• : Partiya hakimiyyəti ələ almaq, yaxud hakimiyyətdə iştirak etmək məqsədilə müəyyən ideyanın və ya liderin fəal tərəfdarlarının birləşdiyi məqsədyönlü və mütəşəkkil qrupdur.
  • Mühazirə Fənn: Politalogiya Müəllim Sərvərov Bəxtiyar




    Download 164,33 Kb.
    bet23/39
    Sana09.03.2021
    Hajmi164,33 Kb.
    #13199
    1   ...   19   20   21   22   23   24   25   26   ...   39
    Kliyentel (cəmiyyətdə xüsusi şəraiti nəzərə alaraq partiyadan kənar fəaliyyət göstərən, lakin öz taleyini onunla bağlayan birinci şəxsin ətrafında təşəkkül tapan latent - (gizli siyasi qüvvə) əsasında yaranan partiyalar da vardır. Belə ki, Fransanın ən nüfuzlu partiyalarından biri olan Respublikaya yardım uğrunda birlik məşhur populist general de Qollun kliyenteli ətrafında yaranmışdır. Doğrudur, sonradan partiya ondan uzaqlaşdı, amma, buna baxmayaraq, bu gün də onun ideyalarından fəal istifadə edir.

    Partiyanın tərifini verməyə çalışan ilk ingilis alimi Byork (19- cu əsrin əvvəlləri) olmuşdur. Onun fikrincə partiya ümumi prinsipləri rəhbər tutan və birgə səylə milli mənafeləri təmin etmək üçün birləşən adamlar qrupudur. 19-cu əsrin 1 yarısında fransız liberalizminin nümayəndəsi B.Konstan yazırdı ki, partiya eyni siyasi doktrinaların ardınca gedən adamlar yığıncağıdır. Parisdəki siyasi elmlər institutunun professoru J.L..Kermonn "Qərb siyasi rejimləri" (1986) adlı əsərində göstərir ki, "partiya bir siyasi istiqamətdən olan vətəndaşları, müəyyən məqsədlər üzrə ictimai rəyi səfərbər etmək, hakimiyyət orqanlarında iştirak etmək, ya da hakimiyyət orqanlarını öz tələblərinə nail olmağa doğru yönəltmək üçün birləşdirən mütəşəkkil qüvvədir". Müasir politologiyanın nüfuzlu simalarından biri olan C.La Palombara (ABŞ) siyasi partiyanın tərifini vermək üçün onun əsas ünsürlərini sadalamağı məqsədəuyğun hesab edir və bu zaman aşağıdakı əsas ünsürləri ayırır: birincisi, istənilən partiya hər şeydən əvvəl müəyyən ideologiyanın, yaxud ən azı dünyaya və səviyyələrində insanların kifayət qədər uzunmüddətli birliyi, deməli, başqa sözlə desək, təşkilatıdır. Bu mənada, o, kliyenteldən fərqlənən bir təsisatdır, milli, regional, lokal, bəzən isə beynəlmiləl ölçüləri olan təşkilatdır.

    Üçüncüsü, partiyanın məqsədi hakimiyyəti ələ almaq və onu həyata keçirməkdir. Şübhə yoxdur ki, çoxpartiyalı sistem şəraitində heç də həmişə bir partiya hakimiyyəti ələ ala bilmir. Ona görə də bu iş çox vaxt koalisiyada yerinə yetirilir. Dördüncüsü, hər bir partiya xalqı öz tərəfinə çəkməyə çalışır. Bu mənada, bəzi partiyalar kilsəni xatırladır (Yeri gəlmişkən, R.Debre kilsəni “Allahın partiyası" adlandırırdı). Digər kütləvi təşkilatlarla müqayisədə siyasi partiyalar: formal təşkilat strukturunun olması, ideoloji xarakter daşıyan birgə hərəkət proqramının işlənib hazırlanması, cəmiyyətin siyasi həyatında iştirak etməyə imkan verən müəyyən statusun olması (bu status müvafiq dövlətin konstitusiyası ilə müəyyən olunur), dövlətdə spesifik yeri, xüsusi hüquqi rejimi, müəyyən sosial-sinfi mənafeyi ifadə etməsi, sosial bazanın olması və s. ilə fərqlənir.

    Müasir siyasi partiyaların üç başlıca əlaməti vardır

    1. Cə miyyə tin digər üzvləri ilə münasibətdə müəyyən adamlar qrupunun ay - rıl ması (partiya termini latın dilində "hissə” mənasını verir);

    2. Həmin qrupu birləşdirən təşkilatın olması;

    3. Qrupun cəmiyyətdən ayrılması ideya platforması əsasında da ola bilər, təşkilat isə həmişə siyasi xarakter daşıyır. Deməli, buradan məlum olur ki, partiyalar ilk növbədə hakimiyyətə sahib olmağa can atır və bunun üçün məhz siyasi vasitələrdən istifadə edirlər.

    Deyilənləri yekunlaşdıraraq, siyasi partiyaya belə tərif vermək olar: Partiya hakimiyyəti ələ almaq, yaxud hakimiyyətdə iştirak etmək məqsədilə müəyyən ideyanın və ya liderin fəal tərəfdarlarının birləşdiyi məqsədyönlü və mütəşəkkil qrupdur.




    Download 164,33 Kb.
    1   ...   19   20   21   22   23   24   25   26   ...   39




    Download 164,33 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mühazirə Fənn: Politalogiya Müəllim Sərvərov Bəxtiyar

    Download 164,33 Kb.