2.2 Məlumatların qənaətlə kodlaşdırılması metodları
İnformasiyanın miqdarı gün keçdikcə dayanmadan artır. Bu demək olar ki, bütün fəaliyyət sahələrində mövcud vəziyyətdir.
İnformasiyanın alınması, daşıyıcını “oxumaq” mənasına gəlir. Əgər söhbət informasiyaların yığcam təqdim olunması metodları barəsində gedirsə, bu vaxt hər şeydən əvvəl, daşıyıcının vəziyyətini dəyişdirmək fikirdə tutulur.
S.Morze kod yaratmışdır ki, burada informasiya üç simvol vasitəsilə verilir:
uzun siqnallar tirelərlə
qısa siqnallar nöqtələr vasitəsilə
pauzalar isə hərfləri ayırmaq üçün siqnalın olmamasıdır.
Kodlaşma dəqiq şəkildə müəyyən edilən qayda ilə, simvol toplusundan istifadəsi ilə aparılır.
Diskret məlumatların itkisiz qənaətlə kodlaşdırılması metodları
Diskret məlumatlardan ibarət ardıcıllığın itkisiz qənaətlə kodlaşdırılmasını şərti şəkildə 3 qrupa ayırmaq mümkündür:
statistik metodlara
lüğət üsullarına
kontekstual üsullara.
Lüğət üsulları
Lüğət üsullarında lüğət modeli işlədilir. Lüğət üsulu istifadəsində lüğətə əvvəl emal edilən məlumat daxil edir və bunun əsasında kodlaşdırma tətbiq olunur. Üsullar bəzi xüsusiyyətlərə görə fərqlənirlər: üst-üstə uyğunluq təşkil edən elementlərə görə axtarış, lüğətin təşkil olunması, tapılan elementlər istinadlarına görə.
LZ77 kodunu dekodlaşdırmaq da mümkündür və bu onun əldə edilməsindən də asandır, bu zaman lüğətdə axtarışın aparılmasına ehtiyac olmur. “LZ77 çatışmayan tərəfləri də vardır:
lüğətin ölçüsü çoxaldıqca, alqoritmin işinin sürəti aşağı düşür;
tək simvollar kodlaşdırılma üçün səmərəli deyil.”[1, səh 135]
Tək simvol kodlaşdırılmasını effektiv etmək mümkündür, bunun üçün lüğətə gərəksiz istinadları aradan götürmək lazımdır.
Həm lüğət, həm də bufer həcmi həddindən artıq yüksəldilsə, nəticədə kodlaşmanın effektivliyi aşağı düşər. Bununla yanaşı, kodlaşdırıcının iş zamanı ciddi olaraq yüksələr.
Qrafik informasiya göstərilməsi
İnsanlar daha çox görüntü vasitəsilə hadisələr haqqında informasiyalara sahib olurlar. Virtual yolla əldə edilən informasiyanın ölçüsü, ümumi informasiyanın ölçüsünün demək olar ki, səksən faizini təşkil edir. “Kəsilməz təbii siqnalın məkan və yaxud zamandan asılılığının aradan götürülməsinə diskretləşmə deyilir. Məkanca diskretləşmə zamanı şəkillər kiçik hissələrə ayrılır və bunun daxilində şəkillər dəyişməz xarakterizə edilir.
Qrafik informasiyaların çatdırılması üçün rastr və vektordan istifadə edilir. Təsvirin standart həndəsi fiqurun vasitəsilə yaradılması vektor göstərilmə formasında təsvir edilir. Elementar fiqur standart həndəsi fiqurlardan ibarətdirlər. Bəzi tip şəkillər də var ki, onların quruluşu yaxşı deyil. Misal olaraq, bədii şəkillər, fotoşəkillər, əlyazısı olan mətnlər və başqalarını bura aid edə bilərik. Bu formada olan təsvirlər vektorlaşma üçün o qədər də yararlı deyil. Onlardan ötrü rastrdan istifadə edilir: təsvir kiçik elementlər şəklində ayrılır, elementin ölçüsü, vəziyyəti əvvəldən göstərilir və nəticədə bütünlükdə şəklin ölçülərindən asılılığı olmayacaq. Bütün bunlar rastrı vektordan fərqləndirən xüsusiyyətlərdir. Rastrda təsvirlər elementə ayrılır, bu elementlər piksellərdir. Piksellər çox kiçikdir, hətta onları nöqtə ilə eyniləşdirmək mümkündür.
|