SİYASİ FİKRİN İNKİŞAF TARİXİ




Download 164,33 Kb.
bet7/39
Sana09.03.2021
Hajmi164,33 Kb.
#13199
1   2   3   4   5   6   7   8   9   10   ...   39
2. SİYASİ FİKRİN İNKİŞAF TARİXİ

Sosial-tarixi planda siyasi təlimlərin meydana çıxması dövlətin yaranması prosesi ilə bağlı olmuşdur. Bu prosesi anlamaq üçün bəşəriyyətin inkişafının həmin dövrünün sosial-iqtisadi şəraitini və orada gedən mübarizəni öyrənmək vacibdir.

Nəzəri cəhətdən siyasi təlimlərin təşəkkül tapması insan idrakının erkən dini-mifoloji formatlardan rasional- məntiqi formaya keçməsi gedişində baş vermişdir. Belə ki, erkən dövrlərdə insanların siyasi baxışları bütövlükdə nisbi müstəqil bilik sahəsinə çevrilməmişdi və mifoloji dünyagörüşünün tərkib hissəsi kimi çıxış edirdi. Mifik təsəvvürlər yer üzündə mövcud olan bütün qaydaların ilahi mənşəyə malik olduğunu iddia edirdilər. Şübhəsiz, qədim xalqların hər birində bu fikir bu və ya başqa şəkildə təqdim olunur və müxtəlif formalarda şərh olunurdu. Mifik təsəvvürlərə görə, yerdəki qayda-qanun dünya qaydasının, kosmik qaydanın tərkib hissədir, buna görə də ayrı-ayrı şəxslər tərəfindən bu qaydaların pozulması səma və yer harmoniyasının pozulmasına və beləliklə də, fəlakətə gətirib çıxara bilər. Qədim cəmiyyətlərdə insan fəaliyyətinin həddindən artıq kəskin çərçivəyə salınması, çoxsaylı dini-etik qadağaların (tabuların) mövcud olması, onları pozmaq üstündə ciddi cəza verilməsi məhz bununla izah olunur.

E.ə. 1-ci minillikdə siyasi təsəvvürlərin rasional xarakter alması mifoloji ideologiyaya tədricən son qoydu. Həmin dövrdə sosial ziddiyyətlərin kəskinləşməsi bu prosesdə mühüm rol oynadı.

Lakin buna baxmayaraq, uzun əsrlər boyu mifoloji təsəvvürlər siyasi təlimlərə və insanların siyasi baxışlarına öz təsirini göstərməkdə davam etmişdir. Bu, özünü qədim Hindistanda mövcud olmuş Vedlərdə və Upanişadlarda (e.ə.9– 6-cı əsrlər), Manu qanun - larında (e. ə. 1-ci minillikdə Çində yaşamış Konfusinin (e. ə. 551– 479) təlimində və s. göstərir.

Konfusinin yaratdığı patriarxal-paternalist konsepsiyaya görə, dövlət böyük bir ailəni xatırladır, onun idarə olunması isə aristokratik prinsiplərə əsaslanır.

Qədim Çində siyasi fikir sonradan Laoszı, Moszı, lekistrlər və b. tərəfindən inkişaf etdirilmişdir. Siyasi fikir qədim Misirdə, Babilistanda, qədim Yəhudilərdə də inkişaf etmiş, müxtəlif xarakterli tarixi mənbələrdə dövlət və hakimiyyət məsələləri öz əksini tapmışdır. Bəşəriyyətin siyasi fikir tarixində

Qədim Yunanıstan və Roma mütəfəkkirlərinin böyük rolu olmuşdur. İnsanların azadlara və qullara bölündüyü bir şəraitdə yaranan antik (yunan və Roma) siyasi fikir azad insanların ideologiyası kimi formalaşmış və inkişaf etmişdir. Buna əsasən o zaman siyasət azadların, əmək isə qulların işi elan olunurdu. Qədim Yunanıstanda siyasi fikrin inkişafı əsas etibarilə üç böyük dövrə bölünür. Erkən dövr (e.ə.9-6-cı əsrlər) yunan dövlətçiliyinin təşəkkül tapması dövrüdür. İkinci dövr - siyasi fikrin çiçəkləndiyi dövrdür. O, e.ə. 5 - 4-cü əsrin 1-ci yarısını əhatə edir. Üçüncü dövr (e.ə. 4-cü əsrin 2-ci yarısı - 2-ci əsr) ellinizm dövrü adlanır. Bu, yunan dövlət quruluşunun tədricən dağıldığı dövrdür. E. ə. 2-ci minilliyin sonu - 1-ci minilliyin əvvəllərində siyasi təsəvvürlər Homerin "İlliada"- və "Odisseya" əsərlərində öz əksini tapmışdır. Bu əsərlərdə göstərilir ki, ədalət adətin, adi hüququn əsası və prinsipidir. E. ə. 7-ci əsrdə yaşamış Kesiodun anlamında allahlar müxtəlif mənəvi-hüquqi prinsiplərin və qüvvələrin təcəssümü kimi çıxış edirlər. "Yeddi böyük müdrik" - Fales, Pittak, Periandr, Biant, Solon, Kleobul və Hilon - polisin (şəhər-dövlət) həyatında ədalətli qanunların əhəmiyyətini yüksək qiymətləndirirdilər. Onların fikrincə, ən yaxşı dövlət odur ki, orada vətəndaşlar qanundan, müstəbiddən qorxan kimi, qorxsunlar. Spartalı Hilon deyirdi: "Qanuna tabe ol!" Afina islahatçısı Solon e. ə. 594-cü ildə yeni qanunlar verir və senzli demokratiya elan edir. Onun fikrincə, dövlət qayda-qanuna möhtacdır, qayda və qanun onun üçün ən böyük sərvətdir. Qanun isə, öz növbəsində, hüquq və gücün (polisin rəsmi qüvvə si nin) birləşməsidir.

