• Partiya sistemləri
  • Totalitar partiya
  • Sosialist partiya sistemi
  • Mühazirə Fənn: Politalogiya Müəllim Sərvərov Bəxtiyar




    Download 164,33 Kb.
    bet24/39
    Sana09.03.2021
    Hajmi164,33 Kb.
    #13199
    1   ...   20   21   22   23   24   25   26   27   ...   39
    Partiyaların təsnifatı. Partiyaların funksiyaları Politoloqlar dünyada mövcud olan partiyaların ümumi və fərqli cəhətlərini təhlil etmək əsasında onları tiplərə ayırmağa çalışırlar. Partiyaların ilk təsnifatını 18-ci əsrin ortalarında ingilis filosofu D.Yum vermişdir. Onun fikrincə, ümumi mənafe zəminində "mənafe partiyaları", bu və ya başqa liderə bağlılığına görə "affekt partiyaları" və ümumi prinsiplər əsasında yaranan "prinsip partiyaları" birbirindən fərqləndirilməlidir.

    Müasir politologiyada partiyaların klassik təsnifatı M.Düverje tərəfindən onun "Siyasi partiyalar" adlı əsərində verilmişdir. Onun işləyib hazırladığı binar (latın dilində ikili deməkdir) təsnifata kadr və kütləvi partiyalar daxil idi. Onun fikrincə, kadr partiyaları "aşağılarda"kı elektoral komitələrin və "yuxarılarda"kı parlament qruplarının təkamülünün məhsuludur (onun inamına görə, bu proses 19-cu əsrin ortalarından başlanmışdır). Deməli, bunlar notabl (cəmiyyətdəki vəziyyəti onlara siyasi həyatda nüfuzu təmin edən adamların) partiyalarıdır.

    Kadr partiyalarının əksi olaraq, kütləvi partiyalar, Düverjenin təsnifatına görə, ikinci nəsil qurumlarıdır, onlar ümumi seçki hüququnun məhsuludurlar.

    Düverje bu iki partiya növünü həmçinin onların daxili srukturuna, o cümlədən vətəndaşı partiyaya bağlayan əlaqələrin tipinə görə də fərqləndirir. O burada üç əsas konsentrik dairə görür: partiyanı özü üçün həyatın mənası, kilsə kimi bir şey hesab edən fəallar dairəsi; üzvlük haqqı verən və qeydiyyat vərəqləri olan, partiyanı özü üçün təşkilat hesab edən partiya üzvləri dairəsi; təktək hallarda mitinqlərdə iştirak etməklə və partiyanın namizədlərinə səs verməklə kifayətlənən təəssübkeşlər və seçicilər dairəsi. Əgər bir tərəfdən partiya üzvləri və onun seçiciləri, digər tərəfdən isə fəallarla partiya üzvləri arasındakı riyazi nisbəti nəzərdən keçirsək, onda seçicilərin sayına münasibətdə partiya üzvlərinin və aydındır ki, fəalların partiya üzvlərinə münasibətdə nisbəti nə qədər çox olsa, partiya bir o qədər kütləvi şəkil alır. Və, əksinə; partiyaya səs verənlərlə müqayisədə partiya üzvlərinin sayı nə qədər az olursa, partiya bir o qədər kadr partiyası xarakteri alır.

    Sonradan Düverje öz təsnifatını bir qədər təshih edərək, daha bir partiya tipini ora əlavə etdi. Bu, orijinal struktura malik olan "bilavasitə" partiyalardır. (Britaniya leyborist partiyası belə partiyadır. Belə ki, müvafiq həmkarlar ittifaqının üzvü olan şəxs, əgər etiraz etmirsə, onda avtomatik olaraq həmin partiyanın üzvü olur).

