Kompüter şəbəkələri” fənnindən imtahan test sualları




Download 265,78 Kb.
bet9/9
Sana28.09.2020
Hajmi265,78 Kb.
#11762
1   2   3   4   5   6   7   8   9

Wi-Fi texnologiyasında fraqmentasiya prosedurunun çatışmayan cəhəti nədir?

  1. ötürülən xidməti informasiyanın ümumi həcmi artır.

  2. ötürülən xidməti informasiyanın ümumi həcmi azalır.

  3. fraqmentin həcmi şəbəkə adminstratoru tərəfindən verilir

  4. prosedur yalnız bir adresli paketlər üzərində yerinə yetirilir.

  5. prosedur yalnız müxtəlif adresli paketlər üzərində yerinə yetirilir.




  1. Mikrodalğalı avadanlıqlar üçün ümumdünya standartı necə adlanır?

    1. WiMAX

    2. 3DMAX

    3. 2DMAX

    4. İEEE MAX

    5. heç biri




  1. Geniş spektr avadanlıqlar üçün uzaq məsafələrdə universal naqilsiz rabitə yaratmaq üçün nəzərdə tutulmuş telekommunikasiya texnologiyası necə adlanır?

    1. WiMAX

    2. 3DMAX

    3. 2DMAX

    4. İEEE MAX

    5. Wi-Fi




  1. WiMAX texnologiyasının işi hansı standarta əsaslanır?

    1. IEEE 802.16

    2. IEEE 802.11

    3. IEEE 802.15

    4. IEEE 802.10

    5. IEEE 802.12




  1. Coğrafi mövqeyə bağlı olmayan daxilolma nöqtəsi təşkil etmək üçün hansı texnologiyadan istifadə edilir?

    1. WiMAX

    2. 3DMAX

    3. 2DMAX

    4. Bluetooth

    5. Wi-Fi




  1. WiMAX şəbəkəsi neçə əsas hissədən ibarətdir?

    1. 2

    2. 3

    3. 4

    4. 5

    5. 6




  1. Hal-hazırda WiMAX texnologiyasının neçə standartı mövcuddur?

    1. 4

    2. 3

    3. 2

    4. 1

    5. 5




  1. Naqilsiz kommunikasiyanın məhdud ərazidə lokal şəbə­kə, yəni bir neçə abonentin ümumi ötürmə kanalına eynihüquqlu daxilolma rejimində təşkili üçün nəzərdə tutulmuş standart hansıdır?

    1. IEEE 802.11

    2. IEEE 802.16

    3. IEEE 802.15

    4. IEEE 802.10

    5. IEEE 802.12




  1. Hansı məlumat ötürülmə texnologiyasını bilirsiniz?

    1. Nöqtədən nöqtəyə keçidlə yayımlanan şəbəkələr və şəbəkələr

    2. simsiz və yayım

    3. geniş və dar

    4. kabel və ümumi

    5. qlobal və yerli şəbəkələr




  1. Şəbəkə adapteri aşağıdakılardan hansı funksiyanı yerinə yetirir?

    1. idarə şini haqqında məlumat əldə etmək

    2. məlumat ötürülməsi vasitəsinə giriş

    3. məlumatları paralel formadan ardıcıl formaya və ya əksinə çevirmək.

    4. ötürülən informasiyanın təyin edilmiş kadr forması şəklində tərtibi

    5. veriənlərin dekodlşdırılması, ötürülməsi və qəbulu zamanı kadr bitləri ardıcıllığının elektrik siqnallarının ardıcıllığı ilə kodlaşdırılması

  2. Körpü nədir?

    1. şəbəkə trafiki süzgəcində istifadə edilən cihaz

    2. mac ünvanlarını dəstəkləyən cihaz

    3. hər bir porta qoşulmaq üçün xidmət edən cihaz

    4. Çox sayda virtual kanal qura bilən bir cihaz

    5. kadrları emal edən cihaz

  3. Hansı qurğu şəbəkədə artıq düyünləri təşkil etməyə icazə verir.

    1. marşrutlayıcı

    2. kommutator

    3. svitç

    4. xab

    5. körpü

  4. WLAN, bloetooth və regional şəbəkələr arasında əlaqə yaradan standart hansıdır?

    1. 802.16

    2. 802.15

    3. 802.12

    4. 802.14

    5. 802.13

  5. Interfeyslərinin eyniləşdirməsi üçün ünvanların neçə tipindən istifadə olunur?

    1. 3

    2. 4

    3. 2

    4. 5

    5. 6

  6. Ölkə və ərazilərin ikihərfli kodlarına əsaslanan ikinci səviyyəli milli domenlər hansı standarta əsaslanır?

