• “ELEKTROTEXNİKA, RADİOTEXNİKA VƏ ELEKTRONİKA” fənn birləşməsinin müəllimi: M. B. Feyzullayeva BAKI-2020
  • BÖLMƏ 1. Radioelektronikanın əsas anlayışları və prinsipləri §1.1. Radioelektronikanın predmeti və əsas tətbiq sahələri
  • NəQLİyyat kolleci “Sİqnallar və SİstemləR” -1




    Download 0.64 Mb.
    Pdf ko'rish
    bet1/25
    Sana10.04.2024
    Hajmi0.64 Mb.
    #192826
    TuriMühazirə
      1   2   3   4   5   6   7   8   9   ...   25
    Bog'liq
    pdfcoffee.com siqnallar-v-sistemlr-1-pdf-free
    sanbvgcfdxzxfcvhbjnkml, SİQNALLARIN ANALİZ texnologiyaları -842a1a2, 1. Siqnal dedikd n ba a d l r , nformasiya N z riyy si v Kodlama” f nnind n imtahan testl ri (, 11, 2, 3, 4, TeleviZ yanin fiZ K saslari, ALQORİTM.pptx 2222, M hazir l r toplusu Giri , Ar2019-1126, referat 4173, Sadixov-Z.QV .M.CabbarzadəA.R.Bunyatov-Riyazi-mentiq


    AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN
    TEXNİKİ UNİVERSİTETİ NƏZDİNDƏ BAKI DÖVLƏT RABİTƏ VƏ
    NƏQLİYYAT KOLLECİ 

    “SİQNALLAR VƏ SİSTEMLƏR” -1

    fənninin mühazirələri


    “ELEKTROTEXNİKA, RADİOTEXNİKA VƏ ELEKTRONİKA” 
    fənn birləşməsinin müəllimi: M. B. Feyzullayeva
    BAKI-2020


    Giriş.
    Müasir radiolektronika elmi-texniki tərəqqinin sürətli inkişafını təmin edən
    güclü vəsaitlərdən biridir. Hazırda elm və texnikanın, eləcə də xalq təsərrüfatının
    bir çox sahələrində müxtəlif radioelektron qurğulardan geniş istifadə edilir.
    Bunlarla yanaşı elektron hesablama maşınları, laboratoriya və elmi tədqiqatlarda
    istifadə olunan qurğuların əksəriyyəti radioelektron elementlərindən təşkil
    olunmuşdur. Bu sahələrdə işləyən mütəxəssislər radioelektronikanın əsaslarını
    bilməlidirlər. Buna görə də universitetlərdə, texniki ali məktəblərdə, bir sıra
    texnikumlarda “Radioelektronikanın əsasları” kursu bu və ya digər şəkildə tədris
    edilir. 
    Bu vəsaitdə müxtəlif xətti və qeyri-xətti radioelektron dövrələrə baxılmış,
    onlarda gedən prosesləri araşdırmaq üçün mövcud üsullar verilmişdir. Hazırda
    istehsal proseslərinin avtomatlaşdırılmasında, elektron hesablama texnikasında,
    rabitə texnikasında və s. sahələrdə impuls və rəqəm texnikasının əsaslarını bilmək
    zərurəti yaranmışdır. Bunu nəzərə alaraq bu proqramda impuls və rəqəm
    texnikasının əsas elementləri və onların əsasında hazırlanan bəzi radioelektron
    sxemlərdə gedən fiziki proseslərin izahına xüsusi yer verilmişdir.