    Daha sonra Düverje partiyaları başqa əlamətinə görə də təsnif etməyi tövsiyə etdi. Onun fikrincə, güclü və zəif struktura malik partiyaları bir-birindən fərqləndirmək lazımdır. O yazır ki, məsələn, Britaniya mühafizəkarlar partiyası kadr partiyası, leyboristlər isə "bilavasitə" partiyadır. Lakin hər iki partiyanın daxili intizamına əsasən, onun parlamentdəki deputatları həmin partiyanın deputat qrupunun direktivlərinə tabe olmalıdırlar. Deməli, bu partiyalar güclü struktura malik olan partiyalardır. Və ya əksinə: ABŞ-da demokratlar və respublikaçılar partiyasının deputat üzvləri konqresdə demək olar tam səsvermə azadlığına malikdirlər. Bu mənada, onlar zəif struktura malik partiyalardır. (Burasını da qeyd etməliyik ki, ciddi daxili intizamın olmaması, hətta prezident konqresdə əksəriyyətə malik olmadığı hallarda da rejimin normal fəaliyyət göstərməsini təmin edir). Bir sıra nüfuzlu politoloqlar (La Palombara və b.) hələ 60-cı il - lər də Düverjenin öz binar təsnifatına etdiyi əlavələrlə razılaş ma yaraq, belə hesab edirdilər ki, 20-ci əsrin sonlarında kadr partiyalarını arxaik, kütləvi partiyaları isə mütərəqqi modelə aid etmək olmaz. Doğrudan da, əksər müasir partiyalar kütləvi partiya deyildir - lər (hər çənd ki, seçkilər zamanı kifayət qədər səs toplayırlar), onların həm üzv lərinin, həm də fəallarının sayı azdır. Bunu nəzərə alaraq, La Pa lombara və Vayner (ABŞ) üçüncü partiya tipini ayırdılar və onu "ha mı nı əhatə edən partiya" adlandırdılar. Bu, ideo logi yasız laşdı - rıl mış proqramın köməyi ilə müxtəlif sosial və peşə mənsubiyyəti yaxud etnik mənşəyi olan daha çox seçicini səfərbər etməyə can atan "beynəlsinfi partiyalardır" (Fransa demokratiyası uğrunda ittifaq, italyan demoxristianları). Belə partiyaları "seçici partiyaları” da adlandırırlar. Buradan çıxış edən fransız J.Şarlo amerikalı Ç.Sartori ilə birlikdə partiyaların öz təsnifatını təklif edir: notabl (kadr) partiyaları; kütləvi partiyalar; seçici partiyaları. S.Koen isə tamamilə başqa ölçülərdən çıxış edərək partiyaların öz təsnifatını irəli sürür: 1. Siyasi avanqard olan partiya; 2. Seçki kompaniyasında iştirak etmək üçün yaradılan partiya; 3. "Parlament" partiyası; 4. "İcma-partiya" (yaxud klub-partiya). Ədəbiyyatın təhlili göstərir ki, siyasi partiyaların təsnifatını verməyə çalışan müəlliflərin sayını daha da artırmaq olar. Bunu nəzərə alaraq, ayrı-ayrı müəlliflərin fikirlərini ümumiləşdirmək əsasında siyasi partiyaların aşağıdakı əlamətlərə görə təsnifatı təklif edilə bilər:

    1. Sosial bazasına görə: sinfi, siniflərarası partiyalar, sosial qrupların partiyaları.

    2. Təşkilati strukturuna görə: kadr partiyaları və kütləvi partiyalar. Bu əlamətə görə, bəzən “sərbəst üzvlüyü olan partiyalar"ı da ayırırlar. Burada bu və ya başqa partiyaya mənsubiyyət seçkilər zamanı onun namizədinə səslərin verilməsinə əsasən müəyyən olunur. Buna əsasən Qərbdə açıq və qapalı partiyaları bir-birindən fərqləndirirlər. Bundan əlavə, burada təşkilati quruluşuna görə mərkəzləşdirilmiş (vahid rəhbər mərkəzi, proqramı, partiya intizamı olan) və mərkəzləşdirilməmiş partiyaları ayırırlar.