    1. ISO 3166-1

    2. ISO 3156-1

    3. ISO 3165-1

    4. ISO 3365-1

    5. ISO 3366-1

  7. ICANN təşkilatı neçənci ildə yaradıldı?

    1. 1998-ci ilin sentyabrında

    2. 1998-ci ilin oktyabrında

    3. 1996-cı ilin yanvarında

    4. 1996-cı ilin fevralında

    5. cavablardan heç biri doğru deyil

  8. Lokal şəbəkələrdə informasiyanı ötürmək üçün adətən nədən istifadə edirlər

    1. “sarınmış cütlük kabel”dən

    2. peyk əlaqsindən

    3. şəbəkə kartndan

    4. telefon əlaqəsindən

    5. bütün cavablar doğrudur

  9. Doğru olan iddianı seçin

    1. verilənləri ötürən kabelə şəbəkənin bütün qurğuları qoşulur

    2. LKŞ də kompyuterlər arasındakı məsafənin əhəmiyyəti yoxdur.

    3. Qlobal şəbəkələrdə kompyuterlər arasındakı məsafə1-2 km qədər olur.

    4. OSİ modelini 4 səviyyəsi var.

    5. Şəbəkədə verilənlərin ötürülməsi üçün istənilən protokoldan istifadə etmək olar.

  10. Elektron poçtun imkanları hansıdır?

    1. elektron məlumatları və onlara əlavə edilmiş faylları ötürmək

    2. yalnız elektron məlumatları ötürmək

    3. videoməlumatları ötürmək

    4. qrafik məlumatları ötürmək

    5. qrafik və videoməlumatları ötürmək

  11. Günümüzdə neçə növ simsiz qoşulmadan istifadə edirik?

    1. 3

    2. 2

    3. 4

    4. 5

    5. 6

  12. Verilənləri bir kompyuterdən başqasına ötürmək üçün həmin verilənləri daşıyan müəyyən növ aralıq bağlayıcıyı hansıdır?

    1. kommunikasiya kanalı

    2. modem

    3. marşurutlayıcı

    4. şlüz

    5. fizki daşıyıci

  13. silindrik formalı ekrandan və onun içərisində izolə edilmiş mərkəzi teldən ibarət olan kabel hansıdır?

    1. koaksil kabel

    2. burulmuş cüt kabel

    3. Fiber-optik kabel

    4. optik kabel

    5. daşıyıcı kabel

  14. Verilənləri daşımaq üçün simsiz vasitələrin yazıldığı bəndi göstərin.

    1. radiosiqnallar, mikrodalğalar

    2. koaksil kabellər, mikrodalğalar

    3. optik kabellər, radiosiqnallar

    4. peyk rabitəsi vasitələri, cüt naqillər

    5. modem, analoq siqnallar

  15. Şəbəkəni altşəbəkələrə ayırmaq (və ya yerli şəbəkələri birləşdirmək) üçün nəzərdə tutulmuş xüsusi qurğu hansıdır?

    1. körpü

    2. şlüz

    3. marşrutizator

    4. şəbəkə adapteri

    5. modem

  16. Şəbəkə trafikinə yol göstərən qurğu hansıdır?

    1. router

    2. şlüz

    3. marşrutizator

    4. şəbəkə adapteri

    5. körpü

  17. Kompyuter şəbəkələrində neçə növ əməliyyat sisteminin olması zəruridir?

    1. 2

    2. 1

    3. 3

    4. bir neçə

    5. cavablardan heç biri doğru deyil

  18. İlk İnternet şəbəkəsi neçənci ildə qurulub?

