|
RadiOİdarəetmə SİstemləRİ 13
|
bet | 15/24 | Sana | 12.12.2023 | Hajmi | 1,76 Mb. | | #116909 |
Bog'liq RADİOİDARƏETMƏ SİSTEMLƏRİ 2023(1)14.15. Zaman sıxlaşdırma metodu
Zaman sıxlaşıdrma metodunun (impuls radiorabitəsinin) əsasını Kotelnikov teoremi təşkil edir. Bu teoremə görə hər hansı məhdud spektrə malik fasiləsiz məlumatı onun diskret qiymətləri vasitəsilə vermək mümkündür. Bunun üçün siqnalın təsir müddətində diskret qiymətlər periodik olaraq müddətindən bir təkrar olunmalıdır və siqnalın müddəti Tc olarsa, diskret verilən qiymətlərin ümumi miqdarı m=2TcFb ifadəsi ilə təyin edilir.
Burada, Fb-məlumat spektrinin yuxarı tezliyidir. Əgər diskret qiymətlərin S(t) verilməsi üçün AİM-dan istifadə edilərsə, onda aşağıdakı impuls ardıcılıqlı verilmiş olacaq. Əgər diskret qiymətlərin verilməsi üçün istifadə edilən impulsların müddəti olarsa və Tc-müddətində m-impuls verilərsə, onda rabitə kanalı -müddətində birinci məlumatın verilməsi üçün istifadə ediləcək, qalan müddətdə isə, yəni Tpr-Tc- -müddətində kanal boş qalacaq.
Kanalın boş qalma müddətində başqa məlumatlara aid impulsları vermək olar. Bunun üçün o biri məlumatlara aid olan, impulsları, birinci kanal impulsları arasında yerləşdirmək lazımdır. Göründüyü kimi bu halda məlumatın verilməsi ardıcıl, növbə ilə yerinə yetirilir.
Zaman sıxlaşdırması sistemləri yaratmaq üçün tezlik sıxlaşdırılması sistemlərdə olduğu kimi köməkçi rəqslər lazımdır. Bu halda köməkçi rəqslər kimi qısa müddətli impuls ardıcılığından istifadə edilir ki, buna da impuls altdaşıyıcı tezliyi deyilir. Bu altdaşıyıcı tezliklərin miqdarı verilən məlumatların miqdarına bərabər olmalıdır. Bu qayda ilə əldə edilən kanalların sayı adətən 24 olur. Məlumatın spektri nə qədər geniş olarsa kanalların sayı bir o qədər az alınar.
Tezlik sıxlaşdırmalı sitsemlərdə isə kanalların sayı qeyri-məhduddur. Zaman sıxlaşdırmalı sistemlər iki modulyasiya mərhələsi olan sistemlərdir.
Birinci modulyasiya mərhələsində sıxlaşdırma aparılır, ikincidə isə modulyasiya nəticəsində spektr yüksək tezliklər oblastına köçürülərək şüalandırılır. Birinci modulyasiya mərhələsində impuls modulyasiyalarından biri AİM, TİM, FİM, KİM. İkinci modulyasiya mərhələsində isə bir qayda olaraq fasiləsiz modulyasiya növlərindən AM, TM, FM istifadə edilir. Sistemlərin adı modulyasiyaının tiplərinə görə təyin edilir.
|
| |