Peycinq rabitə sistemləri




Download 1,76 Mb.
bet22/24
Sana12.12.2023
Hajmi1,76 Mb.
#116909
1   ...   16   17   18   19   20   21   22   23   24
Bog'liq
RADİOİDARƏETMƏ SİSTEMLƏRİ 2023(1)

15.8. Peycinq rabitə sistemləri (PRS)

PRS- fərdi radioçağırış sistemləridir. Bunlar həcminə görə məhdud olan məlumatın, müəyyən zona dairəsində radiokanal vasitəsilə mobil abonentə birtərəfli ötürülməsini təmin edirlər.


İş prinsipinə görə PRS- biristiqamətli (simpleks) rabitə sistemidir və hərəkətdə olan abonentin "istənilən vaxtda, istənilən yerdə, istənilən şəxsə" prinsipi ilə ikitərəfli (müəyyən müddətə təxirə salınmış) rabitəyə çağırılmasını təmin etmək məqsədilə tətbiq edilir. Buradakı "istənilən yer" anlayışı, mobil sistemin xidmət zonası ilə məhdudlanır.
PRS ilk variantda – bir tezlikdə işləyən sistemlər, POCSAG kodunu 1200 bit/san. sürəti ilə istifadə etmiş, saat ərzində 126000 tonal çağırış göndərə bilmişdir. Qurulma prinsipi- sinxron ayırması olan şanşəkilli prinsip üzrədir.
Hal-hazırda ERMES standartı – hər biri 25 kHs olan 16 tezlik kanalına malikdir. Perspektivdə ikitərəfli rabitənin tətbi­qidir (geriyə – qısa məlumatların, aşağı sürətlə gön­də­rilməsi).
Peycinq şəbəkəsinin işini, sadə şəkildə aşağıdakı kimi izah etmək olar: Rabitə sisteminin mobil abonentlərində kiçik ölçülü fərdi çağırış qəbuledicisi (peycer) olur ki, o, növbətçi qəbul recimində işləyir. Bütün xidmət olunan ərazi, şanı modelli üzrə yerləşdirilmiş azgüclü vericilər şəbəkəsi ilə əhatə olunur. Bu vericilər, məftilli və ya radiokanal rabitəsinin köməyilə peycinq terminalının çıxışına qoşulmuş olurlar. Peycinq terminalı isə öz növbəsində, ümumi istifadəli telefon şəbəkəsi ilə əlaqəli olur.
PRS ilə müxtəlif informasiya növləri ötürülə bilər:

  • tonal siqnallar (səs siqnalları);

  • rəqəmli nitq məlumatları;

  • hərf və hərf-rəqəm məlumatları

Tonal siqnallar, adətən, digər növ siqnallarla birlikdə, çağırılan abonentin diqqətini cəlb etmək üçün istifadə edirlər.
Hal-hazırda bu cür sistemlərdən müxtəlif növ müşavirə və kütləvi tədbirlər iştirakçılarına xidmət etmək (məsələn onu telefonla danışmağa dəvət etmək), xəstəxanalarda növbətçi həkimlərə təcili çağırış siqnalı, yanğın koman­dalarına siqnallar ötürmək, habelə ekstremal vəziy­yət­lərdə şaxtaçılarla fərdi rabitə üçün və s. məqsədilə istifadə edilir.
Çağırış, peycinq terminalına ya çoxtezlikli yığıma malik olan çoxkanallı telefonla, ya da xidmət mərkəzinin dispetçeri vasitəsilə verilə bilər. Dispetçer ötürülən məlu­matı qeyd edir və onu terminal kompüterinə daxil edir.
Məlumat, birbaşa peycinq terminalına şəbəkə kom­pü­terindən də daxil ola bilər. Bu kompüter, telefon şəbə­kəsinə məftil modemi vasitəsilə qoşulur. Peycinq terminalı, daxil olan məlumatı FRÇS-nin uyğun kod formatına çevirir, onu kompüterin bufer yaddaşına köçürür və əvvəl daxil olan məlumatlarla növbəyə qoyur. Sonradan kodlanmış məlu­mat, sistemin bütün vericiləri şəbəkəsi ilə efirə şüalandırılır.
Qəbul reciminə qoşulmuş abonent peycerləri, daxil olan çağırışların ünvanlarını fasiləsiz olaraq analiz edir. Daxil olan ünvanla, peycerin ünvanı üst-üstə düşəndə məlumat qəbul edilir, bufer yaddaşına yazılır və peycerin displeyində canlandırılır. Bu zaman, qəbul olunmuş məlumat barədə abonent səs və işıq siqnalları ilə və ya qəbuledicinin korpusunun vibrasiyası ilə (taktil siqna­lizasiya) xəbərdar olunur.
Müasir FRÇS-də abonent qəbuledicisinin mikro­miniatürləşdirilməsi geniş tətbiq olunur (az enerci tələb edirlər). Bunun sayəsində maneədavamlılıq və peycinq rabitəsi kanalının buraxma qabiliyyəti artırılmış olur, həmçinin informasiyanın hərf-rəqəm şəklində rəqəmli veriliş sistemlərini istifadə etmək mümkün olur.
Müasir FRÇS-in böyük əksəriyyəti, abonentlərə müxtəlif məlumatları ötürmək üçün, məlum beynəlxalq rəqəm kodu – POC SA G (abonentin kodla radioçağırışı) istifadə edirlər. Bu kod tonal (səs) siqnallarının və digər informasiyanın 1200 və 2400 bit/saniyə sürəti ilə ötürülməsini təmin edir.
Praktiki olaraq, bütün FRÇS-ri oxşar quruluşa malik olurlar və müxtəlif ölkələrdə, fərqli modifikasiyalarda buraxılırlar.
Nümunə üçün NEC-yapon kompaniyasının abonent qəbuledicilərindən birinin struktur sxemini nəzərdən keçirək. (şəkil 15.7)
Abonent peycerinin ölçüləri (50x65x20mm) cib kalkul­yatoruna yaxındır və 150 MHs daşıyıcı tezliyində işləyir, həcminə görə məhdud miqdarda hərf, rəqəm və hərf-rəqəm məlumatlarını qəbul edir. Peycerin ölçülərinin minimal alınması, tünerdə (yəni qəbuledicinin YTT və defektoru hissəsi) radiosiqnalın birbaşa tonal siqnalına çevrilməsi ilə (həmçinin aktiv süzgəclər və yeni radio­texnologiyalardan istifadə edilməsi sayəsində) əldə edilir.