    1. 1969

    2. 1958

    3. 1964

    4. 1971

    5. 1970

  19. Çox uzun və mürəkkəb parollar şəbəkə təhlükəsizliyinə 100% zəmanət verirmi?

    1. xeyir

    2. verir

    3. yanlız lokal şəbəkələr üçün

    4. yalnız fərdi kompyuterlərdə

    5. əgər kompyuterlə iş bitdikdən sonra parol silinərsə, bəli

  20. ƏS-i işə salındıqdan sonra hansı viruslar aktivləşir?

    1. yüklənmiş

    2. trojan

    3. aktiv

    4. yaddaş qurğusunda olan

    5. bütün cavablar doğrudur

  21. Təhlükəsizlik parolu minimum neçə hərfindən və simvoldan ibarət olmalıdır?

    1. 15+

    2. 8+

    3. 7+

    4. 9+

    5. 10+

  22. Hansı sistemlərdə virus daha dinamik yayılır?

    1. Android

    2. Windows

    3. Unix

    4. Lunix

    5. Mac ƏS-i

  23. Şəbəkədə verilənlərin emalı, saxlanması, ötürülməsi üçün istifadə edilən proqramlar toplusu necə adlanır?

    1. şəbəkə əməliyyat sistemi

    2. şəbəkə proqram təminatı

    3. əməliyyat sistemi

    4. proqram təminatı

    5. sistem proqram təminatı

  24. Şəbəkə ƏS-nin protokollarının əsas funksiyası hansılardır?

1. şəbəkə obyektlərini ünvanlaşdırmaq

2. şəbəkə avadanlıqlarını idarə etmək

3. verilənlərin təhlükəsizliyini təmin etmək

4. şəbəkə quraşdırılarkən istifadə ediləcək naqillərin tipini müəyyənləşdirmək

5. şəbəkəni idarə etmək


  1. 1,3,5

  2. 1,2,4

  3. 2,3,4

  4. 2,4,5

  5. 3,4,5

  1. Şəbəkə ƏS-nin əsas funksiyaları hansılardı?

1. faylların və kataloqların idarə edilməsi

2. şəbəkə avadanlıqlarının idarə edilməsi

3. resursların idarəsi, kommunikasiya funksiyaları

4. şəbəkə quraşdırılarkən istifadə ediləcək naqillərin tipini müəyyənləşdirmək



5. şəbəkənin idarəsi

  1. 1,3,5

  2. 1,2,4

  3. 2,3,4

  4. 2,4,5

  5. 3,4,5

  1. Aşağıdakılardan biri şəbəkə ƏS-nin növüdür.

    1. koorporotiv şəbəkələr

    2. qlobal şəbəkələr

    3. local şəbəkələr

    4. regional şəbəkələr

    5. milli şəbəkələr

  2. Aşağədakılardan biri şəbəkə ƏS-nin növüdür.

    1. kampus şəbəkələr

    2. qlobal şəbəkələr

    3. local şəbəkələr

    4. regional şəbəkələr

    5. milli şəbəkələr

  3. NetWare Novel firması tərəfindən neçənci ildə hazırlanmışdır?

    1. 1992 -ci ildə

    2. 1990-cı ildə

    3. 1991-ci ildə

    4. 1980-ci ildə

    5. 1995-ci ildə

  4. LKŞ-də istifadə edilən Net Ware 386 ŞƏS-i neçə mərtəbəlidir?

    1. 16 mərtəbəli

    2. 24 mərtəbəli

    3. 20 mərtəbəli

    4. 36 mərtəbəli

    5. 32 mərtəbəli

  5. LKŞ-də istifadə edilən Net Ware 386 ŞƏS-i məsələ həlli baxımından necə sistem adlanır?

    1. bir məsələli sistem

    2. sistem baxımından adlandırılmır.

    3. iki məsələli sistem

    4. üç məsələli sistem

    5. çox məsələli sistem

  6. LKŞ-də istifadə edilən Net Ware 386 ŞƏS sistemində fayl-server kimi istifadə edilən server kompüterinə maksimum neçə kompüter qoşula bilər?