    3. Hüquqi vəziyyətinə görə: qeydə alınmış və qeydə alınmamış partiyalar. Leqal və qeyri-leqal partiyalar.

    4. Fəaliyyət əlamətlərinə görə: inqilabçı, islahatçı, radikal, ekstremist partiyalar.

    5. İdeya-siyasi təmayülünə görə: sağ, sol, mərkəzçi, millətçi, dini və s. partiyalar. Siyasi həyatda “sağ” və “sol” anlayışı 1789-cu il Fransa inqilabından sonra meydana gəlmişdir. Fransa parlamentində sağ tərəfdə oturanlar monarxiya quruluşunu saxlamağa çalışır, sol tərəfdə yerləşənlər isə (yakobinçilər) radikal inqilabı dəyişikliklərin tərəfdarı idi. Hazırki ənənələrə görə öz ideologiyalarında şəxsiyyətin maraqla - rının üstünlüyünü vurğulayanlar “sağ” partiya, cəmiyyətin və dövlə - tin maraqlarının üstünlüyünü qeyd edənlər isə “sol” partiya hesab olunur. Qarışıq siyasi ideologiya daşıyıcısı olan partiyalar mərkəzçi adlanır.

    Siyasi ideologiyasında milli və millətçi çağırışların üstünlük təşkil etdiyi partiyalar millətçi partiyalar, dini ideologiya ilə silahlanmış siyasi təşkilatlar isə dini partiyalar hesab olunur. Partiyaların cəmiyyətdə yeri, rolu hər şeydən əvvəl onun funk - siya larında öz əksini tapır. Xalqla dövləti birləşdirən şaquli əlaqələri təcəssüm etdirən, siyasi prosesin bütün fazalarında fəal iştirak edən partiyanın ən mühüm funksiyası cəmiyyətdə hakimiyyət statuslarının bölüşdürülməsində vacib mexanizm kimi fəaliyyətində üzə çıxır. Partiya digər təşkilat və birliklərdən fərli olaraq onu təşkil edənlərin mənafelərini hər şeydən əvvəl hakimiyyəti ələ almaq və ya hakimiyyətdə iştirak etmək vasitəsilə həyata keçirməyə çalışır. Partiyaların mühüm funksiyalarından biri ictimai inkişafın məqsədlərini müəyyənləşdirmək, siyasi inkişafın strategiyasını və proqramını işləyib hazırlamaqdır. Siyasi proseslərdə iştirak zamanı, xüsusilə də seçki kampaniyalarının gedişində partiyanın irəli sürdüyü proqramlarda sosial tərəqqinin və siyasi inkişafın yeni modeli təklif olunur. Partiyanın seçkilərdə qələbəsi vətəndaşların əksəriyyətinin məhz bu proqramı qəbul ediyini və müvafiq surətdə cəmiyyətin yeni inkişaf proqramı və yolu seçdiyini ifadə edir. Partiyaların fəaliyyəti vətəndaşların siyasi so sial laş ma sına güc - lü təsir göstərir ki, bu da onların daha bir funk siya sın dan xəbər verir. Partiyaların fəaliyyətinin ən mühüm cəhəti seçicilərin sə si, rəğbəti uğrunda mübarizədir. Bu zaman partiyalar seçicilərlə fəal iş aparır, onları siyasi iştirakçılığa meylləndirir, siyasətə marağı güc lən dirməyə çalışır. Partiyaların yerinə yetirdiyi funksiyalardan biri də liderlərin və siyasi elitanın formalaşdırılmasıdır. Partiyaların fəaliyyəti nəticəsində siyasi həyata nəinki peşəkar siyasətçilər gəlir, habelə fəal partiya funksionerləri idarəetmənin müxtəlif pillələrində təmsil olunaraq siyasi elita təbəqəsini yeniləşdirir. Bunlardan əlavə, siyasi partiyalar aşağıdakı funksiyaları da yerinə yetirir:

    ■ təmsil olunduğu sosial təbəqələrin mənafelərinin üzə çıxarılması və bəyan edilməsi;

    ■qrupdaxili və qruplararası inteqrasiya;

    ■siyasi sistemin ümumi prinsipləri və komponentlərinin formalaşdırılmasında iştirak etmək;

    ■ictimai rəyin formalaşdırılmasında iştirak etmək.

    Partiyaların fəaliyyəti ilə bağlı mühüm məsələlərdən biri siyasi sistemdə onların yerinin qanuvericilik yolu ilə müəyyən edilməsidir.

