• 2. Orta qrupda aplikasiya fəaliyyəti.
  • Aplikasiya məktəbəqədər yaşlıların fəaliyyət növü kimi




    Download 0.68 Mb.
    bet27/33
    Sana02.07.2021
    Hajmi0.68 Mb.
    #15333
    1   ...   23   24   25   26   27   28   29   30   ...   33
    1. Aplikasiya məktəbəqədər yaşlıların fəaliyyət növü kimi. Uşaq bağçasında uşaqları əl əməyinə alışdırmağın olduqca böyük əhəmiyyəti vardır. Əl əməyi ilə məşğul olarkən uşaqlarda tədricən sərbəstlik və yaradıcı qabiliyyət, bədii əl əməyi ilə məşğul olarkən estetik keyfiyyətlər inkişaf edir. Hazırlanan əl işlərindən qrup otağının, gəlincik güşəsinin bəzədilməsində keçirilən oyun və tamaşalarda istifadə edilir. Aplikasiya məşğələləri üçün uşaq bağçalarında bir çox vəsaitlərdən - kağız, əksər hallarda parça qırıntıları, karton, saman çöpləri, qurumuş yarpaqlar, güllər, toxumlar və s. istifadə edilir. Məktəbəqədər yaşlı uşaqlara aplikasiya fəaliyyətində iş texnikasına yiyələnməklə yanaşı görüləcək işi öncədən planlaşdırmağı bunun üçün lazımi materialı seçməyi, işin gedişini palanlaşdırmaq, işə nəzarət və nəticəni qiymətləndirmək kimi bilik və bacarıqlar əldə edirlər.

    Uşaq bağcalarında aplikasiya məşğələlərinin aşağıdakı növlərindən istifadə olunur.



    Əşya üzrə aplikasıya - məşğələlərində yalnız bir əşyanın hissələrini kəsib yapışqanlayaraq verilmiş fon üzərində yapışdırmaq mənimsədilir.

    Süjet üzrə aplikasiya - məşğələlərində bir neçə təsvir bir mövzuda birləşərək bir məzmun ifadə edir.

    Dekirativ aplikasıya - məşğələlərində uşaqlar müxtəlif həndəsi formalardan nəbati (bitki təsvirləri) və ya milli naxış elementlərindən ibarət kompozisiya qurmağı mənimsəyirlər.

    Apliksiya latınca “aplikatio” sözündən götrülüb mənası düzmək deməkdir. Müxtəlif formaların uyğun fon üzərində bədii tərtibatında yerləşdirilməsi kimi başa düşülür. Müxtəlif xalqların məişət geyim əşyalarında evlərin tərtibatında və s. tətbiq edilir.

    Uşaq bağçalarının orta qruplarından başlayaraq uşaqlara aplikasiya fəaliyyəti təlim edilir. Bu fəaliyyət növü zamanı uşaqları kağızın əlvan rəngləri, müxtəlif fiqurların ritmik yerləşdirilməsi, kəsmə və yapışdırma texnikası cəlb edir. Texnoloji fəaliyyətin bütün növləri kimi aplikasiya fəaliyyəti də uşaqlarda müəyyən bilik və bacarıqların inkişafına, şəxsiyyətin formalaşmasına yönəlmişdir. Aplikasiyanın xüsusiyyəti uşaqlarda forma və kompozisiya haqqında, rəngin, əşyaların böyüklüyü və düzülüşü haqqında bilikləri mənimsəməyə imkan verir

    2. Orta qrupda aplikasiya fəaliyyəti. Kəsib yapışdırma işinin təlim məsələsi. Uşaq bağçalarında aplikasiya məşğələləri orta qrupdan başladığı üçün ilk öncə uşaqlarda bu fəaliyyət növünə maraq oyatmaq əsas məsələ kimi qarşıda durur. Uşaq bağçalarında aplikasiya məşğələləri orta qrupdan başlasa da, uşaqlar il ərzində yalnız hazır formaları uyğun fon üzərinə düzməklə yapışdırma texnikasını mənimsəyirlər. Əl əzələlərinə nəzarət zəif olduğundan qayçı verilmir. Aplikasiya məşğələlərində uşaqlar sadə həndəsi formalarla (dairə, üçbucaq, kvadrat) tanış olur, onları adlandırmağı və bir-birindən fərqləndirməyi mənimsəyirlər. Müxtəlif ölçülü formanı mənimsəyərək “gəlin yatmaz”ın bədənin böyük dairə, başının nisbətən kiçik dairədən ibarət olduğu və s. oxşar mövzular keçməklə bu forma haqqında dolğun bilik və bacarıqlar mənimsənilir. Nəticədə “gəlin yatmaz” və onun dostları oyuncaq “dovşan”, “ayı”, “pişik” haqqında onların oxşar və fərqli əlamətləri haqqında məlumat əldə edilir. Müxtəlif tapşırıqların icrası zamanı uşaqlar fəza münasibətlərini mənimsədikcə verilmiş formaları məhdud sahə daxilində (zolaq, kvadrat və s.) ortada, künclərdə, aşağıda və s. yerləşdirməyə nail olurlar. Məşğələlərin təşkili və keçirilmə metodikası. İlk aplikasiya məşğələləri tərbiyəçi ilə uşağın birgə işi fonunda aparılır. Müəyyən olunmuş dolğun məhsulun alınmasına yönəldilmiş belə xarakterli məşğələləri keçməkdə məqsəd uşaqları bir tərəfədən aplikasiya məşğələlərinə cəlb etmək (həvəsləndirməkdirsə), digər tərəfdən uşaqda özünə inam hissi oyatmaqdır. Orta qrupda aplikasiya məşğələləri əsasən öyrədici xarakter daşıyır. Öyrədici məşğələlərdə tərbiyəçi əyani məlumat və təkrarlama məşq üsulu tətbiq edir. Məşğələyə qədər əşyanın baxılması təşkil edilməli, təhlil nəticəsində əşyanın qavranılması, işin icra üsulları aydınlaşdırılmalıdır. Əşya qavranılarkən onun qurluşu, icra hissələrinin forması, rəngi və işin icrası müəyyənləşdirilməlidir. Cücə sarı rəngdədir. Başı kiçik dairə, bədəni isə böyük dairədən ibarətdir. Balaca quyruğu uçbucaq formasında və s. ardıcıllıqda verilir. İşi icra edərkən əvvəlcə bədəni, ardınca başı üzərinə qoyulur, yeri müəyyənləşir, rəngli kağızın arxa tərəfi yapışqanlanaraq yerlik üzərinə yapışdırıldlıqdan sonra qurulanır. Müşahidə və işin təhlili aydın, aramlı, intonasiyalı izahla aparılmalıdır. Orta qrupda məşğələlər oyun xarakterli keçirilməlidir. Burada tərbiyəçi nəzarətinin əhəmiyyəti böyükdür. Tərbiyəçi uşağa fərdi yanaşarkən əvvəl sözlə buraxılan səhvin düzəltmə yolunu izah edir və lazım gələrsə fərdi olaraq uşağa işin icrası göstərilir. İşlərin baxılması zamanı hər uşağa özü və yoldaşlarının işləri haqqında sərbəst fikir söyləməyə imkan yaradılmalıdır. Yaxşı işlər tərbiyəçi tərərfindən qeyd edlir. Xoşa gələn işləri göstərməyi uşaqlara da təklif etmək olar.





    Download 0.68 Mb.
    1   ...   23   24   25   26   27   28   29   30   ...   33




    Download 0.68 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Aplikasiya məktəbəqədər yaşlıların fəaliyyət növü kimi

    Download 0.68 Mb.