    1. 250 kompüter qoşula bilər

    2. 230 kompüter qoşula bilər

    3. 260 kompüter qoşula bilər

    4. 270 kompüter qoşula bilər

    5. 220 kompüter qoşula bilər.

  7. Novel firmasının Novel Net Ware ŞƏS-nin 4.0 çoxsaylı server versiyasında maksimum nə qədər istifadəçi istifadə edə bilər?

    1. 100-ə qədər

    2. 600-ə qədər

    3. 700-ə qədər

    4. istifadəçi çoxsaylı serverlərdən istifadə edə bilməz

    5. 500-ə qədər istifadə edə bilər

  8. Novel Net Ware ŞƏS-nin sistem inzibatçısının funksiyası nədir?

    1. Serverlərin idarə olunmasına və bütün serverlərdə istifadəçilərin siyahısının tərtib edilməsini təşkil edir.

    2. Onun heç bir funksiyası yoxdur.

    3. Kompüterlərin düyün nöqtələrinə nəzarət edir.

    4. Şəbəkədə proqram təminatına nəzarət edir.

    5. Şəbəkədə kompüterlərin sazlığına nəzarət edir.

  9. Şəbəkə kartı kompüterə nə ilə birləşdirilir?

    1. xüsusi şin PCİ (interfeys şini) vasitəsilə birləşdirilir

    2. naqil vasitəsilə

    3. disk qurğusu vasitəsilə

    4. yaddaş qurğusu vasitəsilə

    5. şəbəkə kartı kompüterə birləşdirilmir.

  10. Şəbəkə kartları neçə mərtəbəli olurlar?

    1. 8,16,32,64 mərtəbəli olurlar.

    2. 8 ,32mərtəbəli

    3. 16,8 mərtəbəli

    4. Şəbəkə kartlarının mərtəbələri olmur.

    5. 32,64 mərtəbəli

  11. WI-FI –nin baza standartı necənci ildə yaranmışdır ?

    1. 1998

    2. 1994

    3. 1999

    4. 1995

    5. 1997

  12. Standart İEEE 802.11 hansı ötürülmə sürətini təmin edir ?

    1. 500 Kbit /s;

    2. 150 Kbit /s;

    3. 300 Kbit /s;

    4. 400 Kbit /s;

    5. 200 Kbit /s;

  13. Standart İEEE 802.16 hansı tezliklə ötürülmə sürətini təmin edir ?

    1. 20.... 87 GG

    2. 6........55 GG

    3. 9........49 GG

    4. 15......77 GG

    5. 10......87 GG

  14. Şəbəkə kartı daxili birləşmədə verilənləri necə qəbul edib ötürür?

    1. O verilənləri paralel qəbul edib şəbəkəyə ardıcıl ötürür.

    2. O verilənləri qəbul etmir.

    3. O FK-ni xətdə birləşdirilir.

    4. O verilənləri paralel qəbul edir.

    5. O verilənləri ardıcıl qəbul edir.

  15. İP adresinin B sinifinin ən böyük nömrəsi hansı qiymət alır ?

    1. 247.255.255.255.

    2. 126.0.0.0.

    3. 191.255. 0.0.

    4. 223.255. 255. 0.

    5. 239.255.255.255.

  16. Eyni tipli şəbəkələrin genişlənməsi üçün hansı qurğudan istifadə edilir?

    1. аdapter

    2. körpü

    3. təkrarlayıcı

    4. şlüz

    5. multipleksor

  17. Lokal şəbəkələrdə ikilik signalların dəyişdirilməsi hansı qurğu vasitəsi ilə aparılır ?

    1. şəbəkə interfeysi

    2. şəbəkə adapteri;

    3. şəbəkə modulu

    4. şəbəkə şlüzu

    5. şəbəkə multipleksoru




  1. Şəbəkədə analiz aparmaq üçün adətən hansı utilitlərdən istifadə edilir?