    Qeyd etmək lazımdır ki, partiyaların fəaliyyətini hüquqi tənzimetmə (başqa sözlə, partiyaların hüquqi təsisatlandırılması) müa sir siyasi sistemlərdə onların oynadığı mühüm roldan irəli gəlir. Təsadüfi deyildir ki, partiyaların mövcud olduqları uzun illər ərzində onların fəaliyyətini hüquqi tənzimetmə mexanizmi olmamış, sözün əsl mənasında, bu proses yalnız ikinci dünya müharibəsindən sonra başlanmışdır. Əvvəllər isə hüquq sistemləri siyasi sistemdə hər bir vətəndaşın fərdi yolla iştirakını nəzərdə tutan liberal prinsipə üstünlük verirdilər. XIX əsrin sonu- XX əsrin əvvəllərində ilk dəfə ABŞ-da bu prinsipdən geri çəkilmə müşahidə olunur. Məhz orada ilk dəfə partiyaların fəaliyyəti çoxsaylı qanunlarla tənzim olunmuşdur. Sonralar İtaliyada və Almaniyada faşist rejimləri partiyaların fəaliyyətini hüquqi yolla tənzim etməyə başladılar. Onların qəbul etdikləri qanunlar faşist partiyasından başqa yerdə qalan bütün partiyaları qadağan etdi.

    Həmin qanunlarda dövlət orqanları funksiyalarının partiya orqanlarına verilməsini nəzərdə tutan normalar öz əksini tapmışdı. Hazırda dünyanın əksər ölkələrində konstitusiyalar və müvafiq qanunlar ictimai və siyasi həyatda partiyanın yerini müəyyən edir, siyasi sistemdə onun fəaliyyətinin şərtlərini aydınlaşdırır, dövlət hakimiyyəti orqanlarında partiyanın təmsi olunması qaydasını,

    seçkilərdə partiyanın iştirak mexanizmini, partiyaların dövlət tərəfindən maliyyələşdirilməsini rəsmiləşdirir və s.



