Çoxkanallı sistemlər. Tezlik sıxlaşdırma metodu




Download 1,76 Mb.
bet13/24
Sana12.12.2023
Hajmi1,76 Mb.
#116909
1   ...   9   10   11   12   13   14   15   16   ...   24
Bog'liq
RADİOİDARƏETMƏ SİSTEMLƏRİ 2023(1)

14.13. Çoxkanallı sistemlər. Tezlik sıxlaşdırma metodu


Eyni bir kanal vasitəsilə çoxlu miqdarda məlumatların verilməsini və qəbulunu təmin edən sistemlər çoxkanallı sistemlər adlanır. Çoxkanallı sistemlərin tətbiq edilməsinin əsas məqsədi RTS-in (radioxəttin) iqtisadi göstəricilərini yük­səltməkdir. Hal-hazırda radiotexnikada çoxkanallı sistem­lərin yaradılmasında kanalların sıxlaşdırılması tətbiq edilir. Bu məqsədlə iki sıxlaşdırma metodundan istifadə edilir: tezlik və zaman sıxlaşdırma metodları.
Tezlik sıxlaşdırma metodu tətbiq edildikdə, verilən bü­tün məlumatlar eyni zamanda, zaman sıxlaşdırılmasında isə müxtəlif vaxtlarda verilir. Bu səbəbdən tezlik sıxlaşdırma sistemlərinə paralel, zaman sıxlaşdırılmalı sistemlərə isə ardıcıl sistemlər deyilir.
Spektrləri bir-birini örtən çoxlu miqdarda müstəqil məlu­matları bir radiokanal vasitəsilə vermək üçün bu spektrlər üzərində müəyyən çevrilmələr aparmaq lazımdır. Bu çevrilmələr nəticəsində məlumat spektrlərinin bir-birini örtməsi aradan qaldırılmalıdır. Belə çevrilmə kimi modulyasiyadan istifadə olunur. Bunun üçün məlumatların sayı miqdarında köməkçi tezliklər lazım olur ki, bunlara da altdaşıyı tezliklər deyilir. Tutaq ki, n sayda spektr var. Fərz edək ki, bu spektrlərin bir-birini örtməsini aradan qaldırmaq üçün AM-dan istifadə edilir və köməkçi terminlər kimi fn1, fn2,…, fnn tezlik­lərindən istifadə edilir və bu terminlər elə seçilir ki, modulyasiya nəticəsində alınan siqnalların spektri bir-birini örtməsin.
Onda modulyasiya nəticəsində alınan siqnalların spektr­ləri aşağıdakı kimi göstərilə bilər (şək.14.14).
Alınmış siqnalların spektrləri bir-birini örtmədiyindən onları bir yerə yığmaq olar. Belə toplama nəticəsində alınan spektr özündə bütün siqnalların spektrlərini və məlumat­larını əks etdirəcək. Belə spektr qrup spektri, siqnal isə qrup siqnalı adlanır.



Şəkil 14.14. Modulyasiya nəticəsində alınan siqnalların
spektrləri


Bir-birini örtən məlumat spektrlərindən qrup siqnallarının alınması kanalların sıxlaşdırılması adlandırılır. Qurğu isə sıxlaşdırma qurğusu adlanır, Ul-də isə sıxlaşdırmanın əksi olan proses aparılır ki, buna da kanalların ayrılması deyilir. Köməkçi terminləri aşağıdakı qayda ilə seçmək olar. Fərz edək ki fn1 tezliyi hər hansı bir əsasa görə seçilmişdir. Onda şəkildən göründüyü kimi:
fn1 = fn1+ fb1+ fb2+
fn3 = fn2+ fb2+ fb3+
fnn = fn (n-1)+ fb(n-1)+ fbn+
Rabitə texnologiyasında fn1=12KHs və ya fn1=60KHs. (60 KHs, 12 KHs kabel əyrilərində).
Beləliklə sıxlaşdırma qurğusunda n siqnal məlumatdan, onu özündə əks etdirən bir siqnal ötürülür ki, buna qrup siqnalı deyilir. Bu siqnal modulyasiya olunur və verici vasitəsilə şüalandırılır. Göründüyü kimi çox kanallı sistemlərdə modulya­siya iki dəfə aparılır, birincidə spektrlərin biri-birini örtməsi aradan qaldırılır. İkinci modulyasiya mərəhələsində spektr (yüksək radio­siq­nallar oblastına köçürülərək şüalandırılır). Birinci moduylasiya mərhələsində AM, TM, FM və BYZM-dən biri, ikinci modulyasiya mərhələsində isə AM, TM, FM və BYZM-dan biri istifadə edilə bilər. Beləliklə, tez­lik sıxlaşdırılmalı çoxkanallı sistemlərin 16 müxtəlif tezlik çevrilməsi mövcuddur:
1) AN-AM 2) AM-TM, 3) AM-FM, 4) AM-BUZM, 5)TM-TM, 6) TM-AM, 7)TM-FM, 8)TM-BYZM, 9)FM-AM, 10) FM-AM, 11)FM-TM, 12)FM-BYZM, 13)BYZM-BYZM, 14)BYZM-AM, 15)BYZM-TM, 16) BYZM-FM.



Download 1,76 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Download 1,76 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Çoxkanallı sistemlər. Tezlik sıxlaşdırma metodu

Download 1,76 Mb.