• 1. Məktəbəqədər yaşlılarla yapma işinin xüsusiyyətləri.
  • 2. Yapma avadanlığı və vəsaiti.
  • 3. Kiçik yaş qrupunda yapma fəaliyyəti.
  • 4. Orta qrupda yapma fəaliyyəti
  • 5. Böyük qrupda yapma fəaliyyəti.
  • Yapma məşğələlərinin təşkili və keçirilməsi metodikası




    Download 0.68 Mb.
    bet24/33
    Sana02.07.2021
    Hajmi0.68 Mb.
    #15333
    1   ...   20   21   22   23   24   25   26   27   ...   33
    Yapma məşğələlərinin təşkili və keçirilməsi metodikası

    P l a n

    1. Məktəbəqədər yaşlılarla yapma işinin xüsusiyyətləri.

    2. Yapma avadanlığı və vəsaiti.

    3. Kiçik yaş qrupunda yapma fəaliyyəti.

    4. Orta qrupda yapma fəaliyyəti.

    5. Böyük qrupda yapma fəaliyyəti.

    6. Məktəbə hazırlıq qrupunda yapma fəaliyyəti.

    Nəticə


    Ədəbiyyat
    1. Məktəbəqədər yaşlılarla yapma işinin xüsusiyyətləri. Qeyd etmək lazımdır ki, texnologiya üzrə məşğələlərin hər bir növü uşaqlarda müəyyən keyfiyyətlər inkişaf etdirir ki, belə məşğələ növlərindən biri də yapma üzrə keçirilən məşğələlərdir. Belə məşğələ prosesində işləyərkən uşaq həcmli əşyaların forması ilə tanış olur və hissələri hazırlayarkən onlarda iki əllə işləmə bacarığı formalaşır, əl hərəkətləri nizamlanır və xırda barmaq əzələləri inkişaf edir. Nəticədə uşaqda məkan anlayışı, göz nəzarəti və diqqət inkişaf edir. Yapma uşaq həyatının ən sevimli və hərəkətli fəaliyyət növüdür. Yapma işi ilə müntəzəm məşğul olan uşaq daha fəal olur və onda təsvir qabiliyyəti yaxşı inkişaf etmiş olur. Plastiklik, forma və hərəkətin verilməsi - yapmanın əsas ifadə vasitəsidir. Əşyanı müşahidə etdirərkən onun forması ifadəli tərzdə çatdırıldıqda əşya haqqında düzgün qavrayış formalaşır. Obrazın ifadəli mənimsənilməsi uşağı çox vacib xüsusiyyətlərin estetik hissin inkişafına gətirib çıxarır. Uşaqda əşyanın gözəlliyin mənimsəyərkən “yaxşı işi”, “pisdən” seçmək onun səbəbini qavramaq və görmək bacarığı inkişaf edir, rəsmə və aplikasiyaya nisbətən yapma işində (gil plastik olduğundan) hərəkəti daha asan verməyi bacarır. Belə işlər uşaqda yaradıcı qabiliyyətləri daha sürətli inkişaf etdirir. Yalnız üç yaşından sonra uşaqda ifadəli təfəkkür formalaşdıqda yaradıcı qabiliyyəti inkişaf etdirmək daha məqsədəuyğundur. Bu yaş dövründə uşaqlar böyükləri maraqla izləyərək nə isə yapmaq arzusunda olurlar. 4-5 yaşlı uşaqlar yapma üsullarını mənimsədikcə əl işləri daha aydın və başa düşülən olur. Yapma işində müəyyən bilik və bacarıqlar əldə edildiyindən bir neçə heyvan, oyuncaq və sadə əşyaları yapmağı bacarırlar. 