    Partiya sistemləri İctimai quruluşun xarakterindən, sosial-iqtisadi, mənəvi və ən başlıcası siyasi inkişaf səviyyəsindən, demokratik ənənələrin möhkəmliyindən asılı olaraq siyasi sistemdə fəaliyyət göstərən partiyalar müəyyən sistem əmələ gətirir. Partiya sistemi dedikdə müxtəlif partiyaların bir-biri ilə və dövlətlə sabit, davamlı əlaqə və münasibətləri sistemi başa düşülür. Partiya sistemlərinin formalaşması bir çox amillərin təsiri altında baş verir. Bu prosesə müəyyənedici təsir göstərən amillərdən biri mövcud sosial strukturun xarakteri, sosial-mədəni ənənələrdir. Sosial strukturun təxminən bərabər təmsil olunmuş rəngarəng tərkibi ölkədə çoxpartiyalılığı şərtləndirən səbəblərdən biri hesab olunur. Sosial strukturda orta sinfin həlledici rol oynadığı mühitdə bir qayda olaraq çoxsaylı partiyaların meydana gəlməsi üçün zəmin olmur və ya partiyalar siyasi sistemdə üstün rol oynayan güclü partiya ətrafında cəmlənməli olur. Belə ölkələrdə adətən 2-3 partiya siyasi sistemdə həlledici rol oynayır. Gənc demokratiya dövlətlərində və ölkənin sosial strukturun kəskin qütbləşmə xarakteri daşıdıqda isə siyasi sistemə daxil olan partiyaların sayı çoxluğu ilə fərqlənir. Partiya sisteminin yaranmasında cəmiyyətin siyasi sisteminin təbiəti, vətəndaşların siyasi iştirakçılığını tənzimləyən qanunvericilik normaları da mühüm rol oynayır. Belə ki, majoritar seçki sistemi tətbiq edilən siyasi rejimlərdə (ABŞ, Böyük Britaniya və s.) bir qayda olaraq ikipartiyalı sistem, yaxud üstün mövqeyə malik bir və ya iki partiya ətrafında formalaşan partiya sistemi qərarlaşır. Nisbi təmsilçilik (proporsional) seçki sistemi isə, əksinə, çoxsaylı partiyaların meydana gəlməsinə imkan yaradır. Beləliklə, cəmiyyətdə mövcud olan ictimai-siyasi qaydalar. sosial struktur və digər amillər partiya sisteminin xarakterini müəyyən edir. Politologiyada partiya sistemlərinin təsnif edilməsi mühüm əhəmiyyət kəsb edir. Partiya sistemlərinin təsnifatının bir sıra metodları mövcuddur. Bunlardan biri partiya sistemlərini bu sistemə daxil olan partiyaların kəmiyyət tərkibinə əsasən təsnif etməkdir. Bu mənada partiya sistemləri təkpartiyalı rəqabətsiz və çoxpartiyalı (rəqabətə əsaslanan) partiya sistemləri kimi qruplaşdırılır. Çoxpartiyalı sistem özü də lkipartiyalı, çoxpartiyalı və üstün rol oynayan partiya ətrafında cəmləşən çoxpartiyalı sistemlərə bölünür. Partiya sistemlərinin partiyaların sayına görə təsnif edilməsi onların həqiqi mahiyyətini açıb göstərməyə imkan vermir, çünki bu halda mövcud çoxsaylı partiyaların neçəsinin siyasi proseslərə real təsir göstərmək imkanı olduğu qaranlıq qalır. Partiyaların say tərkibi ilə bağlı politologiyada ciddi diskussiyalara səbəb olan məsələlərdən biri partiyaların sayı ilə onların fəaliyyətinin səmərəlilik dərəcəsi arasında asılılığın müəyyən edilməsidir. Məsələn, Ç.Sartori belə hesab edir ki, beşdən çox partiyanın olması "ifrat çoxpartiyalılıqdır" və bu da dövlətin mövcudluğu üçün təhlükə yarada bilər. Bununla əlaqədar o, belə hesab edir ki, ən səmərəli, sabitlik üçün əlverişli variant ikipartiyalı sistemdir. ABŞ-da, İngiltərədə, Kanadada, Avstraliyada uzun sürən siyasi sabitliyin mühüm səbəblərindən biri burada ikipartiyalı sistemin uğurla tətbiq edilməsidir. Lakin çoxpartiyalı sistemin uğurla fəaliyyət göstərməsinə aid də misallar gətirmək olar. Məsələn, Avstriyada, Belçikada, Niderlandda, Türkiyədə və bir sıra digər ölkələrdə belə sistem mövcuddur. Partiya sistemlərinin təsnifatının digər variantını Ç.Sartori təklif edir. Onun təsnifatı partiyaların ideya distansiyalarına əsaslanır. Sartorinin birpartiyalı (monoideoloji) partiya sistemi ilə ”atomlaşmış” (ideyaca müxtəlif) partiya sistemləri arasında yeddi partiya sistemləri tipi vardır. Buraya "hegemon partiyalar", "üstün rol oynayan partiyalar", "ikipartiyalı", "məhdud plüralizm'', "radikal-plüralizm" və s. partiya sistemləri daxildir. Partiya sistemlərinin partiyaların keyfiyyət müəyyənliyi

