Cəmiyyətin sosial diferensiasiyası və onun siyasi proseslərə təsiri




Download 164,33 Kb.
bet10/39
Sana09.03.2021
Hajmi164,33 Kb.
#13199
1   ...   6   7   8   9   10   11   12   13   ...   39
Cəmiyyətin sosial diferensiasiyası və onun siyasi proseslərə təsiri Sosial həyatın və siyasi prosesin başlıca subyektlərindən biri sosial qruplardır. Düzgün siyasət işləyib hazırlamaq və onu həyata keçirtmək həmin qrupların mənafeyini nəzərə almağı, onların fəaliyyətini düzgün əlaqələndirməyi tələb edir. Bu mənada, cəmiyyətin sosial strukturunu, onu təşkil edən sosial qrupları öyrənmək politologiyanın tədqiqat obyektinə daxil olan mühüm problemlərdəndir. Bir və ya bir neçə ümumi sosial əlamət əsasında birləşmiş insanların məcmusu sosial qrup adlanır. Sosial qruplar demoqrafik, etnik, peşə, ərazi, dini və s. birliklərdir. Öz ictimai vəziyyətinə görə insan eyni zamanda bir neçə sosial qrupun üzvü ola bilir (məsələn, qoca, azərbaycanlı, müsəlman, dulusçu və s). Cəmiyyətin sosial strukturu dedikdə, bir-biri ilə qarşılıqlı əlaqədə və təsirdə olan sosial qrupların məcmusu, onlar arasında münasibətlərin müəyyən qaydası nəzərdə tutulur. İnsanın ictimai vəziyyətindəki əsas əlamətlər sosial strukturun aşağıdakı növlərin

ayırmağa imkan verir: sosial stratifikasiya; sosial-etnik struktur; sosial-demoqrafik struktur; sosial-peşə strukturu; sosial-ərazi strukturu. Keçmiş SSRİ dövründə ictimai-siyai elmdə belə bir fikir hakim idi ki, sosial strukturda həlledici rol sosial-sinfi struktura malikdir, onun xarakteri sosial strukturun digər növlərinin məzmununu və inkişaf istiqamələrini müəyyən edir. Sovetlər birliyində qərarlaşmış baxışlara görə, cəmiyyətin sosial strukturunun həlledici amili “sinifdir.” Sinif anlayışı sovet sosial nəzəriyyəsinin başlıca kateqoriyası sayılırdı. Sovet politoloqları və sosioloqları sinif dedikdə tarixdə müəyyən ictimai istehsal siste - mində tutduğu yerinə görə, istehsal vasitələrinə olan münasibətlərinə (çox qismi qanunlarda rəsmiləşdirilib möhkəm ləndirilən bu münasi - bətlərə) görə, ictimai əmək təşkilindəki roluna görə, deməli, malik ol duq ları ictimai sərvətdən pay almaq üsuluna və bu payın miqdarına görə fərqlənən böyük insan qruplarını başa düşürdülər. Həmin nəzəriyyəyə görə cəmiyyətin sinfi strukturu yalnız istehsal sferasında təşəkkül tapır. Məhz buna görə də marksizm təlimi belə hesab edirdi ki, istehsal münasibətləri sosial strukturda mərkəzi mövqe tutur. Buna əsasən, tutaq ki, kapitalizmdə burjuaziya, proletariat və xırda burjuaziya, sosializmdə isə fəhlə sinfi, kolxozçu kəndlilər cəmiyyətin əsas sinifləri kimi qeyd olunurdu. Həmin sxemə əsasən SSRİ-nin sosial-sinfi strukturu "iki üstəgəl bir" formasında, yəni iki sinif və üstəgəl ziyalı təbəqəsi kimi təsvir edilirdi. Əsasən Stalinin dövründə elmi ədəbiyyatda və ictimai rəydə bərqərar olmuş həmin sxem, illər ötsə də, ona daxil olan siniflərin və ziyalı təbəqəsinin daxilində və onların qarşılıqlı münasibətlərində bir çox əsaslı dəyişikliklər baş versə də dəyişməz qalmışdır. Dünya sosiologiya və politologiya nəzəriyyələri “sinif” anlayı - şına fərqi mövqedən yanaşır. Bir qayda olaraq, həmin anlayışı Qərb sosioloqları və politoloqları bu və ya başqa bir ümumi sosial əlamətlə birləşən istənilən insanlar qrupunu ifadə etmək üçün işlədirlər. Bu baxımdan, "Sosiologiya: 90-cı illərin dərsliyi" (Kembriç, 1989) adlı məşhur dərsliyin müəllifi Entoni Giddensin "sinif" haqqında dedikləri ibrətamizdir. O yazır: "Biz sinifləri, onların həyat stilinin tipinə xeyli təsir göstərən ümumi iqtisadi imkanlarına görə fərqlənən böyük insan qrupları kimi müəyyən edə bilərik. Sinfi fərqlərin başlıca əsası məşğələ ilə birlikdə xüsusi sərvətdir. Qərb cəmiyyətlərində mövcud olan başlıca siniflər aşağıdakılardır: yüksək siniflər (istehsal ehtiyatlarına sahib olan, yaxud onlara birbaşa nəzarət edənlər, varlılar, iri sənayeçilər, rəhbərliyin yuxarı təbəqələri); orta sinif: ("ağ yaxalıqlıların" əksəriyyəti və peşəkarlar); fəhlə sinfi ("göy yaxalıqlılar", yaxud əl əməyi ilə məşğul olanlar). Bəzi sənaye ölkələrində, Fransada, yaxud Yaponiyada dördüncü sinif kəndlilərdir (ənənəvi kənd təsərrüfatı istehsalı sahələrində çalışan adamlar)..."

