Азярбайъан Енсиклопедийасы




Download 3,99 Mb.
bet7/809
Sana24.03.2017
Hajmi3,99 Mb.
#2147
1   2   3   4   5   6   7   8   9   10   ...   809

DİALEKTİZM(dialecticism) – Dialektdən ədəbi dilə keçmiş məhəlli söz və ya ifadə.

DİALOQ (dialogue) – EE əsərlərinin nitq formalarından biri; ədəbi əsərin iki şəxsin söhbəti şəklində yazılmış hissəsi, mükalimə. Hər bir ifadəsi birbaşa müsahibə müraciətlə deyilir və bilavasitə danışığın mövzusu ilə məhdudlaşır. Radio, TV və kinoda D. ifadələrin nisbi qısalığı, yığcamlığı və onların sintaktik quruluşunun sadəliyi ilə səciyyələnir. D. nitqinin əsas xüsusiyyətləri qısa söyləmələrdən (xüsusilə sual-cavab formalı dialoqlarda), nitqxarici («dilxarici») vasitələrdən, mimika və jestlərdən ibarətdir.

DİALOQLAR REJİSSORU (dialogue producer) – Aktyorlara replikaları düzgün tələffüz etməyi öyrədən, məşqlər və çəkilişlər zamanı isə düzgün hərəkətlə danışığı tənzimləməyə məsul olan şəxs.

DİAMAQNİTOFİLM (diamagnetic film) – Maqnit lentinə yazılmış süjet, veriliş mətni və musiqi ilə müşayiət olunan diapozitivlər silsiləsi.

DİAPAZON (range) – 1) Hər hansı bir müğənninin, yaxud musiqi alətinin malik olduğu müxtəlif yüksəklikdə olan səslərin məcmusu; 2) Bir şeyin (biliyin, marağın) həcmi, ölçüsü, dərəcəsi, qavrama dairəsi. Bilik diapazonu; 3) Teleradio yayımı tezliklərinin əhatə dairəsi.

DİAPOZİTİV (slide) – 1) Diaproyektor vasitəsilə nümayiş etdirilən və ya şüşəyə yapışdırılan pozitiv fototəsvir; 2) Şəffaf əsas üzərində (şüşədə, lentdə) hazırlanan təsvirlər. Bunlardan kinoçəkiliş zamanı çəkilən səhnənin fonu kimi ekrana göstərmək üçün istifadə oluna bilər.

DİAPROYEKTOR (diaprojector) – Təsvirlərin (diapozitivlər, filmlər və s.) şəffaf ekrana proyeksiyalanması üçün optik-mexaniki cihaz; diafilmlərin göstərilməsi üçün filmoskop.

DİASKOP (diascope) – Şəffaf əsas üzərində – şüşədə, lentdə (diapozitivlər) yerinə yetirilmiş təsvirlərin göstərilməsi üçün cihaz. Gövdədən, diapozitivin böyüdülmüş həqiqi təsvirini əmələ gətirən göstərmə obyektivindən və işıq mənbəyindən ən yaxşı istifadə zamanı təsvirin ekranda bərabər parlaqlığını təmin edən işıq sistemindən ibarətdir. Bax: D i a p r o y e k t o r.

DİFFAMASİYA (defamation/libel) – Kimi isə biabır edən məlumatların (həqiqi və uydurma) kütləvi yayılması. Bu fəaliyyətdə iştirak edən KK vasitələri D.-ya aid olan bütün faktları diqqətlə və obyektiv təhqiq etməlidir, əks təqdirdə onlar istər yazılı şəkildə (libel), istərsə də dedi-qodu formasında böhtana yol verdiklərinə görə məhkəmə cəzasına məruz qala bilərlər.

DİFFERENSİASİYA (differentiation) – Çeşidlənmə. Bir şeyin ayrı-ayrı müxtəlif ünsürlərə bölünməsi, parçalanması, təbəqələşməsi. TV-də proqramların D.-sı mövcuddur: informasiya, siyasi-iqtisadi, uşaq, musiqi verilişləri və s.

DİFFUZİON (diffusion) – Təsvirin yumşaldılması üçün kinoçəkiliş obyektivindəki optik qarmaq üzərinə rastr vurulmuş yastı – paralel lövhəcik. Bu lövhəcik həvəskar işdə tül və ya qaz toxuması ilə əvəz edilə bilər. Optik qarmaq iri planda portretlərin kinoçəkilişi zamanı tətbiq edilir.

DİXROİK GÜZGÜLƏR (dichroic receivers) – Üzərinə ayrı-ayrı sınma əmsalına malik müxtəlif qalınlıqlı materiallardan təbəqə çəkilmiş şüşə lövhələr. Hər bir dalğa uzunluğu üçün əksetdirmə şərti müxtəlifdir. Təbəqənin materialını və qalınlığını seçməklə əksetdirmənin (göstərmənin) istənilən spektral xarakteristikasını almaq olar.

DİXROİK NİQAB (dichroic fog) – Lenti inikas edən işıqda nəzərdən keçirərkən sarımtıl, yaxud qırmızımtıl yaşıl, zəif şüada nəzərdən keçirərkən isə açıq çəhrayı rəngli təbəqə. Gümüşün xırda zərrəciklərindən ibarətdir. Tərkibində xeyli miqdarda sulfit olan aşkarlayıcı, yaxud digər bromlu gümüş həlledicisi ilə iş zamanı əmələ gəlir. Bunun sayəsində bromlu gümüş xeyli miqdarda həll olur, D.n. əmələ gətirən gümüş metalına çevrilir.

GİTALLAŞDIRMA (digitalization) – İnformasiyanın rəqəmli formaya keçirilməsi. Diskret siqnal impulslarına kodlaşdırılmış informasiya məlumatlarının rəqəmli formaya nəqli yeni elektron rabitə sistemlərinin əksəriyyətində geniş tətbiq edilir.

DİKSİYA (diction) – Sözlərin tələffüz tərzi. Səlis və aydın D. nitq mədəniyyətinin əsas elementlərindəndir. D. aktyor, müğənni, diktor, natiq və lektor üçün çox vacibdir. D. xüsusi məşğələlər vasitəsilə təkmilləşdirilir.

DİKTƏ (dictate) – Ucadan söyləməklə mətni başqasına yazdırmaq, ucadan söyləmək; 2) Öz iradəsini başqasına zorla qəbul etdirməyə çalışmaq, əmr etmək, buyurmaq.

DİKTOFON (dictaphone) – Nitqi lentə yazan və yenidən səsləndirə bilən kiçik həcmli maqnitofon. Əsasən, maqnit yazısından istifadə edən D.-un əsas qovşaqları yazı daşıyıcısının (maqnit lenti, məftil, manjet, disk və s.) yerini dəyişdirən mexanizmdən, maqnit başlıqları, yazma və yenidən səsləndirmə gücləndiricisindən və elektrik mənbəyi blokundan ibarətdir.

DİKTOR (announcer/script reader) – 1) Münasib görünüşə, aktyorluq məharətinə, müəyyən intellektə, yüksək nitq mədəniyyətinə malik olan, EE-də müxtəlif məzmunlu verilişlər apara bilən radio və TV işçisi; 2) Müəllif, redaktor və ya hər hansı jurnalistin (müəllifin) yazdığı informasiya və ya publisistik mətnləri kağızdan, suflyordan efirə oxuyan şəxs.

