• 9. Konsentratorlar haqqında ümumi məlumat
  • 10. Konsentratorların ümumıləşdirilmiş strukturu
  • Konsentratorların əsas avadanlıqları




    Download 2,17 Mb.
    bet3/21
    Sana25.12.2023
    Hajmi2,17 Mb.
    #128199
    1   2   3   4   5   6   7   8   9   ...   21
    Bog'liq
    İdarəedici Kollekvium

    8.Konsentratorların əsas avadanlıqları
    Konsentrator kimi kanalları zamana görə ayrılan kiçik tutumlu elektron ATS-i istifadə edilir.Konsentratorun bütün avadanlıqları üç əsas qrupa bölünür:kommutasiya avadanlıqları(KA),idarəetmə avadanlıqları(İA),və aralıq avadanlıqları(AA).Konsentratorun əsas avadanlığına İKM çevirmə avadanlığı da (ÇA) daxildir.Konsentratorun komutasiya avadanlığına kommutasiya sahəsi(KS) və ona qoşulan abunəçi kompleksləri aiddirlər
    9. Konsentratorlar haqqında ümumi məlumat
    Konsentratorun implus-zaman tipli kommutasiya sahəsi 30 implus kanalını kommutasiya etmək imkanına malikdir.Hər bir implus kanalı danışıq aparılması üçün istənilən abunəçiyə təqdim edilə bilir.Kommutasiya dördməftilli dövrə ilə həyata keçirilir.
    İkiməftilli dövrədən dördməftilli dövrəyə keçid abunəçi komplekslərində yerləşən standart differensial sistem vasitəsi ilə həyata keçirilir.
    Əgər abuneçi adi telefon aparatından istifadə edirsə,çağırış siqnalı (induktiv cərəyan ilə)abunetçinin öz abunəçi kompleksindən göndərilməlidir.Çünki belə siqnalların rəqəm traktı ilə göndərilməsi çətin olar.Bu isə abunəçi kompleksinin mürəkkəb və baha olmasına səbəb olur.Bu nöqsanı aradan götürmək üçün çağırış siqnallarını tonal tezlikli cərəyan mənbələrinə vermək vacibdir.Bu isə o vaxt mümkün olur ki,adi telefon aparatında istifadə edilən elektrik zəngi həssas akustik çevrici ilə əvəz edilmiş olsun,yəni adi telefon kapsulu ilə əvəz edilsin.Bu nöqteyi nəzərdən də diskli nömrəyığanla əvəz edilməlidir.Bu zaman batareya ilə göndərilən ünvan məlumatları tezlik üsulu ilə rəqəmlərin yığılmasına imkan verir,məsələn “5-dən 2”kodu ulə.Bundan əlavə düyməli nömrə yığan daha rahatdır və sürətlə ünvan məlumatlarının ATS-də göndərməyə imkan verir.
    10. Konsentratorların ümumıləşdirilmiş strukturu
    Konsentratoru dayaq ATS-i ilə əlaqələndirən yerləşdirici xətlər çevrici avadanlıqlar(ÇA) vasitəsi ilə ATS-ə qoşulur.ARÇ-analoq rəqəm çevrici veriliş istiqamətində və rəqəm analoq çevricisi RAÇ isə qəbul istiqamətində qoşulurlar.İKM-30 la təchiz edilmiş bir birləşdirici xətlə 30 danışıq təşkil etmək mümkün olur.Etibarlılığı artırmaq üçün konsentrator dayaq ATS-ə iki birləşdirici xətlə qoşulmalıdır.Bu zaman KS-də 60(30x2) birləşdirici xəttin tam imkanlı qoşulması təmin edilir.Bu halda kanaldan orta istifadə olunma əmsalı 17 olmaqla iki birləşdiric xətin buraxma qabiliyyəti 42 H təşkil edir.Bir abunəçi xəttinin orta xüsusi yükü 08 erl olduqda konsentratorun limit(maksimal)atomu 525 xətt olur.Birləşdirici xətlərdən biri sıradan çıxan zaman digər birləşdirici xətt onun da yükünü öz üzərinə götürür.Bu halda xidmət keyfiyyəti pisləşsə də dayaq stansiyası ilə əlaqə kəsilmir.
    Aralıq avdanlıqları(AA) da üç funksional qurğudan ibarətdir:təyinedici-T,konsentratorun kommutasiya sahəsinin idarəedici qurğusu-KSİQ,və informasiyanın verilməsi və qəbul edilməsini təmin edən avadanlığından-İVQA
    Təyinedici (T) dinamik rejimdə isləyir və bütün abunəçi kompleksinin vəziyyətini fasiləsiz olaraq yoxlamaqla nəzarətdə saxlayır.Onun əsas vəzifəsi çağırışın daxiloma momentini və otboyun daxiloma momentini qeydə almaq və bu informasiyalarıkonsentratorun idarəetmə blokuna_KİB verməkdəb ibarətdir.
    Konsentratorun KS-nin idarəedici qurğusunun əsas vəzifəsi abunəçiyə bütün danışıq və otboy müddəti ərzində boş implus kanalı təqdim etməkdən ibarətdir.Belə kanalın iş fəaliyyəti KİB-dən verilən komanda əsasında həyata keçirilir.
    Hər bir komanda birləşdirici xəttin nömrəsi və implus kanalının nömrəsi haqqında informasiyaya malik olmalıdır.Belə komandaya həm də AK-nın ünvanbı və rabitə yaradılması və ya otboy əməliyyatı koduna da malik olmalıdır.Komanda qısa müddətli olur.Belə ki,KİB-u növbəti komandanı göndərəndən sonra dərhal azad olmalıdır ki,digər çağrışlara da xidmət ede bilsin.Buna görə də KSİQ yaddaş blokuna malik olur ki,həmin yaddaşda məşğul edilmiş implus kanallarının nömrələri yadda saxlanılır.

    Download 2,17 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   21




    Download 2,17 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Konsentratorların əsas avadanlıqları

    Download 2,17 Mb.