    əsasında təsnifatını aparmaq da mümkündür. Bu zaman demokratik, totalitar, avtoritar, habelə sosialist partiya sistemləri fərqləndirilir. Qeyd olunan partiya sistemlərinin hər birinin özünün səciyyəvi cəhətləri vardır. Belə ki, məsələn, demokratik partiya sisteminin əla - mətləri aşağıdakılardır: cəmiyyətdə hakimiyyət uğrunda daim le qal mübarizə aparılır; hakimiyyətin mənbəyi ümumxalq seç kiləridir; hakimiyyət parlament əksəriyyəti olan partiya, yaxud par tiyalar qrupu tərəfindən həyata keçirilir; leqal müxalifət mövcud dur; sistemin bütün partiyaları arasında elementar qaydalara əməl edilməsi barə - sində razılıq əldə edilir. Demokratik partiya sistemləri çərçivəsində ikipartiyalı, çoxpartiyalı və "iki yarım partiya" sistemlərini ayırmaq olar. Politoloqlar müasir bipartizmin (ikipartiyalı sistemin) spesifikliyini onun üç cəhətində görürlər: o, birbaşa ümumi seçkilərdə partiyaların birinin parlamentdə yerlərin əksəriyyətinə sahib olmasını avtomatik surətdə təmin edir, öz növbəsində, parlament çoxluğu bütün legistratura müddətində hökumətə fəaliyyət göstərmək imkanı verir, nazirlər kabinetinin sabitliyini təmin edir və dövlət haki miy yə - tini möhkəmləndirir. O, seçicilərin təmsilçiliyini daha tam təmin edir, habelə dövlət başçısı seçmək üçün keçirilən paralel seçkilərə xərclənən vəsaitə qənaət etməyə imkan verir. Bipartizm ABŞ, İngiltərə, Avstraliya və s. ölkələrə xas olan sistemdir. Bu sistemdə adətən homogen partiyalar bir-biri ilə bəhsləşirlər. Çoxpartiyalı (plüralist) sistemdə neçə partiyanın iştirak etmə - sin dən asılı olmayaraq, artıq üçüncü partiyanın olması həmin partiyaların hər hansı birinin parlamentdə mütləq əksəriyyətə nail olması və onu uzun müddət öz əlində saxlamasına imkan vermir. Burada hökumət partiyaları adlanan partiyalar, hətta elektoratın xeyli hissəsi üçün məqbul olan proqrama malik olsalar da, yenə də müstəqil idarə edə bilmir və hökumət koalisiyasında iştirak etməli olurlar. Bu sistemdə elə partiyalar olur ki, onlar heç də hakimiyyəti ələ almağa can atmır və müxalifətdə qalmağa üstünlük verir. Bipartizm şəraitində bu cür müxalifətdə qalan partiya dərhal marginallaşır. Çoxpartiyalı sistemdə isə bu çox səmərəli üsul hesab olunur.

    Çoxpartiyalı sistemdə adətən heterogen partiyalar bəhsləşirlər. Nəhayət, "iki yarım partiya" sistemi adətən bipartizmlə çoxpar - tiyalılıq arasında keçid variantı kimi çıxış edir. Onun yalnız özünə - məx sus bir xüsusiyyəti vardır: burada əgər iki əsas partiya ilə yanaşı, üçün cü bir partiya da ortaya çıxarsa, onda o, həmin partiyalardan birinin qələbəsini və deməli, həm də hökumət koalisiyasının konturlarını müəyyən edir. Qərbdə deputat yerlərinin bölüşdürülməsi göstəricisinə əsasən demokratik partiya sistemlərinin daha bir təsnifatını verirlər. Bura daxildir: majoritar (parlamentdə mutləq əksəriyyətə malik olub, hökumət təşkil etmək hüququ olan) partiyanın hakim oluduğu partiya sistemi; deputat yerlərinin nisbi əksəriyyətinə malik olan əsas partiyanın iştirak etdiyi partiya sistemi; nəhayət, partiyaların koalisiyasına arxalanan partiya sistemi.

    Totalitar partiya sistemləri hazırda geniş yayılmayıb. Buna baxmayaraq, politologiyada həmin sistemlər geniş və hərtərəfli təhlil olunur. Alimlərin fikrincə, totalitar partiya sistemi elə bir sistemdir ki, orada: yalnız bir partiya leqal fəaliyyət göstərir, qalan partiyaların hamısı qadağan edilmişdir; partiya dövlətin fövqündə durur, o, cəmiyyətdə baş verən bütün dəyişikliklərin aparıcı qüvvəsi olur, ilkin və hakim rol oynayır; partiya aparatı dövlət aparatı ilə sıx bağlıdır, müxtəlif səviyyəli partiya rəhbərləri dövlət funksiyalarını yerinə yetirir, dövlət aparatını sıxışdırır və onu əvəz edirlər; partiya və dövlət rəhbərə ierarxik tabelik prinsipləri əsasında təşkil olunur; totalitar partiya sisteminin meydana çıxması hakimiyyətin həyata keçiril mə - si nin demokratik metodlarının böhranının nəticəsidir. Adətən bu sistemlər sol qüvvələrin inqilabi fəallığının coşğun yüksəlişi nəticəsində meydana gəlirlər.