DİKTOR ELANI (announcement) – Diktorun əvvəlcədən efir-buraxılış şöbəsində hazırlanmış hər hansı məlumatı tamaşaçılara çatdırması. Adətən, D.e. verilişlərin (filmlərin) məzmunu, yaxud proqram dəyişikliyi ilə bağlı olur.

DİKTOR MƏTNİ (announcer's text) – Sənədli, elmi-kütləvi və tədris filmlərində daha geniş tətbiq olunan şərh, yaxud aydınlaşdırıcı mətn. D.m. bir sıra tələblərə cavab verməlidir: dəqiq olmalıdır, yəni fikir aydın ifadə olunmalıdır; kütləvi olmalıdır, yəni filmin nəzərdə tutulduğu auditoriya üçün anlaşıqlı sözlərdən istifadə edilməlidir; yığcam olmalıdır – burada fikri qarışdıran artıq heç nə olmamalıdır; parlaq obrazlı, yəni dilin lüğət tərkibi və rəngarəng nitq formaları ilə zəngin olmalıdır. D.m. çox vaxt bir sıra qüsurlardan xali olmur: həmin mətnlərdə kəskin sözlərə, sərt ifadələrə, atalar sözlərinə, zarafatlara, ritorik suallara, elmi müqayisələrə, aforizmlərə, metaforalara, hiperbolaya nadir hallarda rast gəlmək olar, müəllifin hisslərinin təzahürü – qəzəb, ittiham, sevinc və s. nəzərə çarpmır. D.m. üzərində işləyərkən yadda saxlamaq vacibdir ki, mətni obrazlı sözdən və bədii ifadələrdən məhrum etmək lazım deyil. Hər bir filmdə sözlə kadrın qarşılıqlı, fasiləsiz şərtlənməsi əsas amil olmalıdır. Buna görə də D.m., söz filmin təsvir hissəsinin, kadrın üzərinə dəqiq düşərək filmin vahid görüntü-səs təbiətini təşkil etməlidir.

DİKTOR STUDİYASI (announcer booth) – Yalnız proqram oxunuşu və verilişlərarası fasilədə müəyyən elanın oxunması üçün nəzərdə tutulan studiya.

DİQQƏT (attention) – Psixi fəaliyyətin müəyyən bir obyektə yönəlməsi və onun üzərində cəmləşməsi. İnsanın idraki və praktiki fəaliyyətinin müəyyən bir obyekt və yaxud hərəkət üzərinə yönəldilməsini və cəmləşdirilməsini təmin edən vəziyyət.

DİQQƏTİN CƏMLƏŞMƏSİ (concentration of attention) – Yalnız bir işə yönəlmiş, mərkəzləşmiş diqqət.

DİQQƏTİN DAVAMLILIĞI (raption of attention) – Diqqətin ümumi bir məqsədə tabe olan obyektlər üzərində tələb olunan vaxt ərzində lazımi səylə cəmlənməsi.

DİQQƏTİN YAYINMASI (distraction of attention) – Hər hansı bir fəaliyyət zamanı (məs., verilişə və ya filmə baxarkən, radionu dinləyərkən) diqqətin qeyri-ixtiyari olaraq əsas işlə əlaqəsi olmayan kənar cisim və ya hadisəyə yönəlməsi.

DİLEMMA (dilemma) – İki mümkün (adətən, arzu olunmayan) şeydən birini seçmə zərurəti; əqli nəticənin (şərti-təqsimi sillogizmin) elə bir növüdür ki, onun müqəddimələrinin sırasına iki şərti hökm və təqsimi hökm daxil olur.

DİLETANT (dilettante/amateur/dabbler) Naşı, işində yarımçıq adam. Xüsusi hazırlığı, ixtisas biliyi olmadan hər hansı bir elm və ya sənətlə məşğul olan, yaxud həmin sahəyə rəhbərlik edən şəxs; həvəskar.

DİLETANTLIQ (dilettantism/amateurishness) – Naşılıq, yarımçıqlıq. Xüsusi hazırlığı, baza biliyi olmadan bu və ya digər elm, yaxud sənətlə məşğul olma; həvəskarlıq; bir şeyə qeyri-peşəkar münasibət.

DİNAMİK (loud speaker) – Elektrik enerjisini səsə çevirən elektroakustik vasitə. D., ümumiyyətlə, sərbəst hərəkət edən bir diafraqma və ortasına qoyulan bir bobindən ibarətdir. D.-in ən vacib hissəsi – səs bobinidir. D. güclərinə görə sabitdəyişən olur.

DİNAMİKA (dynamics) – 1) Musiqi səslənməsinin gücü; 2) Verilişin dramaturji cəhətdən ritmik inkişafı. Ritmik vurğunun müxtəlif növləri də D.-ya aiddir.

DİNAMİKLİK (dynamism) – Filmin, verilişin, çıxışın dramaturji baxımdan məzmunluluğu, dolğunluğu; D. hərəkətin, daxili qüvvənin çoxluğu ilə xarakterizə olunur.

DİNAMİK MONTAJ (dynamic editing) – Hadisələri, fikir və ideyanı, sadəcə, məntiqi ardıcıllıqla göstərmək üçün deyil, həm də çəkilmiş səhnənin seyrçiyə təsirini maksimum gücləndirməkdən ötrü tətbiq edilən montaj üsulu. D.m. əsas parametrinə görə, ardıcıl montajdan fərqlənir: o, düzümünə görə daha mürəkkəbdir və sadəcə, məlumat vermək üçün yox, həm də çəkiliş materialının təsirini gücləndirməkdən ötrü istifadə edilir. D.m. olayların bir qədər qabarıq və dramatik təqdiminə, kəskin rakurslara, çox iri planlara və s. üstünlük verir.

DİNLƏMƏ MÖVQEYİ (listening position) – Bəzi televizorlarda ətraf (surround) kanala daxil edilən ləngitmə funksiyasının yerinə yetirilməsi.

DİPLOM (diploma) – Hər hansı verilişə, filmə, klipə, ümumiyyətlə, yaradıcılıq nailiyyətinə, uğura görə təqdim olunan mükafat, sənəd.

DİREKSİYA (management/board (of directors)) – Direktor başda olmaqla, müəssisədə, qurumda yayım və istehsalat bölümünün rəhbərliyi.

DİREKTİV (instructions/directives) – Yuxarı orqanın sərəncamı, rəhbər göstərişi, tapşırığı.

DİRİJOR (conductor/band master) – Orkestri, xoru, opera və ya balet tamaşasının musiqi hissəsini idarə edən şəxs.

DİSHARMONİYA (disharmony/discordance) – Musiqi əsərində, yaxud verilişdə harmoniyanın pozulması, ahəngsizlik, uyumsuzluq, uyarsızlıq. Dağınıqlıq, yayğınlıq.

