• 6. Məktəbə hazırlıq qrupunda yapma fəaliyyəti.
  • Məktəbəqədər yaşlı uşaqların əmək təlimi və tərbiyəsinin mahiyyəti, məqsədi və vəzifələri Plan




    Download 0.68 Mb.
    bet25/33
    Sana02.07.2021
    Hajmi0.68 Mb.
    #15333
    1   ...   21   22   23   24   25   26   27   28   ...   33
    Yapma işinin təlim məsələsində tərbiyəçinin qarşısında duran əsas vəzifələr.

    Yapma məşğələlərinə dözümlü maraq tərbiyə etmək, sərbəstliyi, əl hərəkətlərinə nəzarəti artırmaq, düşüncə və təfəkkürü, fəallığı inkişaf etdirmək, yaparkən bütün barmaqlarla işləməyi mənimsətmək, əşyaların forması, onun quruluşu, hissələri və onların düzülüşü haqqında düşüncəni inkişaf etdirmək, onu yapma işində vermə bacarığına nail olmaq. Məsələn: oyuncağı yaparkən burada yerləşən göz, qaş, ağız və s. vermə bacarığının mənimsədilməsi. Bu yaş uşaqlarda formanın estetik qavrayışı, hissə münasibətinin, simmetriyanın ritmin hissi inkişaf edir. Yaradıcı qabiliyyəti inkişaf etdirmək məqsədi ilə niyyət üzrə məşğələlər keçirir. Məşğələnin təşkili və keçirilmə metodikası. Həyatının beşinci ilində uşağın psixi inkişaf səviyyəsi yüksəlir. Bu yaş dövrü uşaqları ilə yapma məşğələləri keçən tərbiyəçi əşyanın hissələrinin müşahidəsini təşkil edir. Qəbul olunmuş ardıcıllığı saxlayaraq ilk öncə əşyanın bütövlükdə qavranılması, ardınca onun ayrı-ayrılıqda hissələrinin forma, rəng və əlamətlərinin qavranılması, sonda əşyanın bütövlükdə qavranılması təşkil olunur. Əyani olaraq əşyanın (oyncaq və s.) müşahidəsi keçirilərkən ona toxunmaq imkanı verməklə daha yüksək nəticə əldə etmək mümkündür. Bu məqsədlə tərbiyəçi: “Uşaqlar gəlin oyuncaq ördəyi ovcumuza götürək və onunla yaxından tanış olaq ki, bala ördəkləri ana ördəyə oxşar yapa biləsiniz”. Əşyanın müşahidəsi zamanı tərbiyəçi təsvir üsulunu göstərir. Uşaqlarda təqlid etmə arzusu yüksək olduğundan bu təlim üsullarının tətbiqi uyğun və münasibdir. Lakin bu üsulun daimi tətbiqi uşağı fəaliyyətsizliyə gətirə bilər.

    Öyrədici məşğələlərdən sonra “hissə ilə göstərmə” daha məqsədəuyğundur. Bu uşağı düşünməyə sövq edir və uşaq daha sərbəst olur. Əksər hallarda sual-cavab vasitəsilə tərbiyəçi işin icrasını yada salır və istiqamətləndirir.

    6. Məktəbə hazırlıq qrupunda yapma fəaliyyəti. Bu yaş dövrünün uşaqları (5-6) yapma işində müəyyən bilik və bacarıqlar əldə etdiyindən daha sərbəst işləyərək səliqəli yapmağa cəhd edirlər. Əl əzələləri, qığırdaqlar inkişaf etdiyindən yapma üsullarından daha səmərəli istifadə edə bilirlər. Bu yaş dövründə psixoloji dəyərlər nəticəsində yaddaş inkişaf etmiş, diqqət daha davamlı olmuşdur. Artıq yapmazdan əvvəl uşaq ilk öncə formanı və yapma üsulunu düşünür, işini planlaşdırdıqdan sonra yapmağa başlayır. Göz nəzarəti artdığından, əl hərəkəti daha dəqiq olur. Buna baxmayaraq əşyaların əlamətinin və xırda hissələrin verilməsi uşaq üçün hələ də çətin olaraq qalır. Təsəvvürün, müşahidənin göz nəzarətinin inkişafı fantaziyanın, yaradıcı qabiliyyətin inkişafına təsir edir və uşaq öz əlavələrini verir.

    Məşğələnin xarakteri öyrədici (mövzu ilk dəfə keçirilirsə) və yaradıcı olur. Məşğələlər əsasən oyun xarakterində keçirilir.

