SİYASİ REJİMLƏR Dövlət sistemində müəyyənedici rol siyasi rejimlərə məxsusdur. Siyasi rejim idarəetmə metodları və üsullarının məcmusudur. O, dövlətin ictimai vəziyyətini - dövlət hakimiyyətinin fərdə, ictimai təsisatlara, etnik birliklərə və i. a. münasibətini, cəmiyyətdə siyasi azadlığın səviyyəsini, şəxsiyyətin hakimiyyətə münasibətini və s. səciyyələndirir. Geniş mənada o, həm də vətəndaş cəmiyyətinin strukturlarına aiddir və məcmu halında siyasi sistemin mahiyyətini ifadə edir.
Siyasi rejim:
■siyasi, habelə milli qüvvələrin nisbəti;
■fərdlərin və vətəndaş cəmiyyətinin siyasi yetkinliyi; coğrafisiyasi şərait;
■rəhbər dövlət xadimlərinin (siyasi liderlərin) şəxsiyyəti ilə şərtlənir.
Mövcud ədəbiyyatda aşağıdakı əsas əlamətlərə görə siyasi rejimlərin təsnifatı verilir (bu zaman nəzərdə tutmaq lazımdır ki, siyasi rejim heç vaxt "xalis" formada olmur. Buna görə də onların təsnifatı verilərkən M.Veberin ədəbiyyata gətirdiyi "ideal tip" anlayışından istifadə olunur. O, bu və ya başqa əsas əlamətinə görə siyasi rejimləri bir-birindən fərqləndirməyə imkan verir):
|