DİSK (disc) – İnformasiyanı yazmağa və canlandırmağa qabil olan materiallar təbəqəsi ilə örtülmüş dairəvi val formasında informasiya daşıyıcısı; yastı, girdə lövhə. Örtük tipindən asılı olaraq D.-lər lazer şüasının köməyi ilə informasiyanın yazılışı və hesablanması üçün nəzərdə tutulan maqnit, optik və səthin müvafiq sahələrini qızdırmaq yolu ilə məlumatları poza bilən, həmçinin yazılış və hesablama funksiyalarını yerinə yetirən maqnit-optik növlərə təsnif olunur. TV və radioda tamaşaların, kliplərin, musiqi nömrələrinin, yaxud çıxışların rəqəmli texnologiya ilə yazıldığı xüsusi vasitə.

DİSKET (dissette) – Hesablama qurğusunun başlığı üçün kəsiyi olan möhkəm üzlüklü elastik diskli kaset.

DİSK-JOKEY (disk jockey) – Müxtəlif zövqlü adamların və dinləyicilərin istəyi ilə hazırlanan musiqi – mahnı proqramının aparıcısı, radio studiyasının əməkdaşı. Qısaca d i-c e y adlanan D.j.-in xüsusi musiqi hazırlığı olmalıdır, çünki o yalnız ayrı-ayrı musiqi nömrələrini elan etmir, həm də dinləyicilərə mahnının yaranması, müəllifi, ifaçısı, eləcə də səslənən musiqinin mahiyyəti, melodik çalarları və s. haqqında müəyyən məlumatlar, şərhlər verir. D.j. üçün improvizasiya bacarığı xüsusilə vacibdir. Verilişlər canlı efirdə gedir və di-cey dinləyicilərlə söhbət edir, onların suallarını cavablandırır.

DİSKLƏRİ TƏMİZLƏYƏN CİHAZ (Compact Disk Cleaning Kit) – Diskin üzərində oxumanı çətinləşdirən toz, barmaq izi, yağ və s. ləkələrin təmizlənməsi üçün işlədilən xüsusi disk. D.t.c. diski 20 san. ərzində təmizlədikdən sonra avtomatik olaraq dayanır. Bəzi təmizləmə cihazlarında xüsusi maye və kağız vardır.

DİSKUSSİYA (discussion/debate) – Hər hansı bir mübahisəli məsələnin iclasda, mətbuatda və s. azad, açıq müzakirəsi. D. telekran üçün ən cəlbedici janrlardan biridir, çünki tamaşaçıların gözləri qarşısında müzakirə olunan məsələnin yaranması, inkişafı və məqsədə doğru irəliləyişi prosesini nümayiş etdirir.

DİSPETÇER (controller) – Redaksiyalarda hazırlanmış verilişlərin vaxtlı-vaxtında efirə, yaxud ekrana verilməsinə görə məsuliyyət daşıyan şəxs.

DİSPLEY (display) – Tabloda, ekranda nəyi isə təsvir etmək; nümayiş, sərgi, vitrin. Daha geniş mənada, təsviri nümayiş etdirən vasitə, qurğu; verilmiş rəqəmlərdən nəticə çıxaran və nəticəni mətn, cədvəl, çertyoj şəklində kineskopda göstərən cihaz. Hər hansı təsvirin elektrik işarələrini optik işarələrlə əvəz edən sistem. Musiqi maqnitofonlarında əsasən LCD-lərdən (maye kristal ekranlar) istifadə edilir. Burada saatla birgə radiokanal tezlikləri, proqramlar, "CD player" ilə bağlı göstəricilər də oxunur.

DİSPUT (public debate) – Vacib elmi, ədəbi, ictimai və s. mövzuya dair açıq mübahisə.

DİSSEKTOR (dissector) – Ötürücü TV borusu. Bu boruda optik görüntü (təsvir) fotoelektron çoxaldıcının köməyi ilə elektrik siqnalına çevrilir.

DİSSONANS (dissonance/discord) – 1) Tam, yaxud yetərincə uzlaşmayan səslərin bir-birini tamamlaması; 2) Hər hansı bir şeydə uyarlığın olmaması, uzlaşmazlıq, haçalanma.

DİSTORSİYA (distortion) – Girişdən daxil olan siqnalların çıxışda tam əldə edilməməsi, işlənmə prosesində itkiyə məruz qalması, xüsusən səs güclənəndə meydana gələn nöqsanlar. D. zamanı nisbət 1/100-dən az olmalıdır. Obyektivin sahəsinin kənarlarındakı və mərkəzindəki təsvirlərin müxtəlif miqyasda olması nəticəsində sahənin kənarlarında əmələ gələn düz xətlər əyilərək təhrif olunur. D. ucbatından kvadratın təsviri yastıq şəklini alır – yastıqvari təhriflər, yaxud çəlləklər – çəlləkvari təhriflər. D. diafraqmanın vəziyyətindən asılı olur və linzanın qarşısında, yaxud arxasında olan sadə linzalar üçün xeyli iri olur.

DİŞLİ ÇARX (jagged drum) – Xırda gözlükləri olan kinolentin fırlanmasına xidmət edən çarx. Bu çarxın dişlərinin forması, ölçüləri və yerləşdirilməsi elə qurulmuşdur ki, dişlər dəlikli qarmaqdan rahat, sıçrayışsız çıxaraq növbəti dəlikli qarmağa maneəsiz daxil ola bilir.

DİVİKAM (DVCAM) – Videoyazı formatı. Xüsusi olaraq B&I kompleks rəqəmli sistemi üçün Sony şirkətinin mütəxəssisləri hazırlayırlar. D. məişət formatının modifikasiyasıdır. Formatların əsas fərqi bundan ibarətdir ki, yazı cığırının eni 1/4 dyümlük videolentdə 10-15 mkm-dək genişləndirilir. Bu, təsvirin keyfiyyətinin lazımi səviyyəyə çatdırılmasına və peşəkar avadanlıqlarda montajın imkanlarının artırılmasına kömək edir. Digər məsələlərdə formatlar bənzərdir və bir-birini əvəz edə bilər.

DİZAYN (design) – Estetik görkəmin qurulması, layihələşdirilməsi. Veriliş yazılan studiyanın bədii tərtibatı.

DİZAYNER (designer) – Dizayn mütəxəssisi, bəzəkçi rəssam. Verilişlərin bədii tərtibatı və ekran təqdimatı ilə məşğul olan kompüter mütəxəssisi.

DOMEN (domain) – EHM-də serverin kompüter toplusu və onlara qoşulmuş işçi stansiya (İST). Bəzi hallarda bir D.-də bir neçə server olur. Onlardan biri baş server, qalanları isə ehtiyat serveri və ya əsas serverin məntiqi genişlənməsi rolunu oynayır.

DOZA (dose/dosage) – Verilişin strukturunda müəyyən elementlərdən istifadənin dəqiq ölçülmüş miqdarı.

DÖRD DİNAMİKLİ SİSTEM (quadrophony) – Stereo səsi meydana çıxaran sistem. Texnoloji cəhətdən daim cilalanan 4 ayrı kanallı, 4 dinamikli sistem. Stereonun 60 dərəcəlik səs yayılma bucağı 360 dərəcəyədək artır. Yayımda 4 amplifikator istifadə olunduğu kimi, yazıda da 4 mikrofona ehtiyac vardır.

DÖŞƏMƏ DAYAQLARI (tripod) – Səyyar işıq cihazlarının çoxunun qatlanan döşəmə dayaqlarına bərkidildiyi qurğu. D.d. çox vaxt yüngül alüminium qatışıqlarından hazırlanır və işıq avadanlığının yetərli dayanaqlılığını təmin edir. Bu dayaqları açıb-qaldırmaq mümkün olduğundan işıq cihazlarının qoyulma hündürlüyünü və buna uyğun şəkildə işığın düşmə bucağını tənzimləmək olur.