    1. ping, tracert, netstat, route

    2. ping, norton, novell, route

    3. tracert, netstat, norton, dos

    4. novell, route, , netstat,ping

    5. ping, norton, dos, route

  2. Lokal şəbəkədə resursların işini təmin edən proqram təminatı necə adlanır?

    1. şəbəkə ƏS

    2. provayder

    3. verilənlər bazası

    4. körpü

    5. administrator

  3. TCP protokolundan OSİ modelinin hansı səviyyəsində istifadə edilir?

    1. Nəqliyyat

    2. Tətbiqi

    3. Seans

    4. Fiziki

    5. Kanal

  4. Ethernet şəbəkəsinin topologiyası nədir?

    1. şin

    2. ağacvarı

    3. halqavarı

    4. qarışıq

    5. ulduz

  5. Əgər şəbəkədə bütün kompyuterlər eyni hüquqa malikdirlərsə, bu şəbəkə necə adlanır?

    1. birranqlı

    2. qlobal

    3. local

    4. qarışıq

    5. müştəri – server

  6. Bunlardan biri OSİ nin səviyyəsi deyil

    1. protocol

    2. şəbəkə

    3. nəqliyyat

    4. seans

    5. fiziki

  7. Faylların ötürülməsinə nəzarət edən protokol hansıdır?

    1. FTP

    2. İP

    3. HTTP
      D) SMTP
      E) TCP

  8. Aşağıdakı İP ünvanlardan hansı düzgün verilməyib?

    1. 153.298.13.25.

    2. 11.123.56.010

    3. 201.235.02.01.

    4. 021.32.02.85

    5. 45.02.12.11

  9. Token Ring texnologiyasında hansı topologiyadan istifadə edilir?

    1. halqa

    2. ulduz

    3. şin

    4. tam

    5. heç biri

  10. FAT(File Alloction) cədvəli üzrə diskdə 1 sektorun ölçüsü neçə bayt təşkil edir?

    1. 512

    2. 64

    3. 256

    4. D)1024

    5. 32

  11. NTFS fayl sistemi ilə maksimum hansı ölçüdə məntiqi disk yaratmaq olar?

    1. 256 terabayt

    2. 64 geqabayt

    3. 256 zetabayt

    4. 256 meqabayt

    5. 4 geqabayt

  12. LUNİX nədir?

    1. əməliyyat sistemi

    2. fayl sistemi

    3. ad genişləndirilməsi

    4. proqramlaşdırma dili

    5. xidməti proqram

  13. Cari disk nədir?

    1. istifadəçinin hal hazırda istifadə etdiyi disk

    2. istifadə müddəti bitmiş disk

    3. istifadə edilməmiş disk

    4. tam dolmuş disk

    5. istifadəyə yarasız disk

  14. Aşağıdakılardan hansı ??es??1.d?? fayl maskasına uyğundur?

  1. test_1.doc

    1. test1.doc

    2. tec.d

    3. ec1.doc

    4. te.d

  1. Apple şirkətinin istehsal etdiyi kompyuterlərdə hansı əməliyyat sistemindən istifadə edilir?

    1. Mac OS

    2. MS Dos

    3. UNİX

    4. LİNUX

    5. Windows

  2. Windows NT...

1. bir istifadəçili əməliyyat sistemidir

2. çox istifadəçili əməliyyat sistemidir.

3. Bir məsələli əməliyyat sistemidir.

4. çox məsələli əməliyyat sistemidir.

5. lokal əməliyyat sistemidir

6. şəbəkə əməliyyat sistemidir.



  1. 2,4,6

  2. 1,2,3,4,5

  3. 1,3,5

  4. 1,3,4

  5. 2,4,5,6

  1. Aşağıdakılardan hansılar fayl sistemidir?

    1. FAT32, NTFS

    2. HTTP, FAT16

    3. FTP, FAT32

    4. POP3, SMTP

    5. NTFS, POP3

  2. Əlaqələndirilmiş fayllar sistemi necə adlanır?

    1. verilənlər bazası

    2. fayllar siyahısı

    3. çoxluqlar qrupu

    4. qruplaşdırılmış fayllar

    5. fayllar qrupu

  3. Əməliyyat sistemlərinin yaranma tarixi ardıcıllığı..

