RadiOİdarəetmə SİstemləRİ 13




Download 1,76 Mb.
bet11/24
Sana12.12.2023
Hajmi1,76 Mb.
#116909
1   ...   7   8   9   10   11   12   13   14   ...   24
Bog'liq
RADİOİDARƏETMƏ SİSTEMLƏRİ 2023(1)

14.11. Televiziya sistemləri


Televiziya müasir radioelektronikanın bir sahəsi olub, real və dəyişilmiş zaman müddətində hərəkətsiz və hərə­kətdə olan təsvirlərin elektrik qurğuları ilə veriliş və qəbulunu təmin etməyə imkan verir.
Televiziyanın prinsiplərini öyrənmək üçün ilk növbədə obyektlərin əsas xarakteristikasını görmə nöqteyi-nəzərdən öyrənmək lazımdır. Obyektlərin müxtəlif hissələrində par­laq­lıq dərəcəsi müxtəlifdir və buna görə də gözümüzə düşən obyekt şüalanmasının intensivliyi parlaqlığın paylanması ilə mütənasibdir. Obyekti xarakterizə edən parametrlərindən biri parlaqlığın paylanma qanunudur.
Parlaqlıq B ilə işarə edilir:
B=f(x,y,z)
Parlaqlıq zamandan asılı olaraq dəyişir:
B=f(x,y,z,t)
Deməli, obyektləri xarakterizə edən parametrlərdən biri onun müstəvidə (fəzada) paylanmış parlaqlıq səviyyəsidir. Rəngi xarakterizə edən parametrlər rəngin dalğa uzunluğu və rəng tündlüyüdür. Obyekt tam xarakterizə etmək üçün belə bir funksiyalar ailəsi yaza bilərik

Bu funksiyalar ailəsi, obyektləri görmə nöqteyi-nəzərindən tam xarakterizə edir. Rəngi, həcmi, hərəkət edən obyektləri bu funksiyalar ailəsi ilə xarakterizə etmək olar.
TB sistemi belə bir təsvir yaratmalıdır ki, televizorun ekranında bu funksiyalar ailəsi tamamilə əks etdirilsin (ideal sistem). Lakin təcrübədə televiziya sistemləri xeyli sadələşir. Bunun nəticəsində tamaşaçıya obyekt haqqında minimal infor­masiya çatır. Məs. ağ-qara müstəvi televiziya sistemi və ya rəngli müstəvi televiziya sistemi və s.
Ağ-qara müstəvi televiziya sistemi halında obyekti xarakterizə edən funksiyalar ailəsi televizorun ekranında yeni formaya çevrilir, yəni:
-də
Rəngli müstəvi televiziya sistemi halında isə:

Deməli TV sistemində obyektin mürəkkəb quruluşu parlaqlıq quruluşuna transformasiya olunur. Sistemin verici hissəsində obyektin parametrləri elektrik siqnalına çevrilməlidir. Bu siqnal obyektin parlaqlıqı haqqında informasiya daşıyır. Deməli, ağ-qara siqnal üçün parlaqlıq:

Televiziyada təsvirlərin alınması üçün aşağıdakı üç əməliyyat aparılır:
1.TV vericisində obyektin tam işıq proyeksiyası çox xırda elementlərə bölünür və sonradan elementlər ardıcıl oxunur, yəni açılış alınır. Açılış nəticəsində obyektin elektrik təsvir siqnalı alınır (sistemdə açılış qurğularından başqa işıq-elektrik çeviriciləri olmalıdır).
2.Təsvir siqnalının rabitə kanalı ilə qəbulu yerinə yetirilir.
3.Qəbuledicidə təsvir siqnalı müəyyən ardıcıllıqla (vericidə gedən açılış qanununa uyğun olaraq) ekranda canlandırılır. Qeyd etmək lazımdır ki, vericidə və qəbuledicidə aparılan açı­lış prosesləri sinxron və sinfaz olmalıdır. Vəzifəsindən asılı olaraq TV sistemləri iki qrupa ayrılır:
1.Radioyayım televiziyası;
2.Tətbiqi televiziya.
Tətbiqi televiziya sistemləri texnoloci proseslərə nəza­rət, hərbi məqsədlər, kosmosun tədqiqi üçün istifadə edilə bilər.
Digər göstəricilərə görə TV sistemləri ağ-qara, rəngli və həcmli (stereoskopik) olur. TV sistemləri açılış prinsipinə görə (tipinə görə), rabitə xətlərinin tipinə görə; təsvir siqna­lının spektrinin eninə görə və s. göstəricilərinə görə siniflərə ayrılır.
Bu sistemlərə qoyulan əsas tələbat- qəbuledicinin çıxışında yüksək keyfiyyətli təsvirin alınmasıdır. TV-da təsvirlərin keyfiyyətini qiymətləndirmək üçün aşağıdakı parametrlər əsasdır: təsvirin ölçüləri, parlaqlıq, parlaqlıq pillələrinin sayı, dəqiqlik, rəng tündlüyü, rəng tonu və s. Radioyayım TV siste­minə yüksək tələblər qoyulur.
TV siqnalların radiokanal vasitəsilə ötürülməsi üçün metrlik, desimetrlik diapazondan istifadə edilir.
Ağ-qara radioyayım TV sisteminin struktur sxemi aşa­ğıdakı kimi olur (şək.14.8).

