Şanvari rabitənin 3 nəsli




Download 1,76 Mb.
bet19/24
Sana12.12.2023
Hajmi1,76 Mb.
#116909
1   ...   16   17   18   19   20   21   22   23   24
Bog'liq
RADİOİDARƏETMƏ SİSTEMLƏRİ 2023(1)

15.3. Şanvari rabitənin 3 nəsli

30 ilə yaxın inkişaf tarixində şanşəkilli rabitə sistemi xeyli dəyişikliklərə məruz qalmışdır. Bu rabitə sisteminin inkişafını şərti olaraq üç mərhələyə (nəslə) bölmək olar:


1) birinci nəsil - analoq sistemləri, ömrünü başa vurmuşdur;
2) ikinci nəsil – bu günkü rəqəm sistemləri;
3) üçüncü nəsil – yaxın gələcəyin universal mobil rabitə sistemləri.
Şanşəkilli rabitəsinin bütün birinci sistemləri (stan­dart­ları) analoq idilər. Onlara aşağıdakılar aiddir:

  1. – AMPS (Advanced Mobile Phone Service – təkmilləşdirilmiş mobil telefon xidməti, diapazon 800 MHs) ABŞ-da, Kanadada, Mərkəzi və Cənubi Amerikada, Avstraliyada geniş istifadə edilir. "Şimali Amerika standartı" kimi də tanınır.

  2. D-AMPS və İS-54 (İnterim standart-aralıq standart)-1993-cü ildən tətbiq edilir, rəqəm modifikasiyası ilə birlikdə (Rusiyada regional standart kimi qəbul edilmişdir) bütün abonentlərin təxminən yarısına xidmət edir.

  3. TACS (Total Access Communications System-çox stansiyalı müdaxiləli rabitə sistemi, diapazon 900 MHS) – İngiltərə, İtaliya, İspaniya, Avstriya, İrlan­di­yada istifadə olunur. ETACS modifikasiyası ilə İngiltərədə, JTACS/NTACS modifikasiyası ilə Yaponiyada tətbiq olunur.

  4. NMT450 – Skandinaviya ölkələri standartı.

  5. NMT 900 (Nordıc Mobile Telephone-Şimal ölkələ­rin­də və bir çox başqa ölkələrdə istifadə olunur). "Skandinav standartı" kimi də tanınır. NMT 450 Rusiyada tətbiq olunan analoq standartıdır. (Rusiyadakı ikinci standartı isə GSM 900 – rəqəm standartıdır).

  6. C-450 (diapazon 450 MHs) - Almaniya və Portuqaliyada istifadə olunur;

  7. RTMS (Radio Telephone Mobile System – mobil radiotelefon sistemi, diapazon 450 MHs). – İtaliyada istifadə olunur;

  8. Radiocom 2000 (170,200,400 MHs diapazonları) – Fransada tətbiq olunur;

  9. NTT (Nippon Telephone and Telegraph System-yapon telefon və teleqraf sistemi, diapazon 800…900 MHs- üç variantda) – Yaponiyada istifadə olunur.