    1. MS DOS, OS/2, Windows, Unix

    2. Unix? MsDos, Windows, Os/2

    3. OS/2, MS DOS, Windows, Unix

    4. OS/2, Windows, MS DOS, Unix

    5. Unix, OS/2, Windows, MS DOS

  4. Şəbəkə proqram təminatı...

    1. şəbəkə resyrslarını idarə edir

    2. yeni proqram vasitələri yaradır

    3. sistem proqram vasitələri yaradır

    4. tətbiqi proqram paketi yaradır

    5. interfeysin imkanlarını genişləndirir

  5. Diskin cığır və sektorlara bölünməsi necə adlanır?

    1. Fiziki səviyyəli formatlaşdırma

    2. fiziki mərhələli formatlaşdırma

    3. fiziki dərəcəli formatlaşdırma

    4. fiziki hissəli formatlaşdırma

    5. texniki səviyyəli formatlaşdırma

  6. Kompyuter elektrik şəbəkəsinə qoşulduqda onun əsas hissələrinin işini yoxlayan proqramlar toplusu necə adlanır?

    1. BİOS

    2. ROM

    3. RAM

    4. FAT

    5. MBR

  7. İlk qrafik interfeysə malik olan əməliyyat sistemi hansıdır?

    1. Mac OS

    2. OS/2

    3. MS Dos

    4. Linux

    5. Unix

  8. Drayverlərin qoşulması haqqında informasiya hansı adlı faylda saxlanılır?

    1. config.sy1

    2. İo.sys

    3. Command.com

    4. Format.com

    5. Msdos.sys

  9. Təhsil sistemində ən çox hansı tip şəbəkədən istifadə edilir?

    1. lokal

    2. SPRİTE

    3. naqilsiz rabitə

    4. analoq rabitə

    5. FİDO

  10. Şəbəkə protokolunun əsas funksiyası hər bir fiziki kanalda.... sayda məntiqi kanalın qurulması deməkdir.

    1. 4096

    2. 1024

    3. 2048

    4. 3072

    5. 5120




  1. Bir birinə dolanmış cüt naqillər sistemi aşağıdakılardan hansılardır?

    1. UTP

    2. Segment

    3. Ping

    4. Gateway

    5. Switch

  2. ... xüsusi siqnal göndərməklə qəbul edənin həmin anda aktivliyini yoxlamağa imkan verən proqramdır.

    1. Switch

    2. Segment

    3. Ping

    4. Gateway

    5. UTP

  3. İP ünvanda maksimal neçə ədəd ola bilər?

    1. 255

    2. 8

    3. 32

    4. 254

    5. 256

  4. . ... internetdə öz şlüzünə malik olur və o digər ayrı ayrı istifadəşilərə bu şlüz vasitəsilə şəbəkəyə daxil olmağa icazə verir.

    1. provayder

    2. server

    3. UTP

    4. kliyent

    5. işçi stansiya

  5. SMTP protokolundan nə üçün istifadə edilir?

    1. elektron məktubun göndərilməsi üçün

    2. elketron məktubun qəbul edilməsi üşün

    3. Veb səhifənin istifadəçi kompyuterinə yüklənməsi üçün

    4. internetə qoşulmaq üçün

    5. faylların bir kompyuterdən digərinə ötürülməsi üçün

  6. Eyni protokollardan istifadə edən şəbəkələrin əlaqələndirilməsi üçün nədən istifadə edilir?

    1. Marşrutizator

    2. Körpü

    3. Konsentrator

    4. Şlüz

    5. Provayder

  7. . Kompyuterin yalnız özündən əvvəlki və sonrakı kompyuterlə əlaqələndiyi şəbəkə topologiyası aşağıdakılardan hansıdır?

    1. Halqa

    2. Ulduz

    3. Şin

    4. Tam

    5. heç biri

  8. Telekonfrans üçün hansı protokoldan istifadə edilir?

    1. USENET

    2. FTP

    3. E-mail

    4. Telnet

    5. www

  9. Aşağıdakılardan hansı ilk brauzer hesab edilir?

    1. mosaic

    2. opera

    3. mozilla

    4. explorer

    5. almanac

  10. Məlumatın fərqli yönləndiricilər üzərində doğru yolu izləyərək qarşı tərəfə çatdırılması ilə vəzifələndirilən protokol hansıdır?