DÖŞƏMƏ ŞTATİVİ (tripod mount/stacker) – Üçayaq tipli oturacağı olan qurğu. Bəzən təkərləri və «durna»sı da olur. Bu ştativlər mikrofonu danışana tərəf yönəltməyə, tuşlamağa, irəli çıxarmağa və dayandığı yerdən uzatmağa imkan verir. Belə ştativlər, əsasən, telefilm çəkilişində kara gəlir, çünki çəkilişlərdə aktyorların yerdəyişmələri ciddi nəzarətdə saxlanılır və onlar çəkiliş meydançasının nisbətən kiçik hüdudları ilə kifayətlənməli olurlar.

DÖVLƏT YAYIMI (state cast) – Dövlətin yaratdığı, maliyyələşdirdiyi, nəzarət etdiyi, o cümlədən verilişlərin məzmununa müdaxilə etdiyi yayım.

DÖVRİLİK (periodicity) – Radio və teleproqramın efirə getmə tezliyi. Hər hansı verilişin populyarlığının əsas səbəblərindən biri D.-dir.

DRAMATİKLƏŞDİRMƏK (dramatize) – Dramatizmi, gərginliyi artırmaq, şiddətləndirmək, dramatik şəklə salmaq.

DRAMATİZM (dramatic effect/dramatic nature/qualities tensity) – Film və tamaşalarda hadisələrin dramaya xas olan gərginliyi; dramatiklik; faciəlilik; estetik kateqoriya; insan həyatının ziddiyyətlərini və münaqişələrini, insanın onu əhatə edən ictimai və təbii mühitlə qarşılıqlı münasibətini əks etdirir və ümumiləşdirir. D.-in əsasını insan davranışlarının, ideyalarının, səylərinin, ehtiraslarının dramatik münaqişəsi (konflikt) təşkil edir.

DRAMATURGİYA (the drama) – 1) Hər hansı bir sənətkarın, xalqın və ya dövrün dram əsərlərinin məcmusu; 2) Tamaşa və ya filmin süjet-obraz konsepsiyası (TV və kino D.-sının xarakterik forması ssenaridir); 3) Dram əsərlərinin quruluş prisiplərini öyrənən incəsənət nəzəriyyəsi.

DRAMATURJİ FƏND (dramatic device/method) – Bax: T ə h k i y ə n i n d r a m a t u r g i y a s ı.

DRAMATURJİ «TƏLƏ» (dramatic "trap") – Süjetin tamaşaçı diqqətini cəlb edən ilk kadrları və onu müşayiət edən mətn. Süjetin konteksti çərçivəsindən kənara çıxmayan bu «tələ» ilə reportyor auditoriyanın diqqətini haqqında danışılan hadisənin inkişafına cəlb edə bilər. D.t. hadisənin tamaşaçıya çatdırılmasına xidmət edən ekspressiv formadır, lakin bu vasitədən sui-istifadə etmək və onu manipulyasiya alətinə çevirmək olmaz.

DRAYVER (driver) – Proqram; hansısa qurğunun kompüterdə işləməsini gerçəkləşdirən proqram.

DUBL (double) – Filmdə, verilişdə hər hansı epizodun təkrar çəkilişi.

DUBLET (duplicate) – Hər hansı bir şeyin ikinci nüsxəsi, eyniləşdirilmiş iki şeydən biri.

DUBLİKAT (duplicate) – Əsas sənədi əvəz edən ikinci nüsxə; kağızın, lentin, fotonun, filmin surəti.

DUBLYAJ (dub) – Nəyinsə surətini yaratmaq. Kinofilm fonoqramının başqa dildə yenidən yaradılması. D.-ın başlıca şərti ekranda aktyorun dodaqlarının hərəkəti ilə yeni mətnin tələffüzünün sinxronluğudur. Azərbaycanda ilk dəfə «Çapayev» filmi (1937) dublyaj edilmişdir.

DUBLYAJ OLUNMUŞ FİLM (dubbed film) – Səsli filmin başqa dildən (yaxud başqa dilə) bir səslə – diktor dublyajı; bir neçə səslə – aktyor dublyajı və yaxud geniş aktyor heyətinin ifasında səsləndirilməsi – tam dublyaj.

DUBLYOR (dubbing actor) – 1) Eyni, yaxud bənzər işi başqası ilə yanaşı görən adam və s.; 2) Kinoda əsas rolu əvəz edən aktyor; başqa dilə çevrilmiş filmin mətnini söyləyən kino aktyoru.

DUET (duet) – Hər biri müstəqil olmaqla ikilikdə oxunan və ya çalınan musiqi əsəri.

"DURNA" MİKROFONU ("Crane" mike) – Durna boğazına bənzəyən uzun qurğudan dimdik kimi asılmış mikrofon. D.m. kadrda görünmür. Studiya şəraitində, habelə studiyadankənar çəkilişdə əldə tutulan D.m. son dərəcə geniş yayılıb. Əl D.m. səs qaynağına yaxınlaşdırmaq üçün uzadıla bilən metal mildir. Əl mikrofonlarındakı bütün üstünlüklər bu mikrofonda da var. Əlavə bir üstünlüyü də odur ki, bu mikrofon gövdədən gələn səsi təcrid edir və onu əlində saxlayan adama kameradan aralanaraq səs qaynağının ardınca getməyə imkan verir.

DÜRÜSTLÜK (accuracy) – Faktın və hadisənin EE-də düzgün, dəqiq, gerçəkliyə uyğun şəkildə verilməsi.

DÜŞƏN VƏ DÖNƏN İŞIQ (direct/indrect light) – Çəkiliş səhnəsinə yönələn işığa düşən işıq, çəkiliş səhnəsindən əks etdirilən işığa isə dönən işıq deyilir. Onların hər ikisinin miqdarını hesablamaq üçün eksponometrdən istifadə olunur. Düşən işığı ölçərkən eksponometri çəkilən obyektin yerinə qoyaraq növbə ilə bütün işıq qaynaqlarına yönəldirlər. Bu zaman həmin cihaz nisbətən yüksək göstəriciləri əks etdirir. Belə ölçü üsulu bir az gözəyarı sayılsa da, çox etibarlıdır. Çəkilən obyekt və ya materiallar eyni qayıdış əmsalına malikdirsə, düşən işıqdan əsas işıqlanma göstəricisi kimi faydalanmaq mümkündür.

DÜZGÜN NİTQ (standard speech) – Normativ qrammatika, leksikologiya, orfoepiya və məntiqin tələblərinə müvafiq şəkildə qurulmuş nitq. D.n. bu tələblərə cavab verən nitqdir: ədəbi tələffüz, sözlərin düzgün seçilməsi, qrammatik dəqiqlik, məntiqlik. Əslində, D.n. nitq normalarına uyğun danışıqdır. D.n. heç də yaxşı nitq demək deyildir. Bunlar iki müxtəlif anlayışlardır. Yaxşı nitq daha geniş anlayış olub, həm də D.n. anlayışını əhatə edir. Düzgünlük yaxşı nitqin ancaq bir cəhəti ola bilər. Düzgünlük nitqdə təzahür edən ədəbi norma deməkdir.