    Bir çox hallarda avtoritar partiya sistemi totalitar partiya sistemi ilə eyniləşdirilir. Əslində isə onların arasında müəyyən oxşarlığın olmasına baxmayaraq, bu sistemlər bir-birindən ciddi surətdə fərqlənirlər. Belə ki, avtoritar partiya sistemində: həm doktrinada, həm də siyasi praktikada hakim amil kimi dövlət əsas götürülür; burada hakim partiya, bir qayda olaraq, rəhbər dövlət orqanlarının siyasətinin kütləvi müdafiəsini təşkil edən geniş ictimai hərəkat formasında mövcud olur; partiya sonradan yaradılır. Dövlət onu öz rəhbərliyinin idarəetmə bazasını genişləndirmək məqsədi ilə yaradır, o, hakimiyyətin həyata keçirilməsində ikinci dərəcəli rol oynayır. Burada partiya elitası siyasi hakimiyyət elitası deyildir; burada başqa partiyalar da mövcud ola bilir. Lakin həmin partiyalar məhdud dairədə fəaliyyət göstərir və dövlət hakimiyyətini ələ almaq uğrunda partiyalararası mübarizədə iştirak edə bilmirlər.

    Sosialist partiya sistemi çox vaxt hegemon partiya sistemi adlandırılır. SSRİ dünyada birinci və ən qüdrətli sosialist dövləti olsa da, sosialist partiya sistemi burada təşəkkül tapmadı. Oktyabr çevrilişindən sonrakı ilk aylarda Sovet Rusiyasında sol eserlərlə partiya bloku fəaliyyət göstərsə də, bu, uzun sürmədi; bolşeviklər bütün müxalifətçi partiyaları qadağan etdilər.