Pifaqor (e. ə. 580-500) və pifaqorçular (Arxit, Lizis, Filolay və b.) demokratiyanı tənqid edərək, "yaxşıların" - əqli və əxlaqi elitanın aristokratik idarəetmə idealını əsaslandırırdılar. Onların fikrincə, ədalət bərabərlikdir. Ədalətli qanunları olan dövlət onların idealı olmuşdur.

Heraklit (e. ə. 530-470) belə hesab edirdi ki, təfəkkür hamıya xas olsa da, bütün adamlar ümumi lotosu (hamını idarə edən zəkanı)başa düşmürlər. Buradan çıxış edərək, o, müdrikləri və ağılsızları, yaxşıları və pisləri ayırırdı. Sosial-siyasi bərabərsizliyə haqq qazandıran filosof demokratiyanı tənqid edidi.

Demokritin (e. ə. 460-370) fikrincə, zəruri hadisə kimi yaranan dövlət ümumi rifahı və ədaləti özündə birləşdirir, dövləti idarə etmək isə sənətlərin ən yaxşısıdır.

Sokrat (e. ə. 469-399) belə hesab edirdi ki, ədalət və qanun eyni şeydir. Qanunçuluğun prinsipial tərəfdarı olan filosof istibdadı tənqid edirdi. O yazırdı ki, çox gülməlidir ki, adamlar hər yoldan ötənə ayaqqabılarını tikməyi təklif etmədikləri halda, dövləti idarə etməyi püşk atmaq yolu ilə həll edirlər. "Məgər bu sonunçu çox asan işdir?" - deyə o, sual edir və beləliklə, demokratiyanı məsxərəyə qoyurdu.

Platonun (e. ə. 427-347) siyasi təlimi "ideyalar aləminə" əsaslanır. "Dövlət" əsərində o, ideal dövlət haqqında təlim yaratmış

və onu ictimai-siyasi həyatda ideyalar aləminin imkan daxilində maksimum təcəssüm etməsi kimi nəzərdən keçirmişdir. Bu zaman o, bütövlükdə kosmos, dövlət və ayrılıqda götürülən insan qəlbi arasındakı uyğunluğu əsas götürürdü. Onun fikrincə, ədalətli insan ədalətli dövlətdən heç nə ilə fərqlənmir. İnsan qəlbinin üç əsasa - ağıla, qəzəbə və şəhvətə bölünməsinə dövlətin üç əsası - məşvərət, müdafiə və işgüzarlıq, sonunculara isə öz növbəsində üç silk – hakimlər, döyüşçülər və istehsalçılar, (sənətkarlar) uyğun gəlir. Platon insanın tələbatı, əmək bölgüsü və dövlət adlandırdığı cəmiyyət arasında əlaqə olduğunu göstərirdi. Onun fikrincə, cəmiyyətin sosial quruluşu ilə müharibə aparılması arasında birbaşa asılılıq var, çünki müharibələr xüsusi qrupun meydana gəlməsini nəzərdə tutur.

Platonun siyasi baxışlarında ideal dövlət ideyası mərkəzi yer tutur. Onun ideal dövlət layihəsinin iki əsas şərti vardır: 1)dövlət filosoflar tərəfindən idarə olunur və 2)burada ədalətli qanunlar vardır. İdeal dövlət, onun fikrincə, aristokratik dövlət quruluşuna əsaslanır.

Platon bunu iki cür adlandırır: əgər idarə edənlər aralarından kimsə bir nəfər seçilirsə, o, çar hakmiyyəti, bir neçəsi seçilirsə, onda aristokratiya adlanır. Platon siyasi quruluş formalarının təsnifatını verməyə cəhd edir. O, insan qəlbinin beş növünə uyğun olaraq, beş dövlət quruluşunu: aristokratiya, timokratiya, oliqarxiya, demokratiya və tiraniyanı bir-birindən fərqləndirirdi.