DÜZÜM (agenda setting) – Mozaika tipli verilişlərdə, xüsusən informasiya proqramlarında materialların (vizual, şifahi) aktuallığına, ictimai əhəmiyyətinə, məna bağlılığına görə ardıcıl düzülməsi. Hansı materialdan sonra hansının verilməsinin işarəvi (semiotik) əhəmiyyəti vardır. TVR-də D.-ü qəzetdəki səhifələmə ilə müqayisə etmək olar.

DÜZ VƏ ƏKS HƏRƏKƏT ZAMANI (direct/return time) – Təsviri açan elementin, sətrin əvvəlindən sonunadək hərəkəti açmanın düz hərəkəti, buna sərf edilən vaxt isə düz hərəkət zamanı adlanır. Açan elementin əvvəlki sətrin sonundan növbəti sətrin əvvəlinə qayıdışı əks hərəkət, bu yerdəyişməyə sərf olunan vaxt isə əks hərəkət zamanı adlanır.


E

EFFEKT (effect) 1) Təsir, nəticə; 2) Hər hansı hərəkətin, fəaliyyətin və ya səbəbin nəticəsi; 3) TV-də montaj prosesində xüsusi qurğuların köməyi ilə kadrı mənalandırma elementi.

EFFEKT GENERATORU (effects generator) – Videoeffektlər (sıxışdırma, həndəsi fiqurlar, hərlənmə və s.) yaratmaq üçün istifadə olunan elektron qurğu.

EFFEKTİV MONTAJ (effective edit) – Tez-tez bir-birini əvəzləyən qısa və çoxsaylı kadrların montajı. Məsələn, yanğın vaxtı dəhşətdən əyilmiş üzlər, alov, su şırnağı, yanğınsöndürən və s. göstərilir. Çəkilən səhnələr qısaldıqca daha güclü effekt alınır.

EFFEKT MAŞINI (effects machine) – Montaj zamanı kadrda xüsusi effektlər (qar, duman, şimşək) müxtəlif keçidlər yaratmaq üçün istifadə olunan qurğu.

EFFEKT SƏVİYYƏSİ (effect level) – Təsvirdə hər hansı xüsusi effektin görüntü üzərinə çıxma dərəcəsini müəyyənləşdirən (nizamlayan) tənzimləyici.

EFİR (ether/broadcasting/over-the-air) – 1) Qədim yunanların təsəvvürünə görə, atmosferin ən yuxarı qatı, həm də Tanrıların yerləşdiyi məskən; 2) Qədim təsəvvürlərə görə, bütün varlığın ilkin maddi elementi, əbədi hərəkət; 3) Dünyanı əhatə edən fəza, radiodalğalarının, TV və radio verilişlərinin yayıldığı hava boşluğu.

EFİRDƏ MONTAJ (standup editing) – Əvvəlcədən hazırlanmış verilişin efirdə göstərilməsi zamanı strukturca (montaj baxımından) və məzmunca dəyişdirilib montaj edilməsi.

EFİRDƏ REPORTAJ (standupper) – Obyektin, yaxud şəxsin mümkün görüntü (in vision) hüdudları daxilində kamera qarşısında olduğu hadisə yerindən bilavasitə reportaj. Bu terminin sinonimi – "kameranın götürə biləcəyi hədd" mənasını bildirən on-camera sözüdür. Bu cür reportajların üslubu üçün sərbəst təbii danışıq və bilavasitə həmsöhbətə (dinləyiciyə, tamaşaçıya) müraciət tərzi səciyyəvidir. Bax: S t ə n d a p.

EFİRDƏ TEXNİKİ DAYANMA (technical stoppage) – TV yayımının cədvəldə nəzərdə tutulmayan fasiləsi, məcburi saxlanması. Adətən, TV stansiyasının normal fəaliyyətinin pozuntusuna, səsin, yaxud təsvirin tamamilə yox olmasına gətirib çıxaran bu qüsura texniki dayanma deyilir. Bu hal verilişlərin gecikməsi zamanı da baş verir.

EFİRƏ (VİDEOYAZIYA) HAZIRLIQ REJİMİ (standby) – 1) Televizor cihazının uzaqdan idarəetmə cihazından siqnal ala biləcək vəziyyətdə saxlanması və videonun da saat və proqramlama vahidlərinin işə tam yararlı vəziyyətə gətirilməsi; 2) Avadanlığın yazıya hazır vəziyyəti.

EFİR (ƏSAS) LENTİ (master band) – Montaj və ya videoyazı vaxtı təsvirin, səsin və musiqinin (hazır verilişin) yığıldığı və efirə çıxacaq əsas lent (kaset).

EFİR YAYIMI (over-the-air-broadcasting) – Radio və telesiqnalların efir məkanından verilməsi E.y. qeyri-efir məkanı ilə müqayisədə daha ənənəvi forma sayılır. Qeyri-efir məkanı dairəsinə kabel TV-si ilə yanaşı, videokaset informasiyası da aid edilir. Yayımın bu formaları arasında auditoriya uğrunda kəskin rəqabət getsə də, analitiklərin fikrincə, istehsalçıların zövq və maraqlarının maksimal dərəcədə nəzərə alınması bu rəqabətin taleyini həll edə bilər.

EHKAM (dogma) – Heç bir sübut gətirmədən, konkret şəraiti nəzərə almadan və tənqidə yol vermədən nəyi isə dəyişməz həqiqət kimi qəbul etmək.

EHM ÜÇÜN PROQRAM (electronic computers program) – EHM-in və digər kompüter qurğularının müəyyən nəticə əldə etmək məqsədi ilə fəaliyyəti üçün nəzərdə tutulan məlumatların və tapşırıqların məcmusunun təqdimatının obyektiv forması. Proqram dedikdə, həm də onu işləmək üçün əldə olunmuş hazırlıq materialları və onun yaratdığı AV görüntülər (əkslər) nəzərdə tutulur.

EHTİYAT QRAFİK (fill-in graphic) – Çəkilişlərin alternativ qrafiki; ilkin plana görə iş alınmadıqda E.q.-dən istifadə edilir. Məsələn, natura çəkilişləri xeyli dərəcədə hava şəraitindən asılı olur, buna görə də yağışlı günlərdə E.q.-ə müraciət edilir.

EHTİYAT PROQRAMLAR (fill-in) – Gözlənilməz fasilə yaranarkən vaxtı doldurmaq üçün nəzərdə tutulan verilişlər, mozaik lövhələr, musiqi klipləri və s.

EKLEKTİKA (eclecticism) – Nəzəriyyələrdə, inam və əqidədə bütövlüyün, baxış birliyinin, ardıcıllığın olmaması; sənətdə, o sıradan EE proqramlarında ayrı-ayrı üslubların üzdən və necə gəldi birləşdirilməsi.

EKOLOJİ REKLAM (ecolojical advertisement) – Reklamda yeni istiqamət. Təbiətin və ətraf mühitin mühafizəsi çağırışına xidmət edən sosial reklam.

