən kəmiyyətlər (müxtəlif cür mənafelər, ənənələr, müxtəlif ictimai-siyasi qüvvələrin mütəşəkkillik səviyyəsi, adamların əhval-ruhiyyəsi, onların məlumat - lı lıq dərəcəsi və i. a.) vardır. Onların qarşılıqlı təsiri siyasi inkişafın müəy yən vektorunu təşkil edir və onu 5-10 ildən artıq bir müddətə proqnozlaşdırmaq mümkün deyildir. Bununla belə, bir çox başqa elmlər kimi, politologiya da gələcəyi görmək qabiliyyətinə malikdir. Daha dəqiq desək, siyasi təhlil yalnız problemləri sadəcə olaraq qeydə alıb onları təhlil etməklə kifayətlənmir, o, siyasi reallığın inkişaf meyllərini və mümkün nəticələrini göstərir.

Nəhayət, politoloq dəqiq informasiyaya əsaslanaraq, siyasətdə arzuedilən nəticələri əldə etmək üçün hansı tədbirlərin həyata keçirilməsini (qərarların qəbul edilməsini) təklif edir.




Download 164,33 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   39




Download 164,33 Kb.