|
RadiOİdarəetmə SİstemləRİ 13
|
bet | 10/24 | Sana | 12.12.2023 | Hajmi | 1,76 Mb. | | #116909 |
Bog'liq RADİOİDARƏETMƏ SİSTEMLƏRİ 2023(1)14.9. Radiorabitə sistemləri
Bir nöqtədən başqa nöqtəyə məlumatın verilməsini təmin edən RTS-lər radiorabitə sistemləri adlanır (informasiya verən). RRS-i siniflərə bölünürlər.
Radioyayım, radiotelefon, radioteleqraf, televizor, radioidarə, radiotelemetrik, radiorele və kosmik rabitə sistemləri.
Radioyayım sistemlərində bir stansiya ötürür, külli miqdarda stansiya isə qəbul edir. Bu sistemlərdə danışıq, musiqi və s. məlumatlar verilir, rabitə yaratmaq məqsədilə hektometrlik (orta dalğalar) və dekametrlik (qısa dalğalar) istifadə edilir. Modulyasiyaya gəldikdə, AM və TM modulyasiyadan istifadə olunur.
Radiotelefon və radioteleqraf sistemləri məsafələrdə rabitə yaratmaq məqsədilə istifadə edilir. Bu sistemlərdə AM, TM və BYBM-dan, kilometrik dalğalardan istifadə edilir.
Televiziya sistemlərində təsvir və səs siqnalları verilir. Bu sistemlər metrlik və desimetrlik diapazonlarda işləyir.
Komanda rabitə sistemlərində məlumat kodlaşmış şəkildə verilir.
Telemetrik sistemlərdə müxtəlif ölçmənin nəticələri radiosiqnallar vasitəsilə verilir və əksər halda kodlaşmış siqnallardan istifadə edilir. RRX-ləri çoxkanallı rabitə sistemləridir. DM-lik və Sm-lik diapazonlarda işləyir. Külli miqdarda telefon, televiziya, radioyayım və s. siqnalları ötürülür və TM-dən istifadə edilir.
Kosmik rabitə sistemləri DM-lik və Sm-lik diapazonlarda işləyir, TM-dən istifadə olunur, çoxkanallı telefon, televiziya siqnalların verilişini təmin edir.
RRX-də peyk rabitə sistemlərində retranslyasiya prinsipindən istifadə edilir.
14.10. Radio xətlər, radioxəttdə radiodalğalar diapazonu
İş prosesini radiodalğalar vasitəsilə təmin edən texniki qurğular radioxətlər adlanır. Radioxətlər bir kanallı və çoxkanallı olur. Birkanallı radioxətlərdə yalnız bir məlumat, çoxkanallı radioxətlərdə isə küllü miqdarda məlumat verilə bilər.
Radioxətlərdə istifadə edilən dalğalar diapazonuna görə, modulyasiyanın növlərinə və veriliş üsuluna görə bir-birindən fərqlənir. Radioxətlərin istifadə edilməsi məqsədindən asılı olaraq onun işçi tezliyi və ya dalğa uzunluğu seçilir. Beynəlxalq bölgüyə görə radiodalğalar aşağıdakı diapazonlara bölünür (cəd. bax).
Radioyayım sistemlərində dalğaların diapazonlara bölünməsi, dalğaların sərbəst dərəcədə yayılması xüsusiyyətinə görə aparılır və aşağıdakı diapazonlar var: UDD, ODD, QDD, UQDD, millimetrlik və kilometrlik dalğalar.
Radiorabitə və radionaviqasiya sistemlərində bu diapazonlar geniş istifadə olunur. Hektometrlik və dekametrlik dalğalar radiorabitə və radioyayımda istifadə olunur.
Uzaq məsafə təsir dairəsi 2000 km-ə qədər olan sistemdə metrlik dalğalardan istifadə olunur.
Destimetrlik və santimetrlik dalğalar radiorele xətlərində, peyk rabitə sistemlərində, birbaşa görünmə məsafəsində yayılan dalğalardır.
Modulyasiyanın növünə görə radioxətlər iki yerə ayrılır.
Fasiləsiz modulyasiyalı
İmpulsiv modulyasiyalı
Geniş zolaqlı sistemlərdə bir qayda olaraq TM-dən istifadə olunur. Bu tip modulyasiya tətbiq olunan sistemlərdə genişzolaqlı siqnallar istifadə edilir ki, onlar da maneələrə qarşı yüksək davamlılıq təmin edir.
Çoxkanallı rabitə sistemlərində ən azı iki modulyasiya növündən istifadə edilir. Ona görə də bu sistemlər iki modulyasiya mərhələsi olan sistemlər adlandırılır və modulyasiyanın adına (tipinə) görə aşağıdakı kimi adlandırılır: AM-AM, AM-TM, DTM-DM, DTM-TTM, ATM-TM, DTM-TM. Göründüyü kimi, bəzi sistemlərdə hər iki modulyasiya mərhələsində fasiləsiz və yaxud impuls modulyasiyalardan istifadə oluna bilər.
Elə sistemlər var ki, onlarda birinci mərhələdə impulsiv, ikincidə fasiləsiz modulyasiyadan istifadə edilir. Məlumatın verilmə qaydasına görə radioxətlər üç yerə bölünür:
A nöqtəsi ötürür, B nöqtəsi qəbul edir.
A nöqtəsi ötürür; bir neçə dəfə retranslyasiya edildikdən sonra, həmin siqnal B nöqtəsində qəbul edilir.
Şüalandırılan siqnal müəyyən obyektlərdən (atmosferin yuxarı qatlarından) əks olunaraq B nöqtəsində qəbul edilir.
Birinci və ikinci tip sistemlərdə dalğalar dar səth boyunca (səthi dalğalar), üçüncüdə isə fəzadan əks olunmuş (fəza dalğası) dalğalarıdır.
№
|
Diapazonun adı
|
Tezliyi
|
Dalğa uzun.
|
Tezlik diapaz.
|
1
|
Miriametrlik dalğalar
|
Çox aşağı tezliklər
|
10-100 km
|
3-30 KHs
|
2
|
Kilometrlik
|
Aşağı tezliklər
|
1-10 km
|
30-300 KHs
|
3
|
hektometrlik
|
Orta tezlik
|
100-1000 m.
|
300-3000 KHs
|
4
|
dekometrlik
|
Yüksək tezliklər
|
10-100 m.
|
3-30 MHs
|
5
|
Metrlik
|
Çox yüksək tezliklər
|
1-10 m
|
30-300 MHs
|
6
|
Destimetrlik
|
Ultra yüksək tezlik
|
1-10 dm.
|
300-3000 MHs
|
7
|
Santimetrlik
|
İCT
|
1-10 sm
|
3-30 QHs
|
8
|
Millimetrlik
|
-
|
1-10 mm
|
30-300 QHs
|
9
|
Desimillimetrlik
|
-
|
100 mkm-1 mm
|
300-3000 QHs
|
|
| |