Öz növbəsində, Erik Olin Rayt (ABŞ) müasir kapitalist istehsalında iqtisadi ehtiyatlar üzərində nəzarətin üç əsas növünü qeyd edir və göstərir ki, buradakı əsas siniflər həmin növlərə uyğun gəlirlər. Onlar aşağıdakılardır:

1.İnvestisiyalar, yaxud pul kapitalı üzərində nəzarət.

2.Fiziki istehsal vasitələri (torpaq, müəssisələr, ofislər) üzərində nəzarət.

3.Əmək və hakimiyyət üzərində nəzarət.

O yazır ki, kapitalistlər sinfinə mənsub olan adamlar ehtiyatların hər üç növünə nəzarət edirlər. Fəhlə sinfinə mənsub olanlar isə onların heç biri üzərində nəzarət etmirlər. Rayt "ağ yaxalıqlıları" həmin siniflərin heç birinə aid etmir və göstərir ki, onlar iki sinfin əlamətlərini özlərində birləşdirirlər. Müasir sosiogiya cəmiyyətin sosial strukturunu mürəkkəb və çoxşaxəli hadisə hesab edir. Bu mürəkkəb sosial hadisənin dəqiq və hərtərəfli araşdırılması sahəsində cəhdlər dünya elmində çoxdan vətəndaşlıq hüququ qazanmış "sosial stratifikasiya" (latın dilində "təbəqə" sözündəndir) nəzəriyyəsinin meydana gəlməsinə səbəb olmuşdur. Həmin nəzəriyyəyə görə, cəmiyyətin sosial strukturunun əsas elementi stratlar hesab olunur. Müasir Amerika sosiologiyasında cəmiyyətin sosial stratifikasiyası aşağıdakı əsas meyarlar əsasında müəyyən olunur:

