|
т макс
Şəkil 14.10. Tam televiziya siqnalının sadələşdirilmiş
strukturu
14.12
|
bet | 12/24 | Sana | 12.12.2023 | Hajmi | 1,76 Mb. | | #116909 |
Bog'liq RADİOİDARƏETMƏ SİSTEMLƏRİ 2023(1)т макс
Şəkil 14.10. Tam televiziya siqnalının sadələşdirilmiş
strukturu
14.12. Radiorele xətləri
Veriliş keyfiyyətini və buraxma qabiliyyətini yüksəltmək üçün geniş tezlik buraxma zolağına malik radiotexniki sistemlərdən istifadə etmək lazımdır. Deyilən sistemlər ifrat qısa dalğa diapazonunda işləyən sistemlərdir UQD-lar bir sıra müsbət cəhətləri malikdir.
Maneələrin səviyyəsi aşağı, dalğa uzunluğu kiçik olduğundan antenanın effektiv şüalandırma qabiliyyəti yüksək alınır. Bundan başqa UQD diapazonunda daha yüksək effektivliyə malik modulyasiya növlərindən (məs.TM, DM) istifadə etməklə RTS-nin maneələrə qarşı davamlılığını yüksəltmək olar. UQD-ların mühüm çatışmayan cəhəti, dalğaların birbaşa görmə zonasında yayılmasıdır, yəni, bu dalğalar üfüqdən o tərəfə və ya hər hansı bir maneəyə rast gəldikdə onu dəf edə bilməsidir. Birbaşa görmə məsafəsi:
(km)
burada: h1-verici antenanın; h2-qəbuledici antenanın yer səthindən olan hündürlüyüdür.
Praktikada R=40÷70 km-ə çatır.
UQD-da işləyən RTS-lər vasitəsilə daha uzaq məsafələrdə rabitə yaratmaq üçün retranslyasiya prinsipindən istifadə edilir. UQD diapazonunda işləyən bir neçə retranslyasiya stansiyalarından təşkil olunmuş geniş buraxma qabilliyyətinə malik olan rabitə xətləri radio-rele rabitə xətləri adlanır.
RLX verici və qəbuledici stansiyaların zəncirvari təşkil edilmiş retranslyasiyalı rabitə sistemidir. Bu sistemin funstonal sxemi aşağıdakı kimi olur (şək.14.4).
RRX vasitəsi ilə çoxkanallı telefon, teleqraf, televiziya, radioyayım və s. məlumatları vermək mümkündür. RRX bütün çoxkanallı sistemlər kimi iki modulyasiya mərhələsinə malik sistemlərdir.
Şəkil 14.11. Radiorele xəttinin funksional sxemi.
Bu sistemlərdə birinci modulyasiya mərhələsində BYZM-dan, ikinci modulyasiya mərhələsində isə çox zaman TM-dan istifadə edilir. Belə sistemlərdə telefon kanalların sayı minlərlə, televiziya kanalların sayı isə bir neçə ola bilər. Xəttin əvvəlində və axırında iki son stansiya var. Qalanları isə aralıq stansiyalar adlanır.
İstənilən aralıq stansiyalarda televiziya kanalı retranslyasiya oluna bilər. Boş stansiyalarda isə telefon kanallarının bir hissəsi ayrılaraq həmin məntəqədə yerləşən abonentlərə məlumatın çatdırılması üçün istifadə edilir. Orta hesabla bir RRX-də 50-yə yaxın stansiya var. Bunlardan ikisi son, 5÷10 baş, qalanları isə aralıq stansiyalardır.
RRX-də məlumatlar bir istiqamətdə və ya qarşılıqlı verilə bilər. Bir istiqamətdə veriliş simpleks, iki istiqamətdə isə dupleks rabitə adlanır.
Adətən telefon məlumatları dupleks, televiziya, radioyayım məlumatları simpleks olur. Göründüyü kimi hər bir aralıq stansiyada iki qəbuledici və iki verici var. Onlar qarşılıqlı istiqamətlərdən gələn siqnalları qəbul edir və ya verir. Bununla əlaqədar olaraq, hər stansiyada iki və ya dörd işçi dalğa olmalıdır. Struktur sxemdə iki işçi dalğası olan RRX göstərilmişdir. Dörd tezlikli (işçi dalğası olan) stansiya aşağıdakı kimi olur (şək.14.13).
Şəkil 14.12. İki işçi dalğası olan RRX-n struktur sxemi.
Şəkil 14.13. Dörd işçi dalğası olan RRX-n struktur sxemi.
Müasir RRX-də telefon kanallarının sayı bir neçə minə çata bilər. Bu səbəbdən tezlik sıxlaşdırma prinsipində BYZM-dan birincici mərhələdə, TM-dan isə ikinci mərhələdə istifadə edilir.
Müasir magistral RRX-də kanalların sayını ayrtırmaq məqsədi ilə RRX çoxlüləli olur. Adətən magistral RRX-də lülələrin sayı 6-8-ə çatır.
Lülərdən biri və ya ikisi rezerv, qalanları isə işçi lülələrdir. Bir lülə vasitəsilə bir neçə yüzlərlə telefon və yaxud bir televiziya məlumatı vermək olar. İşçi lülələrdən 1÷2-si televiziya, qalanları isə telefon lülələri kimi istifadə edilir.
Hər hansı bir səbəbdən sıradan çıxmış lülə rezerv lülə ilə əvəz edilir. Əvəzetmə avtomatik olur.
Bir telefon kanalının eni 4 khs-dir. Kanal spektrlərinin eni 4 kHs olduğu halda, ikinci modulyasiya mərhələsində TM aparıldığından bir kanala düşən tezlik deviasiyası 100÷200 khs-ə çata bilər (şüalandırılan siqnalın zolağı 20÷25 MHs olur).
|
| |