EKRAN (screen) – 1) Elektrik qurğusunu, cihazı, insanı elektromaqnit sahəsinin, istinin, işığın, şüalanmanın ziyanlı təsirindən qoruyan qalxan, lövhə, lay; 2) Çərçivə üzərinə tarım çəkilmiş parça və ya plastmas örtük, özəl maddə doldurulmuş şüşə təbəqə. Belə çərçivələrin hamar səthinə kino, foto, TV və ya rentgen görüntüləri proyeksiya edilir; 3) Kineskop kolbasının ön şüşəsinin iç üzünə çəkilmiş lüminofor örtük.

EKRANDA ƏLAVƏ İNFORMASİYANIN ƏKS ETDİRİLMƏSİ (on screen display) – TV və ya video ilə bağlı komandaların ekranda yazılması. Səs, işıq, kontrast və rəng nizamlamaları bir qrafika şəklində ekranda göstərilir. Bax: E k r a n m e n y u s u n u n k ö m ə y i i l ə p r o q r a m l a ş d ı r m a.

EKRANDA NİTQ SİTUASİYASI (screen speech situation) – TV verilişlərində nitq prosesinin ekstralinqvistik şərtlərindən irəli gələn durum.

EKRANDA TƏSVİR NİSBƏTİ (aspect ratio) – Ekranın uzunluq və en ölçülərinin nisbəti. Klassik TV-lərdə bu nisbət 4:3-dür. Yeni sistem olan HDTV-də bu nisbət 16:9 ölçüsündədir.

EKRAN ƏSƏRİNİN BÜTÖVLÜYÜ (wholeness of filming) – Ayrı-ayrı hissələrə (elementlərə) xas olmayan, amma müəyyən əlaqə sistemində bu hissələrin qarşılıqlı fəaliyyəti nəticəsində yaranan yeni keyfiyyət və xüsusiyyətlər E.ə.b. seçilmiş forma və məzmunun vəhdəti sayəsində əldə olunur. Məzmunla formanın qarşılıqlı fəaliyyətinin dialektikası məzmunun elementlərinin müxtəlif keyfiyyətli səviyyəsindən irəli gəlir. Bu və ya digər janr formasının seçilməsi həmişə jurnalistin qarşısında duran vəzifələrlə diktə olunur.
Janr (fransuzcha genre - „koʻrinish“) - shakliy va tarkibiy xususiyatlar majmui bilan tavsiflanuvchi asar turi.
Bir halda o, ictimaiyyəti hansısa əlamətdar hadisələr barədə xəbərdar etməlidir, digər hallarda baş verən hadisəni təhlil etməlidir, üçüncü halda isə müasirinin tipik obrazını yaratmalıdır.

EKRAN ƏSƏRİNİN KOMPOZİSİYASI (screen composition) – Müəllifin topladığı (rejissorun çəkdiyi) faktik materialın ədəbi quruluş cəhətdən tərtib olunaraq müəyyən formaya salınması. Bu yaradıcı vəzifənin gerçəkləşdirilməsi prosesində əsərdə məzmunun bütün elementləri təkcə formal vasitələr olan süjet və kompozisiya vasitəsilə deyil, həm də fakt, rəy, problem və s. arasında çoxölçülü əlaqə və münasibətləri birləşdirən ideya sayəsində qaydaya salınır. Bax: K o m p o z i s i y a.

EKRANIN İŞIQ YANIĞI (screen disintegration) – Əlavə işığın ekrana ziyanlı təsiri. Bunun nəticəsində təsvirin sezginliyi və əksetdirmənin düzgün tonu kəskin şəkildə aşağı düşür. Kinoekran yanıqlarının ziyanlı təsiri (kinoproyektordan gələn dağınıq işıq və tamaşaçı salonunun özündəki işıq inikasları) kinofilmin gün işığında göstərilməsi zamanı lap üzə çıxır. Təsvirin ekrandakı parlaqlığı nə qədər az olarsa, işıq yanıqlarının ziyanlı təsiri bir o qədər artar.

EKRANI TƏMİZLƏMƏ DÜYMƏSİ (clear) – Videoda və ya TV-də yanlış nizamlamanın düzəldilməsi. Adətən, rəqəmli videoqurğularda tətbiq olunur.

EKRAN-KADR KOMPOZİSİYASI (screen-frame composition) – Ekranın kompozisiya baxımından şaquli və ya üfüqi olaraq cüt sayda xəyali hissələrə (tən yarı, dörd bərabər hissəyə) bölünməsi. Kadrda görünən obyektlərin vəziyyətinə onların ölçüsü, forması, parlaqlığı, fona uyuşub-uyuşmamaları, nisbi vacibliyi və s. təsir etdiyindən kadrda düzgün kompozisiya qurmağa nail olmaq üçün müxtəlif üsullardan, o cümlədən «üçqat bölüm qaydası»ndan istifadə olunur. Bu qayda görüntünün kompozisiyasını qurmağa kömək edir. Həmin qaydaya uyğun olaraq, fikrən monitorda elə xanalar çəkilməlidir ki, ekran şaquli və üfüqi xətlərlə üç bərabər hissəyə bölünsün. Bundan sonra kadrın kompozisiyasını elə qurmaq lazımdır ki, əsas obyektlər həmin xanaların xətti üzərində və ya onların kəsişmə nöqtələrində yerləşsin.

EKRAN KONTEKSTİ (screen context) – Vizual şəraitin (görüntünün) audiosituasiyanın və nitq şəraitinin (TV triadasının – təsvir, səs və söz) elementlərinin sintezindən yaranan məna. Linqvotekst və E.k. arasında tənasüb TV verilişlərinin tipologiyasına görə müəyyənləşdirilir.

EKRANLAŞDIRMA (filming/screening) – Ədəbi əsər (hekayə, povest, roman, poema və s.) əsasında film yaradılması. Ədəbi əsərlərin ekranlaşdırılması ilə kino sənətində yeni janrlar (kinoroman, kinopovest və s.) yaranmış, bu janrlar tədricən müstəqil kino əsəri növü kimi formalaşmışdır. Ədəbi əsərin orijinalına ehtiyatla yanaşma, onun bədii ideyası, üslubu və obrazlar sistemini ekranda canlandırmaq E.-nın əsas prinsipidir.

EKRANLAŞDIRMAQ (make screen version) – Xüsusi olaraq kino üçün yazılmayan pyesi və ya başqa bir bədii əsəri kinoda, ekranda göstərmək üçün uyğunlaşdırmaq.

EKRAN MENYUSUNUN KÖMƏYİ İLƏ PROQRAMLAŞDIRMA (on screen programming) – Video cihazını proqramlayanda TV ekranını göstərici olaraq istifadə etməyə imkan verən sistem.

EKSPANDER, g e n i ş l ə n d i r i c i (expander) – Giriş siqnalının amplitudası artdıqca veriliş əmsalı artan səviyyələrin avtomatik tənzimləyicisi (SAT).

EKSPERİMENT (experiment) – Sınaq, təcrübə. Hansısa yaradıcılıq niyyətini qeyri-ənənəvi üsullu həyata keçirmək.

EKSPERİMENTAL KİNO MƏRKƏZİ (experimental cinema center) – 1935-ci ildə Romada yaradılan dövlət tədris müəssisəsi. Aktyorlar, rejissorlar, ssenaristlər, operatorlar, rəssamlar, kino təşkilatçıları və s. mütəxəssislər hazırlayır. Təhsil müddəti 2 ildir. Bu təhsil ocağına yalnız seçdiyi ixtisas üzrə müəyyən hazırlığı olan şəxslər qəbul olunur. Hər bir şöbədə cəmi bir neçə nəfər (o cümlədən əcnəbilər) müdavim dərs keçir.