Siyasətə gəldikdə isə Platon belə hesab edirdi ki, o, çar sənətidir, çünki adamları idarə etmək bacarığı və bilik tələb edir. Bu cür keyfiyyətlərə malik olan dövlət başçısının artıq qanun əsasında və yaxud bunun əksinə idarə etməsi o qədər də vacib deyildir. Əgər dövləti həqiqi hökmdarlar idarə etmirlərsə, onda orada idarəetmə ancaq qanun əsasında həyata keçirilməlidir. "Qanunlar" əsərində Platon bəşəriyyətin siyasi təkamülünün realist mənzərəsini təsvir etməyə çalışır. Monarxiyaların meydana gəlməsi insanların həyat tərzində baş verən dəyişikliklərin nəticəsi kimi qiymətləndirilir. Cəmiyyətin sosial tərəqqisinə əngəl olan qeyri-bərabərliyi aradan qaldırmağın zəruriliyini qeyd edərək göstərirdi ki, onu yaradan vərəsəliyi aradan qaldırmaq lazımdır. Bunun yeganə yolunu isə ailələri uşaqları tərbiyə etmək hüququndan məhrum etməkdə görürdü. Platon hüquqi dövlət ideyasının çizgilərini yaradan ilk mütəfəkkir hesab edilə bilər. "Qanunlar" əsərində o, dövlətin iki növünü fərqləndirir. Birinci halda hamıdan yüksəkdə hökmdarlar durur, ikinci halda isə hökmdarların özləri də qanuna tabe olurlar.

Platonun siyasi təliminin sonrakı dövrlərin, demək olar bütün nəzəriyyələrinə böyük təsiri olmuşdur. Klassik siyasi fikrin banilərindən biri yunan mütəfəkkiri Aristotel (e. ə. 384-322) hesab olunur. Onun siyasi təlimi "Siyasət", "Afina siyasəti", "Etika" və s. əsərlərində öz əksini tapmışdır. Aristotel siyasət haqqında elmi hərtərəfli işləyib hazırlamağa cəhd göstərmişdir. Onun anlamında siyasət bir elm kimi etika ilə bağlıdır. O belə hesab edirdi ki, siyasətin elmi anlayışı mənəviyyat (fəzilətlər) haqqında yüksək təsəvvürləri, etikanı (adətləri) bilməyi nəzərdə tutur.

Aristotel öz təlimini ideal polis (şəhər-dövlət) mövqeyindən işləyib hazırlamışdır. O belə hesab edirdi ki, polis azad və bərabər insanların siyasi ünsiyyətidir. Onun fikrincə, dövlət təbii inkişafın məhsuludur. Onun yaranması ilkin sosial əlaqələrlə bağlıdır. Bu əlaqələr iki qrupa bölünür: a) ailə-nikah əlaqələri - insan növünün mövcudluğunu təmin edir; b) ağa-qul münasibətləri - bu münasibətlər isə sabit sosial birliyi təmin edir. Həmin qrup əlaqələr üzərində ailə, icma, dövlət yüksəlir. Meydana gəlməsinə görə insanların obyektiv həyat tələbatlarına minnətdar olan dövlət öz növbəsində şəxsiyyətin dolğun inkişafı üçün şərait yaradır. İnsan təbiətcə siyasi varlıqdır və dövlətdə (siyasi ünsiyyətdə) insanın bu siyasi təbiətinin təkamülü başa çatır. Aristotel fərdin hüquqlarını, xüsusi mülkiyyəti və ailəni müdafiə edirdi. Onun fikrincə, dövlət mürəkkəb anlayışdır, formasına görə o, təşkilatdır və vətəndaşların müəyyən məcmusudur. Eyni

