1. Yarımqrupda yuxarıdan aşağıya doğru qələvi metalların hansı xassələri artır?
1) ionların enerjisi
2) metallıq xassəsi
3) reduksiyaedicilik xassəsi
4) atom radiusu
A) 1-4
B) 1, 2
C) 1-3
D) 1, 3
E) 2-4
2. Natrium haqqında hansı ifadə və ya ifadələr səhvdir?
1) istilik daşıyıcısı kimi istifadə edilir
2) alovu bənövşəyi rəngə boyayır
3) müsbət ionu zəhərlidir
4) hidrogendən güclü reduksiyaedicidir
A) 1-4
B) 1, 2
C) 1-3
D) 1, 3
E) 2-4
3. Kalsiumun hansı birləşməsi təbiətdə tapılmır?
A) CaCO3
B) CaSO42H2O
C) CaCl2
D) Ca3(PO4)2
E) ) CaCO3MgCO3
4. Hansı metallar yalnız elektrometallurgiya üsulu ilə alınır?
A) Pb, Sn
B) Zn, Fe
C) Cu, Ca
D) K, Al
E) Mn, Fe
5. Hansı sıradakı metallar onların oksidlərinin reduksiyasından alınır?
A) Zn, Al, Co, Ca
B) Fe, Zn, Sn, Cr
C) Na, K. Li, Ca
D) Ba, Ca, Mg, Al
E) Cu, Ag, Mg, Ca
6. Hansı reaksiyalar üzrə metal alınmır?
1) Fe3O4 + CO
2) Fe3O4 + Al
3) K2O + H2
4) ZnO + C
5) CaO + C
A) 1-5
B) 1, 2
C) 1-3
D) 3, 5
E) 2-4
7. Əlvan ərintiləri göstərin.
1) polad
2) bürünc
3) tunc
4) çuqun
5) melxior
A) 1-5
B) 1, 2
C) 1-3
D) 2, 3, 5
E) 2-4
8. Qara ərintiləri göstərin.
1) polad
2) bürünc
3) tunc
4) çuqun
5) melxior
A) 1, 5
B) 1, 2
C) 1-3
D) 3-5
E) 1, 4
9. Hansı birləşmədən suyun yalnız müvəqqəti codluğunu aradan qaldırmaq üçün istifadə olunur?
A) Na2CO3
B) NaHCO3
C) Na2SO4
D) Ca(OH)2
E) Ca(HCO3)2
10. Aşağıdakı çevrilmələrin tənliklərini yazın.
Na NaH NaOH Na2CO3 NaCl