2. Yapma avadanlığı və vəsaiti. Yapma məşğələlərində uşaqların müvəffəqiyyəti ən çox məşğələlərdə tətbiq olunan vasitələrdən asılıdır. Tətbiq edilən vəsait uşağın fiziki inkişafı və imkanlarına uyğun olmalıdır. Bunlara aşağıdakılar daxildir. Gil - bütün yaş dövrləri üçün yararlı yapma vasitəsidir. Ən kiçik yaşlı uşaqların istifadəsinə yararlı olmaqla yanaşı ziyansızdır. Əsl keyfiyyətli gil ağ rəngli, yumşaq və plastik olur. Gil peçlərdə bərkidildikdə parçalanmır. Yapılmış əşya azca quruduqdan sonra üzərini cilalamaq və gil çubuqu ilə naxışlamaq mümkündür. Plastilin - bu süni yolla hazırlanmış yağlı və boyası olan plastik maddədir. Möhkəm olduğundan istifadədən öncə isidib əzmək və ya ilıq suda yumaq məsləhətdir. Plastilinin rəngli olması əşyanın həqiqi rəngini verməklə onun daha ifadəli alınmasına səbəb olur. Rəngli plastilini qarışdıraraq digər rəngə uyğun rəng almaq mümükündür. Suya batırılmış barmaqla hamarlandıqda üzəri cilalanmış və parıltılı olur. Hazır məhsulu suda qızdırılmış muma batırmaqla uzun müddət (illərlə) saxlamaq mümkündür. Qum - yaş qum bütün yaşlı uşaqlar üçün sevimli yapma materialıdır. O, çox maraqlı, ifadəli siluetə malik xırda hissələrsiz nəhəng fiqurlar yapmağa imkan verir. Kağız - əl altında heç nə olmadıqda uşaqlar isladılmış qəzet və kağızlardan (buna yapışqan da əlavə edilir) istifadə edə bilərlər. Bu üsulla meyvə, tərəvəzlər, heyvan və başqa mürəkkəb olmayan yapmalar edilir. Qurumuş oyuncaqlar quaşla rənglənir və üzərindən lak, yapışqan və ya parafin (neftdən alınan muma oxşar ağ maddə) çəkilir. Köməkçi vəsaitlər - bura daha çox möhkəmləndirmək məqsədilə yapmanın gövdəsi (skeleti) rolunu oynayan ensiz taxta çubuqları, qoz, fındıq qabıqları, balıq qulaqları, meyvə və tərəvəz tumları və s. lazım olduğundan tərbiyəçi öncədən bu vəsaitləri əldə edib xüsusi ayrılmış yerdə istifadəyə yararlı vəziyyətdə saxlamalıdır. Təchizatı - kiçik məktəbəqədər yaşlı uşaqlar yapma lövhələri üzərində işləyirlər. Böyük məktəbəqədər yaşlı uşaqlar isə xüsusi dəzgah üzərində işləyirlər. Yapılan əl işi bu dəzgahın sayəsində fırlandığından uşaq öz işini hər tərəfdən müşahidə edərək lazımı düzəlişləri edə bilir. 3. Kiçik yaş qrupunda yapma fəaliyyəti. Kiçik yaşlı uşaqlar üçün yapma məşğələləri (təsvirə qədərki dövrdən düşünülmüş təsvirə keçmək) ilk pillə sayılır. Kiçik yaşlı uşaqlarla yapma lövhəsinin üzərində gili irəli - geri hərəkət etdirməklə “konfet”, “kolbasa” və s. yapmaq mümkündür. Sadə yapma üsulları mənimsənildikcə real əşyaları yapma imkanı əldə edilir. Uşaqların inkişafı eynilik təşkil etmədiyindən çox sadə bir üsulu bir il ərzində çətinliklə mənimsəyən uşağın da olması mümkündür. Məşğələlərin təşkili və keçirilməsi metodikası. İlk məşğələlər könüllü, həvəs göstərən 4-6 uşaqla keçirilə bilər.

