İsmayıllı İlkin Qrup: 402 Dövlət rejimi və onun növləri İstifadə olunmuş ədəbiyyatlar




Download 21,51 Kb.
bet1/4
Sana04.04.2021
Hajmi21,51 Kb.
#14152
  1   2   3   4

İsmayıllı İlkin Qrup:402
Dövlət rejimi və onun növləri
İstifadə olunmuş ədəbiyyatlar:
1. Rasim Musabəyov – Cəmiyyət və dövlət
2. Nağıyev Zakir – Hüququn əsasları üzrə mühazirə mətnləri
3. İlqar Məmmədov – Dövlət və hüquq nəzəriyyəsi
Siyasi rejimlər demokratik və antidemokratik (totalitar və avtoritar) olaraq ayrılırlar. Demokratiya (qədim yunan dilində «demos» - xalq, «crutos» - hakimiyyət deməkdir) – xalq hakimiyyətidir. ABŞ prezidenti Avraam Linkolnun dediyinə görə, demokratiya xalq tərəfindən xalq üçün həyata keçirilən xalq hakimiyyətidir. Beləliklə, demokratiya cəmiyyətin siyasi quruluşunun formasıdır. O, xalqın hakimiyyət mənbəyi olduğunu qəbul edilməsinə, xalqın dövlət qərarlarının qəbulunda iştirak hüququnun olmasına və vətəndaşların geniş həqiqi haqq və azadlıqlarını tanınmasına əsaslanmışdır. Demokratik rejimin xarakterik xüsusiyyətləri xalqın üstünlüyü, siyasi və fikri plüralizm, əsas hakimiyyət qurumlarının mütəmadi olaraq yenidən seçilməsi, çoxluğun idarəsini və azlığın hüquqlarının qorunmasının ahəngliyi, vətəndaşların hüquqlarının bərabərliyidir.

Totalitarizm ən qəddar antidemokratik rejimlərdən biridir. Totalitarizm anlayışı latın sözü «totalis»dən meydana gəlib, «tam, bütün, tamamən» mənası daşıyır. O, hakimiyyətinin şəxsiyyət üzərində tam nəzarətinin qurulmasını və onun həyatının tək, bölünməz hakim ideyaya tabe olunmasını əsas alan və təmin edən siyasi rejimdir.

Avtoritarizm qədim yunan sözü «autokrateia» - mütləqiyyət, yəni tək şəxsin məhdud olmayan hakimiyyəti deməkdir. Avtoritarizm totalitarizm və demokratiya arasında sanki aralıq mövqe tutur. Siyasi azadlıqların əzmək istiqamətində hakimiyyətin sərt xarakteri, onu totalitarizmə, dövlət tərəfindən tənzimlənməyən, avtonom ictimai sahələrin (iqtisadiyyat, özəl həyat) mövcudluğu, vətəndaş cəmiyyəti elementlərinin saxlanması isə onu demokratiyaya yaxın edir.

Bəşəriyyət demokratiyanın xeyrinə onlarca arqument tapmışdır. Demokratik quruluşun əleyhdarları da yox deyil. Lakin tarixi təcrübə məhz cəmiyyətin demokratik quruluşunun yüksək effektliyini nümayiş etdirmişdir. Bu cür quruluşu seçmiş ölkələr, iqtisadi və bəşəri inkişafın bütün göstəriciləri üzrə dünyada liderlik edirlər.




Download 21,51 Kb.
  1   2   3   4




Download 21,51 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



İsmayıllı İlkin Qrup: 402 Dövlət rejimi və onun növləri İstifadə olunmuş ədəbiyyatlar

Download 21,51 Kb.