zamanda, dövlətin bu cür müəyyən edilməsi məhz kimi vətəndaş hesab etməkdən asılıdır. Onun inamına görə, vətəndaş dövlətin qanunyaratma və məhkəmə hakimiyyətində iştirak edə bilən şəxsdir. Buna uyğun olaraq, vətəndaş anlayışını hər bir dövlət forması özü müəyyən edir. Həm də vətəndaş anlayışının, deməli, dövlət formasının dəyişməsi ilə dövlətin özü də dəyişir. O, dövlət formasını siyasi sistem kimi də müəyyən edir. Bu baxımdan, onun fikrincə, dövlət forması idarə edənlərin sayı ilə müəyyən olunur. Bundan əlavə, düzgün və düzgün olmayan dövlət formalarını bir-birindən fərqləndirir. Birinci halda hökmdarlar ümumi rifaha xidmət edir, ikinci halda isə şəxsi xeyir güdürlər. Üç düzgün dövlət forması kimi o, monarxiya idarə üsulunu (çar hakimiyyətini), aristokratiyanı və politiyanı, buna müvafiq olaraq, onların əksi kimi tiraniya, oliqarxiya və demokratiyanı ayırır. Eyni zamanda hər bir dövlət forması daxilində bir neçə növü bir-birindən fərqləndirir. Onun fikrincə, ən düzgün dövlət forması politiyadır. Burada ümumi mənafe naminə əksəriyyət idarə edir. Qalan formaların hamısında, ona görə, bu və ya digər sapmalar vardır. O belə hesab edirdi ki, politiya oliqarxiya və demokratiyanın birləşməsidir. Düzgün olmayan dövlət formalarının ən pisi isə tiraniyadır. Aristotelin siyasi təlimində varlıların və yoxsulların barışığına və qanunun hökmranlığına əsaslanan senzli demokratiyaya üstünlük verilir. Buradan çıxış edərək, o, Solonun islahatlarına tərəfdar çıxırdı. Aristotel belə hesab edirdi ki, politiya "orta" dövlət formasıdır və ona görə də orada "orta" ünsür - adətlərdə mötədillik, əmlakda - orta rifah, hakimiyyətdə - orta sinif hakim olmalıdır. O yazırdı ki, "orta" insanlardan təşkil olunmuş dövlət ən yaxşı dövlət quruluşuna malik olar. O, habelə belə hesab edirdi ki, demokratiya orta sinfə arxalandıqda səmərəli şəkildə fəaliyyət göstərə bilər. Siyasi təlimində bir çox ziddiyyətlərin olmasına baxmayaraq, Aristotelin adı bəşəriyyətin siyasi fikir tarixində mühüm yer tutur. Qədim Romada siyasi fikrin tarixi təqribən min illik bir dövrü əhatə edir. Bu dövrün başlıca nailiyyəti hüquqşünaslıq adlanan müstəqil bir elmin yaradılması olmuşdur.

Qədim Roma siyasi fikrinin ən böyük simalarından biri məşhur natiq, dövlət xadimi və mütəfəkkir Mark Tuli Siserondur (e. ə. 106- 43). Onun "Dövlət haqqında" və "Qanunlar haqqında" adlı əsərləri siyasət məsələlərinə həsr olunmuşdur. Siseron dövləti xalqın işi, onun nailiyyəti kimi müəyyən edirdi. Onun fikrincə, dövlət hüquqi təsisatdır. Bununla da o, "hüquqi dövlət" ideyasının banisi kimi çıxış edirdi. Dövlətin yaranmasının səbəbini isə o, insanların anadangəlmə birgəyaşayışa olan tələbatında görürdü.

Siseron idarə edənlərin sayından asılı olaraq, idarəetmənin üç formasını: çar hakimiyyətini, optimatların hakimiyyətini (aris tok - ratiya) və xalq hakimiyyətini (demokratiya) ayırırdı. Onun fikrincə, hər üç idarə formasındakı çatışmazlıqları aradan qaldırmaq və "daha yaxşı dövlət "yaratmaq üçün"qarışıq dövlət" yaratmaq lazımdır.

Qədim Romada siyasi fikrin inkişafından danışarkən erkən xristianlıqdan yan keçmək olmaz. Belə ki, e. ə. 1-ci əsrdə Roma imperiyasının yoxsul kütlələrinin mənafeyinin ifadəsi kimi meydana gələn erkən xristianlığın siyasi ideologiyası ESXATOLOJİ və MESSİAN xarakter daşıyırdı ("esxatos" - yunan dilində "son", "sonuncu", "messiya" isə "məsih" sözündən olub, "xilaskar" deməkdir). Burada bəşəriyyətin xilası İsa peyğəmbərin ikinci dəfə zühur etməsi ideyasına əsaslanırdı. Bu isə, təbii ki, mövcud quruluşun tənqidi ilə sıx bağlı idi. Erkən xristianlığın bir çox ideyaları sonralar xalq hərəkatlarına böyük təsir göstərmişdir.

19-cu əsr tarixə yeni iqtisadi və sosial münasibətlərin sürətli inkişafı ilə yanaşı, bəşəriyyətin siyasi

tərəqqisinə güclü təsir göstərmiş maraqlı ideyalar əsri kimi daxil olmuşdur. Fransa burjua inqilabı siyasi fikrə güclü təkan verərək azadlıq, fərdiyyətçilik kimi ideyalar əsasında liberalizmin dərin kök salmasına zəmin hazırladı. Maarifçilik dövrünün siyasi ideyaları üzərində qərar tutan siyasi liberalizm Kantın şəxsiyyətin mənəvi azadlığı ilə sosial məsuliyyətinin vəhdəti haqqında tezisini mənimsəyərək, mülkiyyət azadlığı, şəxsiyyət azadlığı, insan hüquqları kimi fundamental dəyərlərin hüquqi dövlət anlayışı ilə üzvi şəkildə əlaqələndirilməsini nəzəri cəhətdən əsaslandırmağa və praktikada reallaşdırmağa çalışdırdı.
Siyasi liberalizmin ideya əsasları və nəzəri şərhi B.Konstan və H.Spenserin əsərlərində özünün əksini tapmışdır. Fransada liberalizmin nümayəndəsi Bentamen Konstan(1767-1830) olmuşdur. İkicildlik "Konstitusiya siyasəti kursu" adlı kitabında o, burjua hüquq və azadlıqlarını müdafiə edir, feodalizmi tənqid edir və eyni zamanda sadə insanların radikalizminin əleyhinə çıxırdı. Onun diqqət mərkəzində duran problemlərdən biri şəxsiyyət və