    BÖLMƏ 1. Radioelektronikanın əsas anlayışları və prinsipləri
    §1.1. Radioelektronikanın predmeti və əsas tətbiq sahələri
    Radionun kəşfi (7 may 1895-ci il) böyük rus alimi A.S.Popovun adı ilə bağlıdır.
    R a d i o termini radiasiya (şüalanma) mənasını verən latın sözü olan «r a d i a r e» sözündən
    götürülmüşdür. Radio kəşfindən sonra keçən təxminən iyirmi il ərzində yalnız rabitə məqsədi ilə
    tətbiq olunmuşdur. İnformasiyanın elektromaqnit dalğaları vasitəsilə naqilsiz ötürülməsi
    məsələləri ilə məşğul olan elm və texnikanın bu sahəsi r a d i o t e x n i k a adlanır. Radiotexnika
    və elektrotexnika arasında olan əsas prinsipial fərq də elə bundan ibarətdir: el e k t r o t e x n i k a
    qiymətcə böyük enerjinin naqillərlə, radiotexnika isə müəyyən informasiya daşıyan enerjinin
    (siqnalın) məftilsiz ötürülməsi problemləri ilə məşğul olur. Qeyd etmək lazımdır ki,
    radiotexnikada ötürülən enerji elektrotexnikada ötürülən enerjidən qat-qat kiçikdir.
    Radiotexnikanın əsasında radiorabitə yarandı. Radiorabitə isə bir sıra yeni sahələri əhatə edir:
    radioyayım, televiziya, radiolokasiya, radionavigasiya, radiotelemetriya və radioidarəetmə,
    radioastronomiya və s. Bunlara raditexnikanın sahələri də deyilir. Məlumatın elektromaqnit
    dalğaları vasitəsi ilə ötürülməsi radiorabitə adlanır:
    1.
    Radioyayim -- məlumatın kütləvi radiodinləyicilərinə çatdırılması.
    2.
    Televiziya--raditexniki qurğuların köməyi ilə təsvirin məsafəyə ötürülməsi və qəbulu.
    3.
    Radiolokasiya—radiotexniki qurğuların köməyi ilə müxtəlif obyeklərin aşkara 
    çıxarılması
    4.
    Radionavigasiya-- radiotexniki qurğuların köməyi ilə naviqasiyanın (dəniz gəmilərinin
    hərəkətinin) idarə olunması.
    5.
    Radiotelemetriya-- radiotexniki qurğuların köməyi ilə məsafədən idarəetmə və ölçmə.
    6.
    Radioastronomiya-- radiotexniki qurğuların köməyi ilə kainatın və günəş sisteminin
    öyrənilməsi.
    Radiotexnikanın element bazasını e l e k t r o n i k a təşkil edir. Müasir elektronika
    aparılan tədqiqatların istiqamətinə və tətbiq sahələrinə görə iki hissəyə bölünür: fiziki və texniki
    elektronika. 
    F i z i k i e l e k t r o n i k a – vakuumda, qazlarda və bərk cisimlərdə, o cümlədən
    yarımkeçiricilərdə gedən elektron və ion proseslərini nəzəri və təcrübi tədqiq etməklə məşğul
    olan bir sahədir.
    T e x n i k i e l e k t r o n i k a isə yuxarıda sadalanan proseslərin əsasında yaradılan
    cihaz, qurğu və sistemlərin quruluşlarının öyrənilməsi və texnikada, sənayedə tətbiqi ilə məşğul
    olur. 
    Son illərdə elektronika böyük sürətlə inkişaf edir: yeni növ elektrovakuum və yarımkeçirici
    cihazlar yaradılmış, elektronikanın elementləri miniatürləşdirilmiş, mikromodul, inteqral,
    nəhayət, nano və molekulyar elektron elementləri və mikrosxemləri meydana gəlmişdir.
    Elektronikanın həm keyfiyyət, həm də kəmiyyətcə bu cür dəyişməsi radiotexnikada inqilab
    yaratmışdır. Radiotexnika da, öz növbəsində, elektronikanın inkişafına güclü təsir göstərmişdir.
    Hazırda elm və texnikanın bu iki sahəsi bir-birinə o qədər nüfuz edib qarışmışdır ki, bunlar
    arasındakı sərhəd tamamilə yox olmuş və elmin bu iki sahəsi əsasında müstəqil
    r a d i o e l e k t r o n i k a elmi meydana gəlmişdir. Müasir radioelektronika, hər şeydən əvvəl,
    yüksəktezlikli elektromaqnit dalğalarının köməyi ilə informasiyanın ötürülməsi, qəbulu və


    işlənilməsi problemləriilə məşğul olan bir elmdir. Bu termin XX əsrin 50-ci illərində meydana
    gəlmişdir. 
    Radiofizika və radioelektronika inkişaf etdikcə onların əsasında elm və texnikanın bir sıra
    yeni sahələri: kvant elektronikası, mikroelektronika, nanoelekronika, optoelektronika,
    infraqırmızı dalğalar texnikası, akusto və maqnitoelektronika və s. sahələr yaranmışdır.
    Hazırda radioelektron qurğuları xalq təsərrüfatının, demək olar ki, bütün sahələrində
    s ə n a y e d ə – istehsal proseslərinin avtomatlaşdırılmasında (müxtəlif avtomatlar,
    sayğaclar, robotlar və s.);
    t i b b d ə – ürəyin biocərəyanlarının qeyd edilməsində (elektro- kardioqraf), bədənin
    müxtəlif hissələrinin yüksəktezlikli cərəyanlarla qızdırıb müalicə edilməsində (diatermiya);
    k i b e r n e t i k a d a – elektron hesablama maşınlarında (EHM), informasiyanın
    ötürülməsində;
    k o s m o n a v t i k a d a – kosmik aparatların uçuşlarının avtomatik idarə edilməsində,
    kosmonavtların bir-birilə və Yerlə rabitə yaradılmasında;
    a s t r o f i z i k a d a – planetlərin və digər kosmik obyektlərin tədqiqində və s. geniş tətbiq
    olunur.
    Bunlardan başqa, müasir radioelektronikanın nailiyyətlərindən fiziki, kimyəvi və bioloji
    tədqiqatlarda, məişətdə, iqtisadiyyatda, dilçilikdə, psixologiyada, arxeologiyada və başqa
    sahələrdə də istifadə olunur.

    Download 0.64 Mb.
      1   2   3   4   5   6   7   8   9   ...   25




    Download 0.64 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    NəQLİyyat kolleci “Sİqnallar və SİstemləR” -1

    Download 0.64 Mb.
    Pdf ko'rish