Böyük qrupda aplikasiya fəaliyyəti




Download 0.68 Mb.
bet28/33
Sana02.07.2021
Hajmi0.68 Mb.
#15333
1   ...   25   26   27   28   29   30   31   32   33
3. Böyük qrupda aplikasiya fəaliyyəti. Bu yaş dövrünün uşaqları daha fəal olduğundan sərbəstliyə meyl artır. Tərbiyəçi uşaqlarda yaradıcı fəliyyəti və əl əməyinə marağı artırmalıdır. Artıq həyatının 5-ci ilində uşaqlarda aplikasiya işində müəyyən bilik və bacarıqlar formalaşmış olur. Hərəkətlərinə daha məqsədyönlü nəzarət etmək aplikasiya işində keyfiyyətlər əldə etmək mümkündür.

Aplikasiya işində hazırlanan əşyaların hissələri artır. Ev yapışdırarkın artıq pəncərə və qapı əlavə olunur. Rənglər haqqında bilik genişlənir. Mavi, çəhrayı boz və s. rəng çalarları mənimsənilir. Bu yaş dövründə müxtəlif rəng çalarlarının gözəlliyini görmək və hiss etmək bacarığı mənimsədilir. Ritm (ahəng, uyğunluq) anlayışı inkişaf edildikcə uşaqlarda kompozisiya qurma bacarığı inkişaf edir. Uşaqlar künclərdə, ortada, arasında və s. sadə anlaşıqlı terminləri adlandırırlar. Nəticədə keçrilən dekrotiv aplikasiya məşğələləri daha canlı və keyfiyyətli olur. Məşğələnin keçirilmə metodikası. Bu qrupda tərbiyəçi mövzu üzrə təhlil və müşahidəyə geniş yer verir. Bu proses zamanı əşya, onun forması, hissələri, rəngi və böyüklüyü haqqında işin icra ardıcıllığı haqqında ətraflı məlumat verilir. Böyük qrup uşaqları qayçı ilə iş texnikasını çətin mənimsədiyindən tərbiyəçi daha çox aplikasiya məşğələlərində əyani məlumat üsulu tətbiq etməlidir. Belə ki, işin icrasını əyani olaraq görməklə yanaşı sözlə izahat verilməlidir. Məsəlın, tərbiyəçi “Uşaqlar”, diqqətlə əlimə baxsanız, mənim bu zolaqdan necə kvadrat almağımı görəcəksiniz. Bunun üçün mən qayçını sağ əlimə alaraq birinci və üçüncü barmağımla onu beləcə tuturam. İndi isə mən qayçının ağzını açıram. Qayçını elə hərəkət etdirirəm ki, sanki o addımlayır. Qayçının ağzını böyük açsaq onun addımı da böyük olacaq.

Uşaqlara öz fikirlərini demək imkanı məqsədilə kvadart və üçbucaq formalarını göstərərək onların hansından dairə və hansıdan oval formasını kəsmək mümkün olduğu soruşulur.

Verilmiş formaların iki variantda kəsmə üsulu təqdim edilir. I variant; kavadrat ortasından başlayaraq əli dövrü fırlatmaq; II variant kvadratı tən yarı qatlamaqla bir tərəfdən başlayaraq yarımdairəvi kəsmək. Uşaqlara seçimdə sərbəstlik verilir. Tərbiyəçi çox sualla müraciət edir. Nəzəri tədqiqat və evresik üsullara geniş yer verilir.

Təsvir üzrə müşahidə və təhlil aparılır. “Mən gözəl kəpənək görürəm” mövzusunda təsvir və fotoşəkillərə baxılması zamanı öncə kəpənəyin gözəlliyi, üzərindəki rəng çalarları qeyd edilir, ardınca uşaqların diqqəti kəpənəyin quruluşuna: bədəni, başı, qanadlarına və s. yönəlir. Uşaqlarla aparılan təhlildən sonra müsahibə vasitəsi ilə işin icra ardıcıllığı və iş üsulu müəyyənləşdirilir. Bu ardıcıllıqla digər canlılar da müşahidə olunur. Nümunə kimi oyuncaqlardan da istifadə etmək mümkündür. Digər məşğələlərdə olduğu kimi öncə hissələr kəsilib yerlik üzərinə düzülür (əvvəlcə ağ kağızdan kəsmə işi edlilir məşq etdirmə vasitəsilə işin icrası mənimsədildikdən sonra uşaqlar rəngli kağızla işləyirlər) və ardınca bir-bir götrülərək yapışqanlanır və yapışdırılır. Sonda quru əski ilə üstündən sıxılır ki, səliqəli alınsın. Hər hansı uşağa fərdi yanaşma vacibdir. Tərbiyəçi fəal və işi düzgün icra edən uşağa “Əhsən sən cücənin bədənini neçə də səliqəli və düzgün yapışdırmısan”.