    Bu yaşda uşaqlar sadə formalı əşyaları yapırlar. Burada tərbiyəçinin izahı emosional olmalıdır ki, uşaqlarda maraq və fəallıq yaransın. Bu zaman nəticə də müsbət olar. Kiçik qrupda məşğələdə əsasən əyani məlumat və təkrarlama məşq üsulları tətbiq olunur. Nümayiş xarakterli həvəsləndirici məşğələlərdən sonra: - Siz də bunu edə bilərsiniz? “Çil - çil toyuğun” yumurtasını almaq üçün əvvəlcə gil parçasını əlimdə yumşaldıb sonra iki ovuc arasında beləcə yumrulayıram və qoğala oxşar yumru alıram. Sonra onun bir tərəfini irəli-geri vərdənələyib baxın. “Çil - çil toyuğun” yumurtasını yapıram. Çətinlik çəkə biləcək uşağa: Vüqar, göstər görüm sən yumurtanı necə yapacaqsan? Mövzunun qoyulması bu yaş uşaqlar üçün olduqca əhəmiyyətlidir. Əsasən oyun xarakterində keçirilən bu mövzuların məzmunu uşaqlar tərəfindən başa düşülən olmaqla, maraq oyadan, arzularına uyğun başa düşülən olmalıdır. 4. Orta qrupda yapma fəaliyyəti. Orta qrupda təlim məsələləri bir qədər mürəkkəbləşdirilir. 3-4 yaşlı uşaqlar əsas formanı əmələ gətirən hərəkətləri mənimsəməli və ondan sərbəst istifadə etməlidir. Yəni, uzunsov (dirək, peçenyə və s.) formalı əşyalar yapmağı mənimsəyirlər. Ardınca bir-birindən qısa çubuqlardan halqa qoğal (təkər və s.) forması alaraq böyükdən kiçiyə doğru “piramida”, “qala” yapırlar. “Çubuqdan” “halqa qoğal almaqla”, tanış əşyadan yeni əşya alma texnologiyası mənimsənilir. İlin sonuna kimi bir neçə hissəli əşyanın “qırıcı təyyarə”, “halqa qala”, “yatan-duran”, “ayı”, “göbələk ” və s. sadə iki hissəli bir əşyalar yapır.

    Məşğələnin təşkili və keçirilməsi metodikası. Orta qrup məşğələləri artıq ümumqrupla keçirilir. İşləməyən uşağa oyun güşəsində müəyyən tapşırıq və ya sərbəst iş vermək olar. Məşğələyə qədər səhər fəaliyyətində tərbiyəçi mövzu üzrə oyun keçirə bilər. Məsələn, “torbada nə var?”. Uşaq yapılacaq əşyanı əlinə götürür (torbanın içərisində) və ona toxunaraq əlini üzərində gəzdirməklə əşyanın adını müəyyənləşdirir. Bu gələcəkdə məşğələ prosesində həmin əşyanın yapılmasına müsbət təsir göstərir. Bunu məşğələ prosesində də etmək olar. Tərbiyəçi formaca oxşar oyuncaqları torbada yerləşdirərək uşaqlara oradan çıxan oyuncağı yapmağı təklif edir. Hər hansı bir yeni formanın alınması çətin olduğundan tərbiyəçi uyğun olaraq əvvəl mənimsədikləri formanı yapdırır, ardınca həmin formadan yeni forma alır. Nəticədə uşaq yorulmur və bu iş üsulu onda yaradıcı hisslər oyadır və gələcəkdə, yuxarı qruplarda bu mühüm əhəmiyyət daşıyır. Orta qrupda məşğələnin müddəti 15-20 dəqiqə olur, məşğələnin sonuna yaxın tərbiyəçi işi tamamlamağı təklif edir. Uşaqlar (və ya tərbiyəçi) işlərini bitirdikcə adları qeyd olunmuş xüsusi lövhələri işlərinə taxaraq yapma lövhəsində onun üçün ayrılmış (hər uşağa ayrılmış güşədə meyvə və ya tərəvəz şəkli olur) xüsusi yerlikdə yerləşdirir. Yekunda tərbiyəçi uşağın adını çəkmədən müəyyən göstərişlər (işin səhvlərini göstərməklə) verir, yaxşı işlərin isə müəllifləri qeyd olunur və bir daha uşaqlara bu günkü məşğələdə fəal işlədikləri üçün təşəkkür edərək, hər məşğələdə belə fəal olmağı arzulayır. 5. Böyük qrupda yapma fəaliyyəti. Həyatın 5-ci ilində artıq yapma işində müəyyən bilik və bacarıqlar əldə edildiyindən uşaqlar daha fəal olurlar. Uşaqlar əşyanın əlamətini verməyə çalışırlar ki, nəticədə yapmanın keyfiyyəti yaxşılaşır. Tərbiyəçinin izahını daha da diqqətlə dinləyirlər. Lakin hissə münasibəti düzgün verilmir, hissələr keyfiyyətli birləşdirilmir. Səbəb yapma üsullarının kifayət qədər mənimsənilməməsi, əşya haqqında düşüncənin kifayət qədər olmamasıdır.



    Download 0.68 Mb.
    1   ...   20   21   22   23   24   25   26   27   ...   33




    Download 0.68 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Yapma məşğələlərinin təşkili və keçirilməsi metodikası

    Download 0.68 Mb.