    Yalnız ikinci dünya müharibəsindən sonra sosialist partiya sistemi formalaşdı. Onun səciyyəvi əlaməti ondan ibarət idi ki, burada möv cud olan digər partiyalar, bir qayda olaraq, kommunist partiyasının siyasi sistemdəki aparıcı rolunu qəbul edir, sosializm qur - ma ğı ali məqsəd kimi qarşıya qoyur və beləliklə də ikinci dərəcəli rol oy na yırdılar. Bu mənada sosialist partiya sistemi əslində real çoxpartiyalılıqdan kənar olmuş, demokratik partiya sisteminə xas olan prinsiplər burada qərar tapa bilməmişdir. 20-ci əsrin sonlarında bir çox inkişaf etmiş ölkələrdə ənənəvi siyasi partiyaların fəaliyyətində müəyyən yeniləşmə meylləri müşa - hidə olunmağa başladı. Bu onda ifadə olunur ki, qeyri-mütəşəkkil si - ya sət mütəşəkkil (partiya siyasətini) siyasəti getdikcə daha çox sı xış dırır (başqa sözlə desək, onu tamamlayır). Cəmiyyətin sosial struk turunun mürəkkəbləşməsi, vətəndaşların təhsil səviyyəsinin yüksəlməsi və ictimai inkişafın digər mütərəqqi meylləri nəticəsində iri partiyaların ictimai həyatda oynadıqları mühüm rol tədricən zəifləməyə başlayır. Ayrı-ayrı ölkələrdə müntəzəm keçirilən seçkilər zamanı bu və ya başqa partiyanın namizədlərinə səs verənlərin sayının azalması bunu sübut edir. Təsvir olunan vəziyyət bir çox cəhətdən partiyaların öz daxilində baş verən proseslərlə əlaqədardır. Bununla əlaqədar olaraq, siyasi partiyaların klassik tədqiqatçısı olan Robert Mixelsin (1876- 1936) fikirləri diqqəti cəlb edir. O, Almaniyada partiya quruculuğu təcrübəsini öyrənmək əsasında “oliqarxiyanın dəmir qanunu"nu işləyib hazırlamışdır. Bu qanuna görə, partiya vəzifəsində olan şəxs bu zaman texniki inzibati vərdişlər əldə edir, təşkilatın təcrübəsini mənimsəyir, komitələrin fəaliyyətinə, onların iş prosesinə bələd olur. Tədricən o, partiya aparatının bir hissəsi, həyati cəhətdən mühüm əlaqələr zəncirinin əvəzedilməz vəsiləsi, qərarların qəbul edilməsi sisteminin bir komponenti olur. O, hakimiyyət əldə edir. Çətinliklə əldə edilmiş fəaliyyət qabiliyyəti həmin aparat olmadıqda unudulur, onun hərəkətlərində ardıcıllıq və irsilik itir. Belə bir insan partiyanın daimi mənsubiyyətinə çevrilir. Onun nəinki vəzifədən getmək qorxusu yoxdur, əksinə, o, öz təsirini gücləndirmək məqsədilə istefaya getməklə hədələyə bilir. Partiyanın maliyyə vəsaiti üzərində nəzarət, aşağı rütbəli məmurları təyin etmək hüququ onun əlinə keçir. Bütün bunlar çoxsaylı yaltaqlar və vəzifəbazlar tərəfindən onun müdafiə olunacağına təminat verir. Nəticədə, hətta ilk öncə demokratik yolla təşkil olunmuş partiyalarda oliqarxiya nəzarəti hökm sürməyə başlayır. Fəal azlığın işləyib hazırladığı siyasət nəzərdə tutulduğunun əksinə olaraq, əksəriyyətin deyil, azlığın mənafeyini əks etdirir. Bütün bunlara baxmayaraq, siyasi partiyalar müasir dünyanın siyasi həyatında mühüm rol oynamaqda davam edirlər. Mövcud reallıqların hərtərəfli təhlili belə güman etməyə əsas verir ki, uzaq gələcəkdə də onlar siyasi sistemin ayrılmaz komponenti kimi mövcud olacaqlar. Azərbaycanda siyasi partiyanın yaranması XX əsrin əvvəlinə təsadüf edir. Bunun səbəbi həmin dövrdə ictimai həyatda demokratik ideyaların kök atması, milli ruhlu, müasir düşüncəli insanların yetişməsi və s. amillər hesab olunmalıdır. 1918-ci il mayın 28-də elan olunan Azərbaycan Demokratik Respublikasının siyasi həyatında yenicə yaranmış siyasi partiyalar (Müsavat, Əhrar, İthidad və s.) mühüm rol oynayırdı. Lakin ADR-nin süqutu və Azərbaycanın Sovet İtti faqının tərkibinə daxil olması partiyaların siyasi həyatdan sıxışdırılıb çıxarılması ilə nəticələndi. Sovet hakimiyyəti illərində partiyaların meydana gəlib, fəaliyyət göstərməsinə imkan verilmədi. (Kommunist partiyasının yerli şöbəsi nəzərə alınmasa). Müasir mənada Azərbaycanda partiyaların meydana gəlməsi Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə əlaqədardır. Hazırda ölkədə 50-dən çox siyasi partiya dövlət qeydiyyatından keçmişdir. Lakin onların çoxu kiçik partiyalar olub, siyasi həyatda fəal iştirak etmirlər. Azərbaycanın siyasi partiyaları siyasi ideologiyaları, fəaliyyət metodları və s. parlamentləri ilə fərqlənir. Hazırda Azərbaycan parla - mentində 12 siyasi partiya təmsil olunmuşdur. Yeni Azərbaycan Partiyası parlament çoxluğuna malikdir. Azərbaycanda siyasi partiyaların fəaliyyəti “Siyasi partiyalar” haqqında Azərbaycan Republikasının qanunu ilə tənzimlənir. Siyasi partiyalar seçkilərdə iştirak edir, vətəndaş cəmiyyətinin mühüm hissəsi kimi çıxış edirlər. Qanunla müəyyən olunmuş qaydada siyasi partiyalar öz fəaliyyətlərini təşkil etmək üçün dövlət tərəfindən maliyyə dəstəyi alırlar.

    Download 164,33 Kb.
    1   ...   20   21   22   23   24   25   26   27   ...   39




    Download 164,33 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Mühazirə Fənn: Politalogiya Müəllim Sərvərov Bəxtiyar

    Download 164,33 Kb.