Geri qalan uşaqlara tərbiyəçi fərdi yanaşaraq sual-cavab vasitəsi ilə iş ardıcıllığının bu işdə vacibliyini qeyd edir. Tərrəddüd edən uşaq varsa, daha inamla işini icra edir. Fərdi yanaşma bir qədər cəld aparılmalıdır ki, nəzərdən kənarda qalan uşaq olmasın. Yalnız bu halda müsbət nəticə əldə etmək olar. Belə ki, qayçı ilə iş bu yaş dövrü uşaqlar üçün yorucu olduğundan o işi tamamlamadan ayrıla bilər. Tərbiyəçi belə izah edə bilər: “Ülkər sən Cəmilin əvəzinə bu işi icra etsən o hər dəfə səni gözləyəcək ki, onun da işini sən edəsən. Yaxşısı budur ki, sən onu başa salasan. O da sənin kimi işləyə bilsin”.

Müasir iş üsulu təsviri fəaliyyətin bütün növlərini kompleks halda (bir məşğələdə) keçirilməsini təklif edir. İnteqrativ təlim tətbiq edilərkən uşaq forma haqqında tam və dolğun bilik mənimsəyir, məşğələnin nəticəsi səviyyəli və effektli olur.

Analiz. Hər məşğələnin sonu işlərin analizinin keçrilməsidir. Analiz məşğələnin növündən və xarakterindən asılı olaraq müxtəlif variantlarda keçirilə bilər. Analiz zamanı buraxılmış səhvi görmək imkanı əldə edilir. Uşaqlar yoldaşlarının səhvini daha tez görməyə can atırlar. Nəzarətsiz qalmış səhvi isə üzə çıxarmaq üçün tərbiyəçi işi uşaqlara nümayiş etdirərək. “Bu göbələk Qırmızıpapağın niyə xoşuna gəlmədi”. “Düzdür! Papağı gövdədən qopduğu üçün Qırmızıpapaq bu göbələyi görmədi”. Bəs bu göbələk bilirsiniz niyə qaldı? Onun gövdəsi və papağı azikdir, səliqəsiz kəsilib. Qırmızıpapaq dedi ki, bu göbələk təzə deyil. O bişirmək üçün təzə göbələk seçməlidir. Tərbiyəçi işi elə qurmalıdır ki, uşaqların əldə edəcəkləri nəticəyə marağı artsın. Bu zaman uşaqlar öz işlərinə daha məsuliyyətlə yanaşır və müsbət nəticələr əldə edirlər. 4-5 yaşlı uşaqlar diqqətlərini 20-30 dəqiqədən qrtıq bir sahəyə yönəldə bilmir. O yorulur və tezliklə başqa fəaliyyət növünə keçmək istəyir. Məşğələlərin müəyyən edilmiş vaxt ərzində bitməsinin əhəmiyyəti böyükdür. Tərbiyəçi unutmamalıdır ki, keçilən məşğələlər prosesində uşaqlar lazımi bilik və bacarıqlar əldə etməklə yanaşı onlarda estetik dünyagörüşü də formalaşır. 5. Məktəqədər hazırlıq qrupunda aplikasıya fəaliyyəti. Məktəbəqədər hazırlıq qrupunun uşaqları ilin sonuna qədər aplikasiyanın müxtəlif növləri üzrə işləyə bilərlər. Məşğələlərdə müxtəlif vəsait növlərindən: kağız, parça, sap, saman çöpü, qurudulmuş yarpaqlar, otlar, toxumalar və s. istifadə edilir. Müxtəlif iş texnologiyası düzünə, maili, dövri kəsmələrlə yanaşı simmetrik, dalğavari qatlanma üsulu ilə kəsmə, verilmiş köməkçi xətt üzrə müxtəlif kəsmə işləri mənimsədilir.

Aplikasiya fəaliyyətində uşaqlar (həcmli) yapışdırma, bərkitmə və tikmə kimi müxtəlif iş texnikasını öyrənirlər.