    Yapma işinin təlimində əsas məqsəd yapmada xarakterik əlamətlərin və hərəkətin verilməsinə nail olmaq, əşyaların forması, quruluşu və hissə münasibətlərinin düzgün verilməsinə nəzarət deməkdir. Kombinə üsulu ilə insan və heyvanların yapılması (oyuncaq, pişik, it, fil), bütöv üsulla quşların yapılması (toyuq, xoruz) mənimsədilir. Dekorativ yapma üzrə “gözəl kasa”, “naxışlı dolça” və s. üzərində gil çubuğu vasitəsi ilə naxış (nəbati və milli) tərkib etmək mənimsədilir. Məktəbəqədər hazırlıq qrupunda yapma məşğələlərinin təşkili və keçirilməsi metodikası. Bu qrup uşaqları yaradıcı xarakterli tapşırıqları icra etməyə həvəsli olduğundan onlara süjet xətti düşünmək üçün sərbəst seçim verilməlidir. Təsvirçilik sənətinin ifadəli əsası gücləndikcə uşaqların təlimi daha cəld və effektli inkişaf edir. Bu məqsədlə musiqi dinləmək, şifahi xalq ədəbiyyatı nümunələri ilə tanışlıq, təbiət qoynuna gəzinti təşkil etməklə və s. uşaqlarda zəngin təəssürat oyatmaq mümkündür. Mövzu ilə əlaqədar müxtəlif illüstrasiyaların, oyuncaqların, nağıl personajlarının baxılması əşyanın qavranılmasında olduqca əhəmiyyətlidir.

    Təsvir texnikası, yapma ardıcıllığı haqqında məlumat verilir. Uşaqda təsəvvür inkişaf edir. Uşaq kitabdakı illüstrasiyaya baxaraq ona maraqlı olan suallara cavab tapır. Aparılan məqsədli təhlil nəticəsində uşağın təsvir etdiyi və ya yapdığı əşya dəqiqliyi və keyfiyyəti ilə seçilir.

    Baxılan əşya kiçik qruplarda oyuncaqlar (əsasən) olsa da, yuxarı qruplarda tərbiyəçi mütləq kiçik heykəltaraş nümunələrindən istifadə etməlidir. Uşaqlar gözəllliyin, ifadəliliyin qavranılması nəticəsində forma dəqiqliyi və estetik keyfiyyətlər əldə edirlər. Mövzudan asılı olaraq tərbiyəçi əşyanın baxılmasını gəzintidə və ya oyun zamanı az da olsa vaxt sərf etməklə keçirə bilər.

    Uşaqlar daha aydın təəssüratla zənginləşdirmək, obrazı “canlandırmaq” məqsədi ilə mahnı, şer və ya tapmacadan istifadə etməklə daha yüksək nəticə əldə etmək olar. Məktəbə hazırlıq qrupunun uşaqlarında ətrafa maraq artdığından tərbiyəçi gəzintidə müntəzəm olaraq mövzu üzrə müşahidələr aparır. Suallarla müraciət zamanı tərbiyəçi uşaqların diqqətini yapılacaq əşyanın forması, quruluşu və hissələrin bir-birinə nisbətini dəqiqləşdirilir. Mümkün qədər məşğələdən əvvəl səhər fəaliyyətində hazırlıq aparılır. Bu zaman mövzudan asılı olaraq oyuncaq və təsvir nümunələrindən istifadə edilir. Qavranma qabiliyyəti və göz nəzarəti artırdığından göz yaddaşına əsasən naturadan yapma verilir. Tərbiyəçi məşğələnin əvvəlində uşaqların gözü qarşısında əşyaların baxılmasını təşkil edir. Müşahidələr və təhlil aparılaraq əşya əvvəlcə bütövlükdə, daha sonra hissələrlə qavranılır. İşin icra ardıcıllığı dəqiqləşdirilir. Xarakterik cəhətləri qeyd edilir. Təsvirə toxunmaq, əlini onun üzərində gəzdirmək imkanı verilir. Əşya tam qavranıldıqdan sonra nümunə uşağın gözü qarşısından götürülür və uşaqlar göz yaddaşına görə işi icra etməyə başlayırlar. 5-6 yaşlı uşaqlar üçün bu proses bir qədər çətin olduğundan tərbiyəçi işin gedişinə nəzarət etməli və lazım olduqda fərdi yanaşmalı, lazımı uşağa yardım göstərməlidir. Bunun üçün yalnız öz vasitələrindən istifadə etməlidir. Məşğələlərdə keyfiyyətli icraya nail olmaq üçün sonda işlərin sərgisi təşkil olunur.

    Beləliklə, demək olar ki, yapma uşaq həyatının ən sevimli və hərəkətli fəaliyyət növüdür. Yapma işi ilə müntəzəm məşğul olan uşaq daha fəal olur və bu iş uşaqda təsvir qabiliyyətinin yaxşı inkişaf etməsi ilə nəticələnir.





    Download 0.68 Mb.
    1   ...   21   22   23   24   25   26   27   28   ...   33




    Download 0.68 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Məktəbəqədər yaşlı uşaqların əmək təlimi və tərbiyəsinin mahiyyəti, məqsədi və vəzifələri Plan

    Download 0.68 Mb.