|
İkinci yol abdikasiya adlanır
|
bet | 21/39 | Sana | 09.03.2021 | Hajmi | 164,33 Kb. | | #13199 |
İkinci yol abdikasiya adlanır. Bu o zaman mümkün olur ki, hakimiyyətdə olan qeyri-demokratik rejim müəyyən əməlləri ilə özünü kütlənin qarşısında gözdən salır və nəticədə hakimiyyəti demokratik qüvvələrə verməyə məcbur olur. (Azərbaycanda 1993- cü ilin iyun ayında hakimiyyətin dəyişilməsi təqribən ablikasiya formasında baş verdi).
Üçüncü yol iqtidarla müxalifət arasında əldə edilmiş razılaşmaya əsasən həyata keçirilən tədrici islahatlar yoludur. Bunun ən gözəl nümunəsi general Frankonun vəfatından sonrakı İspaniyadır. İspaniyanın baş naziri A.Suareş və müxalifət arasında 1977-ci ilin oktyabrında Monkloa sarayında imzalanmış "Monkloa sazişləri" tarixən qısa bir müddət ərzində burada avtoritar rejimin dağılması və demokratik rejimin bərqərar olmasını təmin etdi. Təəssüf ki, bu yol da təcrübədə həmişə mümkün olmur, onun rastlaşdığı bir sıra maneələr çox vaxt ölkənin demokratikləşdirilməsi prosesinin qarşısını alırlar. Politoloqların fikrincə, həmin yolun mümkünlüyü üçün hər şeydən əvvəl muxalifət iqtidarla işləməyə razılıq verməlidir. Bəzən hətta belə bir razılıq olduqda da, tərəflər ötən illərin ağrısı və acısını unuda bilmirlər. Digər tərəfdən, bir çox hallarda müvafiq tərəflərin arxasında duran qüvvələr buna razı olmurlar. Nəhayət, bütün tərəflərin razılığı əldə edildikdən sonra özlərini demokrat adlandıranların əsl siması üzə çıxır. Müxalifətdə olarkən özlərini demokrat adlandıranların əksəriyyəti müəyyən hökumət vəzifələrinə sahib olduqdan sonra özlərinin bir sıra mövqelərindən geri çəkilirlər. Bu münasibətlə Orteqa- i-Qasset yazırdı: "İnsanların özlərini inqilabçı, yaxud irticaçı adlan dır - maqlarının heç bir fərqi yoxdur; iş görməyə gəlib çatanda onlar öz vəzifələrini qətiyyətlə inkar edir və heç bir əsas olmadan özlərini qeyri-məhdud hüquqların sahibi hesab edirlər. Nədən ilham aldıqlarından, hansı işin qulpundan yapışdıqlarından asılı olmayaraq, nəticə eynidir: onlar hər vəchlə qanuna tabe olmaqdan imtina edirlər. İrticaçı rolunu oynayan şəxs təsdiq edir ki, dövlətin və millətin xilası onu hər cür normalardan və qadağanlardan azad edir və ona öz yaxın adamlarını, xüsusilə görkəmli şəxsiyyətləri məhv etmək hüququ verir. "İnqilabçı" da özünü məhz bu cür aparır". Bütün bunlar göstərir ki, keçmiş rejimin hakimiyyətdən get - məsi demokratikləşdirmə prosesinin ancaq başlanğıcıdır; əsas çə tinlik isə məhz sonradan başlanır. Ölkənin iqtisadi vəziyyəti, çox mil l ətlilik, milli konfliktlərin olub-olmaması, müxalifətin fəaliy yə tinin xarakteri, siyasi liderlərin fəaliyyəti, ölkə ərazisində müharibənin getməsi, onun beynəlxalq aləmdəki mövqeyi, dünya birliyi ölkələrinin ona münasibəti və i. a. həmin prosesin gedişinə öz təsirini göstərir. Bütün bunlardan əlavə, belə bir cəhət mütləq nəzərə alınmalıdır ki, demokratik rejimə keçid çox çətin və heç də hamıya nəsib olmayan bir işdir. Onun reallaşması üçün dünya təcrübəsindən baçarıqla istifadə etmək əsasında qarşıya çıxan problemləri ancaq demokratik metodların köməyi ilə həll etmək, siyasi prosesə qədəm qoyan bütün qüvvələrin mənafelərini nəzərə almaq tələb olunur. Demokratiyaya keçid, təcrübə göstərir ki, qəfil baş vermir.O, əhəmiyyətli vaxt tələb edən prosesdir. Həmin zaman kəsiyində demokratik təsisatların yaranması, siyasət islahatların həyata keçiriməsi, insan hüquq və azadlığı mexanizminin yaradılıb təkmilləşdirilməsi, demokratiyanın vacib şərti olan yeni iqtisadi münasibətlərin formalaşdırılması və s. kimi problemlər öz həllini tapmalıdır. İnsanların şüurunda və davranışında müvafiq dəyişikliklərin baş verməsi də mütləq nəzərə alınmalıdır. Ardıcıl və davamlı islahatlar demokratikləşmə prosesinin uğur qazanmasının təcrübədə sınaqdan çıxmış ən düzgün yoludur.
|
| |