EKSPERT (expert) – Bilici. Hər hansı məsələyə münasibət bildirmək, onu şərh etmək üçün verilişlərə dəvət olunan yüksək səviyyəli mütəxəssis; mürəkkəb və mübahisəli hallarda ekspertiza üçün dəvət edilən mütəxəssis.

EKSPERTİZA (examination) – Elm, texnika, incəsənət və s. sahələrdə xüsusi bilik tələb edən hər hansı məsələnin ekspert tərəfindən tədqiq edilməsi. E.-nın nəticəsi rəy şəklində tərtib edilir. E.-nın geniş yayılması ixtisaslaşmanın dərinləşməsi, biliklərin diferensiasiyası, optimal qərarların qəbul edilməsi zərurəti, elmin ayrı-ayrı sahələrinin inkişaf yollarının müəyyən edilməsi ilə bağlıdır.

EKSPONOMETR (exponometer) – Foto və kino çəkilişində, yaxud foto surətlərinin alınmasında düzgün ekspozisiyanı təmin edən obyektivin işıqlanmasını və diafraqmasının lazımi ölçüsünü təmin edən aparat; teleistehsalatda kameranın və yaxud yüklü rabitə cihazının ötürücü borusunun işığahəssas səthinə düşən təxmini işıq miqdarını göstərən cihaz. Üç növ: optik, fotoelektrikcədvəl (kalkulyator) E.-i mövcuddur. İş prinsipi çəkilən obyektin parlaqlığının və ya işıqlandırılmasının ölçülməsinə əsaslanan fotoelektrik E.-dən daha geniş istifadə olunur. Müasir foto və kino aparatlarının E.-ləri onların içərisində olur.

EKSPOZİMETR (exposimeter) – Bax: E k s p o n o m e t r.

EKSPOZİSİYA (exposition/exposure) – 1) Bədii əsərdə süjetin tərkib hissəsi; təhkiyənin inkişafı üçün hazırlıq olan bir hadisəni izah edən epizod; 2) Fotoşəkil çəkdikdə, yaxud fotoşəkil çap etdikdə işığahəssas təbəqədə (fotomaterialda) alınan işığın miqdarı. E. işıqlanma dərəcəsinin işıqlandırma vaxtına hasili ilə ölçülür.

EKSPOZİSİYA KALKULYATORU (exposition calculator) – Tapılmış ilkin xarakteristikaya görə möhkəmliyin hesablanmasına xidmət edən eksponometrin bir hissəsi. E.k. adətən, hərlənən disk, yaxud xətkeş şəklində olur. Xətkeşin üstündəki ayrı-ayrı cizgilər möhkəmliyin səviyyəsini göstərir.

EKSPRESSİV (expressive) – Təsirli, ifadəli, ekspressiyaya malik olan. E. nitq, E. ifadə.

EKSPRESSİYA (expression) – Nitqin obrazlılıq, emosionallıq keyfiyyəti; ifadəlilik; hisslərin, baxışların ifadəsinin xüsusi gücü. Xüsusi nəvaziş – əzizləmə, kiçiltmə bildirən şəkilçilər, məcazlar, ritorik fiqurlar da E. vasitələri hesab olunur. İncəsənətdə – xüsusi emosional təsir gücünə malik olan bədii əsərlərə xas keyfiyyət. E. bütöv bir əsər və ya onun ayrı-ayrı hissələri üçün (obrazlar, detallar və s.) səciyyəvi ola bilər. E. obrazların xüsusilə nəzərə çarpdırılan ifadəliliyində təzahür edir: bu ifadəlilik mövcud incəsənət növünün təsviri-ifadə vasitələrinin kəskin-təzadlı şəkildə istifadə olunması sayəsində əldə edilir.

EKSPROMT (impromptu/off hand/extempore) – 1) Xüsusi hazırlıq olmadan; hazırlıqsız, deyildiyi, ifa olunduğu anda yaradılan əsər (müsahibə, şer, musiqi əsəri); improvizasiyaya əsaslanan iti, tez, hazırlıqsız danışıq, yaxud hərəkət; 2) Bədahətən, yaxud qabaqcadan düşünülmədən yazılan epiqram, madriqal, zarafat xarakterli kiçik şer; 3) Sərbəst formalı, iti templi, çox da böyük olmayan (adətən, instrumental) lirik əhvali-ruhiyyəli musiqi pyesi.

EKSTRAVAQANT (extravagant/eccentric) – Qeyri-adi, ümumi qəbul olunmuş adətlərə, normalara uyğun olmayan bir nüans. Yeni və orijinal olan fərqli estetik çalar.

EKSTRAVAQANTLIQ (extravagancy/eccentricity) – Varlığın bəzi hadisələrini və yaxud bu hadisələrin ayrı-ayrı tərəflərini özlərinə oxşar hadisələrin ümumi kütləsi içərisindən seçib ayıran və gözlənilməz, qeyri-adi bir şey kimi nəzərə çarpdıran orijinallıq. E. insanın xüsusi davranışda, fikirlərini ifadə etməyin orijinal üsulunda, onun qeyri-adi geyinmək tərzində özünü göstərir. E. hamının qəbul etdiyi normaların pozulması deyil, onların xüsusi, cəsarətlə, hətta bəzən cürətlə şərh və ifadə olunmasıdır.

EKSTREMAL ŞƏRAİT (extreme) – Jurnalist üçün adi şəraitdən fərqlənən situasiya – təbii fəlakət, hərbi vəziyyət, siyasi çaxnaşmalar, mitinq, müharibə və s. kimi qeyri-adi şərait.

EKVALAYZER (equalizer) – Tarazlıq sistemi. Səsin yer aldığı şəraitin akustik xüsusiyyətlərinə görə nizamlanması. Nizamlanma zamanı səs 10-15 desibel artırılır və ya azaldılır. E., ilk növbədə, səs tonuna nəzarət sistemidir. Səs spektrinin hər lentin ton nəzarətini ayrı-ayrı düymələrlə icra edir. 10 lentli E.-ə oktava ekvalayzer deyilir. Bax: Q r a f i k k o r r e k t o r l a r.

EQOİZM (egoism/selfishness) – 1) Özünə vurğunluq, öz şəxsi mənafeyini başqa adamların, cəmiyyətin mənafeyindən yüksək tutma; 2) TV aparıcısını qiymətləndirmə meyarlarından biri.

ELAN (advertisement/annoucement/notice/poster) – 1) Yazılı, çap olunmuş bildiriş, xəbər, məlumat. Qəzet elanı. 2) Rəsmi bildiriş vərəqəsi; 3) Hər hansı xidmət və məhsul haqqında AV məlumat.

ELEKTRİK (electric engineer/electrician) – Elektrotexnika mütəxəssisi, elektrotexnika sahəsində, elektrik sənayesində çalışan, elektriki tədqiq edən şəxs.

ELEKTRİK AÇARI (burst key/switch) – Elektrik avadanlığı və qurğularını (elektrik çıraqları, elektrik mühərrikləri, qızdırıcı sobalar, transformatorlar, elektrikötürmə xətləri və s.) dövrəyə qoşmaq və açmaq üçün aparat.

