RadiOİdarəetmə SİstemləRİ 13




Download 1,76 Mb.
bet16/24
Sana12.12.2023
Hajmi1,76 Mb.
#116909
1   ...   12   13   14   15   16   17   18   19   ...   24
Bog'liq
RADİOİDARƏETMƏ SİSTEMLƏRİ 2023(1)

14.16. Zaman sıxlaşdırmalı çoxkanallı rabitə
sisteminin struktur sxemi


Zaman sıxlaşdırmalı çoxkanallı rabitə sisteminin struk­tur sxemi zaman sıxlaşdırma metodu əsasında qurulur və bu sxem aşağıdakı kimidir (şəkil 14.16). Zaman sıxlaşdırmalı çoxkanallı sistemlərdə iki modulyasiya mərhələsindən istifadə olunur. Birinci modulyasiya mərhələsində zamana görə sıxlaşdırma aparılır, ikinci modulyasiya mərhələsində isə modulyasiya nəticəsində spektr yüksək tezliklər oblastına köçürülərək şüalandırılır, birinci modulyasiya mərəhələsində impuls modulyasiyalarından biri, ikincidə isə bir qayda olaraq fasiləsiz modulyasiya növlərindən istifadə olunur. Sistemlərin adı modulyatorun növünə görə təyin edilir.

Şəkil 14.16. Zaman sıxlaşdırmalı çoxkanallı rabitə
sisteminin struktur sxemi (verici hissə)
Zaman sıxlaşdırmalı çoxkanallı rabitə sistemlərində məlumat hər hansı bir  müddətində verilir və m məlumat verildikdən sonra, kanal boş qalır.
Kanal boş qalan müddətdə növbəti məlumatların veril­məsi və yaxud qəbul edilməsi üçün istifadə edilir. Göründüyü kimi burada məlumatın verilməsi və qəbulu növbə ilə yerinə yetirilir.
Kanal boş qalan zamanda verilən impulslar əvvəlki impulsların arasında elə yerləşdirilir ki, bu impulsların arasındakı t müddəti biri-birini örtməsin (şək.14.17).
Zaman sıxlaşdırmalı çoxkanallı sistemin işini araş­dır­maq üçün onun zaman diaqramını quraq. Verici hissədə müxtəlif qurğuların çıxışında alınan impuls diaqramların aşağıdakı kimi göstərilə bilər.
Qəbuledicinin bloklarının müxtəlif nöqtələrində alınan impuls­ların zaman diaqramını quraq. Takt impuls generatorunun hasil etdiyi Tn periodlu impulslar kanal impuls generatoruna verilir. Bu generator bir impulsdan, n+1 miqdarda impulsların alınmasını təmin edir. Həmin impulslar münasib kanal modulyatoruna verilir və altdaşıyıcı impulsları (kanal) adlandırılır. Eyni zamanda KM-na məlumat mənbələrindən modulyasiyaedici gərginlik də verilir. KM-da, AİM, EİM, FİM,TİM və KİM-modul­ya­siya­larından birincisi aparılır. Modulyasiya nəticə­sində münasib kanallarda S1, S2…Sn kanal siqnalları alınır. Həmin siqnallar xətti cəmləmə qurğusuna verilir.
Qəbuledici hissədə kanalların bir-birindən ayrılmasını təmin etmək üçün sinxroimpulslardan istifadə edilir. Bu impulslar Tn-periodundan bir təkrar olunur və kanal impuls generatorlarına alınır. Qəbuledici hissədə kanal impuls­larını sinxro impulslardan ayırmaq üçün sinxroimpuls kanal impulslarından hər hansı bir parametrinə görə (müd­dət, təkrar olunma tezliyi) fərqlənməlidir. Həmin fərqləndirici əlamət, sinxroimpulsa formalaşdıran qurğudan verilir.

Şəkil 14.17. Zaman sıxlaşdırmalı çoxkanallı rabitə
sisteminin işini izah edən diaqrammalar
Sinxroimpuls da kanal implusların kimi cəmləyici qurğuya verilir. Jəmləmə nəticəsində qrup Sn(t) siqnalı alı­nır ki o da özündə sinxro və kanal impulslarını təşkil edir. (a diaqramına bax).
Qrup siqnalı VD-da əsas daşıyıcı tezliyin hər hansı bir parametrini (amplitud, tezlik, faza) modulyasiya edildikdən sonra, gücləndirilir və S(t) şəklində şüalandırılır, qəbul olunmuş siqnal qəbuledicinin giriş dövrəsində seçildikdən sonra ümumi demodulyatora verilir və siqnal alınır. Qrup siqnalı ilə eyni zamanda zaman siqnalları 3J1, 3J2…3Jn və SİS-nun girişinə təsir göstərir. SİS-ru daha böyük müddətə malik olan sinxroimpulsu da çıxışına buraxır. Kanal impulslarını buraxılır. Ayrılmış sinxroimpuls selektoru impuls generatoruna təsir etməklə çıxışda biri o birini nibsətli sürüşmüş n miqdarda selektr impulslarının alın­masını təmin edir.
SİB-nun hasil etdiyi impulslar münasib ZS-na verilir. Beləliklə ZS-na həm selektror ipulsları həm də qrup siqnalı təsir göstərir. ZS-ru elə qurğudur ki, onun girişində hər iki siqnal təsir göstərdiyi müddətdə açılır və kanal impulsunu öz çıxışına buraxır. Qalan müddətdə, yəni o biri kanal impulsları mövcud olduqda bu selektor bağlı olur, yəni o biri kanal impulslarını buraxmır. Nəticədə hər zaman selektoru müvafiq həmin kanalın impulsunu buraxır. Kanal impulsları KD-da demodulyasiya edildikdən sonra impulsda olan məlumat ayrılır, alçaq tezlik süzgəcindən buraxılaraq işlədiciyə ötürülür.

Download 1,76 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Download 1,76 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



RadiOİdarəetmə SİstemləRİ 13

Download 1,76 Mb.