Məktəbəhazırlıq qrupunun uşaqları üçün aplikasiya işinin məzmunu zənginləşdirilir. Müxtəlif üsullarla kəsdikləri formaları məhdud sahə daxilində yerləşdirilər. Müxtəlif növ materilların tətbiqi nəticəsində işin məzmunu zənginləşir. Məktəbəhazırlıq qrupunun uşaqları kəsmə işinin daha mürəkkəb üsullarını simmetrik siluet, çoxqatlı kəsmələr. “Cırma” və tutumlu aplikasiya işini mənimsəmiş olurlar. İşin icrası üçün bir neçə vəsait növü: kağız, təbiət materialları və s. tətbiq edilir. Bu yaş dövründə aplikasıya işinin məzmunu genişlənir. Dekrativ aplikasiya işində tətbiq edilən naxış elementləri zənginləşir. Məzmunla bərabər tətbiq edilən vəsaitlər də müxtəlif olur. Kağızla bərabər parça, quru yarpaq və gül ləçəklərindən də istifadə edilir. Keyfiyyətli nəticə əldə etmək üçün aplikasiya işində ardıcıllığa ciddi riayət edilməlidir. Hissələrin yerləşdirilməsi və yapışdırma öncə ümumi fon (torpaq, dəniz, səma) alınır. Ardınca arxa, orta və ön planın təsvirlıəri (əşya və hissələr) yerləşdirilir. Müxtəlif məzmunlu aplikasiya məşğələlərinin ardıcıl olaraq keçrilməsi uşaqlarda sərbəst yaradıcı fəaliyyətin inkişafına əsas verir. Yəni məktəbəhazırlıq qrupunun uşaqları aplikasiyanın bütün növləri üzrə və işin məzmunundan asılı olaraq kağız, parça, təbiətin digər vəsaitlərindən sərbəst istifadə bacarığını mənimsəyirlər. İşin icrası üçün müxtəlif iş üsulu tətbiq edilir. Məşğələlərin təşkili və keçirilmə metodikası. Tərbiyəçi bu qrupda müşahidəyə geniş yer verir. Xalq yaradıcılğı üzrə əşyaların, təsvirlərin müşahidəsi və təhlili aparılır. Bu zaman milli ornamentlər, xarakter rənglər və onların uyğunluğu təhlil edilir, icra variantları dəqiqləşdirilir. Məsələn: “Mən gözəl kəpənək görürəm” tərbiyəçi kəpənəyin təsvir və ya fotoşəklinin baxmasını təşkil edir. Kəpənəyin təsvir və ya fotoşəklinin baxılmasını təşkil edir. Kəpənəyin qurluşu gövdəsi başı qanadlarına diqqət yönəldilir. Hər hissənin ayrı-ayrılıqda forması müəyyənləşdirlir. 5-6 yaşlı uşaqlara tərbiyəçi əşyanın naturadan msüşahidəsini təşkil edir. Əşyanın ümumilkdə forması və ayrı-ayrılıqda hissələri analiz edilir. Digər əşyaların müşahidə və təhlili də bu ardıcıllıqda aparılır.

- əşyaların ümumi təsvir üsulunu müəyyənləşdirmək;

- hansı materiladan hazırlanması xüsusiyyətlərini aydınlaşdırmaq;

- ayrı-ayrıqda hissələrin və ümumilikdə nümunənin hazırlanmasını dəqiqləşdirmək; - hissələrin yapışqanlanması və əsas fon üzərində yerləşdirilməsi texnikasını mənimsətmək;

- işin icra porosesində tərbiyəçinin nəzarəti vacibdir. Çətinlik çəkən uşağa tərbiyəçi “Sən bilmədin”, “Sən səhv edirsən” və s. dedikdə o, həvəsdən düşərək işi yarımçıq qoya bilir. Tərbiyəçi öz vəsaitlərindən istifadə edərək icra üsulunu fərdi izah edərək göstərir. Məktəbəhazırlıq qrupunun uşaqlarına öz işlərinə nəzarət mənimsədilir. Tərbiyəçi nəzarət zamanı işin müsbət gedişini alqışlamalıdır. Bu zaman uşaqlar işin icrasına məsuliyyətlə yanaşır, nəticədə özünə nəzarət inkişaf edir. İşin gedişindən asılı oalaraq tərbiyəçi lazım gəldikdə fərdi və ya ümumi qrup uşaqlarının işinə müdaxilə edərək müəyyən düzəliş məsləhət və göstərişlər verir. Eyni zamanda alınan müsbət nəticəni də uşaqların diqqətinə çatdırır. “Əhsən Cəmil, sən necə də düzgün kəsərək səliqəli yapışdırmısan” “bu kimi müraciətlər icra prosesinə diqqəti artırır. Uşaq daha səliqəli işləməyə çalışır və nəticə keyfiyyətli olur. Yekunda uşaq gəldiyi nəticəyə sevinir və öz işindən böyük həzz alır. Uşaqlarda sərbəst fəaliyyət inkişaf edir”. Beləliklə, demək olar ki, aplikasiya çox sadə və əlverişli bədii əsər yaratma üsuludur ki, bu zaman təsvirin özünün real görünüşü saxlanılır. Bu isə imkan verir ki, aplikasiyadan təkcə tərtibat məqsədi ilə deyil, həm də şəkil, ornament və s. yaradılmasında istifadə edilsin.



Download 0.68 Mb.
1   ...   25   26   27   28   29   30   31   32   33




Download 0.68 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Böyük qrupda aplikasiya fəaliyyəti

Download 0.68 Mb.