dövlətin nisbəti idi. Onun fikrincə, insana azadlıq xasdır, buradan da vətəndaşın əsaslı hüquqları irəli gəlir. O, mülki (şəxsi) və siyasi azadlığı bir-birindən ayırır. Onun fikrincə, qədim xalqlar (yunan və Roma) ancaq siyasi azadlığa malik olmuşlar. Onların azadlığının mənası kütləvi siyasi hakimiyyətdən ibarət olmuşdur. Şəxsi azadlığın nə olduğunu isə bilməmişlər, çünki din, mülkiyyət, təsərrüfat və s. dövlət tərəfindən ciddi çərçivəyə salınmışdı.

Yeni xalqlarda mülki azadlıq ön plana çıxır. Onun mənası şəxsi həyatın siyasi hakimiyyətdən müstəqil olmasındadır və o, bir sıra şəxsi hüquqları birləşdirir. Bununla əlaqədar olaraq, o, qədim xalqların azadlığından yeni xalqların azadlığına keçməyin üç başlıca səbəbini qeyd edir:

■ onların döyüşkənliyindən fərqli olaraq, yeni xalqların sülhsevər və kommersiya xarakteri;

■ köləliyin ləğvi və əməyə münasibətin dəyişməsi;

■ qədim dövlətlərin ərazisinin böyük olmaması, azad əhalinin azlıq təşkil etməsi bilavasitə demokratiyanı həyata keçirməyə imkan verirdi. Nəticədə, faktik olaraq, ali hakimiyyət meydanlarda yaradılırdı. Müasir tarix, onun anlamında, azadlığa doğru hərəkətdən ibarətdir. Yeni xalqlarda azadlığın özəyi şəxsi hüquqlardır. Siyasi azadlıq isə mülki azadlığı həyata keçirmək üçün vasitə kimi çıxış edir. Parlamentdə cəmləşmiş ictimai rəyin gücü, hakimiyyətin bölünməsi və tarazlığı bu zaman hakimiyətdən sui-istifadə əleyhinə tə mi nat kimi çıxış edir. Hakimiyyət sistemini o, belə təsvir edirdi: 1) kral hakimiyyəti, 2) icraedici hakimiyyət, 3) perlərin vərəsəli pala tasının hakimiyyəti, yaxud "daimi nümayəndəli hakimiyyət", 4)seçkili aşağı palatanın hakimiyyəti ("ictimai rəyi təmsil edən hakimiyyət"), 5) məhkəmə hakimiyyəti.

Bələdiyyə hakimiyyətini ayrıca qeyd edir. Onun fikrincə, yerli idarənin ifrat mərkəzləşmədən kənar edilməsi mərkəzin despotik hakimiyyətinin yaranmasına imkan vermir. 19-cu əsrin 2-ci yarısında Avropada kapitalizm sürətlə inkişaf edərək, öz yeni mərhələsinə qədəm qoydu. Bu proses bir yandan

siyasi fikrin daha da liberallaşması, digər tərəfdən isə onda mühafizəkar və ifrat radikal meyllərin güclənməsi ilə müşayiət olunurdu. Bu dövrün siyasi liberalizm cərəyanının görkəmli nümayəndəsi Herbert Spenser (1820-1903) idi. O, "Dövlətin üzvi nəzəriyyəsi" adlı konsepsiyasını işləyib hazırlamışdır. Bunun üçün o, dövləti bioloji orqanizmlərlə müqayisə edirdi. Sübut edirdi ki, dövlət ("siyasi aqreqat", siyasi cəmiyyət") elə bir orqanizmdir ki, onun ayrı-ayrı hissələri arasındakı münasibətlər canlı orqanizmləri xatırladır. Hər bir canlı orqanizm kimi, "siyasi aqreqat" da iki əsas prosesi: differensiasiyanı və ixtisaslaşmanı birləşdirir. Birinci halda dövlət böyüyür, dövlət tipi "başa çatmaqla differensiasiya da qurtarır. Bioloji orqanizmlərdə olduğu kimi, dövlət də doğulur, çoxalır, qocalır və ölür. İkinci halda isə, fərdlər qruplarda - orqanlarda birləşir, orqanlar spesifik funksiyalar yerinə yetirir, nəticədə siyasi bədən orqanları sistemi yaranır. Spenserin fikrincə, dövlətin yaranma səbəbi başqa cəmiy - yətlərlə mübarizə, müharibələr və zülmdür. Bununla o, dövlətin yaranmasını sosial darvinizm mövqeyindən şərh edirdi. O, inkişafın iki mərhələsini və buna uyğun olaraq, dövətin iki tipini ayırırdı:

primitiv, yaxud hərbi, yırtıcı tip;