    1. IP

    2. TCP

    3. FTP

    4. POP2

    5. POP3

  11. Göndərən sistem üzərindən yollanacaq məlumatı parçalara bölünməsi və qəbul edən sistemin üzərində təkrar birləşdirilməsi funksiyalarını hansı protokol yerinə yetirir?

    1. IP

    2. TCP

    3. FTP

    4. POP2

    5. POP3

  12. Alt şəbəkə çərçivəsində verilənlərin ünvana çatdırılması üçün hansı ünvandan istifadə edilir?

    1. MAC

    2. IP

    3. TCP

    4. TCP/İP

    5. heç biri

  13. Uzlaşdırılmış proqram və aparat vasitələrinin (drayverlər, şəbəkə adapterləri, kabellər və s.) və verilənlərin əlaqə xətləri ilə ötürülməsi mexanizmlərinin toplusu necə adlanır?

    1. şəbəkə topologiyası

    2. şəbəkə arxitekturası

    3. şəbəkə strukturu

    4. şəbəkə xidməti

    5. proqram xidməti

  14. Məlumatı ötürən proqram xidmətləri və protokolları dəstəkləyən texnologiya necə adlanır?

    1. şəbəkə arxitekturası

    2. şəbəkə topologiyası

    3. şəbəkə strukturu

    4. şəbəkə xidməti

    5. proqram xidməti

  15. Şəbəkə arxitekturası –

    1. işləyən bir şəbəkə yaratmaq üçün lazım olan topologiyaların, çıxış üsullarının, standartların birləşməsidir.

    2. uzlaşdırılmış proqram və aparat vasitələrinin (drayverlər, şəbəkə adapterləri, kabellər və s.) və verilənlərin əlaqə xətləri ilə ötürülməsi mexanizmlərinin toplusudur.

    3. rabitə sistemi tərəfindən istifadəçilərə kompüterlərin resurslarına giriş almağa icazə verən lazımlı proqram təminatıyla təchiz edilmiş kompüterlərin məcmusudur.

    4. Rabitə sistemi ilə birgə kompüterlərin arasında məlumatların ötürülməsini təmin edən nəqliyyat vasitələridir.

    5. xidmətlərin istehlakçısının və xidmət təchizatçısının arasında interfeysdir.

  16. REQUEST…

    1. Veb proqramlarda klientin serverə müraciətidir.

    2. Veb proqramlarda veb serverin klient sorğusuna qaytardığı cavabdır.

    3. Verilənlər bazası ilə işləmək üçün isə xüsusi dildir.

    4. proqramlaşdırma dilində yazdığımız kodun kompyuterin anlayacağı dilə çevrilməsidir.

    5. bütün cavablar doğrudur.

  17. Şəbəkədə istənilən iki obyektin qarşılıqlı əlaqəsi zamanı resurslardan istifadə edən tərəf necə adlanır?

    1. klient

    2. server

    3. istifadəçi

    4. qəbuledici

    5. Mənbə

  18. Əlaqə kanalları üzrə baytlar ardıcıllığını ötürməyə icazə verən texnologiya hansıdır?

    1. kliyent-server

    2. fayl-server

    3. çap-server

    4. Ethernet

    5. Toking Ring

  19. Verilənlərin optik və ya elektrik siqnallar şəklində təsviri necə adlanır?

    1. kodlaşdırma

    2. ötürmə

    3. interfeys

    4. mərkəzləşdirmə

    5. paketləmə

  20. Bu əməliyyat zamanı diskiret informasiya sinisiodal siqnalın elə tezliyi ilə təsvir olunur ki, mövcud əlaqə xətti ilə onu ötürmək mümkün olur. Bu əməliyyat necə adlanır?

    1. modulyasiya

    2. diskterləşdirmə

    3. kodlaşdırma

    4. paketləmə

    5. ötürmə

Download 265,78 Kb.
1   2   3   4   5   6   7   8   9




Download 265,78 Kb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Kompüter şəbəkələri” fənnindən imtahan test sualları

Download 265,78 Kb.