Birincisi, peşə nüfuzu. Tarixdən bəllidir ki, bu və ya başqa xalqın nümayəndələri ayrı-ayrı zamanlarda müxtəlif peşələrə üstünlük vermiş, öz növbəsində valideynlər övladlarını daha nüfuzlu peşələrə yiyələnməyə sövq etmişlər, Bu isə müvafiq peşə sahəsində çalışanların başqalarından fərqlənməsinə gətirib çıxarmış, həmin peşə sahəsində çalışan xüsusi adamlar qrupunun yaranmasına səbəb olmuşdur. İkincisi, hakimiyyət və əzəmət. Təbii ki, cəmiyyətdə mövcud qruplar əllərində olan hakimiyyətə və əzəmətə görə bir-birindən fərqlənir, hakimiyyət nərdivanında onların hər birinin öz yeri və rolu olur. Üçüncüsü, gəlir və sərvət. Ayrı-ayrı qrupların gəlir və sərvət mənbəyi iki cür olur. Bir tərəfdən hər bir peşə sahibi özünəməxsus yolla gəlir və sərvət alır. Digər tərəfdən isə bir sıra şəxslər onlara qalmış miras əsasında da sərvətə sahib ola bilirlər. Hər iki halda gəlir və sərvətin miqdarı müvafiq qrupu başqalarından fərqləndirir. Gəlirlər həm varlanmaq, həm də yüksək rola sahib olmaq vasitəsi kimi çıxış edir. Dördüncüsü, təhsil, yaxud bilik. İnsanların təhsil almaq imkanları tarix boyunca həmişə müxtəlif olmuşdur. Bu, son nəticədə istər onların sosial roluna, istərsə də irəliləmək imkanlarına öz təsirini göstərmişdir. Alimlər yazırlar ki, müasir cəmiyyət "meritokratiyaya" (ingilis dilində "xidmət", ""ləyaqət" sözündəndir) doğru təkamül edir. Orada isə insanların sosial nərdivanda yerləşməsində və yerdəyiş mə - sin də pul deyil, məhz təhsil və s. amillər daha əhəmiyyətli rol oynayacaqdır. Beşincisi, din, yaxud mərasim təmizliyi. Altıncısı, adamların qohumluq əlaqələrinə görə fərqləndirilməsi. Bütün cəmiyyətlərdə qohumluq əlaqələri və onun davamı olan etnik qruplar müstəqil və çox mühüm funksiyalar yerinə yetirirlər (nəslin davam etdirilməsi, uşaqların sosiallaşdırılması və valideynlərlə uşaqlar, valideynlərin özləri, qardaş və bacılar və s. qohumlar arasındakı münasibətlərin psixoloji-sosial və əxlaqi cəhətdən tənzim edilməsi və s). Göründüyü kimi, stratifikasiya cəmiyyətdə mövcud olan bütün

qrupları səciyyələndirməyə imkan verir. Bu zaman təsadüflərə yol verməmək, cəmiyyətin tərkibini öyrənərkən volyuntarizmdən yaxa qurtarmaq üçün mövcud olan bütün qrupları əhatə etmək və həm də onların hamısını eyni meyarlar əsasında qiymətləndirmək lazımdır. Bu yolla ictimai həyatın demək olar bütün sahələrində insan fəaliyyətini təhlil etmək mümkündür. Sosial dəyişikliklərin dinamikasını öyrənmək üçün adətən alimlər şaquli və üfüqi stratifikasiyadan istifadə edirlər. O, insanın bir sosial səviyyədən başqasına yüksəlməsini və yaxud enməsini, ya da eyni səviyyədə qalmaqla, bir sosial qrupdan digərinə keçməsini izləməyə imkan verir. İnsanın və ya qrupun sosial strukturda tutduğu yerin dəyişməsi sosial yerdəyişmə, yaxud mobillik adlanır. Həmin prosesin idarə olunması dövlətin vəzifələrindən biridir. Qanunlar, vergi siyasəti, milli gəlirlərin ədalətli bölüşdürülməsi yolu ilə cəmiyyətin sosial strukturunun təkmilləşdirilməsi təmin edilir. Əsas istiqamət orta və varlı təbəqələrin artırılması, yüksək ixtisaslı peşə sahiblərinin say etibarilə çoxluğunun təmin edilməsidir. Cəmiyyətin daxili biriyinin və sosial ahəngdarlığının yaranmasına xidmət edən bu işlərin həyata keçirilməsi sosial siyasət adlanır.


Download 164,33 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   39




Download 164,33 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Cəmiyyətin sosial diferensiasiyası və onun siyasi proseslərə təsiri

Download 164,33 Kb.