■ yüksək, yaxud sənaye tipi. Onun fikrincə, birinci tipin vəzifəsi müharibə aparmaq, ikinci tipin vəzifəsi isə fərdi rifahdır. Bu sistemdə fərd ilkin başlanğıc, dövlət isə yalnız vasitədir. 19-cu əsrin 40-cı illərində meydana gələn marksizm siyasi elmin inkişafında xüsusi bir cərəyanın ayrılması ilə nəticələndi. Marksist siyasi baxışların ən görkəmli nümayəndələri bu cərəyanın banisi K.Marks (1818-1883) və F.Engels (1820-1895) olmuşdur. Marksizmin siyasi təliminə aşağıdakı başlıca müddəalar və yanaşma üsulları xasdır:

1.Siyasi münasibətlər hər şeydən əvvəl hakimiyyət uğrunda mübarizədən irəli gələn münasibətlərdir və mahiyyət etibarilə ictimaiiqtisadi münasibətlər kimi fundamentə malikdir. Cəmiyyətdə yaranan ictimai-iqtisadi münasibətlər - bazis özünə müvafiq siyasi üstqurum hazırlayır. Bazis və üstqurum arasında qırılmaz əlaqə və asılılıq mövcuddur. Siyasət hər şeydən əvvəl iqtisadi münasibətlərin inikası kimi təzahür edir.

2.Dövlət sinfi ziddiyyətlərin barışmazlığı məhsuludur və iqtisadi cəhətdən hakim mövqe tutan siniflərin mənafeyinə xidmət edir. Dövlətin meydana gəlməsi xüsusi mülkiyyətin və siniflərin yaranması ilə əlaqədardır;

3.İqtisadi cəhətdən hökmranlıq edən sinif cəmiyyətin siyasi və ideoloji sferaları üzərində də hökmran mövqeləri öz əlində saxlayır. Beləliklə də, sinfi ağalıq şəraiti yaranır, yəni istehsal vasitələrinə sahib olan sinif faktik olaraq mülkiyyətdən məhrum olan sinif üzərində bütün sahələrdə ağalıq edir;

4.İnsanların siyasi şüuru, dünyagörüşü, baxışları onların cəlb olunduğu ictimai münasibətlərə əsasən formalaşır. Hakim sinfin baxışları cəmiyyətdə hakim ideyalara çevrilir. Lakin həmin ideyaların cəmiyyətin bütün üzvlərinin şüuruna yol tapması qeyri-mümkündür, çünki hakim sinif ideologiyası yalnız hakim sinfin mənafeyini əks etdirir. Buna görə də bu ideologiya "yalançı şüur" rolunu oynayır; 5.Siniflərin ictimai mövqeyinin dərk edilməsi onların siyasi davranışının müəyyənedici amilidir. Hər bir siyasi liderin, ictimai qrupun siyasi fəaliyyətinin əsasında onun daxil olduğu sinfin mənafeyinin müdafiə edilməsi tələbatı durur.

19-cu əsrin sonları siyasi fikir tarixində bir sıra maraqlı ideyaların meydana gəlməsi ilə əlamətdardır. Bunlar içərisində sosial darvinizm, zorakılıq və elita nəzəriyyələri xüsusi əhəmiyyətə malikdir. İlk sosial darvinist ingilis alimi, "Fizika və siyasət" əsərinin müəl lifi U.Beccqot (1826-1877) olmuşdur. Onun fikrincə, bəşə - riyyətin siyasi tarixinin üç mərhələsi: a) ənənələrin meydana gəlməsi; b) dövlətin və xalqların meydana gəlməsi mənbəyi kimi zorakılıq (işğal); c) sivilizasiya – yaşayış və güclülərin zəifləri işğal etməsi uğrunda mübarizədə pis ənənələrin yaxşı ənənələr tərəfindən aradan qaldırılması mərhələləridir.
Zorakılıq (işğal) nəzəriyyəsinin görkəmli nümayəndəsi polyak Lüdviq Qumploviçdir (1838-1909). "İrqlərin mübarizəsi” əsərində Qumiloviç göstərir ki, insanların bir-birinə əbədi nifrəti tayfalar, qəbilələr və xalqlar arasında münasibətləri müəyyənləşdirən ilkin amildir. Dövlətin inkişafı prosesi onun ərazisinin inkişafına adekvat olduğundan, bu, dövlətlərin və xalqların daim münaqişəyə girməsinə, toqquşmasına, müharibələrə səbəb olur.

19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində siyasi fikir tarixində dərin iz buraxmış alim böyük sosioloq və politoloq Maks Veber (1864-1920) olmuşdur. Onun başlıca siyasi ideyaları 1927-ci ildə çapdan çıxmış "İqtisadiyyat və cəmiyyət" əsərində şərh edilmişdir.