Şəkil 14.8.Ağ-qara radioyayım TV sisteminin struktur sxemi




Sistem verici və qəbuledicidən ibarətdir. Sistemin verici hissəsində, yəni verici kamerasında obyektin işıq selləri elektrik siqnalına çevrilir və açılış pillə­ləri vasitəsilə ardıcıl sətrlər oxunur. Verici hissədə nəzərdə tutulmuş açılış generatorları, sinxrogeneratordan idarə edilir. Təsvir siqnalı traktın təsvir gücləndiricisinə (TG) veriilir. Onun çıxışında alınan tam siqnalın tərkibində təsvir siqnalı, söndürücü və sinxrolaşdırıcı impulslar vardır. Bu siqnal vericinin (VER) daşıyıcı tezliyini idarə edir və şüalandırılır.
Qəbul olunan rəqslər gücləndirilib, çevrilir, detektor­lanır sonra isə qəbuledicinin təsvir gücləndiricisinə verilir. Təsvir siqnalı kineskopun katoduna verilir, televizorun ekranında optik təsvirə çevrilir.
Müasir TV qəbulediciləri yüksək həssaslıq və seçicilik nöqteyi-nəzərindən keyfiyyətli olmalıdır. Buna görə də superqeterodin tipli qəbuledicilərdən istifadə olunur. Bu qəbuledicilər özü də bir kanallı və iki kanallı ola bilər. Hal-hazırda istifadə olunan qəbuledicilər bir kanallı qəbuledicilərdir. Onun struktur sxemi şəkildə göstərilmişdir.




MS K


Şəkil 14.9. Bir kanallı televiziya qəbuledicisinin
struktur sxemi.


Antenadan gələn siqnal TKÇ-də yerləşən YTG-də seçi­lir, gücləndirilir və qarışdırıcının çıxışında səs və təsvir aralıq tezlikli siqnallar alınır. TKÇ-nin çıxışından bu siqnallar geniş zolaqlı TATG-də güclənir, detektorlanır və onun yükündə təsvir siqnalı və səs aralıq tezlikli rəqslər əmələ gəlir. Səs aralıq tezliyi tezliyə görə səs siqnalları ilə amplitudasına görə, təsvir siqnalı ilə modulyasiya olunur. Bu tezlik təsvir siqnalının tezliyindən daha yüksək olduğu üçün, kineskopda maneə yarada bilmir. Bu halda kineskop özünü yüksək tezlikli süzgəc kimi aparır. Səs aralıq tezliyi səs kanalında səs siqnallarına çevrilir. Təsvir gücləndiricisinin çıxışından tam televiziya siqnalı aplitud selektoruna verilir və onun çıxışından alınan sinxroimpulslarla açılış pillələri sinxronlaşdırılır.
Rəngli televiziyada əsasən üç rəng qarışığından istifadə edilir. Bütün rənglər bu üç rəngin qarşısından alınır.
Ey=0,59Eq+0,3Er+0,11Eb
Parlaqlıq siqnalının tərkibində bu rənglərin miqdarca paylanması müxtəlifdir.
Verici televiziya boruları kimi vidikon, satikon, ledikon, plümbikon və s. borulardan istifadə edilir.
Tam TV siqnalı 75%-təsvir siqnalı və 25% isə sinxron­laşma siqnalından ibarətdir (şək.14.10).
Təsvir siqnalının tərkibində sətr və yarım kadr söndürücü impulsları verilir. Sinxronlaşma siqnalının tərkibində əsas sinxronlaşma yaradan sətr və kadr sinxroimpulsları verilir. Tam sinxronlaşma siqnalından sətr sinxroimpulsların diffrensial, kadr sinxroimpulsları isə inteqral dövrə vasitəsi ilə ayrılırlar.

25%

гара сявиййя







75%








аь сявиййя



Т дцз Тякс



Т сятр


Download 1,76 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Download 1,76 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



RadiOİdarəetmə SİstemləRİ 13

Download 1,76 Mb.