Şəkil 15.7. NEC firması peycerinin struktur sxemi


Baza stansiyaları tərəfindən ötürülmüş informasiya və xidməti radiosiqnalların qəbulu üçün, abonent peycerində quraşdırılmış genişzolaqlı çərçivə şəkilli antena istifadə olunur (bir və bir neçə yastı məftil sarğısı, hansılar ki, dairəvi və ya düzbucaqlı formalı çərçivə əmələ gətirirlər). Şəkildə bu antena 1-rəqəmi ilə işarə edilmişdir və birbaşa 2-radiotezlik gücləndiricisi ilə birləşdirilmişdir. Radiosiqnalın tezliyinin, tonal (səs) tezliyinə qədər azaldılması 3-ikikanallı kvadratur tezlik çeviricisində (TÇ-də) edilir.


TÇ- tezlik çevricisinin çıxışına 4- tonal tezliklər süzgəci və 5-gücləndirici –məhdudlayıcıları qoşulmuşdur. Kvadratur (bir-birindən fazaca 90°-sürüşdürülmüş) yüksəktezlikli geterodin gərginlikləri, TÇ-nə 6-kvars generatorundan 7-ikiqat tezlik vurucusu və 8 – fazaçeviricisi vasitəsilə verilir. Sonradan çevrilmiş tonal tezlikli siqnallar, 9-ümumi emal kanalına verilir. Bu kanalın tərkibində analoq emalı elementi, süzgəcli komparator və ikili kodun analoq-rəqəm çeviricisi olur.
10- Dekodlayıcı və yaddaş moduluna malik olan pro­ses­sorda taymer (saatlar) vardır ki, onun çıxış rəqslərinin tezliyi, 11 – kvarsı ilə stabilləşdirilmişdir.
Abonentin nömrəsinin kodu (alınan qiymətlərin içərisində olan), abonentin öz şəxsi kodu ilə müqayisə olunur (hansı ki, prosessorun yaddaşında saxlanılıb). Bunlar üst-üstə düşəndə, qəbuledici məlumatın qəbulu reciminə keçir. Bu zaman peycerin qəbuledicisində tonal çağırış siqnalı generasiya olunur ki, bu rəqslər 12-gücləndiricisi vasitəsilə 13 – akustik çeviricisinə və 14- taktil (vibrasiyaedici) siqnalizatora verilirlər. 15-svetodiodu, abonentin çağırışını vizual siqnalizasiya edir.16 – hərf – rəqəm displeyi (maye kristallar üzərində qurulan) qəbul olunan məlumatı, həm də onun qəbul vaxtını göstərir. Bundan başqa, displeydə cari vaxt və ayın tarixi göstərilə bilər. Məlumat qaranlıqda oxunarkən, 17- svetodiodunu qoşmaqla displeyi işıqlandırmaq olar.
Peycerin 18- tünerini gözləyici recim proqramı ilə qoşmaq və söndürmək üçün 19-xüsusi çeviricisi istifadə olunur.
Peycer, 20 – sabit gərginlikli batareya elementləri ilə qidalandırılır. Qida mənbəyinin dəyişilməsi və ya doldurulması (akkumlyator) barədə abonentə siqnalizasiya etmək üçün, 21- boşalmanın sərhəd aşkarlayıcısı tətbiq edilmişdir.
Abonent qəbuledicini, 22- məlumatın canlandırılması və səs siqnalizasiya çeviricisi ilə idarə edir.
Peycerlərlə yanaşı, ikitərəfli kiçikölçülü peycerlər – tveycerlər və ya transiverlər (qəbuledici - vericilər) işlənib hazırlanmışdır və tətbiq olunurlar. Bunlarda məlumatın qəbul olunduğu haqda və qısa cavab informasiyalarını baza stansiyasına verməyə imkan olur.
Son illərdə FRÇS-nin qlobal beynəlxalq sistemləri yaradılması ideyası geniş yayılmışdır ki, burada kodlanmış məlumatı yer kürəsinin istənilən nöqtəsindəki abonentə çatdırmaq olur. Bu ideya FRÇ-in peyk sistemlərində mümkün olur. İlk peyk FRÇS-i ABŞ-da işlənib hazırlanmış və Sky-Tel adlandırılmışdır. Bu sistemin əsas elementi retranslyator- peykdir və o, geostansionar orbitdə (yer səthindən ~36000 km məsafədə) yerləşdirilmişdir. Belə peyk həmişə yer kürəsinin bir nöqtəsi üzərində olduğundan, yalnız müəyyən ərazini əhatə etmək mümkün olur (antenanın istiqamət diaqramından asılı olaraq). Sky- Tel sistemi ABŞ və Sinqapurda 250-dən çox şəhərə xidmət edir. Sistemin peyk kanalı 931 MHS daşıyıcı tezliyində işləyir.


Download 1,76 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   24




Download 1,76 Mb.