Veberin siyasi sosiologiyasında çıxış nöqtəsi müasir Avropa dövlətlərini tarixdə olmuş və ya dünyanın digər hissələrində mövcud olan dovlətlərdən fərqləndirən səbəblərin axtarışı ilə bağlıdır. Hakimiyyətlə onun legitimləşməsi arasında asılılığın tədqiqi də Veberin müasir sosiologiyaya və politologiyaya töhfəsi hesab edilə bilər. Veberin siyasi təlimində mərkəzi kateqoriya "hökmranlıq" anlayışıdır. Bu mütəfəkkir “hökmranlıq" anlayışını "hakimiyyət" anlayışından fərqləndirir və göstərir ki, birincidən fərqli olaraq ikinci iqtisadi gücə əsaslanır. Veberdən sonra gələn bütün sosioloqlar və politoloqlar onun "hökmranlığın" üç tipi (ənənəvi, harizmalı, rasional-leqal) haqqında tezisini əsas etibarilə qəbul edir. 20-ci əsrin əvvəllərindən etibarən siyasi tədqiqatların mərkəzi Avropadan Amerikaya keçir. ABŞ siyasi məktəbinin görkəmli nümayəndələri Çarlz Marriam (1874-1953) politologiyada bixeviorçu cərəyanın, Hans Morgentau (1904-1980) praqmatizmin və siyasi realizmin baniləri hesab olunur. 50-60-cı illərdə politoloqların diqqətini siyasi mədəniyyət, siyasi sistem problemləri cəlb edir. Q.Almondun, Ç.İstonun bu məsələlərə həsr olunmuş əsərləri çapdan çıxır. Siyasi elmdə bir sıra meyllər formalaşmağa başlayır:

1) başlıça olaraq Avropadan kənar siyasi sistemlərin öyrənilməsi hesabına siyasi elmin empirik hüdudları genişlənir

2)siyasi biliklərin və siyasi elmin dəqiqləşdirilməsi sahəsində birgə səylər edilir; 3) sosial qrupların siyasi roluna və sosial təsisatlara maraq artır;

4) siyasi sistemlər analitik təhlil obyektinə çevrilir. Qərb siyasi fikrində 50-60-cı illərdən etibarən yeni bir nəzəriyyə - "konvergensiya nəzəriyyəsi" yayılmağa başlayır. Latın dilində bu söz yaxınlaşmaq, bir nöqtədə birləşmək deməkdir. Mənşəcə bioloji termindir, eyni mühitdə yaşayan canlı orqanizmlərdə oxşar cəhətlərin inkişaf etməsini nəzərdə tutur. Nəzəriyyənin baniləri Pitirim Sorokin (1889-1968), Con Kennet Helbreyt (1908-Kanada), Uolt Uitmen Rostoudur (1916- Nyu-York).

Onların fikrincə, kapitalizm və sosializm "vahid postindustrial cəmiyyətdə" birləşməlidir. Kapitalizmdə qərarlaşmaqda olan dövlət tənzimləməsi ("sosiallaşma" prosesi) bazar stixiyasının qarşısını alacaqdır. Sosializm isə liberallaşacaq. Nəticədə vahid bir sistem yaranaçaq. Dövlətə menecerlər rəhbərlik edəcəklər. Helbreyt yazır ki, müasir dövlət burjuaziyanın işlərini idarə edən orqan deyil, texnostrukturanın içraiyyə komitəsidir. Nəzəriyyənin başlıca nəticəsi ondan ibarətdir ki, iki sistem arasındakı əksiklik aradan qalxdığına görə, sosial inqilab problemi yox olur.

Müasir Qərb siyasi fikrinin ən kəskin təzahürlərindən biri faşizmdir. Faşist siyasi ideologiyasının tərkib hissələri aşağıdakılardır: rasizm, şovinizm və millətçilik, coğrafi siyasət, totalitar dövlət konsepsiyası, antidemokratizm, hüquqi nihilizm, elitarlıq və rəhbərin hakimiyyəti. Faşist diktaturasının əsas aləti terrorçu totalitar dövlətdir. Faşist ideologiyasında Nitsşenin fövqəlinsan və elita nəzəriyyəsi birləşmişdir.

"Texnokratiya doktrinası" amerikalı professor T.Veblenin (1857-1929) adı ilə bağlıdır. "Mühəndislər və qiymətlər sistemi" kitabında (1921) o, hakimiyyəti sənaye sisteminin Baş qərargahı olan "texniklərə" verməyi tələb edirdi. 30-cu illərdə bu konsepsiyanı Q.Skott və Frederiko Uinslou Teylor müdafiə edirdi. 1941-ci ildə Ç.Bernhem «Menecerlər inqilabı» adlı əsərində doktrinanı daha da inkişaf etdirdi. O, iddia edirdi ki, müasir dünyanın bir sıra dövlətlərində texnokratiya siyasi reallığa çerilmişdir. Buna görə də gələcəkdə planetdə texnokrat direktorlar komitəsi başda olmaqla vahid texnokratik dövlət yaranacaqdır.