ELEKTRİK APARATLARI (electric apparatus (equipment)) – Elektrik dövrələri və maşınlarının idarə edilməsi, tənzimlənməsi və mühafizəsi üçün işlədilən elektrotexniki qurğular. Bir neçə qrupa bölünən bu qurğular əlaqələndirmə, məhdudlaşdırma, tənzimləmə və nəzarət funksiyalarını yerinə yetirir.

ELEKTRİK DÖVRƏSİ (electric circuit (circle)) – Naqillər vasitəsilə bir-birinə birləşdirilmiş mənbə və işlədicidən ibarət qapalı kontur. E.d. bir və çoxkonturlu olur. E.d. aktiv (qalvanik element, akkumlyator, generator) və passiv (xətlərin omik müqavimətləri, elektrik qəbulediciləri) elementlərdən ibarətdir. E.d. xətti və qeyri-xətti olur. Xətti E.d.-ndə giriş və çıxış kəmiyyətləri arasında əlaqə xətti qanunlara tabe olur.

ELEKTRİK QAYTANI (electric wire/fuse) – Adi şəraitdə 220 V-a qədər gərginlikli məişət elektrik cihazlarını, həmçinin TV və radio aparatlarını şəbəkəyə qoşmaq üçün izolə edilmiş elastik məftil. E.q. 2 və ya 3 damarlı olur.

ELEKTRİK MÜHƏRRİKİ (electric engine) – Kinoçəkiliş aparatının lentötürmə mexanizmi və obtyuratoru hərəkətə gətirən, dəyişən, yaxud sabit cərəyan ilə işləyən qurğu. Bəzi kinoçəkiliş aparatlarında elektrik mühərrikinin əvəzinə yayımı qurulan mexanizm istifadə olunur.

ELEKTRİK RABİTƏSİ (electric wiring communication) – 1) Elektrik cərəyanı vasitəsilə informasiyanın müəyyən məsafəyə ötürülməsi; 2) Bu sahə ilə bağlı məsələləri öyrənməklə məşğul olan elm və texnika sahəsi. E.r.-nin əsas növləri teleqrafiya, fototeleqrafiya, telefon rabitəsi, radiorabitəTV-dir. E.r.-ndə məlumat bilavasitə naqillərlə yayılan elektrik siqnalları, yaxud radiosiqnallar vasitəsilə ötürülür.

ELEKTRİK ŞƏBƏKƏSİ (wiring/electric system) – Elektrik stansiyalarını işlədicilərlə birləşdirən elektrik xətlərindən, yardımçı stansiyalardan, paylayıcı və çevirici məntəqələrdən ibarət kompleks. E.ş. şəhər, kənd, sənaye müəssisələri energetika sisteminə və ya rayon (iri rayon, yaxud vilayət ərazisində) şəbəkələrinə, həmçinin paylayıcı, təchizedici, elektrikötürmə xətlərinə ayrılır.

ELEKTROAKUSTİKA (electro acoustics) – Tətbiqi akustikanın bölməsi; elektrik siqnallarını mexaniki siqnallara və əksinə çevirən cihazların nəzəriyyəsini və hesablanması metodikasını öyrənir. E.-ya daxil olan cihazlar: ucadandanışan, telefon, mikrofon, sualtı səs mənbələri, müxtəlif ultrasəs mənbələriqəbulediciləri, səsyazan cihazlar və s. Ən sadə elektroakustik cihaz bir tərəfində elektrik siqnallarını vermək və ya qəbul etmək üçün lazım olan iki qütbü, o biri tərəfində isə mexaniki siqnalları vermək və ya almaq üçün çubuğu olan qurğudur.

ELEKTROAKUSTİK ÇEVİRİCİ (electro-acoustic transverter) – Elektrik enerjisini səs enerjisinə və ya əksinə çevirən qurğu.

ELEKTRODİNAMİK MİKROFON(LAR) (electrodynamic microphone(s)) – Maqnit dolağına bərkidilmiş membrandan ibarət qurğu. Membranın hərəkəti dolağa ötürülür və bu, mikrofon daxilində maqnit sahəsinin dəyişməsinə səbəb olur. Audiosiqnal da elə budur. Dözümlülüyünə görə E.m. teleistehsalda daha çox işlənir. Yüksək keyfiyyətli peşəkar mikrofonlar ilə müqayisədə onların qiyməti nisbətən ucuzdur və bir qayda olaraq, yaxşı amplitud tezlik səciyyəsinə malikdir. Ancaq E.m.-ın bir çatışmazlığı var – onlar kondensatorlu mikrofonlar kimi yüksək tezlikli səslərə həssas deyil.

ELEKTROFON (electrophone) – Qrammofon valını oxutmaq üçün adaptor, səs tezlikli elektrik rəqsləri gücləndiricisi və elektrodinamik reproduktordan ibarət gəzdirilə bilən səyyar aparat.

ELEKTROMAQNİT (electromagnet) – Elektrik cərəyanının köməyi ilə maqnit sahəsi yaradan qurğu.

ELEKTROMAQNİT DALĞALARI (electromagnetic waves) – Elektromaqnit rəqslərinin fəzada yayılması hadisəsi. Boşluqda bu dalğalar sönmür, onların elektrik (E) və maqnit (N) sahəsi vektorları bir-birinə perpendikulyar müstəvilərdə rəqs edir, dalğa özü isə bu rəqslərə perpendikulyar istiqamətdə (eninə dalğa), s=3.1010 sm/san sürəti ilə yayılır.

ELEKTROMAQNİT İNDUKSİYASI (electromagnetic induction) – Bax: İ n d u k s i y a.

ELEKTROMAQNİT SAHƏSİ (electromagnetic field) – Elektrik yükünə, elektrik və maqnit momentinə malik zərrəciklərin qarşılıqlı təsirini təmin edən sahə. E.s. enerji, kütlə (elektromaqnit kütləsi), impuls və impuls momentinə malikdir.

ELEKTRON ÇAP (electronic print (publishing)) – Sözlü, qrafik və illüstrativ informasiya materiallarının ekran variantında göstərilməsi və rabitənin teleelektron xətləri ilə yayılması üçün elektron-kompüter vasitələri ilə dərc olunması. Bu, bahalı kağıza, nəzərdə tutulmayan tirajlara görə maddi itkilərdən qaçmağa imkan verir və çap məhsulu barədə ənənəvi təsəvvürləri kökündən dəyişir: elektron mətnlərə çevrilən çap məhsulları telekompüter qurğularının ekranlarından oxunur, multimedialaşdırılır və qısa müddət ərzində uzaq məsafələrə yayılır.

ELEKTRON EVANGELİZMİ (electronic evangelism) – Kommunikoloqlar arasında müxtəlif cür qiymətləndirilən dini – "İncil" mövzusunda TV proqramları. TV evangelizminin vaizləri iddia edirlər ki, onlar auditoriyaya təsirlərini genişləndirməklə və hətta kilsəyə gəlməyən insan kütlələrinə mənəvi qida verməklə mühüm vəzifəni yerinə yetirirlər.

Download 3,99 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   809




Download 3,99 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Азярбайъан Енсиклопедийасы

Download 3,99 Mb.