Bütün analoq standartlarında nitqi ötürmək üçün tezlik modulyasiyası və idarəetmə informasiyalarını (və ya siq­na­li­zasiyanı - signaling) ötürmək üçün isə tezlik manipulyasiyası tətbiq olunur.
Müxtəlif kanalların informasiyalarını ötürmək üçün, tezlik spektrinin müxtəlif hissələri istifadə edilir- kanalların tezliyə görə ayrılması ilə çoxstansiyalı müdaxilə metodu tətbiq olunur. (Frequency Division Multiple Access-FDMA). Müxtəlif standartlarda kanalların zolağı 12,5-dən 30 kHs-ə qədər olur. Bununla da analoq standartların əsas çatışmayan cəhəti əlaqədardır – tutumlarının nisbətən aşağı olması, hansı ki, ayrılmış tezlik zolağının, kanalların tezliyə görə ayrılması zamanı kifayət qədər səmərəli istifadə edilməməsinin birbaşa nəticəsidir. Bu çatışmayan cəhət 80-ci illərin ortalarında aşkar hiss olundu və daha təkmil texniki həllər axtarılmağa başlanıldı. Nəticədə ikinci nəsil rəqəm şanı sistemləri yaradıldı. Rəqəm sistemlərinə keçilməsi isə məlum çətinliklərlə üz-üzə gəldi.
ABŞ-da AMPS – analoq standartı o qədər geniş yayılmışdı ki, onun birbaşa rəqəm sistemi ilə əvəzlənməsi mümkün olmadı. Çıxış yolu kimi, ikirecimli analoq-rəqəm sisteminin işlənib hazırlanması oldu. Bu sistem, analoq və rəqəm sistemlərinin işini eyni bir diapazonda uyğunlaş­dır­mağa imkan verdi.
Bu standart üzrə işlərə 1988-ci ildə başlanıldı və 1992-ci ildə qurtardı. Standart D-AMPS və ya İS-54 adlandırıldı. (İS – İnterim Standart, yəni aralıq standart). Bu standartdan 1993-cü ildən sonra istifadə edilməyə başlanıldı. Avropada çoxlu sayda bir-birilə uzlaşmayan analoq sistemləri yaradılmışdı.- ("cındır yorğan")
Burada çıxış yolu-vahid ümumavropa standartı olan GSM-in (900MHs) yaradılmasında oldu. Onun praktiki tətbiqinə 1991-dən başlanıldı. Rəqəm standartının bir variantı (D-AMPS-ə göstəricilərinə görə yaxın olan) 1993-də Yaponiyada işlənib hazırlandı. Əvvəlcə JDC, 1994-dən isə PDC (Personal Digital Cellular- fərdi rəqəm şanı rabitəsi) adlandırıldı.
Bununla inkişaf dayanmadı. D-AMPS standartı əlavə olaraq təkmilləşdirildi (yeni tip idarəetmə kanallarının daxiledilməsi hesabına). İS-54 rəqəm versiyası analoq AMPS-in idarəetmə kanallarının strukturunu saxladığı üçün, bu sistemin imkanları məhdudlanmışdır. Yeni, xalis rəqəm idarəetmə kanalları İS-136 versiyasında daxil edilmişdir. Bu versiya 1994-də işlənib hazırlanmış və 1996-dan tətbiq olunur. Burada AMPS və İS-54–lə birgələşdirilmə saxlanılmış, lakin idarəetmə kanalının tutumu artırılmış və sistemin funksional imkanları xeyli genişləndirilmişdir.
GSM standartı 1989-cu işdə təkmilləşdirilməni davam etdirərək, yeni 1800 MHs tezlik diapazonunun tətbiqinə getdi. Bu istiqamət, fərdi rabitə sistemi adı ilə məlumdur. Sonuncunun, ilkin GSM sistemindən (900 MHS) yalnız texniki cəhətdən deyil, həm də marketinq cəhətdən fərqlidir – daha böyük işçi tezlik zolağı, özəklərin (şanıların) kiçik ölçüləri ilə vəhdətdə, daha böyük tutumlu şanı şəbəkələri qurmağa və yüngül, münasib, ucuz abonent terminalları bu sistemin əsasını təşkil edir. Uyğun standart (əvvəlki GSM 900-ə əlavə şəklində) Avropada 1990-91-ci illərdə işlənib hazırlanıbdır. Sistem DCS 1800 (Digital Cellular System – şanı rabitəsinin rəqəm sistemi, əvvəlcə PCN-Personal Communications Netəork – fərdi rabitə şəbəkəsi anlayışı da istifadə olunurdu) adlandırılmışdır və 1993-cü ildən istifadə olunmağa başlanıldı. 1996-cı ildə onu GSM1800 adlandırmaq qəbul edildi. ABŞ-da 1800 Hs diapazonu başqa istifadəçilər tərəfindən tutulmuş oldu və 1900 MHs diapazonunda tezlik zolağı ayırmaq imkanı tapıldı. Bu sistem ABŞ-da PCS-Personal Communications Systems adlandırıldı, 800 MHS diapazonundan fərqli olaraq, fərdi rabitə sistemi adlandırıldı. 1900 MHs – diapazonun istifadəsinə 1995-ci ilin axırlarında başlanıldı; bu diapazonda işləmə D-AMPS standartında (İS-136 versiyası, lakin 1900 MHS diapazonunda analoq AMPS, artıq yoxdur) nəzərdə tutulmuşdur və GSM-in uyğun versiyası işlənib hazırlanmışdır (amerikan GSM1900 – Standart İS-661). Bütün sayılan II nəsil rəqəm sistemlərinin hamısı kanalların zamana görə ayrılması ilə çoxstansiyalı müdaxilə metoduna əsaslanır. (Time Division Multiple Access - TDMA). Lakin 1992-93-cü illərdə ABŞ-da kanalların koda görə ayrılması ilə çoxstansiyalı müdaxilə metodu əsasında şanşəkilli rabitə sistemi standartı yaradıldı. (Code Division Multiple Access - CDMA) – İS-95 standartı (800 MHs diapazonu). Bu standart 1995-96-cı illərdə Honkonqda, ABŞ-da, Cənubi Koreyada tətbiq olunmağa başladı. Fərdi rabitə istiqaməti Yaponiyada da 1995-ci ildən PHS sistemi (Personal Handypone System) (1800 MH diapazonu) da tətbiq olundu (fərdi əl telefonu sistemi).
Beləlkilə, şanşəkilli rabitənin əsas rəqəm standartları aşağıdakılar hesab oluna bilər:
- D-AMPS (800 və 1900 MHs diapazonlar), bəzən NATDMA – ’’Şimali Amerika TDMA’’ termini də işlədilir.
-GSM(Global System for Mobile Communications-mobil rabitənin qlobal sistemi, 900, 1800 və 1900 MHs diapazonları).
- CDMA (İS–95).
- PHS.



Download 1,76 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   24




Download 1,76 Mb.