60-70-ci illərdə bu ideya Q.Saymon ("elmi surətdə idarə olunan dövlət”), D.Bell ("postindustrial cəmiyyət"), B.Bekvit (“ekspertokratiya konsepsiyası) və Z.Bjezinski (texnotron cəmiyyət)' tərəfindən inkişaf etdirilmişdir.

Doktrinanın tərəfdarları belə hesab edirlər ki, elmi-texniki inqilab şəraitində siyasi həyata elm və texnikanın təsiri güclənir, elmitexniki mütəxəssislərin dövlət idarəçiliyində iştirakı genişlənir. Nəticədə hakimiyyət biznesmenlərdən menecerlərə keçir. Texniki mütəxəssislər həm də "sosial mühəndislər" olur, istehsal funksiyaları ilə yanaşı, dövlət hakimiyyətini də onlar öz əllərində cəmləşdirirlər. "Texnobürokratiya" yaranır, yeni hakim sinif formalaşır, yeni sosialsiyasi sistem olan texnokratiya meydana çıxır. Bütün bunların nəticəsində texnokratiyada siyasi hakimiyyət öz sinfi mahiyyətini itirir. "Ümumi rifah dövləti" nəzəriyyəsi. Azad rəqabət dövründə dövlətin vəzifəsi kapitalist təsərrüfatının ümumi səylərini qorumaqdan ibarət ("gecə gözətçisi dövləti" siyasəti) idi. Müasir dövrdə isə o, iqtisadiyyata fəal müdaxilə etməyə başlayır. Bu işin nəzəriyyəsi ingilis iqtisadçısı D.Keynsin (1883-1946) "Ümumi məşğulluq, faiz və pul nəzəriyyəsi" (1936) kitabında işlənib hazır - lanmışdır. Onun ideyaları sonralar "ümumi rifah dövləti" nəzəriyyəsinin yaranması üçün əsas oldu. C.Myurdal, C.Streçi, A.Piqu, U.A.Robson, D.Neyl, K.Bouldinq və başqalarının əsərlərində göstərilir ki, dövlətin müdaxiləsi iqtisadiyyatın yaralarını sağaldır, ayrı-ayrı ölkələrdə "ümumi rifah dövlətinin", gələcəkdə isə bütövlükdə "rifah dünyasının" yaranmasına gətirib çıxarır.

Müasir dünyanın siyasi fikrinə və ictimai hərəkatlarına Hindistan mütəfəkkiri, hind xalqının böyük oğlu Mohandas Karamçand Qandi (1869-1948) böyük təsir göstərmişdir. O, hind xalqının ingilislərin müstəmləkə zülmünə qarşı azadlıq müharibəsinin rəhbəri, Hindistan Milli konqres partiyasının lideri olmuşdur. Onun siyasi konsepsiyasının kökləri dini-əxlaqi postulatlara gedib çıxır və universal əxlaqi-fəlsəfi doktrinanın sanki bir vəsiləsini təşkil edir. O, induizmə hər şeydən əvvəl "qeyri-zorakı vasitələrlə" həqiqətin axtarılıb tapılması kimi baxırdı. Həqiqəti Allahla eyniləşdirir, "allahquruculuğu" "axmisa" ("ziyan vurmamaq") prinsipi ilə əsaslandırırdı. O, "axmisanı" dünya qanunu hesab edirdi. Qandi ümumi seçki hüququ tələb edirdi. O, insanların ürəyində inqilab etmək istəyirdi. Dövlətə nihilist münasibət bəsləyir və belə hesab edirdi ki, onların hamısına istismarçılıq xasdır. Onun fikrincə, dövlət mütləq şərtdir. Ondan çıxış yolunu isə özünü idarə edən kənd respublikalarının - icmaların federasiyasında görürdü. O, "içma kommunizmi" arzulayırdı. Bu, "maarifçi anarxizm" adlanır. Qandinin fəlsəfi dünyagörüşü və siyasi baxışları siyasətdə yeni cərəyanın - qandizmin formalaşmasının əsasını qoydu. Siyasəti əxlaq qanunları ilə bir araya qoymağın qeyri-mümkünlüyünə əsaslanan makiavelliçi cərəyanın əksinə olaraq qandizm siyasətlə əxlaqın qarşılıqlı münasibətlərinə yeni yanaşmanı ifadə edir. Qandinin fikrincə, siyasət əxlaq prinsiplərinə əsaslandıqda insanın sosial mahiyyətinə daha yaxın olur.




Download 164,33 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Download 164,33 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



SİYASİ FİKRİN İNKİŞAF TARİXİ

Download 164,33 Kb.