Uşaqlarda texniki-konstruktorluq fəaliyyətinin formalaşdırılması




Download 0.68 Mb.
bet21/33
Sana02.07.2021
Hajmi0.68 Mb.
#15333
1   ...   17   18   19   20   21   22   23   24   ...   33
3. Uşaqlarda texniki-konstruktorluq fəaliyyətinin formalaşdırılması. Mürəkkəb və çoxcəhətli olan yaradıcılıq fəaliyyətinə bir proses kimi baxdıqda onun üç mərhələyə ayrıldığını müəyyən etmək olar ki, bunlar aşağıdakılardır: a) hazırlıq mərhələsi;

b) yeni surətin formalaşması;

c) yeni surətin bilavasitə yaradılması və dəyişdirilməsi.

Uşaqların yaradıcılığının birinci mərhələsində meydana çıxan mühüm məsələlərdən biri yaradıcılıq məqsədinin təşəkkülü və konkretləşməsidir. Uşaqlarda yaradıcılıq məqsədinin təşəkkülü müxtəlif amillərdə təzahür edir. Müəyyən bir texniki model hazırlamaq məqsədi bəzən uşağın müşahidəçiliyi əsasında təşəkkül tapır. Müəyyən qurğu və ya tərtibatda nəyin isə çatışmadığını görən uşaqda yaradıcılıq məqsədi əmələ gəlir. Bunun da uşaq tərəfindən həyata keçirilməsi bilavasitə onun yaradıcılıq qabiliyyətinin inkişaf etməsinə səbəb olur.

Qeyd etmək lazımdır ki, uşaqların texniki görüş dairəsi genişləndikcə onların yaradıcılıq məqsədi də nisbətən mürəkkəbləşir və inkişaf edir. Uşaq yaradıcılığın ikinci mərhələsində məqsədini necə həyata keçirəcəyi üzərində düşünür. Bu hər şeydən əvvəl uşaqda texniki təfəkkür, fəza təsəvvürlərinin inkişaf səviyyəsindən asılıdır. Uşaqların texniki konstruktorluq fəaliyyətinin üçüncü mərhələsi də mürəkkəbdir. Yəni uşaq özünün ideyasını həyata keçirərkən hazırlanan konstruksiyanın bir çox detallarını, hətta bəzən onun özünü əsaslı surətdə dəyişdirmək zəruriyyəti meydana çıxır. Bu aydm şəkildə göstərir ki, konstruktorluq fəaliyyətinin ikinci mərhələsində müşahidə olunan gərgin yaradıcılıq axtarışları, onun üçüncü mərhələsi üçün əsasdır. Bu prosesdə uşaqlar tez - tez çətinliklərlə qarşılaşır və belə hallarda onların bəziləri ruhdan düşür, işi davam etdirməkdən imtina etmək istəyir. Digər yaradıcılığa meyli olan uşaqlar isə öz səhvlərini düzəldərək qarşıya qoyulmuş məqsədə nail olmağa çalışırlar.

Beləliklə, demək olar ki, texnologiya üzrə məşğələlər qarşısında duran başlıca vəzifələrdən biri məktəbəqədər yaşlı uşaqların texniki təfəkkürünü və yaradıcılıq fəaliyyətini inkişaf etdirməkdən ibarətdir ki, belə imkan daha çox texnologiya üzrə məşğələlər prosesində həyata keçirilə bilər.


Ədəbiyyat

1. A. Həsənov Məktəbəqədər pedaqogika. Bakı 2000

2. A.Həsənov Məktəbəqədər yaşlı uşaqların əmək tərbiyəsi. Bakı 1993

3. V. Neçayeva Məktəbəqədər yaşlı uşaqların əməkdə tərbiyəsi. Bakı 1989

4. Ş.O.Ağayev S.S.Rzayeva Məktəbəqədər kurikulum: nəzəriyyə və təcrübə. Bakı 2017

5. M.Həsənov və b. Məktəbəqədər yaşlı uşaqların oyun və əmək fəaliyyətinin təşkili.

Bakı 2001

6. Z.H.Orucov, Y.T.Rzayeva Texnologiya (əmək hazırlığı). Bakı 2006

7. M.Həsənov, Ş.Ağayev Məktəbəqədər yaşlı uşaqların oyun və əmək fəaliyyətinin təşkili. Bakı 2001




Download 0.68 Mb.
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Download 0.68 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Uşaqlarda texniki-konstruktorluq fəaliyyətinin formalaşdırılması

Download 0.68 Mb.