• 2. İşin nəzəri hissəsi
  • Laboratoriya işi №2




    Download 284.8 Kb.
    bet1/3
    Sana06.05.2023
    Hajmi284.8 Kb.
    #57238
      1   2   3
    Bog'liq
    Laboratoriya işi2kv c

    Laboratoriya işi №2


    «O» tip qaçan dalğa lampasının tədqiqi
    1. İşin məqsədi:
    Bu işdə məqsəd «O» tip qaçan dalğa lampalarının quruluşunu və əsas xarakteristikalarını və elektrik parametrlərini öyrənməkdir.
    2. İşin nəzəri hissəsi:
    «O» tip qaçan dalğa lampaları elə cihazlardır ki, bunların iş prinsipi elektron selinin qaçan elektromaqnit dalğasının sahəsi ilə uzun müddətli qarşılıqlı təsirinə əsaslanır. «O» tip qaçan dalğa lampasının ifrat yüksək tezliklər elektron cihazı kimi əsas xüsusiyyəti ondan ibarətdir ki, onun daxilində ləngidici sistem yerləşdirilmişdir. Həmin sistem qaçan elektromaqnit dalğasının sürətini elektronların hərəkət etdiyi sürətə qədər yavaşıdır. «O» tip qaçan dalğa lampalarında siqnalın gücləndirilməsi elektron selinin lampanın elektrik sahəsinin uzununa toplananı ilə qarşılıqlı təsiri nəticəsində baş verir.
    Lampanın əsas elementləri şəkil 2.5 - dən daha aydın görünür.

    Şəkil 2.5. «O» tip qaçan dalğa lampası

    Belə tip qaçan dalğa lampasının gücləndirici kimi işləməsi üçün lampa armatur adlanan xüsusi qurğuda yerləşdirilməlidir (şəkil 2.6).



    Şəkil 2.6 . Gücləndirici «O» tip qaçan dalğa lampası

    «O» tip qaçan dalğa gücləndiricisi armaturun əsasını 1- metal boru, 2- dalğaötürən təşkil edir. 4 - isə maqnit sahəsi yaradan sarğacdır.


    Lampada baş verən fiziki proseslər qısaca olaraq belədir.
    Fərz edək lampaya kiçik amplitudlu siqnal verilmişdir. Həmin siqnal lam­pa daxilində çıxışa doğru yayılmalıdır. Lampa daxilində spiral şəkilli ləngidici sistem üzrə 0 sürətilə elektron selinin hərəkətinə ba­xaq. 0 sürəti dalğanın f faza sürətinə bərabər olsun. Belə sinxron şəraitdə hərəkət edən elektron seli dalğa ilə qarşılıqlı təsirdə olur. Bunun nəticəsində selin elektronları paket şəklində qruplaşır. Sonrakı pros­eslər nəticəsində paketlər elektromaqnit dalğasının daha çox tormozlandırıcı sahəsinə düşür və öz enerjilərini sahəyə verirlər. Bununla da sahənin gərginliyini, yəni siqnalın güclənməsini təmin edirlər. Gücləndirilmiş yüksək tezlikli sahənin təsirilə elektron qrup­la­rı (paketləri) daha da sıxlaşırlar. Belə ikitərəfli qarşılıqlı təsir nəticəsində qaçan dalğa lampasının gücləndirmə əmsalı böyüyür. Lam­panın normal işləməsinə bir sıra faktorlar mənfi təsir göstərir. Belə təsirlərdən biri də lampada əks dalğaların əmələ gəlməsidir. Bunun qarşısını almaq üçün lampaya xüsusi uducular yerləşdirilir.
    Nəzəriyyə göstərir ki, elektron qruplarının yayılma sürəti belə düsturla müəyyən edilir.
    (2.3.)
    burada, Usp - spiral gərginliyidir.
    Lampanın gücə görə gücləndirmə əmsalı isə belə təyin edilir:

    Kp=47,3 NC , dB (2.4.)


    C- gücləndirmə parametri, N isə spiral üzrə yerləşən dalğa uzunluqlarının sayıdır.
    N- belə tapılır: (2.5.)
    Burada, lsp - spiralın uzunluğudur.
     isə açıq fəzada gücləndiriləcək siqnalın dalğa uzunluğudur.
    Gücləndirmə parametri üçün belə bir münasibət doğrudur:
    (2.6.)
    C0 - elektron selinin sabit cərəyanı, K isə spiral dalğa müqavimətidir.
    Om (2.7.)
    rs-spiral radiusu, n-spiralın vahid uzunluğuna düşən sarğılar sayıdır.

    Download 284.8 Kb.
      1   2   3




    Download 284.8 Kb.